Month: January 2025

  • Husilər BMT əməkdaşlarını girov götürüblər

    Yəmənin şimalında hakim olan “Ənsar Allah” (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb.

    “Report” xəbər verir ki, bu barədə BMT-nin bu gün verdiyi bəyanatda bildirilib.

    Məlumata görə, onlar husilərin nəzarətində olan ərazilərdə işləyiblər. Təşkilatın ələ keçirilmiş nümayəndələrinin dəqiq sayı açıqlanmır.

    “BMT-nin Yəməndəki əməkdaşları husi rəhbərliyi ilə fəal əməkdaşlıq edərək bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər”, – bəyanatda qeyd olunub.

    Husilər sözügedən məsələyə münasibət bildirməyiblər.

  • Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib

    “Qızım Hökumənin həyat yoldaşı Etibar Əliyevlə münasibətimiz çox yaxşıdır. O, qızımın rayondakı yas mərasiminə də gəlmişdi”.

    Median.Az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.

    O bildirib ki, Hökumənin həyat yoldaşı hüquqi varis kimi dövlət tərəfindən təqdim edilən sığorta pulu və 40 min manat kompensasiyadan imtina edib:

    “Biz ona dövlətimiz tərəfindən təqdim edilən pulun hamısını verdik, amma o, məbləği özünə götürməkdən imtina edib geri qaytardı”.

    Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev isə bu barədə danışmaq istəmədiyini və ona həyat yoldaşının ailəsi tərəfindən təqdim edilən məbləğdən imtina etdiyini təsdiqləyib.

    Qeyd edək ki, Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus, Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin bələdçisi Hökumə Cəlil qızı Əliyeva xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

    Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.

  • В Турции в связи с пожаром в отеле задержали 14 человек

    Число задержанных в связи с пожаром в отеле на горнолыжном курорте Карталкая в турецкой провинции Болу достигло 14 человек.

    Как сообщает Median.Az со ссылкой на TRT, в настоящее время ожидается окончательное заключение экспертной комиссии из семи человек по установлению причин пожара.

    Напомним, что пожар в отеле на горнолыжном курорте Карталкая в турецкой провинции Болу произошел в ночью 21 января. Во время пожара в отеле находилось 238 гостей, погибли 78 человек. В связи с этим 22 января в Турции был объявлен траур.

  • Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı

    Türkiyənin Bolu vilayətindəki “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş verən və 78 insanın həyatına son qoyan yanğınla bağlı saxlanılanların sayı artıb.

    Bu barədə Median.Az “TRT Haber”ə istinadən xəbər verir.

    Məlumata görə, hadisə ilə bağlı istintaq çərçivəsində daha 2 nəfər barəsində həbs-qətimkan tədbiri çıxarılıb və bununla da saxlanılanların sayı 14-ə çatıb.

    Xatırladaq ki, yanvarın 21-də Türkiyənin Bolu vilayətində əsas xizək kurortlarından biri olan “Kartalkaya”da yerləşən 12 mərtəbəli “Grand Kartal” hotelində yanğın baş verib. Yanğında 78 nəfər ölüb və həyatını itirənlərdən 36-sı uşaqdır. Hadisə ilə bağlı daha əvvəl 12 nəfər saxlanılmışdı.

  • Следствие в России установило виновных в крушении самолета AZAL

    Расследование, проводимое в России по уголовному делу о крушении самолета Azerbaijan Airlines (AZAL), подтвердило, что воздушное судно было сбито системой противовоздушной обороны (ПВО) “Панцирь С-1”. Эта установка была доставлена в Россию из Сирии. Также стало известно, что российское следствие подтвердило применение против азербайджанского самолета средств радиоэлектронной борьбы (РЭБ), что привело к выводу из строя системы управления воздушным судном.

    Как передает Median.Az, об этом говорится в материале, опубликованном Caliber.az.

    Согласно достоверным источникам издания, следствие в России установило не только лицо, открывшее огонь по гражданскому самолету, но и того, кто отдал этот приказ. Более того, редакции Caliber.az уже известны имена и звания этих людей, однако делиться данной информацией она пока считает нецелесообразным.

  • Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi

    Azərbaycan Hava Yollarının təyyarəsinin qəzası ilə bağlı Rusiyada aparılan cinayət işi üzrə istintaq təsdiq edib ki, hava gəmisi “Pantsir S-1” HHM sistemi tərəfindən vurulub.

    Median.Az-ın məlumatına görə, bu barədə Caliber.az-da dərc olunan materialda qeyd olunur.

    Bildirilir ki, qurğu Suriyadan Rusiyaya gətirilib.

    “Həmçinin bizə məlum olub ki, Rusiyada istintaq Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə vasitələrinin tətbiq edildiyini təsdiqləyib. Bu, hava gəmisinin idarəetmə sisteminin sıradan çıxmasına səbəb olub. Rusiyadakı istintaq mülki təyyarəyə atəş açan və həmçinin bu əmri verən şəxsi müəyyən edib. Bundan əlavə, redaksiyamıza artıq bu şəxslərin adları və rütbələri məlumdur və biz bu məlumatı lazımi vaxtda oxucularla mütləq bölüşəcəyik”, – deyə nəşrdə vurğulanıb.

    Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

  • Əməliyyat otağında doğum gününü qeyd edən həkimin həyat yoldaşı da işdən çıxdı

    İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyevanın həyat yoldaşı, sözügedən klinikanın Ginekologiya və doğum şöbəsinin müdiri Əziz Rəfibəyov da işdən çıxıb.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, o, Sumqayıtdakı Real Tibb Mərkəzində Ginekologiya və doğum şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb.

    Qeyd edək ki, Ə.Rəfibəyov 1972-ci il martın 13-də Qırğızıstanın Bişkek şəhərində anadan olub. 1989-cu ildə Qırğızıstan Dövlət Tibb Akademiyasına daxil olub. 1997-ci ildə ali məktəbi bitirib, iki il ərzində mamalıq və ginekologiya üzrə kliniki ordinatura keçib.

    1999-cu ildə Azərbaycana gələrək, Sumqayıt şəhəri 2 saylı doğum evində mama-ginekoloq vəzifəsində çalışıb. 2000-ci ildə Qırğızıstan Dövlət Tibb Akademiyasının aspiranturasına daxil olub və 2003-cü ildə bitirib. “Xoşxassəli şişlərin yaranması və qadın reproduktiv sistemində hiperplastik proseslerə qalxanabənzər vəzin hipofunksiyasının təsiri” mövzusunda dissertasiya müdafiə edib və “tibb elmləri namizədi” adına layiq görülüb.

    Bir müddət Bişkek şəhərində Respublika Doğum Evində mama-ginekoloq vəzifəsində çalışıb. 2014-cü ildə Bakıda sertifikasiya komissiyasından keçib.

    Son illərdə Sumqayıt şəhərində “Real” Tibb Mərkəzində və Bakıda “Caspian International Hospital”da mama-ginekoloq vəzifəsində çalışıb. 2017-ci ildə Rusiyanın Kazan şəhərində ginekologiyada endoskopik cərrahiyyə kursu və Moskvada mamalıqda təxirəsalınmaz hallar mövzusunda kurs keçib. 20-yə yaxın elmi məqalənin müəllifidir.

  • В 2024 году было установлено местонахождение 118 объявленных в международный розыск

    В 2024 году было установлено местонахождение 118 лиц, объявленных в международный розыск по линии Национального центрального бюро Интерпола, и 65 лиц, разыскиваемых странами-членами этой организации.

    Об этом заявлено на коллегиальном заседании Министерства внутренних дел Азербайджана, посвященном итогам прошлого года.

    По информации, результаты поиска обвиняемых улучшились по сравнению с прошлым годом и составили 87.9%.

  • 2024-cü ildə beynəlxalq axtarışa verilmiş 118 şəxsin yeri müəyyən olunub

    “Ötən il İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub”.

    Bu barədə Daxili İşlər Nazirliyində keçirilən ötən ilin yekunlarına həsr olunmuş Kollegiya iclasında bildirilib.

    “Təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87.9 faiz təşkil edib”, – deyə məlumatda bildirilib.

  • В Азербайджане в прошлом году обезврежено 216 криминальных групп

    В Азербайджане в 2024 году задержан 3 271 человек за совершение тяжких и особо тяжких преступлений, обезврежено 216 криминальных групп.

    Об этом было заявлено на коллегиальном заседании Министерства внутренних дел, посвященном итогам прошлого года.

    Согласно информации, раскрываемость мелких хищений выросла на 3% по сравнению с прошлым годом и составила 87.5%.