Month: January 2025

  • Penitensiar Xidmət və Tibb baş idarəsinin bəzi əməkdaşlarının əməkhaqqıları artdı

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, fərmanla Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Ədliyyə və Maliyyə nazirliklərinə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə olunub.

    Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

  • Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı qaldırıldı

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, fərmanla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Daxili İşlər və Maliyyə nazirliklərinə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə olunub.

    Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

  • В Азербайджане увеличен размер ежемесячной зарплаты военнослужащих

    Президент Ильхам Алиев подписал указ о повышении ежемесячных должностных окладов военнослужащих действительной военной службы Министерства обороны Азербайджанской Республики.

    Как передает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, в целях усиления социальной защиты военнослужащих действительной военной службы Министерства обороны Азербайджанской Республики постановляю:

    1. Ежемесячные должностные оклады военнослужащих действительной военной службы Министерства обороны Азербайджанской Республики повысить в среднем на 10%.

    2. Кабинету Министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего eказа.

    3. Министерству обороны Азербайджанской Республики и Министерству финансов Азербайджанской Республики принять необходимые меры для решения вопросов, вытекающих из настоящего Указа.

    4. Настоящий Указ вступает в силу с 1 января 2025 года”.

  • Azərbaycanda həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə MAAŞLARI ARTIRILDI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Müdafiə və Maliyyə nazirliklərinə fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

    Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

  • В Азербайджане повышена зарплата сотрудников МВД, имеющих специальные звания

    Президент Ильхам Алиев подписал указ о повышении ежемесячных должностных окладов сотрудникам Министерства внутренних дел Азербайджанской Республики, имеющих специальные звания.

    Как сообщает Median.Az со ссылкой на President.az, указом предусмотрено повышение ежемесячных должностных окладов сотрудников МВД, имеющих специальные звания, в среднем на 10%.

    Кабинету министров АР поручено решить вопросы, вытекающие из данного указа, а Министерствам внутренних дел и финансов – принять необходимые меры для решения вопросов, вытекающих из данного указа.

    Данный указ считается вступившим в силу с 1 января 2025 года.

  • Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının MAAŞI ARTDI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılsın.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Daxili İşlər və Maliyyə nazirliklərinə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə olunub.

    Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

  • Ödənişli yollardan istifadə edənlərin NƏZƏRİNƏ – Qanunda dəyişikliklər edildi

    Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

    President.az xəbər verir ki, yenilənmiş qanuna aşağıdakı yeni anlayışlar daxil edilib:

    – ödəniş məntəqəsi – ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır;

    – buraxılış məntəqəsi – ödənişli avtomagistrallarda nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış və keçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchiz edilmiş məntəqədir.

    Bundan başqa, yeni qanunla bundan sonra avtomobil yolları istifadəçiləri ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə, eləcə də buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə məsuliyyət daşıyacaqlar.

  • Bakıda bağırsaq yuyulması üçün klinikaya gedən kişi öldü

    Bakıda klinikalardan birində ölüm hadisəsi baş verib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Ceyhun Akif oğlu Süleymanov yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişib.

    C.Süleymanov yanvarın 21-də ilk olaraq Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına hidrokolonoterapiya (bağırsaq yuyulması) üçün müraciət edib. Müraciətinin səbəbi mədə-bağırsağında olan problemlə bağlı olub.

    “Stimul” klinikasında narkoz həkimi olmadığı üçün onu “Medilife” klinikasına yönləndiriblər.

    “Medilife” klinikasında həkim Ləman Xasıyeva tərəfindən bağırsağı yuyulan C.Süleymanov bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı ailəsinə dəqiq məlumat verilmir. İlkin məlumat olaraq bildirilib ki, mərhumun təzyiqi qalxıb. Mərhum ailəli olub, 2 övladı var idi.

    Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.

  • Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

    Dövlət Gömrük Komitəsində (DGK) 250 nəfər yüksəkrütbəli sabiq vəzifəli şəxsin təqaüdü ilə bağlı araşdırma aparılıb.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, araşdırma DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə həyata keçirilib.

    Araşdırma zamanı 250 nəfərə yaxın sabiq gömrük əməkdaşının artıq təqaüd aldıqları məlum olub. Onlar arasında təqaüddə olan sabiq sədr müavinləri (generallar), idarə rəisləri (general, polkovnik və digər rütbəli) də var.

    Həmin əməkdaşlardan bəziləri 30 il xidmət keçməyə görə təqaüd alıb. Araşdırma zamanı isə onların gömrük sistemində 20 il xidmət keçdiyi məlum olub. Həmin şəxslərin əmək fəaliyyətlərinin 10 ili isə başqa qurumlarda keçib.

    Beləliklə, onlar 20 illik xidmətə görə təqaüdə çıxmalı olduqları halda iş stajlarını başqa qurumlardakı fəaliyyətlərinin hesabına 10 il artırıblar.

    Hazırda Dövlət Gömrük Komitəsi dövlət büdcəsindən kənar pensiya alan sabiq gömrük əməkdaşlarından sözügedən vəsaitləri geri qaytarmağı tələb edir. Həmin şəxslərin çox hissəsi sözügedən vəsaiti geri qaytarmadıqları üçün komitə tərəfindən məhkəməyə verilib. Sabiq gömrük əməkdaşları da qarşılıqlı olaraq Dövlət Gömrük Komitəsini məhkəməyə veriblər.

    Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən açıqlama verilməyib.

  • Известный актер Гасан Ага переведен под домашний арест

    Молодой актер Гасанага Мамедов (Гасан Ага), недавно задержанный Государственной пограничной службой в связи с ввозом наркотиков, переведен под домашний арест.

    Как сообщает Median.Az со ссылкой на gununsesi.info, Бакинский апелляционный суд изменил назначенную в отношении актера меру пресечения в виде ареста на домашний арест.

    Г.Мамедов отказался сообщить подробности, поскольку находится под следствием.

    “Суд провел расследование и изменил меру пресечения”, – заявил он.