Month: January 2025

  • Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür

    Azərbaycanın İranın paytaxtı Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür.

    27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Orxan Rizvan oğlu Əsgərov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Mahir Kamil oğlu İmanov “Vətən uğrunda” medalı ilə təltif edilib.

    Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub.

    İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

    Terror aktını törədən Yasin Hüseynzadənin isə iki il ərzində məhkəməsi keçirilib. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.

    İnformasiyaya əsasən, məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək. Onlar edamın icrasını tələb etdikləri halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.

  • İran-Azərbaycan sərhədində yeni gömrük terminalı tikilir

    İran-Azərbaycan sərhədində yeni sərhəd və gömrük terminalı tikilir.

    Median.Az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin gömrük nəzarətçisi Sadiq Namdar açıqlama verib.

    “İki ölkə başçıları arasında əldə olunan razılaşmalara əsasən, Araz strateji dəhlizinin tikintisi ilə eyni vaxtda Kəlalə sərhədində yeni sərhəd və gömrük terminalının yaradılması təsdiq edilib və tikintisi davam etdirilir.

    Kəlalədə yeni terminalın yaradılması ilə İran və Azərbaycan arasında iqtisadi və tranzit əlaqələri asanlaşdırılacaq və əhəmiyyətli dərəcədə artırılacaq”, – Namdar bildirib.

  • СМИ: На востоке ДР Конго идут интенсивные бои

    Ожесточенные бои между правительственными подразделениями и повстанцами из группировки “Движение 23 марта” (М23) продолжались в воскресенье в провинции Северное Киву на востоке Демократической Республики Конго (ДКР).

    Об этом сообщила конголезская радиостанция Okapi.

    Отмечается, что наиболее интенсивный характер они приобрели к западу и северу от столицы провинции, города Гома. На западе конголезская армия предпринимала попытки выбить повстанцев из стратегически важного города Саке, который расположен в 27 км от Гомы. Конголезским частям удалось с боями войти в пригород Саке Мубамбиро. Ожидается, что в ближайшие часы начнется штурм города, захваченного повстанцами.

    На севере от Гомы эпицентр боев находился в районе города Кибумба. Правительственные силы сдерживают там наступление отрядов М23, которых, по данным Okapi, поддерживает армия соседней Руанды. Бои идут также в районе Муниги, который является северным предместьем Гомы и расположен в 9 км от центра города. Конголезский новостной портал Actualite передает, что в Муниги, который прилегает к границе с Руандой, появились руандийские армейские подразделения, что вызвало панику среди местного населения.

    Парализована работа аэропорта Гомы, которым также пользуется миссия ООН по содействию ДРК. По данным Actualite, полеты отменены по причине использования повстанцами средств радиоэлектронной борьбы, что привело к сбоям в работе навигационного оборудования аэропорта и самолетов.

    Исполняющий обязанности главы администрации провинции Северное Киву дивизионный комиссар полиции Ромуальд Экука Липопо заявил, что армия и силы безопасности готовятся к городским боям в Гоме. “Если вражеская армия войдет в Гому, то город станет ее кладбищем”, – сказал он в обращении к населению. Он призвал жителей не покидать Гому и оказывать помощь армии и полиции в противодействии повстанцам.

    Между тем ДРК отвергла предложение о посредничестве Турции в разрешении нынешнего конфликта с Руандой.

  • Konqoda şiddətli döyüşlər gedir: BMT sülhməramlıları həlak olub

    Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətində hökumət qüvvələri ilə 23 Mart Hərəkatı (M23) qruplaşmasının üsyançıları arasında şiddətli döyüşlər davam edib.

    Bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.

    Qərbdə Konqo ordusu üsyançıları Qoma şəhərindən 27 km məsafədə yerləşən strateji əhəmiyyətli Sake şəhərindən sıxışdırıb çıxarmağa çalışır. Üsyançılar tərəfindən ələ keçirilən şəhərə hücumun yaxın saatlarda başlayacağı gözlənilir. BMT-nin ölkəyə yardım missiyasının da istifadə etdiyi Qoma hava limanı iflic olub.

    Qeyd olunur ki, BMT-nin Konqo DR-dəki missiyasının 13 sülhməramlısı döyüşlərdə həlak olub, on biri isə yaralanıb.

  • “Аль-Наср” обыграл “Аль-Фатех”: Роналду забил 920-й гол в карьере

    Состоялся матч 17-го тура саудовской Про-Лиги, в котором “Аль-Наср” принимал “Аль-Фатех”.

    Игра прошла на стадионе “Аль-Авваль Парк” в Эр-Рияде и завершилась победой хозяев поля – 3:1.

    На 41-й минуте полузащитник “Аль-Фатеха” Марване Садане отправил мяч в свои ворота. На 57-й минуте защитник Мохамед Симакан увеличил преимущество “Аль-Насра”.

    На 72-й минуте отличился нападающий гостей Мурад Батна. Окончательный результат на 87-й минуте установил форвард Криштиану Роналду, забив свой 920-й гол во всех турнирах.

    “Аль-Наср” располагается на третьей строчке в турнирной таблице, набрав 35 очков после 17 матчей. “Аль-Фатех” (9) занимает последнее, 18-е место. Лидирует “Аль-Хиляль” (43).

  • Ronaldunun karyerasının 920-ci qolu “Ən-Nəsr”ə qələbə qazandırdı

    Səudiyyə Ərəbistanı Pro Liqasının 17-ci turunda “Ən-Nəsr” və “Əl-Fateh” komandalarının qarşılaşdığı matç başa çatıb.

    “Ən-Nəsr” 3:1 hesabı ilə qalib gəlib.

    Oyunun 87-ci dəqiqəsində Kriştianu Ronaldu hesabı 3:1 edən qolu vurub. Bu qol, onun karyerasında 920-ci qol olub.

    Keçirilən 17 oyundan sonra “Ən-Nəsr” 35 xalla Pro Liqanın turnir cədvəlində 3-cü yerdədir. “Əl-Fateh” eyni sayda oyundan sonra doqquz xal toplayaraq sonuncu, 18-ci pillədə qərarlaşıb. Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə 43 xalı olan “Əl-Hilal” başçılıq edir.

  • Sosial şəbəkədə şantajla vətəndaşdan 19 500 manat pul tələb edən şəxs HƏBS OLUNDU

    Onlayn mediada vətəndaşı şantaj edən şəxs həbs edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, vətəndaş barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 19 500 manat pul tələb edən 51 yaşlı Bəhlul Şıxalıyev Hacıqabulda saxlanılıb.

    Polis əməkdaşları tərəfindən onun üzərindən zərərçəkəndən hədə-qorxu ilə əldə etdiyi pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. B.Şıxalıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • В Азербайджане арестован известный бизнесмен Ровшан Мехдиев – ФОТО

    Арестован Ровшан Мехдиев, бизнесмен – владелец различных компаний в Азербайджане, Китае, Турции и Кыргызстане.

    Как сообщает Qafqazinfo, он обвиняется в мошенничестве.

    К уголовной ответственности Р.Мехдиев привлечен как руководитель логистической компании Union Logistika. Некоторое время назад клиенты компании жаловались на то, что приобретенные в Китае товары приходится ждать месяцами. Тогда представитель Union Logistika заявил, что товары будут доставлены владельцам до конца января.

    В результате расследования, проведенного Главным управлением по борьбе с киберпреступностью МВД, руководитель компании Ровшан Мехдиев привлечен к уголовной ответственности.

    Следственный орган не согласился на освобождение бизнесмена, поскольку потерпевшие все еще остаются заявителями, а также чтобы не создавать препятствий для хода процесса. Ущерб, причиненный потерпевшим, оценивается почти в полмиллиона манатов.

    Решением Наримановского районного суда в отношении Р.Мехдиева избрана мера пресечения в виде ареста сроком на 4 месяца.

    Отметим, что Р.Мехдиев также является председателем представительства Caspian Energy Club в Кыргызстане, объединяющего более 5 000 компаний из 50 стран мира. Об этом широко сообщалось в СМИ. Он занимается бизнесом уже 20 лет. Является руководителем компаний Falson в Китае, Brok Magistr в Кыргызстане и AEMİ в Турции. В 2022 году Мехдиев создал компанию Union Logistika в Азербайджане.

  • Azərbaycanda tanınmış biznesmen həbs edildi – FOTO

    Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyev həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, biznesmen dələduzluqda ittiham olunur.

    “Union Logistika” yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl şirkətin xidmət öhdəliyini yerinə yetirməməsi barədə şikayətlər olmuşdu. Müştərilər deyirdilər ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, aylardır mallar gəlib çıxmır. Həmin vaxt “Union Logistika”nın nümayəndəsi yanvar ayının sonuna kimi malların sahiblərinə təhvil veriləcəyini demişdi.

    Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şikayətçilərlə müqavilə bağlayan şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

    İstintaq orqanı zərərçəkmişlərin hələ də şikayətçi olması və prosesin gedişinə maneə yaranmaması üçün iş adamının sərbəst qalmasına razılıq verməyib. Zərərçəkənlərə dəymiş ziyan yarım milyon manata yaxın qiymətləndirilir.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, R.Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən “Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin də sədridir. Bu barədə mediada çox sayda məlumat yayılıb. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində “Falson”, Qırğızıstanda “Brok Magistr”, Türkiyədə “AEMİ” şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda “Union Logistika” şirkətini yaradıb.

    Azərbaycanda tanınmış biznesmen həbs edildi – FOTO

  • Bakıda həftəsonu parklanmaya görə hələ də qanunsuz ödənişlər alınır? – VİDEO

    Həftənin bazar günü Bakıda Azərbaycan Yerüstü Nəqliyyat Aagentliyi (AYNA) tərəfindən təşkil edilən bütün ərazilərdə parklanma ödənişsizdir.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, ancaq, buna baxmayaraq bəzi ərazilərdə qanuni parklanma yerlərində sarı jiletli şəxslər peyda olub.

    Onlara ödənişsiz olan parklanma üçün bəzi sürücülər ödəniş də edirlər.

    Qarşılığında onlar sürücülər üçün boş yerlər tapır, müəyyən mənada köməklik edirlər. Qanuna əsasən, parklanma yerlərində ödənişlər nağd qaydada edilməməlidir.

    Üstəlik, həftənin bazar günü avtonəqliyyat vasitəsinin parklanması üçün heç bir ödəniş tələbi yoxdur.

    Sürücülər də belə şəxslərin pulsuz xidmət üçün pul tələb etmələrini düzgün hesab etmirlər.

    Ətraflı süjetdə: