Month: January 2025

  • Milyonluq dələduzluqdan bəraət almışdı – 10 illik həbs edildi

    Bir milyon manatdan çox dələduzluq ittihamından bəraət alan Azər İsmayılov 5 ay sonra həbs edilib.

    Median.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, onun Bakı Ağır Cinayətlər Məhkəməsindən aldığı bəraəti ləğv edilib.

    Hökmdən həm prokuror, həm zərərçəkmişlər narazı qalıblar, ləğvi üçün apellyasiya protesti və apellyasiya şikayətləri verilib.

    Prokuror protestində göstərib ki, kifayət qədər dəlil və sübutlar, zərərçəkmişlərin şikayətləri olduğu halda çıxarılmış hökm qanunauyğun deyil. Bu cinayət qanunun ədalət prinsipi ilə də üst-üstə düşmür.

    İttihamçı hökmün tamamilə ləğv edilməsini, təqsirləndirilən şəxsin sanksiya həddində cəzalandırılmasını tələb edib. Zərərçəkmiş şəxslər də ittiham tərəfinin mövqeyinə uyğun çıxış ediblər.

    Ötən gün bu işlə bağlı yekun qərar elan edilib. Sabit Bəhrəmzadənin sədrlik etdiyi hakimlər tərəfləri dinlədikdən, sübutlarla tanış olduqdan sonra hökmün ləğv edilməli olduğu qənaətinə gəliblər.

    Qərara əsasən, protest və şikayətlər təmin edilib. Təqsirləndirilən şəxsə verilmiş bəraət ləğv edilib. A.İsmayılov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub. İsmayılov məhkəmə salonunda həbs edilib.

    Qeyd edək ki, A.İsmayılov 1 milyon 200 min manatlıq dələduzluqda ittiham olunub. İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb. A.İsmayılov xarici ölkələrdən Azərbaycana ət və ət məhsullarının tədarükü ilə məşğul olub. Zərərçəkənlər də bu alış-veriş zamanı aldanıblar.

  • Россиянку исключили из UFC за удар наставника

    Девушка-боец из России Виктория Дудакова покинула ростер UFC.

    Об этом сообщает Median.Az со ссылкой на sport-express.ru.

    Сотрудничество с уроженкой Волгограда прекратили по неизвестным причинам. О ее уходе говорится на сайте промоушена.

    В крайнем поединке спортсменка проиграла техническим нокаутом американке Фатиме Клайн. После боя Дудакова предъявила претензии своему тренеру Гасанали Гасаналиеву, обвинив того в отсутствии поддержки и ударила наставника по лицу.

    Россиянка выступала в UFC с июля 2023 года. В ее активе две победы и два поражения. В лучшую лигу мира девушка попала через претендентскую серию Даны Уайта.

  • Məşqçisinə zərbə endirən rusiyalı idmançı UFC-dən qovulub

    Rusiyalı döyüşçü Viktoriya Dudakova UFC (Mütləq Döyüş Çempionatı) yarışlarından kənarlaşdırılıb.

    Bu barədə RBC agentliyi məlumat yayıb.

    Belə ki, bir neçə gün əvvəl V.Dudakova ikinci raundda amerikalı Fatima Kleynə texniki nokautla məğlub olub. Bu, onun UFC-də ardıcıl ikinci məğlubiyyətidir.

    Döyüş başa çatdıqdan sonra rusiyalı ona yaxınlaşaraq təsəlli vermək istəyən məşqçisi Həsənəli Həsənəliyevə şillə vurub.

    Bir neçə gün sonra V.Dudakova etdiyi hərəkətə görə üzr istəsə də, UFC onun yol verdiyi davranışı qəbuledilməz sayaraq, rusiyalı idmançını yarışlardan kənarlaşdırıb.

  • Сегодня ожидается геомагнитная буря

    В связи с корональными выбросами массы (КВМ), произошедшими на Солнце 21 и 22 января, сегодня вечером ожидается геомагнитная буря уровня G1 (слабый).

    Об этом сообщили в Шамахинской астрофизической обсерватории.

    Совокупное воздействие КВМ может привести к повышению уровня бури до G2 (средний). Их скорость составляет 600 км/с, что не является особенно высокой.

    В настоящее время Солнце находится в максимуме 11-летнего активного периода. Согласно статистике, в течение одного активного периода геомагнитные бури уровня G1 охватывают 900 дней, а геомагнитные бури уровня G2 – 360 дней.

    Отмечается, что в настоящее время космическая погода спокойная.

  • Bu gün geomaqnit qasırğası gözlənilir

    Yanvarın 21 və 22-də Günəşdə baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə bu gün axşam saatlarında G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.

    Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Bildirilib ki, TKA-nın birgə təsiri qasırğanın G2 (orta) səviyyəsinədək yüksəlməsinə səbəb olmaq ehtimalı var. Onların sürəti 600 km/san təşkil edir ki, bu o qədər də yüksək deyil.

    Hazırda Günəş 11 illik aktiv dövrünün maksimumundadır. Statistikaya əsasən, bir aktiv dövr üçün G1 səviyyəli geomaqnit qasırğaları 900 gün, G2 səviyyəli geomaqnit qasırğaları isə 360 günü əhatə edir.

    Qeyd edilib ki, hazırda kosmik hava sakitdir.

  • Bakıda qızına təcavüz edən ataya HÖKM OXUNDU

    Bakıda qızına qarşı seksual xarakterli zorakılıq əməlləri törədən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Göygöl rayon sakini olan 1981-ci il təvəllüdlü E.Ramazanovun (şərti) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

    O, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə mühakimə olunub və təqsirli sayılıb.

    Prokurorluğun apardığı ibtidai istintaq və məhkəmə araşdırması zamanı məlum olub ki, E.Ramazanov ailəsi ilə birlikdə Bakıda yaşayıb. Onun həyat yoldaşı mənzil-kommunal təsərrüfatında çalışıb və hər gün səhər sübh tezdən işə gedib. Bundan sonra E.Ramazanov evdə olarkən qızı – 2007-ci il təvəllüdlü F.Ramazanovaya təcavüz edib. O, əməllərini 3 il ərzində – 2021-2024-cü illərdə mütəmadi formada həyata keçirib.

    Yeniyetmə qız başına gələnləri sübut etmək üçün atası ilə danışığını lentə alıb və həmin səs yazısını hüquq-mühafizə orqanlarına təqdim edib.

    Səs yazısından aydın olur ki, E.Ramazanov əməllərinə haqq qazandırmaq istəyib və təcavüz etdiyi qızını ələ almağa çalışıb, ona telefon alacağı vədini verib, şikayət etmək fikrindən daşındırmağa cəhd göstərib. Amma qız polisə şikayət edib.

    Bundan sonra E.Ramazanov barəsində cinayət işi açılıb və o həbs olunub.

  • В Сумгайыте женщина, получившая ожоги в новогоднюю ночь, скончалась в больнице

    Пожилая женщина, получившая ожоги в результате неосторожного обращения с огнем в новогоднюю ночь, сегодня скончалась в больнице.

    Как сообщает Report, инцидент произошел в поселке Котедж.

    Так, Сахиба Гусейн гызы Гусейнова (1962 г.р.), получила сильные ожоги в результате неосторожного обращения с огнем во время розжига мангала.

    Женщину доставили в больницу. Несмотря на усилия врачей, сегодня она скончалась в медучреждении.

    По данному факту ведется расследование.

  • Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib

    2024-cü ilin dekabrın 31-də Sumqayıtda ehtiyatsızlıq nəticəsində yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.

    Median.Az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin Kottec qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.

    O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicələrə baxmayaraq, Sahibə Hüseynova bu gün xəstəxanada vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Анджелину Джоли обвинили в затягивании развода с Питтом: Хотела наказать

    Актрису Анджелину Джоли обвинили в попытке обогатиться на разводе с Брэдом Питтом.

    Об этом сообщает Radar Online.

    “Она хотела наказать Брэда и тянула развод в течение восьми долгих лет, пока не измотала его до такой степени, что он выписывал ей чек на любую запрашиваемую сумму. Она вышла из этого развода намного богаче, чем была”, – сообщил инсайдер издания.

    Он также добавил, что актриса пыталась заставить своего бывшего страдать эмоционально и обеспечить себе выплату в размере нескольких миллионов.

    Ранее сообщалось, что Анджелина Джоли и Брэд Питт достигли соглашения о завершении бракоразводного процесса. По данным журналистов, актеры подписали документы на развод 30 декабря. По словам адвоката Джоли Джеймса Саймона, это лишь часть длительного судебного процесса, который начался 8 лет назад. Он добавил, что актриса “измотана, но рада, что эта часть закончилась”. Адвокат Питта не стал комментировать информацию о разводе.

    У Анджелины Джоли и Брэда Питта есть шестеро наследников: сыновья Мэддокс Шиван, Пакс Тьен и Нокс Леон и дочери Захара Марли, Шайло Нувель и Вивьен Маршелин.

  • Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib

    Aktrisa Ancelina Coli Bred Pitt ilə boşanmadan varlanmağa cəhd etməkdə günahlandırılıb.

    Bu barədə “Radar Online” məlumat yayıb.

    “O, Bredi cəzalandırmaq istəyirdi və onu tələb olunan hər hansı məbləğ üçün çek yazmağa məcbur edənə qədər səkkiz il boşanmanı uzatdı. O, bu boşanmadan əvvəlkindən daha varlı çıxdı”, – deyə nəşrin insayderi bildirib.

    O həmçinin əlavə edib ki, aktrisa keçmiş həyat yoldaşını emosional əzab çəkməyə məcbur etməyə və bir neçə milyon məbləğində ödəniş almağa çalışıb.

    Bundan əvvəl Ancelina Coli və Bred Pittin boşanma prosesinin başa çatması ilə bağlı razılığa gəldikləri bildirilmişdi. Jurnalistlərin məlumatına görə, aktyorlar dekabrın 30-da boşanma sənədlərini imzalayıblar. Colinin vəkili Ceyms Simonun sözlərinə görə, bu, 8 il əvvəl başlayan uzun məhkəmə prosesinin yalnız bir hissəsidir. O əlavə edib ki, aktrisa yorğundur, amma bu hissənin bitməsinə şaddır.

    Pittin vəkili boşanma ilə bağlı məlumatı şərh etməkdən imtina edib.