Month: January 2025

  • Получил отказ и сбил машиной: в ДТП в Хачмазском районе пострадали мать и дочь

    В Хачмазском районе произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, в результате наезда автомобиля травмы получили А.Керимова (2001 г.р.) и ее мать, Т.Аскерова (1971 г.р.).

    Они были госпитализированы.

    По словам пострадавших, их сбил мужчина по имени Араз, который несколько дней назад сделал предложение А.Керимовой, но получил отказ от семьи девушки. Они утверждают, что наезд был совершен умышленно.

    По данному факту ведется расследование.

  • Elçilikdə yox cavabı aldı: Qızı və anasını maşınla VURDU

    Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi zamanı ana və qızı xəsarət alıb.

    Median.Az “Report”a istinadən məlumat verir ki, 2001-ci il təvəllüdlü A.Kərimova və onun anası 1971-ci il təvəllüdlü T.Əskərova işdən gələrkən onları Araz adlı şəxs maşınla vurub.

    Yaralıların bildirdiyinə görə, Araz adlı şəxs bir neçə gün əvvəl onlara elçi gəlib və yox cavabı aldığına görə qəsdən bu hadisəni törədib.

    Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

  • Верховный суд рассматривает кассацию на приговор спортсмену за убийство ребенка на тренировке

    В Верховном суде началось судебное заседание по кассационной жалобе на приговор в отношении спортсмена Мехмана Халилова, обвиняемого в убийстве 7-летнего ребенка во время тренировки.

    Как сообщает pravda.az, на заседании под председательством судьи Рашада Абдулова были уточнены анкетные данные обвиняемого.

    Следующее судебное заседание назначено на 28 января.

    Отметим, Сумгайытский суд по тяжким преступлениям приговорил Мехмана Халилова к 19 годам лишения свободы. Сумгайытский апелляционный суд жалобу не удовлетворил.

    29 апреля 2023 года в городскую прокуратуру поступила информация о смерти Фарида Бакарова (2016 г.р.) в местной детской больнице. В соцсетях распространились кадры, на которых запечатлено, как М.Халилов на тренировке измывался над детьми. Из видео ясно следует, что он проявлял особую жестокость не только по отношению к Фариду Бакарову, но и к другим малолетним детям. Хватая их за волосы, голову, уши, он поднимал их в воздух, пинал ногами и совершал другие опасные действия.

    Первоначально в отношении М.Халилова было возбуждено уголовное дело по статье 126.3 (умышленное причинение тяжкого вреда здоровью, повлекшее по неосторожности смерть потерпевшего) Уголовного кодекса Азербайджанской Республики (УК АР).

    Сумгайытский городской суд избрал в отношении Мехмана Халилова меру пресечения в виде ареста сроком на четыре месяца. При рассмотрении ходатайства Мехман Халилов заявил, что не признает себя виновным в смерти ребенка. М.Халилову были предъявлены окончательные обвинения по статьям 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью или общеопасным способом) и 120.2.9 (умышленное убийство лица, заведомо для виновного находящегося в беспомощном состоянии, а равно сопряженное с похищением человека либо захватом заложника) УК АР.

  • Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçinin işi Ali Məhkəmədə

    Ali Məhkəmədə Sumqayıtda məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin növbəti iclası yanvarın 28-nə təyin edilib.

    Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, 2023-cü il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

    Qeyd: Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib. Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • В Азербайджане скончался молодой учитель

    В Азербайджане скончался молодой учитель.

    Информация об этом распространилась в социальных сетях.

    Минувшим днем в Бейлаганском районе от сердечной недостаточности умер 31-летний Асим Аразов.

    А.Аразов работал преподавателем в средней школе Гызылкенд Имишлинского района. Он также являлся ветераном Отечественной войны.

  • Azərbaycanda gənc müəllim vəfat edib

    Azərbaycanda gənc müəllim vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, 31 yaşlı Asim Arazov dünən yaşadığı Beyləqan rayonunda ürək çatışmazlığından vəfat edib.

    Asim Arazov həm də Vətən müharibəsi qazisi olub. O, İmişli rayon Qızılkənd orta məktəbində çalışıb.

  • Keçən il 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub

    Ötən il prokurorluq orqanları 75,3 milyon manatdan artıq məbləğdə ziyanı ödətdirib, 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyub.

    Bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

    Baş prokuror bildirib ki, keçən il prokurorluq orqanları 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsi təmin edib.

    Həmçinin əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

  • Exit-poll: Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib

    Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.

    “Report” xəbər verir ki, exit-poll 300-dən çox seçki məntəqəsində, iri şəhərlərdə və kənd yerlərində keçirilib.

    Qeyd edək ki, Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.

  • Qəzalı vəziyyətdə olan, plana düşən binalar nə vaxt söküləcək? – VİDEO

    Paytaxtda sökülməsini gözləyən minlərlə bina var. Bəzi binalar sökülüb, yerində yenisi tikilib və vətəndaşlara təhvil verilib, lakin böyük bir qismi isə hələ də qalmaqdadır.

    Bəs bu proses niyə yubanır?

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, bəzi insanlar 20-30 ildir gözləyirlər və dəqiq məlumat olmadığı üçün də daşınmaz əmlakla bağlı planlar qura bilmirlər.

    Ekspert bildirib ki, qeyri-rəsmi məlumata görə, 2 və 5 mərtəbəli 11 mindən çox bina var ki, onların istismar müddəti bitib və həmin binaların sökülməsi nəzərdə tutulub.

    Ətraflı süjetdə:

  • İranlı Həsənin güdazına gedən İlkinin CİNAYƏT İŞİ – FOTO / VİDEO

    İrandan əldə etdiyi külli miqdarda narkotik vasitəni Azərbaycanda satışını təşkil etməkdə təqsirləndirilən Əhmədov İlkin Vaqif oğlunun cinayət işinin bəzi detalları məlum olub.

    Lent.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Əhmədov İlkin Vaqif oğlu gəlir əldə etmək niyyəti ilə iranlı narkobaronla cinayət əlaqəsinə girib.

    Belə ki o, İran İslam Respublikasının vətəndaşı «Həsən» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb ki, külli miqdarda narkotik vasitəni satacaq.

    İlkin Əhmədov «Həsən» adlı şəxsin sifarişi ilə paytaxtın Yasamal rayonu ərazisinə qoyulmuş külli miqdarda – 10 kilo 395 qram çəkidə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib.

    Həmin narkotik vasitəni satışını həyata keçirmək üçün avtomobildə saxlayıb.

    Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İlkin Əhmədov ötən ilin avqustunda gecə saatlarında həmin ünvanda saxlanılıb.

    Onun avtomobilinə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən 10 ədəd bükümdə ümumilikdə – 11 kiloya yaxın
    marixuana aşkar edilərək götürülüb.

    Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.