Month: January 2025

  • Ötən il 216 kriminal qrup zərərsizləşdirilib

    “Ötən il ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 min 271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib”.

    Bu barədə Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş Kollegiya iclasında bildirilib.

    Məlumata görə, xırda talamaların açılmasının nəticələri 3 faiz artaraq 87,5 faizə yüksəlib.

  • Сотрудник МЧС задержан за браконьерство в Ширванском национальном парке

    Стали известны некоторые подробности в связи с инцидентом в Ширванском национальном парке.

    Напомним, директор нацпарка Сеймур Керимов сообщил в полицию об обнаружении отрезанной головы джейрана и двух гильз на территории заповедника близ села Еникенд. Правоохранители задержали подозреваемого в незаконной охоте жителя Нефтчалинского района Эльвин Аскеров (1990 г.р.).

    Как сообщает Qaynarinfo, Э.Аскеров оказался сотрудником Нефтчалинского районного отдела Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана.

    По имеющимся данным, Аскеров был не один во время совершения преступного деяния.

    В настоящее время дело расследуется в Сальянском районном отделе полиции.

  • Milli parkda ceyranın başını kəsən şəxs nazirlik əməkdaşı imiş

    Şirvan Milli Parkında ceyran ovlanmasının bəzi təfərrüatı məlum olub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Şirvan Milli Parkında ceyranı ovlayaraq başını kəsən Elvin Əsgərov Fövqəladə Hallar Nazirliyinin (FHN) Neftçala rayon şöbəsinin əməkdaşı imiş.

    Xatırladaq ki, milli parkın direktoru Seymur Kərimov polisə müraciət edərək qoruğun Yenikənd kəndinin ərazisində kəsilmiş ceyran başı və iki patron gilizi tapdığını bildirib. Bundan sonra polis hərəkətə keçib və Neftçala rayon sakini Elvin Əsgərov saxlanılıb.

    Məlumata görə, Elvin Əsgərov tək olmayıb. İş hazırda Salyan Rayon Polis Şöbəsində araşdırılır.

  • Vilayət Eyvazov rəisləri topladı

    Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

    Nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq-mühafizə siyasətinin sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik hesabat ilində də etibarlı qorunub.

    Qeyd olunub ki, cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib, qanunla müəyyən edilmiş funksiyaların digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib. Daxili işlər orqanlarının əməkdaşları miqyasına görə indiyədək ölkəmizdə keçirilən konfrans, yarış və mərasimlərlə müqayisəyə gəlməyən COP29-un yüksək təhlükəsizlik şəraitində keçməsi üçün üzərinə düşən vəzifələri və qarşıya qoyulmuş tapşırıqları aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində əzmlə yerinə yetirib.

    V.Eyvazov vurğulayıb ki, 2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33 379 cinayət qeydə alınıb, onlardan 87.6 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 327 fakt təşkil edib. Cinayətlərin 94.4 faizi və ya 31 526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90.3 faizinin açılması təmin edilib.

    Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87.3 faizi, qeyri-aşkar şəraitdə baş verənlərin 86 faizi, şəxsiyyət əleyhinə olanların 98.9 faizi, onlardan qəsdən adam öldürmələrin 96.6 faizi, adam öldürməyə сəhdlərin 95.2 faizi, qəsdən sağlamlığa ağır zərər vurmaların 98.9 faizi, mülkiyyət əleyhinə olanların 83.3 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87.5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib.

    Davam etdirilən profilaktik tədbirlərin nəticəsi olaraq müqayisə edilən dövrə nisbətən 2024-cü ildə qrup halında baş verən cinayətlərin sayında 23.2 faiz, ictimai yerlərdə baş verənlərin sayında 9 faiz, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlərin sayında 8 faiz azalma qeydə alınıb. Ümumi cinayətlər 9.4 faiz, ağır və xüsusilə ağır cinayətlər 18.9 faiz, qeyri-aşkar şəraitdə baş verənlər 18.1 faiz, qəsdən adam öldürmələr 9.6 faiz, adam öldürməyə cəhdlər 16.9 faiz, qəsdən sağlamlığa ağır zərərvurmalar 13.5 faiz, xuliqanlıqlar 5 faiz, odlu silahın tətbiqi ilə törədilənlər 21 faiz, mülkiyyət əleyhinə olanlar 10.4 faiz, onlardan avtonəqliyyat vasitələrini qaçırmalar 9.5 faiz, habelə yol-nəqliyyat hadisələri 12.8 faiz, qəzalarda xəsarət alanların sayı 13.1 faiz, ölənlərin sayı 11.4 faiz azalıb.

    Prokurorluq orqanlarının əməkdaşları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edildiyini, 630 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğunu, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcminin yerinə yetirildiyini qeyd edib.

    Təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87.9 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub.

    Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib, həmin cinayətlərə görə 247 nəfər tutulub. Ümumilikdə 7 227 odlu silah və bir milyona yaxın sursat aşkarlanıb.

    Narkotiklərlə mübarizənin də vəziyyətinə toxunan nazir bildirib ki, qanunsuz dövriyyədən 2023-cü il ilə müqayisədə 250 kiloqram çox – 4 ton 714 kiloqram, narkotik vasitə götürülüb, 283 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 466 fakt üzrə 2 ton 51 kiloqram müvafiq vasitə aşkarlanıb və narkotiklərlə əlaqəli cinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib. Bu istiqamətdə əldə olunmuş müsbət nəticələri yüksək qiymətləndirən nazir müvafiq fəaliyyətin qətiyyətlə davam etdirilməsini tapşıraraq diqqəti qarşıda duran vəzifələrə çəkib, həmin cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatları əsasında uğurlu nəticələri olan bir çox əməliyyatların keçirildiyini, müşahidə olunan müsbət təmayüllərin məhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürü olduğunu, Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloqerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.

    Nazir onların, eləcə də yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsin, o cümlədən ictimai fəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və media mənsublarının fəaliyyətini təqdir edərək hər birinə təşəkkürünü bildirib.

    Həmçinin ölkədə aparılan antinarkotik təbliğatın əhəmiyyətini qeyd edərək ötən il bu sahədə ərazi polis orqanlarının rəhbərlərinin iştirakı ilə 1200-ə yaxın maarifləndirmə tədbirinin keçirildiyini nəzərə çatdırıb, bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olması, cari ildə də fəaliyyətin ölkədə narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulması ilə bağlı göstərişlər verib, respublikanın təhsil müəssisələrində həyata keçirilən maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, yüksək ixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibinin genişləndirilməsini, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməsini tapşırıb.

    Qadınlara qarşı zorakılıqla müşayiət olunan cinayətlərin qarşısının alınması, açılması, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün qabaqlayıcı tədbirlərin davam etdirildiyini bildirən nazir qadınların təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində keçdikləri bütün cinayət işləri, o cümlədən materialların mütəmadi təhlil olunduğunu, onları cinayətə təhrik edən amillərin öyrənilib aradan qaldırılması üçün tədbirlərin görüldüyünü, o cümlədən aidiyyəti orqan və təşkilatlara vəsatətlər verildiyini qeyd edib. Zorakı əməllərdən və məişət zəminində baş vermiş cinayətlərdən zərər çəkən qadınların prosessual hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq 2024-cü ildə qadınlarla bağlı törədilmiş cinayətlərin ümumi sayında 47 fakt, o cümlədən ailə münaqişəsi zəminli cinayətlərin sayında 1.8 faiz azalma müşahidə olunduğunu vurğulayıb.

    Nazir yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini və onların hüquqazidd əməllərinin dinamikasında 18.5 faiz azalmanın qeydə alındığını da bildirərək gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində aparılan işlərin səmərəsinin artırılmasını tələb edib.

    Diqqətə çatdırılıb ki, hesabat ilində 6 055, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 60 şəhər və rayonundan olan 4 468 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll edilib. Eyni zamanda Nazirliyə daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib.

    Vətəndaş məmnunluğunun təmin olunması, ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, qanunçuluğun qorunması kimi mühüm vəzifələrin icrasına da toxunan general-polkovnik Vilayət Eyvazov bu istiqamətlərdə böyük bir fəaliyyət ortaya qoyulduğunu, nəticələrin müsbət olduğunu bildirib. “102” Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış müraciətlərə də çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 80.3 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini, dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən və fərdi məlumat mübadiləsini təmin edən “E-Polis” mobil tətbiqinin yaradıldığını, “Elektron Xidmətlər Portalı” üzərindən göstərilən 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını nəzərə çatdırıb.

    Kollegiya iclasına yekun vuran nazir bəzi ərazi orqanlarının fəaliyyətində olan çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, bundan sonra da hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlığının etibarlı qorunmasını, əməkdaşların vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına daim riayət etməsini, eyni zamanda qətiyyətli olmasını, qanunçuluğun möhkəmləndirilməsini, peşəkarlıq səviyyəsinin artırılmasını tələb edib, xidməti fəaliyyətin səmərəliliyinin davamlı olaraq artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

    Həmçinin bildirib ki, ölkədə cinayətkarlıqla mübarizədə, asayişin və təhlükəsizliyin təmini işində əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır, şəxsi heyət suverenliyini tam təmin etmiş Azərbaycanın bütün ərazilərində qanunla müəyyən edilmiş vəzifələrin icrasını davam etdirərək xalqa xidmət funksiyalarını layiqincə və əzmlə həyata keçirməyə çalışır.

    Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya, şəxsi heyətinin fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, ölkədə qanunçuluğun, hüquq qaydasının qorunması, vətəndaşların təhlükəsizliyinin və məmnunluğunun təmin olunması sahəsində vəzifələr böyük əzm və qətiyyətlə davam etdiriləcək.

  • Командующий Сухопутными войсками Азербайджана находится с официальным визитом в Турции

    24 января заместитель министра обороны Азербайджанской Республики – командующий Сухопутными войсками генерал-полковник Хикмет Мирзоев отбыл с официальным визитом в Турцию.

    Об этом сообщает управление по связям со СМИ и общественностью Минобороны Азербайджана.

    В рамках визита делегация встретилась с командующим Сухопутными войсками Вооруженных сил Турецкой Республики генералом армии Сельчуком Байрактароглу.

    На встрече было выражено удовлетворение текущим состоянием сотрудничества с братской страной в военной сфере. Стороны обсудили вклад партнерства между Азербайджаном и Турцией в региональную безопасность и перспективы его развития.

    На встрече также состоялся обстоятельный обмен мнениями по другим вопросам, представляющим взаимный интерес.

  • Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir

    Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

    Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb.

    Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

  • Экс-тренер “Ромы” и “Марселя” Руди Гарсия возглавил сборную Бельгии

    Бывший главный тренер “Наполи”, “Аль-Насра”, “Лиона”, “Марселя”, “Ромы” и “Лилля” Руди Гарсия возглавил сборную Бельгии.

    Об этом сообщается на официальном сайте бельгийской национальной команды.

    Напомним, ранее Бельгией руководил экс-тренер московского “Спартака” Доменико Тедеско. Под его руководством сборная дошла до 1/8 финала ЧЕ-2024 и заняла третье место в группе Лиги наций. В восьми последних матчах бельгийцы одержали лишь одну победу.

    Отметим, что Руди Гарсия оставался без работы с лета 2023 года, когда покинул “Наполи”. На данный момент Бельгия занимает третье место в группе Лиги наций УЕФА, набрав четыре очка в шести матчах.

  • Belçika millisi yeni baş məşqçisini açıqladı

    Futbol üzrə Belçika millisinin yeni baş məşqçisi bəlli olub.

    Bu barədə idman jurnalisti Fabrizio Romano özünün “Facebook” hesabında məlumat yayıb.

    Belə ki, Belçika yığmasını Rudi Qarsiya çalışdıracaq. O bu postda Domenik Tedeskonu əvəzləyib.

    Qeyd edək ki, Rudi Qarsiya sonuncu dəfə “Napoli”ni çalışdırıb.

  • Gəncədə oğul anasına xəsarət yetirdi

    Gəncə şəhərində 1985-ci il təvəllüdlü Amin Babayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Pakizəyə (adlar şərtidir – red.) xəsarət yetirib.

    Median.Az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə Gəncə şəhəri, M.Hacıyev küçəsində yerləşən mənzildə baş verib. Amin şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı anası Pakizənin baş nahiyəsindən bir dəfə mobil telefon ilə və sağ qolundan əliylə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

    Hadisəni törədən Aminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amin ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Pakizə onun anasıdır: “Mən və anam bir ünvanda yaşamağımıza baxmayaraq, aramızdakı münasibətlər normal deyil. Mən əvvəlcə Ukraynaya getmişəm. Orada müharibə olduğu üçün Almaniyaya göndərildim. 1 il əvvəl isə Azərbaycana qayıtdım.

    Qayıtdıqdan sonra bir-iki yerdə işləmək istəsəm də, işləyə bilmədim. İndiyədək işsiz qalmışam. Anam ilə münasibətlərimin pis olmasına səbəb kimi onun mənim şəxsi işlərimə qarışmasıdır. Bundan başqa mən anamın hərəkətlərindən təngə gəlmişəm. Bu səbəbdən dəfələrlə aramızda sözlü mübahisələrimiz olub”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 22 radələrində bacısı Səlimə ilə telefonla danışan zaman anası da evdə olub və o da bacısına görüntülü zəng açmaq istəyib:

    “Lakin anama mobil telefonumda meqabaytımın az olduğunu, bu səbəbdən görüntülü danışa bilməyəcəyini dedim. Bundan sonra anam israrla mənə Səlimə ilə görüntülü danışmağını tələb etdi.

    Dəfələrlə izah etsəm də, anam təkid edərək, çox danışmaqla məni təngə gətirdi. Bu səbəbdən də əsəbləşərək əlimdə olan mobil telefonu anamın baş nahiyəsinə qəsdən vurdum. Bundan sonra isə anamın sağ qolundun bir dəfə də əlimlə vurdum. Əsəbi halda anamın ünvanına nalayiq ifadələr işlədərək, onu təhqir etdim”.

    Amin bildirib ki, daha sonra anası Pakizə evi tərk edib: “Bir müddət sonra yaşadığım evə polis əməkdaşları gəldi. Məni Gəncə şəhər 1-ci Polis Şöbəsinə dəvət etdilər. Törətdiyim əməldən peşman olmuşam”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Pakizənin sözlərinə görə, Bakı şəhərində yaşayan Səlimə ilə Amin telefonla ünsiyyətdə olan zaman o, qızı ilə görüntülü danışmaq istədiyini bildirib: “Lakin Amin telefonunda internet olmadığı üçün bunun mümkün olmadığını dedi. Aminin internetinin olmamasını eşitmədim və israrla danışmaq istədiyimi bildirdim. Bu zaman Amin anidən əlində olan mobil telefonu baş nahiyəmə atdı. Üzərimə uca səslə qışqıraraq mənimlə mübahisə etməyə başladı. Ancaq bu hadisələrin baş verməsinə özüm səbəb olmuşam. Oğlum Amini hirsləndirdiyim üçün aramızda belə bir mübahisə yarandı. Mən də həmin vaxt əsəbi olduğumdan polis şöbəsinə ərizə ilə müraciət etmişəm. Lakin hazırda oğlumu polisə verdiyim üçün peşman olmuşam, onunla barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur”.

    Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Aminin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

  • Власти Калифорнии выделили свыше 2.5 млрд долларов на борьбу с пожарами

    Власти американского штата Калифорния выделили более 2.5 млрд долларов на борьбу с лесными пожарами в округе Лос-Анджелес и ликвидацию их последствий.

    Об этом сообщил губернатор штата Гэвин Ньюсом.

    “Я только что подписал два указа о выделении более чем 2.5 млрд долларов на борьбу с лесными пожарами в округе Лос-Анджелес и начало восстановительных работ”, – написал глава штата в соцсети X.

    Огонь уничтожил более 12 300 строений, в том числе недвижимость знаменитостей. Сгорели дома сына бывшего президента США Джо Байдена Хантера, актрисы и модели Пэрис Хилтон, актера и режиссера Мэла Гибсона. По последним данным, погибли 28 человек. Экономический ущерб от бушующих в округе Лос-Анджелес пожаров превысил 250 млрд долларов.