Month: January 2025

  • Keçmiş məcburi köçkün yaşadığı evdə kommunal borc saxlayıbsa, KİM ÖDƏMƏLİDİR? (FOTO)

    Torpaqlarımız işğaldan azad edildikdən sonra keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesinə start verilib.

    Amma bu qayıdış prosesində bəzən mübahisəli məqamlar da nəzərə çarpır.

    Şikayətçi vətəndaşlardan biri evində 32 il yaşamış keçmiş məcburi köçkünlə mübahisəsi olduğunu qeyd edib.

    Vətəndaşın sözlərinə görə, həmin ailə evdən köçərkən su üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə 367 manat borc saxlayıb və ödəniş etməkdən imtina edir.


    Maraqlıdır ki, mövcud situasiyada problem necə həll edilməlidir? Borcu hansı tərəf ödəməlidir?

    Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, 2017-ci ilə qədər məcburi köçkün statusu olan şəxslərin su və məişət tullantılarının daşınmasına görə olan borcları müvafiq normalar həddində birbaşa kommunal xidmət təşkilatına ödənilirdi:

    “2017-ci ildən etibarən isə kommunal xərclər üçün ayrılan vəsait məcburi köçkünlərin özlərinə ödənilib. Onlar da həmin müavinətdən kommunal borclarını ödəməli idilər. Görünür, həmin evdə yaşayan keçmiş məcburi köçkün uzun müddət ödənişi etməyib və elə bir borc yaranıb.

    Belə təqdirdə, artıq bu məsələ evin sahibi və keçmiş məcburi köçkün arasında həll edilməlidir. Əgər keçmiş məcburi köçkün israrla borcu ödəmirsə, o zaman ev sahibi məhkəməyə müraciət edə bilər. Çünki borcu keçmiş məcburi köçkün ödəməlidir, onlara kommunal borcları ödəmək üçün vəsait ayrılıb”.

  • В Кремле высказались о контактах Путина и Трампа

    Россия остается готова к контактам с США на уровне президентов Владимира Путина и Дональда Трампа, однако соответствующих запросов от Вашингтона не поступало.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил на брифинге пресс-секретарь российского лидера Дмитрий Песков.

    “Пока мы не получали от американцев никаких сигналов”, – указал представитель Кремля.

    “Поэтому мы работаем, что называется, по своему графику, готовность сохраняется, – отметил он. – Такая же готовность сохраняется и с американской стороны. По всей видимости, требуется определенное время”.

  • Putin və Trampın dialoqu barədə Kremldən AÇIQLAMA

    Moskva Rusiya Prezidenti Vladimir Putin və Ağ Ev rəhbəri Donald Tramp səviyyəsində ABŞ-la əlaqələrə hazırdır, lakin Vaşinqtondan müvafiq sorğular daxil olmayıb.

    Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

    “Biz dialoqa hazır qalırıq, lakin hələ Amerika tərəfindən heç bir siqnal alınmayıb”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.

    Onun sözlərinə görə, Moskva öz qrafiki üzrə işləyir, lakin Vaşinqtonla qarşılıqlı əməkdaşlığa açıqdır.

    Peskov qeyd edib ki, ABŞ tərəfindən də eyni hazırlıq qalmaqdadır, lakin yəqin ki, yüksək səviyyəli görüşün təşkili üçün müəyyən vaxt tələb olunur.

  • Ильхам Алиев направил письмо Александру Лукашенко

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Республики Беларусь Александру Лукашенко.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый Александр Григорьевич,

    Сердечно поздравляю Вас с переизбранием на пост Президента Республики Беларусь.

    Ваша убедительная победа на выборах свидетельствует о высоком доверии к Вам, о поддержке народом Беларуси Вашего последовательного курса, направленного на укрепление государственности и правопорядка, повышение благосостояния населения страны, осуществление демократических преобразований во всех сферах жизни общества.

    Уверен, что наши совместные усилия и в дальнейшем будут способствовать укреплению и расширению традиционных отношений дружбы и всестороннего сотрудничества между Азербайджаном и Беларусью, развитию обоюдовыгодного взаимодействия на благо наших народов и стран.

    Желаю Вам, уважаемый Александр Григорьевич, крепкого здоровья, счастья и успехов в Вашей государственной деятельности во имя процветания дружественного народа Беларуси”.

  • İlham Əliyev Aleksandr Lukaşenkoya məktub göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Zati-aliləri Aleksandr Lukaşenkoya təbrik mətkubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Seçkilərdə inamlı qələbəniz Sizə yüksək etimadın, Belarus xalqının Sizin dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsinə, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, cəmiyyət həyatının bütün sahələrində demokratik dəyişikliklərin həyata keçirilməsinə yönəlmiş ardıcıl kursunuzu dəstəkləməsinin təzahürüdür.

    Əminəm ki, birgə səylərimiz Azərbaycan ilə Belarus arasında ənənəvi dostluğun, hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcəkdir.

    Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Belarus xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • В Исмайыллинском районе во время родов умер младенец

    В Исмайыллинском районе зафиксирован случай смерти младенца.

    Как сообщает Report, в Центральной районной больнице ребенок Нарханым Хакимовой (1996 г.р.) умер во время родов.

    По данному факту ведется расследование.

  • İsmayıllıda doğuş zamanı körpə ölüb

    İsmayıllıda doğuş zamanı körpə ölümü qeydə alınıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında 1996-cı il təvəllüdlü Narxanım Həkimovanın doğuş zamanı körpəsi ölüb.

    Fakt bağlı araşdırma aparılır.

  • İki sərnişinin qanunsuz hərəkəti Bakıya gələn qatarı bir saat ləngitdi

    “Yanvarın 26-da sərnişinlərin qanunsuz hərəkəti “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Ağstafa-Bakı qatarının mənzil başına gec çatmasına, digər sərnişinlərin ciddi narahatlığına səbəb olub”.

    Bu barədə ADY məlumat yayıb.

    Belə ki, ötən gün saat 17:58-də Gəncə stansiyasında yoxlama məntəqəsində sərnişinlərin qeydiyyatı bitdikdən sonra 2 nəfər sərnişin biletləri təsdiqlənmədən və şəxsiyyətlərini təsdiq edən sənədləri yoxlanılmadan ADY əməkdaşlarına müqavimət göstərərək kənardan keçməyə cəhd göstərib. Onların qatardan düşməkdən imtina etməsi və gediş qaydalarını pozması nəticəsində qatar Bakıya 53 dəqiqə gecikmə ilə çatıb.

    Həmin sərnişinlər Bakı Dəmiryol Vağzalında qatardan düşərkən polis əməkdaşları onları bölməyə aparıb və barələrində inzibati protokol tərtib olunub.

    “Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat”a əsasən, ADY-nin rayonlararası istiqamətlərə hərəkət edən sərnişin qatarlarına minik zamanı stansiyalarda quraşdırılmış yoxlama məntəqəsində sərnişinin gediş sənədi (bilet), gediş sənədinin rəsmiləşdirilməsində istifadə olunan şəxsiyyəti təsdiq edən sənədin əsli, eləcə də əl yükünün çəkisinin və ölçülərinin (qabarit) müəyyən edilmiş qaydalara uyğunluğu yoxlanılır. Bundan başqa Nazirlər Kabinetinin təsdiq etdiyi “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nın 3.9.1. bəndinə uyğun olaraq qatara minik zamanı və ya yol gedərkən gediş qaydalarını pozan sərnişinlər polis tərəfindən qatardan düşürülə bilər, həmçinin 3.31.10. bəndinə uyğun olaraq sərnişinlər tərəfindən vaqon bələdçisinin və qatarın digər işçilərin işinə maneçilik törədilməsinə yol verilməməlidir.

    “Sərnişin məmnuniyyətinin, eləcə də xidmət keyfiyyətinin artırılmasına, sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılmasına xüsusi diqqət yetirən ADY vətəndaşları “Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat” riayət etməklə qatarın hərəkətə başlamasından 1 saat öncə yoxlama məntəqələrində qeydiyyatdan keçməyə və qatarın hərəkətinə mane olacaq davranışlardan çəkinməyə çağırır”, – deyə məlumatda qeyd olunub.

  • Президент Ильхам Алиев принял соучредителя и члена правления Израильского экономического форума

    27 января Президент Азербайджанской Республики Ильхам Алиев принял соучредителя и члена правления Израильского экономического форума Джонатана Миcнера.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisi və idarə heyətinin üzvünü qəbul edib (YENİLƏNİB)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda tarixən olduğu kimi bu gün də müxtəlif dinlərin və konfessiyaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşadıqlarını vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, bu, xalqımızın həyat tərzi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

    Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır, bundan sonra da öz töhfəsini verməkdə davam edəcək.

    Qonaqlar Azərbaycanda tarixən yəhudi icmasının nümayəndələrinin dinc şəraitdə yaşamaları üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

    Onlar ölkəmizə səfər çərçivəsində, həmçinin Quba rayonuna da gedəcəklərini və oradakı yəhudi icmasının yaşayış şəraiti ilə yerində tanış olacaqlarını deyiblər.

    Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiklərini vurğulayan qonaqlar həmin ərazilərimizdə qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işlərinin onlara böyük təəssüratlar bağışladığını qeyd ediblər.

    Bu səfər çərçivəsində dünyanın müxtəlif ölkələrindən çoxsaylı yəhudi iş adamlarının ölkəmizə gəldiyini deyən qonaqlar Azərbaycanın biznes və investisiya üçün cəlbedici ölkə olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

    Görüşdə Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və idarə heyətinin üzvü Conatan Misneri qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.