Month: January 2025

  • Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı

    Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən gənc aktyor Həsənağa Məmmədov (Həsən Ağa) ev dustaqlığına buraxılıb.

    Median.Az Gununsesi.info-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

    Həsənağa Məmmədov istintaq prosesində olduğu üçün detallı danışmaqdan imtina edib:

    “Məhkəmə araşdırdı və mənim barəmdəki həbs-qətimkan tədbirini dəyişdi”.

  • Gənc oğlan anasına xəsarət yetirdi, həbs olundu – TƏFƏRRÜAT

    Sumqayıt şəhərində 2000-ci il təvəllüdlü Məhərrəm şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Mayaya (adlar şərtidir – red.) xəsarət yetirib.

    Median.Az Demokrat.az-a istinadla xəbər verir ki, hadisəni törədən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, narkotik istifadəçisi olub, evdəkiləri incidib, bəzən pəncərənin şüşələrini sındırıb:

    “Hadisə günü evdə olan zaman narkotik vasitə qəbul etdiyimdən anam söyüş söydü. Mən də əsəbiləşdiyimdən söyüş söydüm və şüşəni vuraraq sındırdım. Lakin anamı vurmamışam. Əvvəllər anamı döymüşəm. Bunu etiraf etmişəm”.

    Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, zərərçəkmiş Maya doğma anasıdır, o, heç yerdə işləmədiyi və mütəmadi olaraq dostları ilə olduğu üçün evə gec vaxtlar gəldiyinə görə anası onu danlayır, bu səbəbdən də aralarında mübahisə yaranır:

    “Hadisə günü saat 13 radələrində yaşadığımız evdə atam ilə söhbət edən zaman aramızda söz mübahisəmiz yarandı. Anam Maya mübahisəyə müdaxilə edərək ünvanıma nalayiq ifadələr işlətdi. Mən də onu sakitləşib öz işi ilə məşğul olmasını dedim. Anam isə sakitləşmədi, məni kobud şəkildə danladı. Ünvanıma nalayiq ifadə işlətdikdə anama yaxınlaşdım, əl zərbəsi ilə başının sağ yan nahiyəsindən vurdum. Həmin zaman atam mübahisəyə müdaxilə edərək bizi ayırdı. Bundan sonra anam qaçaraq evdən çıxdı”.

    Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məhərrəm 5 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Prezident İlham Əliyev Samir Şərifova yeni vəzifə həvalə etdi

    Azərbaycan Respublikasının İqtisadi Şurasının tərkibində dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmana əsasən, Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun adı Şura üzvlərinin siyahısına daxil edilib.

  • 23 il əvvəl Şeyx Şamilin büstünü partladan ömürlük məhkum qardaşlar yenidən məhkəməyə üz tutdular

    Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən İlham və Emin Baqqayev qardaşları yenidən məhkəməyə üz tutublar.

    Median.Az “Report”a istinadən xəbər verir ki, qardaşlar barələrindəki qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

    Onların kassasiya şikayətinə ayrıca icraatda baxılacaq.

    Xatırladaq ki, qardaşlar bir müddət əvvəl Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 20 ildən artıqdır cəza çəkdiklərini, barələrindəki hökmlərin müddətli cəzaya dəyişdirilməsini və azadlığa buraxılmalarını xahiş ediblər.

    Qaradağ Rayon Məhkəməsi hər iki qardaşının müraciətini təmin etməyib. Qərardan narazı qalan ömürlük məhkum qardaşlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi də ömürlük məhkum qardaşlarla bağlı Qaradağ Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

    Qeyd edək ki, 2001-ci il avqustun 19-da naməlum şəxslər Zaqatala Rayon Polis Şöbəsinin qarşısında xidmət aparan polis əməkdaşlarını avtomat silahlardan atəşə tutublar. Nəticədə 5 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polisin açdığı cavab atəşindən sonra silahlı cinayətkarlar hadisə yerindən qaçıblar.

    Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd olunan bu ağır cinayəti təxribatlar törətmək, milli zəmində münaqişə yaratmaq və beləliklə, bölgədə sabitliyi pozmaq məqsədi ilə iyulun 30-da daxili qoşunların Zaqatala rayonunun Qala adlanan ərazisində yerləşən hərbi hissəsinin növbətçi hissəsinə silahlı hücum edən, avqustun 17-də həmin rayonun Car kəndindəki Şeyx Şamilin büstünü partladan cinayətkar qrupun üzvlərindən Zaqatala rayonunun Kebeloba kənd sakinləri – İlham Baqqayev, Emin Baqqayev, Emin Mollayev, Qurban Həsənov, İslam Xiniyev, Abdulhəmid və İbrahim Bulayevlər və digər şəxslər müəyyən olunublar.

    Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin birgə əməliyyatı zamanı hadisələri törətməkdə şübhəli olunan 23 nəfər tutulub.

    İstintaqla müəyyən edilib ki, 3 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması, dövlət mülkiyyətinin və şəxsi mülkiyyətin məhv edilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsində başlıca məqsəd respublikada ictimai-siyasi sabitliyi pozmaq, bu bölgədə etnik münaqişə ocağı yaratmaq, separatizm meyillərini qızışdırmaq olub. Cinayətkar dəstənin ayrı-ayrı üzvləri bu məqsədlə İrəvanda və Rusiyanın müxtəlif şəhərlərində Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb, onlardan gizli təlimat, pul, silah, döyüş sursatı alıblar.

    Qanunsuz silahlı qrupun əsas rəhbərlərindən olan Emin Mollayev, İlham və Emin Baqqayev qardaşları ömürlük, Nəcməddin Məmmədov və Şaban Buşdiyev 15 il, Fazil Davudov 13 il, Soltan Qazıxanov 11 il, Qurban Həsənov 10 il, digərləri isə 7-8 il müddətinə azadlıqdan məhrum ediliblər. İstintaq prosesində 16 nəfər barədə axtarış elan olunub.

  • Водитель грузовика разыграл спектакль, чтобы уйти от наказания – ВИДЕО

    В социальных сетях распространились заявления относительно действий водителя грузового автомобиля КАМАЗ в Баку.

    Согласно кадрам, оказавшимся в распоряжении Oxu.Az, на самом деле водитель нанес себе травмы и повредил автомобиль, чтобы уйти от ответственности за нарушение правил. Своими действиями он пытался привлечь внимание окружающих.

    Отметим, что в определенные часы дня в целях обеспечения безопасности и предотвращения транспортных заторов на столичных дорогах действуют ограничения на въезд грузовых автомобилей. Водителю грузовика КАМАЗ, нарушившему это требование, был подан сигнал “Стоп”. Однако он не подчинился правилам, за что и был привлечен к ответственности согласно закону.

  • DYP əməkdaşlarını şərləyən sürücünün görüntüləri yayıldı – VİDEO

    Bəzi sosial şəbəkə səhifələrində Bakıda “KamAZ” markalı yük avtomobilinin sürücüsünün hərəkətləri ilə bağlı qərəzli iddialar yayılıb.

    Oxu.az hadisənin görüntülərini əldə edib.

    Videodan məlum olub ki, əslində isə o, özünə xəsarət yetirib, avtomobili zədələyib məsuliyyətdən yayınmaq üçün qərəzli hərəkətləri ilə ətrafda olan şəxslərin diqqətini çəkməyə cəhd edib.

    Qeyd edək ki, Paytaxt yollarında təhlükəsizliyin təmin olunması və tıxacların qarşısının alınması məqsədi ilə günün müəyyən saatlarında yük avtomobillərinə tətbiq olunan giriş məhdudiyyətlərinin tələbini pozduğu üçün yük avtomobilinə “saxla” işarəsi verilib. Qaydalara əməl etməyən sürücü barədə qanunamüvafiq tədbir görülüb.

    İnsidentin görüntülərini təqdim edirik:

  • Magistraturaya sənəd qəbulu başa çatır

    Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrlar üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, bu gün saat 09:15-ə olan məlumata əsasən, 19475 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi – 17800; rus bölməsi – 1675).

    Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

    Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

    Qeyd edək ki, imtahan 2025-ci il fevralın 16-da keçiriləcək. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.

  • Ev şəraitində sistem qoşduranlara XƏBƏRDARLIQ – VİDEO

    Mövsümlə əlaqədar respirator virüsların sayı artıb.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, xəstəlikdən sağalmaq, bədənin müqavimətini artırmaq üçün sistem qoşduranlar az deyil. Amma əksini düşünənlər də var.

    Səhiyyə Nazirliyinin həkim mütəxəssisi Zakir Quliyev bildirir ki, evdə qoşulan sistem hər hansı reaksiya verərsə, ölümə qədər ağır fəsadları ola bilər. Terapevt dedi ki, ümumiyyətlə ev şəraitində qoşulan sistemdən ağırlaşma halları yetəri qədər çoxdur.

    Həkim deyir ki, soyuqlayanda, virus infeksiyaya yoluxduqda sistem qoşdurmağın mənası yoxdur.

    Həkim onu da dedi ki, venadaxili sistem şəklində köçürülən antibiotikə isə ciddi şəkildə yoluxmuş bakterial infeksiyalarda göstəriş olur.

    Daha ətraflı videomaterialı təqdim edirik.

  • Bakıda plana düşən binalar nə vaxt söküləcək? – VİDEO

    Paytaxtda sökülməsini gözləyən minlərlə bina var. Bəzi binalar sökülüb, yerində yenisi tikilib və vətəndaşlara təhvil verilib, lakin böyük bir qismi isə hələ də qalmaqdadır.

    Bəs bu proses niyə yubanır?

    Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov “Xəzər Xəbər”ə bildirib ki, bəzi insanlar 20-30 ildir gözləyir və dəqiq məlumat olmadığı üçün də daşınmaz əmlakla bağlı planlar qura bilmirlər.

    “Qəzalı binaların plana düşmə, sökülmə ardıcıllığı nəyə əsasən təyin olunur?”,- sualına isə ekspert belə cavab verdi.

    Daha ətraflı süjetdə:

  • Nərimanovda 278 min manat dəyərində oğurluq edən şəxslər saxlanıldılar – FOTO / VİDEO

    Nərimanovda 278 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb, 6 kiloqram narkotik vasitə və 6 ədəd odlu silah aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Nərimanov rayonunda polis əməkdaşlarının həyata keçirdikləri digər tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar. Bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumilikdə 276 min manat dəyərində qızıl -zinət əşyaları, 1000 manat və 2 ədəd mobil telefon oğurlayıblar. A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.

    Həmçinin, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Anar Niftəliyev və 31 yaşlı Fərid Zülfüqarov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

    Bu şəxslər narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.

    Bundan başqa Nərimanov rayonunda 2500 manat dəyərində moped oğurlayan əvvəllər məhkum olunmuş Şamil Şıxaliyev və Şirin İsmayılov da saxlanılıblar.

    Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı isə son bir neçə gün ərzində vətəndaşlarda saxlanılan 6 ədəd tüfəng könüllü polisə təhvil verilib.