Month: January 2025

  • Президент: Так называемый проект “Перекресток мира” без Азербайджана не стоит и гроша

    Армения выдвинула так называемый проект “Перекресток мира”, и сейчас в мире не осталось ни одной страны, которой бы она не представила его. Хотя этот так называемый “проект” без Азербайджана не стоит и гроша.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев на совещании, посвященном вопросам транспорта.

    “Если вы действительно хотите реализовать этот проект, то в первую очередь должны обратиться к Азербайджану, потому что без нас это просто клочок бумаги. А наши условия справедливы, основаны на международном праве и на обязательствах самой Армении”, – добавил глава государства.

  • Prezident: “Dırnaqarası “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur”

    “Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

    “Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Ильхам Алиев: Сегодня Азербайджан является одним из незаменимых транспортных центров Евразии

    Сегодня транспортную карту Евразии невозможно представить без Азербайджана, без его транспортной инфраструктуры.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев на совещании, посвященном вопросам транспорта.

    “В настоящее время через нашу территорию проходят транспортные коридоры Восток-Запад и Север-Юг. Объем перевозимых по этим коридорам грузов увеличивается с каждым годом”, – сказал глава государства, добавив, что помимо создания физической инфраструктуры, предпринимаются и другие шаги для более эффективной транспортировки грузов. Подчеркнув, что с соседними странами созданы новые форматы сотрудничества, совместные предприятия, Президент отметил: “Словом, сегодня Азербайджан является одним из незаменимых транспортных центров Евразии”.

  • İlham Əliyev: “Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir”

    “Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə söyləyib.

    “Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır”, – deyən dövlətimizin başçısı əlavə edib ki, yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatlarının yaradıldığını, ortaq, müştərək müəssisələrin qurulduğunu vurğulayan Prezident qeyd edib:

    “Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir”.

  • Estetik əməliyyat zamanı “TikTok”da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) “Azər-Türk Med” klinikasında plastik cərrahın əməliyyat zamanı “TikTok” platformasında canlı yayın açması ilə bağlı görüntülərə münasibət bildirib.

    Oxu.az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, AEM əməkdaşları cərrahların əməliyyat zamanı sosial şəbəkə platformalarında canlı yayım açması ilə bağlı əhalinin həyat və sağlamlığına mühüm təhlükə yaranması faktına əsaslanan rəsmi müraciət daxil olduqda məsələni ətraflı araşdırır və qanunvericiliyin pozulması halları müəyyən edildikdə plandankənar yoxlama keçirilir:

    “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalara riayət olunması şərtdir. Bu zaman tələbləri pozan şəxslər barəsində qanunvericiliklə müəyyən olunan qaydada inzibati xəta məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunur və cərimə nəzərdə tutulmaqla, aidiyyəti üzrə növbəti icraata göndərilir.

    Son zamanlar mediada və sosial şəbəkə platformalarında yayılan faktlara gəldikdə, həmin faktlarla bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılıb və nəticə olaraq xəbərdarlıqlar və cərimələr tətbiq edilib”.

    Məlumatda bildirilib ki, “ATM XƏTAİ” MMC-yə məxsus “Azər-Türk Med” klinikasında baş verən faktla əlaqədar AEM tərəfindən plandankənar yoxlama keçirilib:

    “Bu zaman çəkilişdə iştirak edən tibb personalından, eləcə də müəssisənin rəhbərindən müvafiq izahatlar alınıb. Aidiyyəti üzrə çəkilişdə iştirak edən tibbi personaldan üç nəfərə klinikanın rəhbərliyi tərəfindən töhmət verilib, rəhbərliyin özünə isə ciddi xəbərdarlıq olunub. Müəssisəyə baxış zamanı bir sıra digər nöqsanlar da aşkarlanaraq, aktlaşdırılıb”.

    Həmçinin qeyd edilib ki, AEM tərəfindən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli, “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” 137 nömrəli əmr barədə məlumatlandırılıb:

    “Həmin əmrin VI bəndində qeyd edilir ki, tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətlərdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir”.

    “Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir”, – deyə məlumatda bildirilib

  • Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər də səs verə biləcək

    Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən seçicilər də sabah səs verəcəklər.

    Bu barədə sualları cavablandıran Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinə həsr olunan mətbuat konfransında deyib.

    O qeyd edib ki, həmin vətəndaşlar heç bir narahatlıq yaşamayacaq.

  • В Лянкяране пассажирский автобус опрокинулся на легковушку: пострадал 21 человек (ОБНОВЛЕНО)

    В результате дорожно-транспортного происшествия на дороге Лянкяран – Борадигях – Масаллы 21 человек госпитализирован в отделение скорой и неотложной медицинской помощи Лянкяранской центральной районной больницы.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    “Пострадавшим с диагнозами травм различных частей тела оказывается необходимая медицинская помощь. В зависимости от состояния они размещаются в различных отделения”, – отмечается в информации.

    * * * * *

    На дороге Лянкяран – Борадигях – Масаллы произошло тяжелое дорожно-транспортное происшествие (ДТП).

    Как сообщает Report, ДТП произошло недалеко от автозаправочной станции в городе Лянкяран.

    По предварительным данным, пассажирский автобус опрокинулся на легковой автомобиль. В результате аварии 13 человек получили травмы различной степени тяжести.

    Пострадавшие госпитализированы в Лянкяранскую центральную городскую больницу.

  • Lənkəranda sərnişin avtobusu aşdı: Yaralananların sayı 20-ni keçdi (YENİLƏNİB)

    “Lənkəran-Boradigah-Masallı yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    “Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər”, – deyə məlumatda bildirilir.

    * * * * *

    Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, sözügedən yolun Lənkəran şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında baş verən qəzada xəsarət alanların olduğu bildirilib.

    İlkin informasiyaya əsasən, sərnişin avtobusunun minik maşınının üzərinə aşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 13 nəfər Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • “Qırmızı Kitab”a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar – VİDEO

    Su polislərinin sərhədçilərlə birgə Lənkəranda həyata keçirdikləri sonuncu tədbir zamanı qanunsuz quş ovu ilə məşğul olan Masallı rayon sakinləri Cəmil Nuruyev, Ramil Nuruyev, Murad İsgəndərov, Orxan Kamilli və Sərdar Sadiqoğlu saxlanılıblar.

    Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, yoxlama zamanı onlardan iki ədəd kiçikhəcmli qeydiyyatı olmayan qayıq, 175 ədəd müxtəlif növ, o cümlədən adı “Qırmızı Kitab”a düşən çöl quşları, dörd ədəd müvafiq sənədləri olmayan ov silahı və 134 ədəd patron maddi sübut kimi aşkar olunaraq götürülüb.

    Araşdırmalar zamanı həmin şəxslərin ovçuluq biletlərinin olmadığı da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

    Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən ov mövsümünün başlanması ilə əlaqədar bildirilib ki, ov qaydalarının mövcud normativlərinə əməl olunmalı və yalnız ayrılmış xüsusi ovçuluq təsərrüfatlarının sahələrindən istifadə edilməlidir.

    Ov etmək istəyən şəxslərə ovlanmasına icazə verilən quşların siyahısı və normaları ilə bağlı məlumatlarla tanış olmaq tövsiyə edilir. Xüsusi mühafizə olunan ərazilərdə, sanitar-mühafizə zonalarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi isə qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

    Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılır.

  • Глава гостелерадиокомпании Ирана: Израиль захватил иранского корреспондента в Газе

    Израиль захватил в секторе Газа корреспондента иранской гостелерадиокомпании.

    Об этом сообщил глава компании Пейман Джабали.

    “По нашим данным, этот журналист был схвачен сионистским режимом (имеется в виду Израиль – ред.) и заключен под стражу. Поскольку [его] семья не хотела широкой огласки, он все еще находится в плену у режима, но не в Газе, а на оккупированных территориях (так в Иране называют территорию Израиля – прим. ТАСС). Надеемся, что в скором времени его освободят”, – приводит его слова агентство ISNA.