Month: January 2025

  • В Словакии женщина возглавила полицию впервые в истории страны

    Новой главой полиции Словакии назначена генерал Яна Машкарова, впервые в истории страны ведомство возглавила женщина.

    Как передает Median.Az со ссылкой на nsn.fm, об этом сообщил глава МВД Словакии Матуш Шутай-Эшток.

    “Это честь для меня первый раз в истории полиции (Словакии) поставить во главе женщину”, – подчеркнул министр.

    Предыдущий глава полиции Любомир Солак, который руководил ведомством с ноября 2023 года, подал в отставку после вооруженного нападения в гимназии в городе Спишска Стара Вес. Тогда 18-летний юноша с ножом напал на людей в учреждении, два человека погибли.

  • Slovakiya tarixində ilk: Polisə qadın rəhbər təyin olundu

    Slovakiyada qadın general Yana Maşkarova polisə yeni rəhbər təyin edilib.

    Median.Az-ın “Nsn.fm”ə istinadən xəbərinə görə, bu barədə Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri Matuş Şutai-Eştok məlumat verib.

    Məlumata görə, ölkə tarixində ilk dəfə olaraq bu quruma qadın rəhbərlik edəcək.

    “Slovakiya polisi tarixində ilk dəfə olaraq qadın rəhbər təyin etmək mənim üçün şərəfdir”, – deyə nazir vurğulayıb.

    2023-cü ilin noyabr ayından quruma rəhbərlik edən əvvəlki polis rəhbəri Lyubomir Solak isə bu ayın ortalarında Spişska Stara Ves şəhərində gimnaziyaya silahlı hücumdan sonra istefa verib. O zaman 18 yaşlı gənc tədris müəssisəsindəki insanlara bıçaqla hücum etmiş və 2 nəfər həlak olmuşdu.

  • Скандально известный гинеколог снова на работе

    Акушер-гинеколог Ляман Алиева, уволенная из клиники German Hospital за празднование вместе с коллегами своего дня рождения во время операции, приступила к работе на новом месте.

    Согласно полученной oxu.az информации, она работает в одной из частных больниц в Баку.

    Отмечается, что Л.Алиева уже провела несколько родов.

    Напомним, что 8 января Ляман Алиева поделилась публикацией в соцсети, сообщив, что коллеги сделали ей сюрприз. Сотрудники клиники вошли в операционную во время хирургического вмешательства без перчаток и поздравили врача с днем рождения, пренебрегая элементарными санитарными нормами. Л.Алиева приняла поздравление и задула свечку. После данного инцидента она была уволена.

  • Qalmaqallı cərrah yenidən İŞ BAŞINDA

    İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva yeni iş yerində fəaliyyətə başlayıb.

    O, Bakıda fəaliyyət göstərən özəl xəstəxanaların birində çalışır.

    Bir müddət ölkə gündəmindən düşməyən cərrah mama-ginekoloq artıq bir neçə doğuş prosesini də həyata keçirib.

    Qeyd edək ki, yanvarın 8-də mama-ginekoloq Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən “sürpriz”lə qarşılaşıb. O, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar və Ləman Əliyeva işdən azad edilib.
    //oxu.az

  • Посол Азербайджана и замглавы МИД РФ обсудили катастрофу самолета AZAL

    Заместитель министра иностранных дел России Михаил Галузин и посол Азербайджана в Москве Рахман Мустафаев обсудили авиакатастрофу вблизи казахстанского Актау.

    Об этом говорится в сообщении МИД РФ.

    Отмечается, что была подчеркнута необходимость завершения официального расследования и обнародования его результатов.

    “При обсуждении темы катастрофы самолета “Азербайджанских авиалиний” (AZAL) 25 декабря 2024 года вблизи города Актау в Казахстане акцентирована необходимость завершения официального расследования и обнародования его результатов для прояснения всех обстоятельств произошедшей трагедии”, – сообщили в министерстве.

  • Azərbaycan səfiri və Rusiya XİN müavini AZAL-ın təyyarə qəzasını müzakirə ediblər

    Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Qazaxıstanın Aktau şəhərinin yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər.

    Bu barədə Rusiya XİN-in bəyanatında bildirilir.

    Qeyd olunur ki, görüş zamanı xidməti araşdırmanın yekunlaşdırılması və nəticələrinin ictimaiyyətə çatdırılmasının zəruriliyi vurğulanıb.

    “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, – nazirlikdən bildirilib.

  • Saxlanılan tiktoker yenidən AZADLIQDA – FOTO

    “Roşka” ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanov azadlığa buraxılıb.

    O, “TikTok” platformasında canlı yayımlar açmağa başlayıb.

    R.Süleymanov sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, qeyri-etik paylaşımlar etməklə məşhurlaşmışdı.

    Xatırladaq ki, o, 2024-cü il noyabrın 27-də saxlanılaraq 45 sutka həbs cəzası almışdı. Bu il yanvar ayının 24-də isə yenidən həbs olunmuşdu.

  • В Азербайджане обвиняемому в призывах к насильственному захвату власти вынесен приговор

    Завершился уголовный процесс над Эльшаном Керимовым, обвиняемым в публичных призывах к насильственному захвату власти.

    Как сообщает Report, заседание прошло в Бакинском суде по тяжким преступлениям под председательством судьи Сабухи Гусейнова.

    Прокурор запросил 7 лет и 6 месяцев лишения свободы для Э.Керимова. Выступившая с защитной речью адвокат Зибейда Садыгова попросила вынести мягкий обвинительный приговор.

    Решением суда Эльшан Керимов приговорен к 6 годам лишения свободы.

    Отметим, что Э.Керимов был задержан 17 апреля 2024 года в селе Рустамли Евлахского района. В следственном управлении Генпрокуратуры в его отношении было возбуждено уголовное дело по статье 281.1 (публичные призывы к насильственному захвату власти, насильственному удержанию власти или насильственному изменению конституционного строя, либо нарушению территориальной целостности Азербайджанской Республики (АР), а равно распространение материалов такого содержания) УК АР. 19 апреля Бинагадинский районный суд избрал в его отношении меру пресечения в виде ареста сроком на три месяца.

  • Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

    Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elşən Kərimovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    O, Elşən Kərimovun yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Daha sonra vəkil Zibeydə Sadıqova çıxış edərək müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini xahiş edib.

    Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Elşən Kərimov altı il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Elşən Kərimov 2024-cü il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.

  • Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxsi: “Çantamdan çıxan 30 min manat oğlumun idi”

    Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Saleh Novruzi ifadə verib.

    O bildirib ki, ittihamla tanış olanda orada adları qeyd olunan fiziki şəxsləri tanımayıb:

    “Mən əməkdaşların heç birindən pul almamışam. Çantamdan çıxan pul oğluma aid olub. Bizim işimiz ölkəyə idxal olunan qeyri-qida məhsullarına gigiyenik sertifikatın verilməsi idi. Vətəndaş məhsulun kodu ilə bizim mərkəzə yaxınlaşır, sənədləri təqdim edir, doğruluğu yoxlanıldıqdan sonra məhsul laboratoriyaya verilir. Məhsulun növündən asılı olaraq ödəniş edilir. Burada iki rüsum var, biri dövlət, digəri də laboratoriyanın rüsumudur. Pullar bank hesabına ödənilir. Məbləğ məhsula görə dəyişir”.

    Saleh Novruzinin sözlərinə görə, məhsulun müayinəsi bitəndən sonra laboratoriya sənədləri ilə birgə komissiyaya təhvil verilir:

    “Komissiyanın sədri mən idim, cəmi yeddi nəfərdən ibarətdir. Komissiya nəzərdən keçirdikdən sonra üzvlər sənədlərə qol çəkirlər və sertifikat verilir”.

    Təqsirləndirilən şəxs bildirib ki, ofisdə axtarış zamanı çantasında tapılan 30 min manat pul oğluna məxsus olub və ev almaq üçün ona verilib.

    “Bu barədə istintaqa bildirməməyimin səbəbi səhhətimlə əlaqədar idi. Həmin pula Masazırda ev alacaqdıq”, – o bildirib.

    Məhkəmənin növbəti iclası fevralın 25-də keçiriləcək.

    İttihama görə, sözügedən şəxslər əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində alıblar.

    Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

    Hər üç şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.