Month: January 2025

  • Sosial şəbəkə hesabı olan nazirlər – Ən çox izləyicisi olanlar kimlərdir?

    Bu gün dünyada əksər məmurlar, hətta dövlət başçıları sosial şəbəkələrdən istifadə edirlər. 
    Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da sosial şəbəkə hesabları var.

    Maraqlıdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinə daxil olan mərkəzi icra hakimiyyəti orqanlarının hansının rəhbəri sosial şəbəkə hesabına malikdir?

    Modern.az bunu araşdırıb.

    Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkədə aktivdir. Onun X və Facebook hesabları var. Naziri X-də 7425, Facebook-da isə 12203 nəfər izləyir.

    Elm və təhsil naziri Emin Əmrullayev də sosial şəbəkədə olduqca fəaldır. Onun Facebook, İnstagram və X hesabları mövcuddur. Naziri Facebook-da 108.428, İnstagram-da 56,6 min, X-də isə 20 mindən çox adam izləyir.

    Gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkələrdə paylaşımlar edən məmurlardandır. Onu Facebook-da 4495 nəfər, İnstagram-da isə 13,9 min nəfər izləyir. 

    Energetika naziri Pərviz Şahbazovun X hesabı var, burada onu 2944 nəfər izləyir. 

    Xarici işlər naziri Ceyhun Bayramov sosial şəbəkələrdə olduqca geniş izləyici kütləsinə malikdir. Belə ki, onu Facebook-da 58687 nəfər izləyir. X sosial şəbəkəsində isə nazirin izləyici sayı 189,1 min nəfərdir. 

    İqtisadiyyat naziri Mikayıl Cabbarov da sosial şəbəkələrdə geniş izləyici auditoriyasına sahibdir. Onu Facebook-da 53720, X sosial şəbəkəsində isə 23,2 min nəfər izləyir. 

    Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun X hesabını 479 nəfər izləyir.

    Mədəniyyət naziri Adil Kərimlinin Facebook hesabı var və onu burada 1274 nəfər izləyir.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Facebook, İnstagram və X hesabları var. Onu Facebook-da 4.978, İnstagram-da 764, X-də isə 2,010 nəfər izləyir.

    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da sosial şəbəklərdən aktiv istifadə edən məmurlardandır. Onu Facebook-da 43.401, X hesabında isə 10000 nəfər izləyir.

    Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Ramin Məmmədov Facebook-dan istifadə edir. Onu burada 7.460 nəfər izləyir.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin iki sosial şəbəkə hesabı – Facebook və X. Komitə sədrinin Facebook izləyicilərinin sayı 1771, X izləyicilərinin sayı isə 985 nəfərdir.

    Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynov Facebook-da 748 izləyiciyə malikdir. Onun X-də 2.470 nəfər izləyicisi var.

    Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Facebook işlədir və burada onu 1058 nəfər izləyir.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həm Facebook, həm də X-də aktivdir. O keçirdiyi görüşlər, yeniliklər haqqında davamlı məlumat paylaşır.

  • Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir

    Rusiya Ukraynanın NATO-ya daxil olmasını istisna edən güclü zəmanətlər əldə etməyə çalışacaq.

    Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

    Onun sözlərinə görə, Kiyevin alyansa qoşulması sülhün əldə edilməsini qeyri-mümkün edəcək.

    “Bu, bizim üçün Ukraynada münaqişə ilə bağlı mümkün razılaşmaların əsas elementlərindən biridir. Bu, münaqişənin köklü səbəblərinin aradan qaldırılması ilə bağlı elementdir. Biz təkcə Ukraynanın NATO-ya üzvlüyünü hər hansı formada istisna edən hüquqi əhəmiyyətli güclü zəmanətlər əldə etməyə çalışmayacağıq, həm də bunun alyansın özünün siyasətinə çevrilməsində israr edəcəyik”, – nazir müavini qeyd edib.
     
    ///report

  • Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər

    Sovet ordusunun 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliamın davamında növbəti hədəf dörd gün sonra Cəlilabad rayonu olub.

    Sovet ordusu bölmələrinin 1990-cı il yanvarın 24-də Cəlilabad rayonunda dinc əhaliyə divan tutması nəticəsində 100-dən çox adam yaralanıb, onlarla günahsız insan həbs edilib.

    35 il əvvəl baş verən qanlı hadisələrin şahidi və iştirakçısı olan Səxavət Böyükağa oğlu Məhərrəmovun sözlərinə görə, həmin günlərdə sovet hərbçiləri ilk növbədə milli-azadlıq hərəkatının fəal iştirakçılarını “neytrallaşdırmağa” çalışıblar:

    “O vaxt bütün Azərbaycanı bürüyən azadlıq hərəkatı Cəlilabadda daha güclü olduğu üçün 1990-cı il yanvarın 24-də sovet qoşunları bura yeridildi. Həmin gün sovet zabitləri günorta saatlarında bizi – hərəkat fəallarından olan 11 nəfəri danışıq aparmaq üçün rayonda yerləşən hərbi hissələrdən birinə dəvət etdilər. Hərbi hissəyə getdikdə onlar bizi aldadaraq həbs etdilər”.

    S.Məhərrəmov xatırlayır ki, daha sonra onları iki vertolyotla Bakıya aparıblar:

    “Ancaq Bakıya çatana qədər bu vertolyotlar iki dəfə eniş etdi. Birinci dəfə bizi qolu bağlı vəziyyətdə vertolyotdan Neftçalanın Qoltuq qəsəbəsində qamışlıq ərazidə düşürdülər. Bizi yarımtikili bir binaya gətirdilər. Bizi həmin binada soyundurub “dubinka” ilə vəhşicəsinə döyməyə başladılar. Hiss olunurdu ki, bizi döyən ehtiyatdan çağırılmış 30-40 yaşlı hərbçilər narkotik maddənin təsiri altındadırlar. Bu, onların bizə qarşı qəddarlığından açıq görünürdü. Sonra bizi dağlıq əraziyə gətirərək itləri üzərimizə qısqırtdılar. Bu “əyləncə”dən sonra bizi yenidən möhkəm döydülər. Onlar belə davranmaqla, yəqin bizə psixoloji təsir göstərmək istəyirdilər”.

    Onun sözlərinə görə, Cəlilabaddan Bakıya gedən bu əzablı yolçuluq təqribən dörd saat çəkib. Bakıya gətirildikdə, onları bir ay Şüvəlan həbsxanasında, 11 gün isə xəstəxanada saxladılar:

    “Ümumilikdə 1 il 4 ay müxtəlif həbsxanalarda saxlanıldıq. Məhkəməmiz doqquz ay davam etsə də, hər hansı sübut olmadığı üçün bizi azadlığa buraxdılar”.

    S.Məhərrəmov sovet ordusunun keçirdiyi “Cəlilabad əməliyyatı”nın ağır nəticələrini bir daha xatırladaraq çəkilən əziyyətlərin boşa getmədiyini vurğulayıb:

    “Ümumilikdə Cəlilabad hadisələrində 100-dən çox sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Aldığı güllə yaraları ağır olduğundan, onlardan 14 nəfəri ömürlük əlil qaldı. Şükür Allaha, bu gün qüdrətli dövlətimiz və ordumuz var. Həmin dəhşətli və məşəqqətli yanvar günlərində çəkdiyimiz əziyyət hədər getməyib”.
    //report

  • Президент Беларуси помиловал 15 осужденных

    Президент Беларуси Александр Лукашенко помиловал 15 осужденных.

    Как передает Median.Az со ссылкой на БЕЛТА, он подписал соответствующий указ.

    Помилованы пять женщин и трое мужчин, совершивших преступления экстремистской направленности. У пятерых из них есть дети, одна женщина беременна.

    Помилованы также семь человек (в том числе три женщины), осужденных за незаконный оборот наркотических средств. Шесть из них совершили преступления в несовершеннолетнем возрасте. У одного осужденного, совершившего преступление во взрослом возрасте, выявлено онкологическое заболевание.

    За последний год президент Беларуси помиловал 293 человека (в их числе – 89 женщин, 17 человек, совершивших преступления в несовершеннолетнем возрасте).

  • Belarus Prezidenti 15 məhkumu əfv edib

    Belarus Prezidenti Aleksandr Lukaşenko 15 məhkumu əfv edib.

    Median.Az BELTA-ya istinadən xəbər verir ki, o, bu barədə müvafiq fərman imzalayıb.

    Ekstremist xarakterli cinayətlər törətmiş beş qadın və üç kişi, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş yeddi nəfər əfv edilib.

    Məlumata görə, son bir il ərzində Belarus Prezidenti 293 nəfəri əfv edib.

  • Прогноз погоды на 25 января

    25 января в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, ночью и вечером в некоторых местах, вероятна небольшая морось.

    Будет преобладать северо-западный ветер. Температура воздуха ночью составит 4-6°, днем 7-10° тепла. Атмосферное давление повысится с 767 до 770 мм ртутного столба. Относительная влажность воздуха составит 70-80%.

    В районах Азербайджана преимущественно без осадков. Однако ночью в некоторых горных районах возможны кратковременные осадки в виде снега. В некоторых местах временами ожидается туман. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью от 1° мороза до 3° тепла, днем 8-13° тепла, ночью в горах 3-8° мороза, днем 2-7 ° тепла.

  • Şənbə gününün hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında yanvarın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var.

    Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, az qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.

  • Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Goranboy rayonunda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbəsindəki yaşayış evlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbilər nəticəsində qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 800 manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Pərviz Rüstəmov saxlanılıb.

    Faktla bağlı araşdırma davam etdirilir.

  • “Formula 1” pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər

    “Formula 1” pilotları 2025 mövsümündən etibarən nalayiq ifadələr işlətdiklərinə, həmçinin Beynəlxalq Avtomobil Federasiyasını (FIA) tənqid etdiklərinə görə cərimə və diskvalifikasiya oluna bilərlər.

    “Report” ESPN-ə istinadən xəbər verir ki, Beynəlxalq İdman Məcəlləsinin yeni versiyasında bu davranışlar təhqiredici, incidici, kobud, alçaldıcı hesab edilə bilən dil, jest və ya işarələrin istifadəsi, həmçinin fiziki təsir və sadalanan hərəkətlərdən hər hansı birini törətməyə təhrik kimi qəbul olunacaq.

    Məcəlləyə əlavədə göstərilir ki, “qeyri-qanuni davranış” halında iki il ərzində pilotlar üçün birinci pozuntu 40 min avro cərimə, ikinci pozuntu 80 min avro cərimə və 1 aylıq şərti diskvalifikasiya, üçüncü pozuntu isə 120 min avro cərimə, 1 aylıq kənarlaşdırma və çempionatda xalların ləğvi ilə nəticələnəcək.

    Qeyd edək ki, “Formula 1″in yeni mövsümünün ilk mərhələsi martda Avstraliyada keçiriləcək.

  • В столице Таиланда из-за загрязнения воздуха закрылись более 350 школ

    В столице Таиланда Бангкоке более 350 школ были вынуждены закрыться из-за значительного загрязнения воздуха.

    Как передает Median.Az со ссылкой на Al Jazeera, об этом сегодня сообщили власти города.

    С середины недели тайская столица борется с опасным качеством воздуха, индекс качества воздуха (AQI) достиг 159 согласно данным IQAir. Городские власти разрешили 352 школам закрыться и рекомендовали людям работать из дома.

    Показатель AQI выше 100 считается вредным для здоровья, в то время как показатель выше 200 оценивается как очень вредный.

    Губернатор столицы Чадчарт Ситтипунт заявил, что рост загрязнения является результатом сезонного сжигания сельскохозяйственных культур и мусора.

    В то же время Бангкок занял седьмое место в рейтинге IQAir среди самых загрязненных городов мира.