Azərbaycan idmançısı atıcılıq üzrə H&N kubokunda uğurlu çıxış edib.
Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən yarışda bürünc medal qazanıb.
Atıcımız oğlanlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 217.1 xal toplayıb. Bu, turnirdə 7 snayperlə təmsil olunan komandamızın ilk medalı olub.
Сотрудники полиции задержали жителя Баку Али Ахмедова (1999 г.р.), который угрожал Э.Эфенди и вынудил его перевести 1 000 манатов на свой счет.
По данному факту ведется расследование.
Напомним, 19 января неизвестный написал сообщение Эмину Эфенди через WhatsApp, угрожая распространить видео Мири Юсифа, продюсером которого он является, и получил от него 1 000 манатов. //oxu.az
Xalq artisti Miri Yusifin prodüseri, televiziya aparıcısı Emin Əfəndini hədələyən şəxs saxlanılıb.
Emin Əfəndini hədələyərək hesabına 1000 manat pul ödətmiş Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Əli Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində araşdırmalar aparılır.
Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs Emin Əfəndiyə “WhatsApp” vasitəsilə mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib və ondan 1000 manat məbləğində pul alıb. //oxu.az
Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Mirmövsüm Eynalovun idarə etdiyi “Peugeut Pariner” avtomobili rayonun Sabunçu qəsəbəsində Elvin Allahverdiyevin idarə etdiyi mopedlə toqquşub.
Nəticədə E.Allahverdiyev aldığı xəsarətlərdən ölüb.
Ötən il iyulun 23-də Xalq artisti Ağadadaş Ağayevin “MedEra Hospital”ın mühafizəçisi ilə əlbəyaxa dava zamanı atdığı baltadan xəsarət alan, klinikada xadimə işləyən Nəzakət Paşayeva məşhur iş adamının qohumudur.
Oxu.az-ın əldə etdiyi məlumata görə, o, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun doğma əmisi qızıdır.
Xatırladaq ki, Ağadadaş Ağayevin “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovla dava zamanı balta atması nəticəsində klinikada xadimə işləyən Nəzakət Paşayeva ayağından xəsarət almışdı.
Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Türkiyədə ermənilərlə iş birliyi qurub. O, 2020-ci ilin martında Türkiyədə FETÖ ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədar 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Son dövrlərdə Azərbaycanda bölgələrdə torpaq qiymətlərində nəzərəçarpan artım müşahidə edilir.
Xezerxeber.az xəbər verir ki, bölgələrdə sotu 50,60, hətta 90 min manata torpaq sahələri satılır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, xüsusilə, ölkənin müxtəlif rayonlarında kənd təsərrüfatı və tikinti sahələrinə olan tələbin artması ilə torpaq bazarının qiymətlərini yüksəldib.
Ekspert deyir ki, yeni biznes sahələrinin açılması və bölgələrdə infrastruktur layihələrinə investisiya qoyulması torpaq bazarını stimullaşdıran amillərdən biridir.
Elnur Fərzəliyev qeyd edir ki, xüsusilə, ölkənin müxtəlif rayonlarında kənd təsərrüfatı və tikinti sahələrki, xüsusilə Quba, Qusar, Xaçmaz, Zaqatala, İsmayıllı, Lənkəran kimi ərazilərdə qiymət artımı daha da nəzərə çarpır.
“Kəpəz” Malta millisinin futbolçusunu transfer edib.
Klubdan verilən məlumata görə, Gəncə təmilçisi Trent Buhagiarla “6 ay + 1 il” müqavilə imzalayıb.
O, ampluaca yarımmüdafiəçi mövqeyində çıxış edir.
Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür. Trent tarixi vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından “Breşiya” olub.