Month: January 2025

  • Mütəxəssis yağlarla bağlı suallara aydınlıq gətirib – VİDEO

    Təəssüf ki, bəzi “ekspertlər” marqarin, “spred”, palma və “trans” yağ kimi anlayışları qarışdırırlar.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu məlumat yayıb.

    Bildirilib ki, belə yağlarla bağlı səhv məlumatların verilməsi isə istehlakçılarda bu məhsullar barədə yanlış fikirlərin yaranmasına səbəb ola bilər.

    Belə halların qarşısını almaq və istehlakçıların düzgün istiqamətdə məlumatlandırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Maarifləndirmə sektorunun müdiri Aynur Heydərova adıçəkilən anlayışlara aydınlıq gətirib.

    Daha ətraflı videoda:

  • Tağı Əhmədovun qəbirüstü abidəsinə külli miqdarda PUL XƏRCLƏNİB – FOTO

    “Bakı Metropoliteni” QSC-nin vəfat edən keçmiş rəisi Tağı Əhmədovun qəbirüstü abidəsi hazırlanıb.

    Median.Az Manset.az-a istinadən məlumat verir ki, Əhmədovun qəbirüstü abidəsi bahalı Ukrayna daşından düzəldilib.

    “Tolkovski” adlanan mərmər növündən hazırlanan abidənin təxmini qiyməti 25 min manatdır.

    Qeyd edək ki, Tağı Əhmədov 1998-2014-cü illərdə “Bakı Metropoliteni”nin rəisi vəzifələrində çalışıb. O, uzun sürən xəstəlikdən sonra ötən ilin 18 oktyabr tarixində vəfat edib.



  • Goranboyda BƏDBƏXT HADİSƏ: Yaşlı kişini QATAR VURDU

    Goranboyda Dəliməmmədli dəmiryol stansiyasının ərazisində qatar 76 yaşlı kişini vurub.

    Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov təsdiqləyib.

    Belə ki, Dəliməmmədli şəhər sakini 1949-cu il təvəllüdlü Sabir Abdullayevi hərəkətdə olan qatar çiyin nahiyəsindən vuraraq yerə yıxıb.

    Xəsarət alan yaşlı kişi Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.

    Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

  • İrana gizli məlumatlar sızdıran İsrail əsgərləri həbs olundular

    İsraildə İranın xeyrinə casusluqda şübhəli bilinən iki ehtiyat əsgəri saxlanılıb.

    Azxeber.com xarici mediaya istinadən xəbər verir ki, şübhəlilərdən biri Hava Hücumundan Müdafiə Korpusunda hərbi xidmətdə olarkən əldə etdiyi məxfi məlumatları İran agentinə ötürməkdə ittiham olunub.

    Yuri Eliaspov və Georgi Andreev adlı şübhəlilər Şin Bet (İsrail Kəşfiyyatı), İsrail polisi və Lahav 433 Milli Cinayət Bölməsinin birgə əməliyyatı nəticəsində Krayot bölgəsində ələ keçiblər.

    Araşdırmalar zamanı məlum olub ki, Yuri aylardır İran agenti ilə əlaqə saxlayıb və maddi qazanc üçün tapşırıqlar həyata keçirirmiş.

    Rəsmilərə görə, Yuri İran agentinin göstərişi ilə İsrailin müxtəlif yerlərində “Ruhullahın uşaqları” yazılmış qraffitilər çəkib.

    Onun hərbi xidmətdə olarkən əldə etdiyi gizli müdafiə materiallarını İran hakimiyyətinə təhvil verdiyi də bildirilib.

    İsrail rəsmiləri hadisənin təhqiqatının davam etdiyini və bunun milli təhlükəsizliyə yaratdığı təhdidləri hərtərəfli araşdırdıqlarını açıqlayıblara.

  • На транспортной развязке “Азнефть” загорелся автомобиль: образовался затор – ВИДЕО

    На транспортной развязке “Азнефть” на проспекте Нефтяников в Баку произошло возгорание легкового автомобиля.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом Министерства внутренних дел Азербайджана.

    Согласно информации, огонь был оперативно потушен сотрудниками Государственной дорожной полиции, находившимися на месте происшествия.

    В результате инцидента в направлении улицы Юсифа Сафарова образовался затор. Ведутся работы по восстановлению движения.

    Представляем соответствующие кадры:

  • “Azneft” dairəsində avtomobil YANDI: SIXLIQ YARANDI – VİDEO

    Bakı şəhərində Səbail rayonu, Neftçilər prospekti, “Azneft” dairəsində avtomobillərdən birində yanğın baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Bildirilib ki, ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb.

    Hazırda bu səbəbdən Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

    Həmin görüntüləri təqdim edirik:

  • Şəhla Həsənli tiktoker “Beniz”i məhkəməyə verdi: Qızını ölümlə hədələyib

    Bloqer Şəhla Həsənli “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə keçirilən proses qarşı tərəfin vəkili gəlmədiyi üçün təxirə salınıb.

    Əldə etdiyimiz məlumata əsasən, xanım bloqer tiktoker “Beniz”in canlı yayımlarında onun qızını ölümlə hədələdiyini iddia edir.

    Eyni zamanda, xanım bloqerin ailə üzvlərinin şəkillərini feyk profillə açılmış səhifələrdə paylaşıb.

    Qeyd edək ki, “Beniz” ləqəbli tiktokerin adı digər bir cinayət işində də keçir.

    Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə – külli miqdarda əmlak tələb etməklə törədildikdə) və 221.3-cü (xuliqanlıq – silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə əlavə ittiham elan edilib.

    O, sevgilisini 836 min manat pul tələb edərək şantaj etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

    Onun barəsində əvvəl həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

    Tiktokerin əməlindən zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək, işin yenidən nəzarətə götürülməsini xahiş etmişdi.

  • Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanıldı

    Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva Bakıda saxlanılıb.

    APA xəbər verir ki, bu barədə məlumatı “iz.ru” yayıb.
    Billdirilib ki, o, Bakıdan Dubaya uçmaq istəyərkən hava limanında saxlanılıb. Artıq Rusiyanın müvafiq orqanlarından Xaxalyevanın ekstradisiyası üçün zəruri sənədlər istənilib.
    Müvafiq qərar da məhz həmin sənədlər təqdim edildikdən sonra veriləcək.
    Xaxalyeva dələduzluq və xidməti vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrin nəşrə bildirdiyinə görə, Xaxalyevanın ekstradisiyası barədə qərarı Azərbaycan hakimiyyəti verəcək. Rostov-na-Don məhkəməsi keçmiş hakim barəsində qiyabi həbs qərarı çıxarıb. İstintaqın versiyasına görə, o, hiylə ilə təxminən 1,2 milyon rubl ələ keçirib, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. Rusiyanın İstintaq Komitəsi Xaxlayevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

  • Финляндия ужесточит требования к получению иностранцами ПМЖ

    Правительство Финляндии подготовило законопроект об ужесточении требований к получению иностранцами постоянного вида на жительство.

    Как передает Report, об этом сообщила пресс-служба МВД.
    “Цель правительственной программы – побудить иммигрантов следовать правилам финского общества, работать и изучать язык. Успешная интеграция была бы предпосылкой для получения постоянного вида на жительство”, – сказала министр внутренних дел Мари Рантанен.
    Согласно информации, предлагается увеличить срок непрерывного проживания в республике, необходимый для предоставления постоянного вида на жительство, с четырех до шести лет.
    Постоянный вид на жительство можно получить и после четырех лет проживания, но для этого необходимо выполнить ряд альтернативных условий: годовой доход соискателя должен составлять не менее 40 тыс. евро; он должен обладать признанной в Финляндии степенью высшего образования либо закончить аспирантуру в стране и иметь двухлетний трудовой стаж; заявитель должен отлично владеть финским или шведским языком и иметь трехлетний трудовой стаж.
    По данным МВД, ужесточаются также требования и для лиц с уголовным наказанием.

  • Finlandiya əcnəbilərin daimi yaşayış icazəsi almaq tələblərini sərtləşdirir

    Finlandiya hökuməti əcnəbilərə daimi yaşayış icazəsi almaq üçün təqdim edilən tələbləri sərtləşdirən qanun layihəsi hazırlayıb.

    “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
    “Hökumətin proqramının məqsədi miqrantları Finlandiya cəmiyyətinin qaydalarına öyrətməyə, işləməyə və dil öyrənməyə təşviq etməkdir. Uğurlu inteqrasiya daimi yaşayış icazəsi almaq üçün ilkin şərt ola bilər”, – Finlandiyanın daxili işlər naziri Mari Rantanen deyib.
    Məlumata görə, daimi yaşayış icazəsinin alınması üçün tələb olunan fasiləsiz yaşama müddətinin 4 ildən 6 ilədək artırılması təklif edilir.
    Daimi yaşayış icazəsi 4 illik yaşayışdan sonra da əldə edilə bilər, lakin bunun üçün bir sıra alternativ şərtləri yerinə yetirmək lazımdır: müraciətçinin illik gəliri azı 40 min avro olmalıdır; o, Finlandiyada tanınan ali təhsil dərəcəsinə sahib olmalıdır və ya ölkədə aspirantura təhsili almalıdır və 2 illik iş təcrübəsinə malik olmalıdır; müraciətçi fin və ya isveç dilini mükəmməl bilməlidir və 3 illik iş təcrübəsinə malik olmalıdır.
    DİN-in məlumatına görə, cinayət məsuliyyəti olan şəxslərə qarşı da tələblər sərtləşdirilir.