Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Yaralılar Cəlal Ceyhun oğlu Quliyev və Samid Eldəniz oğlu Zeynalov isə Salyan xəstəxanasına yerləşdiriliblər.
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Yaralılar Cəlal Ceyhun oğlu Quliyev və Samid Eldəniz oğlu Zeynalov isə Salyan xəstəxanasına yerləşdiriliblər.
Fransa bu ilin I rübü ərzində Ukraynaya “Mirage” qırıcıları göndərəcək.
Cəlilabad şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada nümayişçilər ABŞ səfirliyinin qarşısında təkər yandıraraq ölkənin şərqindəki gərginliyin aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin daha fəal iştirakını tələb edirlər.
Median.Az bu barədə “Actualite”yə istinadən xəbər verir.
“Nümayişçilər ölkənin şərqində baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətin daha fəal iştirakını tələb etmək üçün bu gün səhər saatlarında ABŞ-nin Kinşasadakı səfirliyinin qarşısında toplaşıblar. Hüquq-mühafizə orqanları hər hansı iğtişaşın qarşısını almaq üçün binanın ətrafında təhlükəsizlik perimetri yaradıb”, – nəşr qeyd edib.
Paytaxtın hər yerində ölkənin şərqində döyüşən Konqo silahlı qüvvələri ilə həmrəylik aksiyaları keçirilir.
Aksiyaların səbəbi ölkənin şərqindəki vəziyyətlə bağlıdır. Burada əvvəllər Ruandanın dəstəklədiyi üsyançılar Qoma şəhərini ələ keçirib və atışma nəticəsində daha dörd cənubi afrikalı sülhməramlı həlak olub.
Salyanda baş verən yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
Report-un Aran bürosunun məlumatına görə, onlar rayonun Şorsulu kənd sakini Əhmədov Mustafa Allahyar oğlu və Biləsuvar sakini Mübaşir adlı şəxsdir. Hər ikisi meşə təsərrüfatının işçisidir.
Qəzada yaralanan Şorsulu kənd sakinləri, 1996-cı il təvəllüdlü Zeynalov Samid Eldəniz oğlu, 2009-cu il təvəllüdlü Quliyev Cəlal Ceyhun oğlu və digər hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var.
Report-un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “NİVA” markalı avtomobilin digər nəqliyyat vasitəsi toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
Hazırda hadisə yerinə təcili yardım briqadası və hüquq-mühafizə orqanları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən apa-ya verilən xəbərə görə, həyata keçirilən operativ tədbirlər sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı 3 nəfər xilas olunub, 12-si uşaq olmaqla 36 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində binanın 10-cu mərtəbəsindən 15-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik kabelləri yanıb.
Mənzillər yanğından mühafizə olunub

Bakıda bir il ərzində 2 milyarddan çox səfər həyata keçirilir və bu səfərlərin strukturunda ictimai nəqliyyatın payı 30 %, fərdi nəqliyyat və taksilərin payı isə 50 % təşkil edib.
Median.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə isə bunun tamamilə əksini tələb edir:
“Beynəlxalq təcrübədə ictimai nəqliyyatın payının ən azı 39-40 %, fərdi nəqliyyat vasitələrinin istifadəsinin payı isə 30 % civarında olması tələb edilir ki, rəvan mobillik mühiti yaranmış olsun. Sadə hesablamalara görə, yalnız ictimai nəqliyyata illik əsasda 300 milyon səfərin ötürülməsi vacibdir ki, yenə də qeyd etdiyimiz rəvan mobil mühit yaranmış olsun və tədbirlər bu istiqamətdə həyata keçirilib”.
A. Rzayev qeyd edib ki, hesablamalara başlanarkən vəziyyətin trendi daha da pisləşmək üzrə idi: “Yəni, şəhərdə ictimai nəqliyyatın payının azalması, fərdi nəqliyyat vasitələrinin payının isə artması trendi var idi”.
AYNA-nın sədri əlavə edib ki, avtobuslarla 2024-cü ildə 28 milyon olmaqla, 2023-2024-cü illərdə 41 milyon əlavə sərnişin, dəmir yolu və metro ilə 11 milyondan çox əlavə sərnişin daşınıb:
“Taksi daşımalarında isə 32 %-lik enmə baş verib. Eyni zamanda, 2024-cü ilin son aylarında yaradılmış mikromobillik şəbəkəsi və mikromobillik xidmətində 700 mindən çox səfər həyata keçirilib. Bu da tədbirlərin trendinin dəyişməsinin və bizim istədiyimiz istiqamətdə getməsinin göstəricisidir”.
Cəlilabad şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.
Median.Az bildirir ki, yanvar 30-u saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 3 500 abonentin (Heydər Əliyev prospektinin bir hissəsi, M.Hüseyn, A.Azərtürk, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir, Babək və Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.