Month: January 2025

  • Qırmızı dənizdə yük gəmisində partlayış baş verib

    Qırmızı dənizdə Honkonq bayrağı altında üzən konteyner gəmisində partlayış baş verib.

    “Report” xəbər verir ki, bu barədə “AP Diaplous Group” dəniz təhlükəsizliyi şirkətinə istinadən məlumat yayıb.

    Hadisə Yəmənin Hodeyda limanından 225 km məsafədə baş verib. Yanğınla nəticələnən partlayışın səbəbi hələ ki məlum deyil. Heyət üzvləri gəmini tərk edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

    Dəniz daşımaları sahəsindəki mənbə agentliyə bildirib ki, konteyner gəmisində “təhlükəli” yük olub. O, gəminin məhz nə daşıdığını açıqlamayıb.

  • На каких улицах Баку 28 января наблюдаются транспортные заторы?

    Центр интеллектуального управления транспортом Министерства внутренних дел Азербайджана обнародовал информацию о текущей ситуации на столичных дорогах.

    В настоящее время затруднено движение транспорта на:

    1) шоссе Баку – Сумгайыт, в направлении станции метро “20 Января”;

    2) улице Юсифа Сафарова, в направлении центра столицы;

    3) проспекте Зии Буниятова, от пересечения с улицей Ахмеда Раджабли до пересечения с проспектом Ататюрка;

    4) проспекте 8 Ноября, от пересечения с улицей Сулеймана Ахмедова в направлении центра столицы;

    5) Тбилисском проспекте, от станции метро “20 Января” в направлении центра;

    6) улице Узеира Гаджибейли, до пересечения с проспектом Азадлыг.

  • Bakının hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    12. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    13. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Azərbaycan “Avroviziya 2025″də bu sırada çıxış edəcək

    İsveçrənin Bazel şəhərində baş tutacaq “Avroviziya 2025″də iştirak edən ölkələrin yarımfinal püşkatması baş tutub.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, ölkəmizi təmsil edən müğənni birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

    “Avroviziya 2025″də ölkəmizi təmsil edəcək müğənni və onun ifa edəcəyi mahnı hələ də ictimaiyyətə təqdim olunmayıb.

    Qeyd edək ki, verilən açıqlamada yaxın günlərdə onun kim olduğunun bəlli olacağı bildirilib.
    //azxeber.com

  • Dövlət Neft Fondunun aktivləri 60 milyard dolları keçib

    Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 60 milyard 31,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 % çoxdur.

    Bu barədə Azərbaycan Dövlət Neft Fondu məlumat yayıb.

    Məlumata görə, ötən il ARDNF-nin büdcə gəlirləri 18 milyard 39 milyon manat, büdcə xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil edib.

    İl ərzində fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 milyard 243,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 11 461,4 milyon manat, bonus ödənişlərindən 778,2 milyon manat, tranzitdən 0,5 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri isə 5 milyard 795,3 milyon manat təşkil etməklə investisiya portfelinin 6 %-i qədər olub.

    Hesabat dövründə ARNDF dövlət büdcəsinə 12 milyard 781 milyon manat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 34 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 47,3 milyon manat yönəldib, idarəetməyə isə 34,1 milyon manat xərcləyib.

    Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 1 milyard 592,2 milyon manat təşkil edib. Aktivlərin artımı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.

    İl ərzində səhm bazarlarında müşahidə olunan müsbət tendensiyanın 4-cü rübdə də davam etməsi fondun aktivlərinə öz töhfəsini verib. Bunun səbəbləri kimi böyük texnologiya şirkətlərinin bazar dəyərlərində artımın davam etməsi, ABŞ-də keçirilən seçkilərdən sonra şirkətlərin gəlirliliyinə müsbət təsir edə biləcək əlverişli biznes mühiti ilə bağlı investor gözləntiləri göstərilə bilər.

    Eyni zamanda, mərkəzi banklar tərəfindən faiz dərəcələrinin azaldılmasının davam etdirilməsinə baxmayaraq, dövlət istiqrazlarının gəlirlilik dərəcələrində son rübdə artımlar müşahidə olunub. Bu artımlar istiqraz bazarlarında müəyyən geriləmələrə səbəb olsa da, il ərzində orta gəlirliyinin yüksək olması fondun borc öhdəlikləri altportfeli üçün ili müsbət nəticələrlə yekunlaşdırmağa şərait yaradıb. Gəlirlilik dərəcələrindəki sözügedən artımlar əsasən uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunub ki, buna başlıca olaraq inflyasiya və artan dövlət borcları kimi iqtisadi göstəricilərdəki qeyri-müəyyənliklər səbəb olub.

    İl ərzində qızılın qiymətində artımın son rübdə yavaşlamasına baxmayaraq, sadalanan aktiv bütövlükdə 2024-cü ildə fondun büdcədənkənar gəlirlərinə əhəmiyyətli töhfə verib. Yüksək geosiyasi risklər, il ərzində bir çox ölkələrdə seçkilərin keçirilməsi və mərkəzi banklar tərəfindən artan tələb qızıl qiymətlərinin yüksəlməsini şərtləndirən başlıca amillərdən hesab olunur.

  • Sabunçuda binada iki nəfərin öldüyü partlayışa görə təqsirləndirilən mənzil sahibinə hökm oxunub

    Bakı şəhərinin Sabunçu rayonunda keçmiş məcburi köçkünlərin məskunlaşdığı binada iki nəfərin ölümü ilə nəticələnən partlayışa görə təqsirləndirilən Rima Ağalarovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

    Dövlət ittihamçısı çıxış edərək Rima Ağalarovanın üç il müddətinə müəyyən vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə, yeddi il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

    Məhkəmənin hökmünə əsasən, Rima Ağalarovaya iki il müddətinə müəyyən vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə, beş il müddətinə cəza təyin olunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, hadisə 2023-cü ilin mayında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qaz sızmasından baş verən partlayış nəticəsində 26 yaşlı Elnur Əsgərov və 23 yaşlı İlahə Qarayeva ölüblər. Bir neçə nəfər xəsarət alıb.

    Mənzil sahibi Rima Ağalarova cinayət məsuliyyətinə cəlb edilib və ona qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində ilkin istintaq dövrü müddətində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə 19 nəfər bina sakini zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslə zərərşəkmişlər arasında barışıq əldə olunub.

  • Инсульт после открытой операции на сердце: врачебная ошибка или халатность? (ОБНОВЛЕНО)

    При проверке персональных данных Новруза Ибрагим оглу Исмайылова (1963 г.р.) через электронную систему e-TƏBİB было установлено, что 4 ноября 2024 года он был на приеме у врача-уролога Yeni Klinika Джейхуна Адиль оглу Джалилова. По результатам осмотра ему был поставлен диагноз “гидроцеле и сперматоцеле”, и 6 ноября врач-уролог Дж.Джалилов назначил ему предоперационные обследования.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Yeni Klinika.

    Согласно данным, 11 ноября 2024 года Н.Исмайылов был на приеме у врача-кардиолога Эльвиры Видади гызы Бабашовой.

    “12 ноября он был принят в кардиологическое отделение Центра сердечно-сосудистых заболеваний. После соответствующих обследований и получения письменного согласия пациента ему была проведена ангиокардиография левых отделов сердца. Затем Н.Исмайылов также побывал на приеме у сердечно-сосудистого хирурга Нихада Шахсувар оглу Сулейманзаде. По результатам обследования ему был поставлен диагноз “хроническая ишемическая болезнь сердца неуточненная”. Кардиолог отметил высокий кардиальный риск во время осмотра.

    После получения письменного согласия пациенту была проведена операция коронарного шунтирования одной коронарной артерии (аорты), – говорится в информации.

    В медучреждении сообщили, что до и в течение первых шесть часов после операции проводились необходимые обследования и все нужные медицинские вмешательства. В настоящее время лечение пациента продолжается в отделении анестезиологии, реанимации и интенсивной терапии.

    В заявлении Yeni Klinika также отмечается, что было проведено заседание медицинского совета клиники, на котором обсуждался ход лечения Новруза Исмайылова. В результате обсуждения было установлено, что все обследования и лечение проводились в соответствии с медицинским протоколом, а медицинская помощь была оказана тактически и технически правильно.

    * * * * *

    Новруз Исмайылов перенес открытую операцию на сердце в Yeni Klinika 13 ноября 2024 года. Во время вмешательства из-за халатности врачей у него случился инсульт. Согласно утверждению, это произошло из-за того, что перед операцией необходимые подготовительные процедуры и обследования не были проведены должным образом.

    Об этом Oxu.Az заявила Зейнаб Исмайылова, дочь пострадавшего. Она обратилась в редакцию сайта, чтобы предать огласке проблему, связанную с текущим состоянием ее отца, и добиться расследования инцидента.

    По ее словам, операцию на сердце проводили врачи, специализирующиеся на сердечно-сосудистой хирургии – Ниджат Сулейманов и Нихад Сулейманзаде. Зейнаб Исмайылова утверждает, что произошедшее во время хирургического вмешательства не было принято во внимание, и только на следующий день при компьютерной томографии выяснилось, что у мужчины случился инсульт.

    “Однако из-за позднего вмешательства большая часть мозга пострадала от инсульта. Почти три месяца мой отец лежит в реанимации больницы, и его состояние ухудшается с каждым днем. Врачи ничего не могут с этим сделать”, – говорит Зейнаб.

    Исмайылова отметила, что несмотря на обращения в Объединение по управлению медицинскими территориальными подразделениями (TƏBİB) и Yeni Klinika, к ситуации отнеслись равнодушно. Вчера, 27 января, из медучреждения пришел ответ на ее запрос о расследовании качества медицинской помощи, оказанной ее отцу Новрузу Исмайылову. В ответе сообщалось, что обращение было рассмотрено в TƏBİB.

    “По данному вопросу проводится расследование, о результатах которого вам (имеется в виду Зейнаб Исмайыловой – ред.) будет предоставлена дополнительная информация”, – говорится в заявлении.

    Отметим, что несмотря на запрос, отправленный Oxu.Az в TƏBİB 25 января по поводу упомянутой жалобы, до сих пор получить ответ не удалось. В то же время корреспондент сайта пытался связаться с хирургом Ниджатом Сулеймановым, но врач не отвечал на наши звонки и оставил без ответа письменное обращение.

  • Pasiyentin açıq ürək əməliyyatı zamanı insult keçirməsinə həkim səhlənkarlığı səbəb olub? (YENİLƏNİB)

    “e-TƏBİB elektron sistemi üzərindən 1963-cü il təvəllüdlü Novruz İbrahim oğlu İsmayılova məxsus fərdi məlumatlar yoxlanılarkən onun 2024-cü il noyabrın 4-də Yeni Klinikanın həkim-uroloqu Ceyhun Adil oğlu Cəlilovun müayinəsində olduğu, müayinə nəticəsində ona “Hidrosel va spermatosel” diaqnozu qoyulduğu və noyabrın 6-da N.İsmayılova həkim-uroloq Ceyhun Cəlilov tərəfindən əməliyyatönü müayinələr təyin olunduğu müəyyən olunub”.

    Bu barədə Yeni Klinikadan məlumat verilib.

    Bildirilib ki, N.İsmayılov 2024-cü il noyabrın 11-də həkim-kardioloq Elvira Vidadi qızı Babaşovanın qəbulunda olub:

    “O, noyabrın 12-də ürək-damar Mərkəzinin Kardiologiya şöbəsinə qəbul olunub, müvafiq müayinələrdən sonra onun eyni tarixli müvafiq yazılı razılıqları əsasında sol ürək boşluqların angiokardioqrafiyası icra olunub. Bundan sonra pasiyent həkim-ürək-damar cərrahı Nihad Şahsuvar oğlu Süleymanzadənin də qəbulunda olub. Müayinə nəticəsində N.İsmayılova “Ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi” diaqnozu qoyulub, kardioloq tərəfindən müayinə zamanı yüksək kardiak risk olduğu bildirilib, müvafiq yazılı razılıqları əsasında ona tək koronar arteriyanın (aort) koronar şuntlama əməliyyatı icra olunub”.

    Açıqlamada bildirilib ki, xəstədə əməliyyatdan öncə və sonrakı ilk 6 saatda müvafiq müayinələr aparılıb və bütün zəruri tibbi müdaxilələr edilib:

    “Hazırda xəstənin müalicəsi anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir”.

    Klinikadan verilən açıqlamada, həmçinin qeyd edilib ki, müraciətlə bağlı klinikanın tibbi şurasının iclası keçirilib, Novruz İsmayılovun müalicəsinin təhlili müzakirə olunub:

    “Müzakirə nəticəsində bütün müayinə və müalicələrin tibbi protokola uyğun icra olunduğu, tibbi xidmətin taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi müəyyən edilib”.

    * * * * *

    Zeynəb İsmayılova atası Novruz İsmayılovun 13 noyabr 2024-cü ildə Yeni Klinikada açıq ürək əməliyyatı olunduğunu və həkim səhlənkarlığı nəticəsində insult keçirdiyini deyir. Onun sözlərinə görə, əməliyyatdan əvvəl lazımi hazırlıqlar və yoxlanışlar düzgün aparılmayıb, nəticədə atası əməliyyat zamanı insult keçirib.

    O, atasının mövcud vəziyyəti ilə bağlı problemin ictimailəşməsi və araşdırılması üçün Oxu.Az-a müraciət edib.

    Z.İsmayılova bildirib ki, atasının əməliyyatını ürək-damar cərrahları Nicat Süleymanov və Nihat Süleymanzadə icra ediblər. Onun sözlərinə görə, əməliyyat zamanı olanlar nəzərə alınmayıb və atasının insult keçirdiyini bir gün sonra KT (Kompüter Tomoqrafiya) müayinəsində öyrəniblər:

    “Lakin gec müdaxilə nəticəsində beynin böyük bir sahəsi insultdan zərər çəkib. Üç aya yaxındır, atam xəstəxananın reanimasiya şöbəsində yatır və vəziyyəti gündən-günə pisləşir. Həkimlər səbəbini tapa bilmirlər”.

    Z.İsmayılova qeyd edib ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) və Yeni Klinikaya müraciət etsə də, laqeyd yanaşılıb. O bildirib ki, atası Novruz İsmayılova göstərilən tibbi xidmətin keyfiyyətinin araşdırılması ilə bağlı müraciətinə ötən gün – yanvarın 27-də Yeni Klinikadan cavab verilib. Bildirilib ki, müraciətinə TƏBİB-də aidiyyəti üzrə baxılıb.

    “Məsələ ilə əlaqədar araşdırma aparılır və nəticəsi barədə sizə əlavə məlumat veriləcək”, – deyə cavabda bildirilib.

    Qeyd edək ki, sözügedən şikayətlə bağlı yanvarın 25-də TƏBİB-ə sorğu versək də, bu günə qədər cavab almaq mümkün olmayıb. Eyni zamanda, ürək-damar cərrahı Nicat Süleymanovun özü ilə əlaqə saxlamağa çalışsaq da, həkim zənglərimizə cavab verməyib, yazılı müraciətimizi cavabsız qoyub.

  • Hindistanda sirli epidemiya: Naməlum xəstəliyə yoluxanların yarısı ölüb

    Hindistanın keçmiş Cammu və Kəşmir ştatında naməlum xəstəliyin yayılması qeydə alınıb. Ümumilikdə 38 yoluxma halı qeydə alınıb, xəstələrdən 17-si həyatını itirib.

    Bu barədə “Rospotrebnadzor” (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) xəbər verib.

    Bildirilib ki, bütün xəstələr üç ailənin üzvləridir.

    Xəstəliyin əlamətləri arasında qızdırma, ürəkbulanma və zəiflik var. Ölənlərdə beyin ödemi aşkar edilib. Araşdırmalar göstərib ki, xəstəlik toksinlər tərəfindən törədilib, lakin hansı toksinlər olduğu müəyyən edilməyib.

    “Rospotrebnadzor” Hindistan Respublikasında naməlum etiologiyalı xəstəlik halları haqqında məlumatları izləyir. Qurumun müəssisələr şəbəkəsində laboratoriya bazası yaradılıb, təlim keçmiş mütəxəssislər var və aparıcı elmi təşkilatların istinad mərkəzləri fəaliyyət göstərir ki, bu da riskləri tez aşkar etməyə və əlavə tədbirlər görməyə imkan verir”, – deyə qurumdan bildirilib.

  • Gözəllik salonlarında tibbi kosmetoloji xidmət göstərmək qadağan olundu – Rəsmi XƏBƏRDARLIQ

    Son vaxtlar bəzi klinikalarda aparılan yoxlamalar, xüsusilə, estetik cərrahlarla bağlı məsələlər əsas gündəm mövzusudur. Buna görə də plastik, kosmetoloji prosedurlar etdirən və yaxud etdirmək istəyən şəxslər üçün bəzi sual yaradan məqamlar var.

    Məsələn, bəzi gözəllik salonlarında kosmetoloji prosedurlar edilir. Maraqlıdır ki, bu prosedurlar nə dərəcədə doğru və gigiyenik şəkildə həyata keçirilir?

    Klinikalar bir sıra nöqsanların aşkarlanması nəticəsində bağlanırsa, gözəllik salonları da eyni dərəcədə yoxlanılıb, bağlanılırmı?

    Bu salonların kosmetoloji prosedurları həyata keçirməkləri üçün xüsusi lisenziyaları var?

    Median.Az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən Bizim.media-ya verilən açıqlamada bildirilib ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə xidmətin göstərilməsi tibbin bir sahəsi olaraq, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur.

    “Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur”.

    Bəs bu sahə ilə məşğul olmaq hüququna kimlər malikdirlər?

    Verilən açıqlamada qeyd olunub ki, bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.

    “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-dermatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər”.

    Gözəllik salonlarında kosmetoloji proseslər keçirilə bilməz

    “Qeyd edək ki, gözəllik salonları tibb müəssisələrində sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Belə ki, vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan bu tip müraciətlər olduqda aidiyyəti gözəllik salonlarında qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyətlə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir”, – deyə məlumatda bildirilib.