Month: January 2025

  • Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə bilmir

    Həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu arvadı ilə əmlak mübahisəsinə başlayıb.

    Median.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, həyat yoldaşı uzun illər prokurorluqda işləmiş Məhəmməd Hacıyevi məhkəməyə verib.

    Mübahisə səbəbi isə keçmiş prokuror M.Hacıyevin “Range Rover” markalı avtomobilidir.

    İddiaçı C.Hacıyeva “Range Rover”in birgə evlilik dövründə alındığını əsas gətirərək yarısına pay hüququnun tanınmasını tələb edir.

    Maraqlıdır ki, Hacıyevlər rəsmən boşanmayıblar. Onlar evli ola-ola əmlak davası edirlər. Cavabdeh Hacıyev isə arvadının tələbi ilə razılaşmır. Bu səbəbdən iş məhkəməyə qədər gəlib çıxıb.

    Daha bir diqqətçəkən məqam isə odur ki, bu avtomobil Vilyam Hacıyevin cinayət işi ilə bağlı dövlət nəfinə müsadirə edilib. Görünən odur ki, bu tələb qəbul edilsə, iddiaçı müsadirə qərarına qarşı məhkəmə başladacaq.

    Qeyd edək ki, Vilyam Hacıyev İmişlinin icra başçısı olduğu müddətdə oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru işləyib. Atası korrupsiya cinayətlərinə görə 8 il 6 aylıq həbsə məhkum edildikdən sonra övladı da işdən çıxarılıb.

    Xatırladaq ki, V.Hacıyev həbs ediləndən sonra özü və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

  • Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır

    Daşkənd şəhərində Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılması planlaşdırılır. Bu, Özbəkistan prezidentinin imzaladığı qərara əsasən həyata keçiriləcək. Universitetin əsas məqsədi türk dünyası ölkələri arasında siyasi, iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə töhfə verməkdir

    Median.Az-ın verdiyi məlumata görə, bu barədə ölkənin “Norma” hüquqi portalı xəbər verib.

    Yeni universitet mühəndislik, tikinti, logistika, İT, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, eləcə də iqtisadi və sosial sahələr üzrə kadrlar hazırlığını həyata keçirəcək. Təhsil prosesi beynəlxalq standartlara uyğun qurulacaq. Tədris proqramları aparıcı xarici universitetlərlə, xüsusilə Türkiyənin ali təhsil müəssisələri ilə birgə hazırlanacaq. Eyni zamanda, birgə təhsil proqramlarının reallaşdırılması və elmi araşdırmaların aparılması da nəzərdə tutulur.

    Universitet tələbələrin akademik mobillik proqramları çərçivəsində xarici təhsil və elmi qurumlarla əməkdaşlıq edəcək. Təhsil müəssisəsi Özbəkistan Ali Təhsil Respublika Şurası və Türkiyə Ali Təhsil Şurasının təsisçiliyi ilə qeyri-dövlət universiteti statusunda fəaliyyət göstərəcək.

    2025/2026-cı tədris ilindən etibarən təhsil prosesi dünya reytinqlərinin ilk 1000-liyinə daxil olan və öz istiqamətlərində lider sayılan Türkiyə universitetlərinin proqramları əsasında qurulacaq. Tələbələrin təhsili ödənişli-müqavilə əsasında təşkil ediləcək və qəbul parametrləri, təhsil haqqı universitet tərəfindən müəyyənləşdiriləcək.

  • Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib

    Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi qaydaları müəyyənləşib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Miqrasiya Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

    Belə ki, dəyişikliyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların orada yerləşdirilməsi barədə qərara uyğun olaraq qəbul edildikləri andan hesablanacaq.

    Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddət başa çatanadək onların mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə həmin şəxsin orada yerləşdirilməsi müddətinin başa çatmasına 1 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir. Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyət orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar qəbul ediləcək.

    Həmçinin, mərkəzdə saxlanılanların yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar ora daxil olduqda dərhal icra edilməlidir.

    Məcəlləyə əlavə edilən maddələrə görə, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda müəyyən olunmuş müddət başa çatdıqda və bu müddət uzadılmadıqda mərkəzin rəisi müvafiq qərar olmadan protokol tərtib edəcək və bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin orada məcburi yerləşdirilməsi barədə qərar qəbul etmiş vəzifəli şəxsə və ya hakimə məlumat verməklə şəxsi azad edəcək.

  • Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb

    Göyçay rayonunda yerləşən, fiziki şəxs Məhəmmədəli Mahmud oğlu Qəribova məxsus alkoqolsuz içkilərin (limonad) emalı müəssisəsində plandankənar yoxlama keçirib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.

    Digər istehsalçılara məxsus boş butulkaların yığılaraq müvafiq tələblər gözlənilmədən kustar üsulla yuyulub içkilərin qablaşdırılmasında istifadə olunduğu, keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə məhsulların laborator müayinələrdən keçirilmədiyi, etiket məlumatlarında istehsal müəssisəsinin ünvanı barədə yanlış məlumatların qeyd edildiyi məlum olub.

    Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, araşdırmalar davam etdirilir.

  • Prezident “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişikliyi TƏSDİQLƏDİ

    Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri işə qəbuldan imtinanın səbəblərini açıqlamayacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.

    Əsas məqsəd həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır.

    Daha bir dəyişikliklə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

  • Bakıda polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ, xəstəxanaya yerləşdirildi

    Yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Ceyhun Aslanov zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.

    Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.

    Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

  • Ильхам Алиев: Столкнулись с большим сопротивлением при реализации проекта Баку – Тбилиси – Карс

    Президент Ильхам Алиев на совещании, посвященном вопросам транспорта, рассказал о трудностях, с которыми наша страна столкнулась при реализации проекта железной дороги Баку – Тбилиси – Карс.

    Как сообщает АЗЕРТАДЖ, глава государства в этой связи сказал: “Мы столкнулись с большим сопротивлением, когда хотели его реализовать. Сейчас я могу сказать об этом. Особенно возражали против этого Соединенные Штаты Америки. А причина опять же была в их проармянской политике, потому что считалось, что этот проект оставляет в стороне Армению. Поэтому на тогдашнее руководство Грузии Американским государством оказывалось очень серьезное давление, чтобы оно не дало согласие на это. Мы несколько лет вели переговоры с грузинской стороной и, наконец, смогли прийти к договоренности”.

  • Prezident Bakı-Tbilisi-Qars layihəsinin icrası ilə əlaqədar üzləşilən müqavimətdən danışdı

    Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası zamanı ölkəmizin üzləşdiyi çətinliklərdən danışıb.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:

    “Biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik”.

  • Ильхам Алиев: Армения должна выполнить свои обязательства

    Как на международном уровне, так и в ходе двусторонних контактов с Арменией мы постоянно подчеркиваем один вопрос: должен быть обеспечен беспрепятственный проезд из Азербайджана в Азербайджан. Должен быть комфортный и свободный проезд из Азербайджана в Азербайджан без каких-либо проверок и препятствий.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев на совещании, посвященном вопросам транспорта.

    Напомнив, что в ноябре 1920 года советская власть отобрала у нас Западный Зангезур и совершила преступление против азербайджанского народа, глава государства отметил: “Мы не забыли и не забудем Зангезур. Еще раз говорю, у нас нет территориальных претензий к Армении. Однако Армения должна выполнить взятые на себя обязательства, предоставив беспрепятственный проезд из Азербайджана в Азербайджан”.

  • Prezident: “Ermənistan Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”

    “Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib.

    Sovet hakimiyyətinin 1920-ci ildə Qərbi Zəngəzuru əlimizdən aldığını və Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladan dövlətimizin başçısı, həmçinin qeyd edib:

    “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.