Month: January 2025

  • Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı

    Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində parakarate komitəsi yaradılıb.
     
    Median.Az xəbər verir ki, bu barədə AKF-nin bu gün keçirilən ümumi yığıncağında məlumat verilib.

    Renat Əliyev komitənin sədri seçilib. Həmçinin Azərbaycan Karate Federasiyasının Hakimləri Komitəsində yeni təyinat olub. Komitəyə Cahangir Babayev gətirilib

  • Bakıda bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq

    Şəhər ətrafından paytaxta gün ərzində 400 min sərnişin daxil olmaqdadır və bu sərnişinlərə xidmət göstərilməsi üçün dəmir yolunun xidmətlərinin genişləndirilməsi proqramı da nəzərdə tutulub. 
     
    Median.Az xəbər verir ki, bu barədə AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.

    A.Rzayev əlavə edib ki, burada ilk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması üçün Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulub:
     
    “Həmçinin mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınıb. Bunlar “Zabrat 2”-“Maştağa”-“Bağlar”-“Albalı”, Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan istiqamətləridir ki, bunlar da sərnişin axınına xidmət göstərməyə imkan verəcək. Növbəti mərhələdə Yeni Suraxanıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub ki, orada sərnişin axını artdıqda dəmir yolu xidmət göstərə bilsin”.

  • Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu

    Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub.
     
    Median.Az xəbər verir ki, bununla bağlı məsələ parlamentin yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilib.
     
    İntizam Komissiyasının tərkibi aşağıdakı kimidir:
     
    1. Cəfərov Kamal Xaqani oğlu,
    2. Həsənova Afət Əbil qızı,
    3. İbrahimqızı Məlahət İbrahim qızı,
    4. İbrahimov Eldar Rza oğlu,
    5. Qafarov Kamaləddin Nəsrəddin oğlu,
    6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,
    7. Məmmədov Hikmət Baba oğlu,
    8. Məmmədov Məşhur Şahbaz oğlu,
    9. Mollazadə Asim Nazim oğlu,
    10. Möhbalıyev Səttar Suliddin oğlu,
    11. Səfərov Nizami Abdulla oğlu.

  • Xırdalan şəhərində yaşayanlara ŞAD XƏBƏR

    Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulub.
     
    Median.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

    Onun sözlərinə görə, Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində çəkilişlərlə, dataların götürülməsi ilə təhlillər aparılıb: “Nəticədə böyük bir simulyasiya hazırlanıb. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yol ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulub. Bu istiqamətdə layihələndirmə işlərinə qısa müddətdə başlanılacaqdır”.

  • Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

    Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var.

    Report-un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, “NİVA” markalı avtomobilin digər nəqliyyat vasitəsi toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

    Hazırda hadisə yerinə təcili yardım briqadası və hüquq-mühafizə orqanları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb

    Dünyanın bütün iri şəhərlərində olduğu kimi, iqtisadi və demoqrafik artım fonunda Bakının nəqliyyat sistemi də bir sıra ciddi çağırışlarla üz-üzədir.

    Report xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.

    Nazir qeyd edib ki, bu çağırışlara cavab olaraq dünya şəhərləri “avtomobil mərkəzli şəhər” yanaşmasından “insan yönümlü” yanaşmaya keçid edir: “Bununla belə, bu keçid yalnız dövlət tənzimlənməsindən asılı deyil. Şəhər sakinlərinin nəqliyyat davranışlarının dəyişməsi də mühüm əhəmiyyət daşıyır. Uzun müddət müəyyən nəqliyyat növlərinə fokuslanmış vərdişlərin dəyişməsi zaman tələb edir. Lakin şəhərin nəqliyyat sisteminə olan tələb və təklifin proaktiv idarə edilməsi bu prosesi sürətləndirə bilər.

    Bunun üçün bir neçə əsas addımın atılması vacibdir. Bir tərəfdən, nəqliyyat sistemində yetərli təklif təmin edilməlidir: küçə və yol infrastrukturu optimallaşdırılmalı, avtobusların sayı artırılmalı, dəmir yolu və metro xətləri genişləndirilməlidir. Digər tərəfdən, dövlət tənzimləməsi vasitəsilə parklanma tariflərinin tətbiqi, avtobus zolaqlarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi və tələbin idarə edilməsinə yönələn digər tədbirlər yeni nəqliyyat vərdişlərinin formalaşmasına şərait yarada bilər”.

    R. Nəbiyev hesab edir ki, mikromobillik (skuterlər və velosipedlər) üçün uyğun infrastrukturun olmaması onların təhlükəli nəqliyyat vasitəsi kimi qavranılmasına və bu sahədə vərdişlərin yaranmamasına səbəb olur: “Halbuki aparılan tədqiqatlar göstərir ki, velosipedlə edilən hər 9 milyon səfərdən yalnız biri ölümlə nəticələnir. Bu isə mikromobillik üçün şərait yaradılmasının nəqliyyat sisteminin təhlükəsizlik və səmərəliliyini artıracağını bir daha təsdiqləyir”.

  • Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları formalaşdırılacaq

    Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları formalaşdırılacaq.

    “Report” xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının ilk iclasının gündəliyinə məsələ daxil edilib.

    Gündəliyə əsasən, Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının yaradılması müzakirə olunacaq.

  • Pensiya alanlara VACİB XƏBƏR – Yanvar ayının ödənişləri…

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə bölgələrdə yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

    “Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər”, – məlumatda vurğulanıb.

  • Bakıda çoxmərtəbəli yaşayış binası YANIR

    Yasamal rayonunda çoxmərtəbəli yaşayış binası yanır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.