Month: February 2025

  • Unun bahalaşması çörəyin qiymətini ARTIRACAQ? – VİDEO

    Dünyada gedən siyasi proseslərin, müharibələrin təsiri həm də iqtisadiyyatda yaşanır.

    Median.Az İTV-yə istinadən məlumat verir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan dünya taxılla sınağa çəkilir. Bu iki ölkə əsas taxıl tədarükçüsü olduğundan, qiymətlər də “oynayır”.

    Son zamanlar unun qiyməti yenə artıb.

    Azərbaycanda topdansatış bazarında un qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər yüksəlib.

    Bu isə çörəyin qiymətinin arta biləcəyi ilə bağlı fikrilər yaradıb.

    Ətraflı süjetdə:

  • Mənzil alanlara XƏBƏRDARLIQ: Sahəsi eyni olan evlər fərqli qiymətə SATILIR – VİDEO

    Sahəsi eynidir, lakin bir, iki, bəzən də üçotaqlı mənzil adı ilə satılır. Hətta belə mənzillər arasında kifayət qədər qiymət fərqi də olur.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, əmlak eksperti Ramil Osmanlı bildirib ki, mənzillərin layihədə nəzərdə tutulmayan otaqlara bölünüb daha baha qiymətə satılması halları getdikcə kütləvi hala çevrilir.

    Ekspert deyir ki, mənzil tikinti koorperativləri (MTK) tərəfindən layihələndirilən binalarda bu cür mənzillərin otaq sayının dəyişdirilməsi halı olarsa, gələcəkdə onlara sənəd alınmasında çox ciddi problemlər yaranır.

    Vətəndaşlar bu məsələdə diqqətli olmalıdırlar.

    “Layihəsi dəyişdirlmiş, amma sənədi olmayan mənzillərin alınması sonradan sənədləşmə ilə bağlı problemlər yarada bilər”, – deyə ekspert vurğulayıb.

    Ətraflı süjetdə:

  • В Иране произошло сильное землетрясение

    В Иране произошло землетрясение магнитудой 5.4.

    Как сообщает Median.Аz со ссылкой на агентство Tasnim, подземные толчки зафиксированы в регионе Хузистан.

    Согласно данным, очаг стихии залегал на глубине 15 км.

    Информация о жертвах и разрушениях не поступала.

    На место стихийного бедствия направлены отряды Общества Красного Полумесяца.

  • İranda zəlzələ baş verdi

    İranda 5,4 bal gücündə zəlzələ baş verib.

    Bu barədə “Tasnim” məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar Xuzistan bölgəsində qeydə alınıb.

    Bildirilir ki, zəlzələnin ocağı 15 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

    Qeyd olunub ki, əraziyə Qızıl Aypara Cəmiyyətinin dəstələri göndərilib.

  • Петр Порошенко назвал дату проведения президентских выборов в Украине

    Президентские выборы в Украине пройдут 26 октября.

    Как передает Median.Az со ссылкой на strana.ua, с таким утверждением выступил экс-президент страны Петр Порошенко.

    Отмечается, что он ссылается на источники в офисе украинского президента Владимира Зеленского, правоохранительных органах, а также полиграфкомбинате “Украина”, который, по его словам, в настоящее время прорабатывает вопрос числа бюллетеней.

    “Запишите: 26 октября этого года”, – сказал Порошенко, отвечая на вопрос, когда в Украине могут пройти выборы.

    По утверждению Порошенко, ЦИК сейчас начинает внесение изменений в реестр избирателей “исключительно для подготовки выборов”.

    “Я думаю, что выборы будут в конце года. К чему они должны быть привязаны? В конце года предстоят по конституции выборы парламента. Хотя они должны были быть два года назад. И в конце октября у нас должны быть местные выборы. Мечта властей – провести все выборы одновременно. Но американцы этого не дают делать. И вот они сейчас готовят все так, чтобы оставить без оппонентов”, – сказал Порошенко.

    Выборы президента Украины должны были пройти в марте 2024 года, однако не были назначены из-за военного положения в стране.

  • Ukraynada prezident seçkisinin tarixi açıqlandı

    Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko ölkədə prezident seçkisinin 26 oktyabrda keçiriləcəyini iddia edib.

    Bu barədə strana.ua məlumat yayıb.

    Poroşenko bu iddiasını hazırkı dövlət başçısı Volodimir Zelenskinin ofisindəki mənbələrə, hüquq-mühafizə orqanlarına istinad edərək irəli sürüb.

    “Qeyd edin: bu ilin 26 oktyabrı”, – deyə Poroşenko Ukraynada seçkinin nə vaxt keçirilə biləcəyi ilə bağlı suala cavab verib.

    Poroşenkonun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) hazırda seçicilərin reyestrinə dəyişikliklər edir.

    Qeyd edək ki, Ukraynada prezident seçkisi 2024-cü ilin mart ayında keçirilməli idi. Lakin ölkədəki hərbi vəziyyət seçkiyə imkan verməyib.

  • Со дня трагедии в селе Гарадаглы прошло 33 года

    Сегодня 33-я годовщина резни, учиненной армянскими бандформированиями над мирными азербайджанцами в селе Гарадаглы Ходжавендского района Азербайджана.

    Четыре года жители этого населенного пункта героически отбивались от атак армянских захватчиков. 17 февраля 1992 года село было оккупировано и сожжено. Армянские оккупанты учинили над сельчанами жестокую расправу. Этот акт геноцида, совершенный 33 года назад в отношении мирных, ни в чем не повинных людей, стал результатом ненависти армянских националистов к азербайджанцам.

    Село Гарадаглы расположено у подножия гор в 13 км к западу от райцентра, у дороги Ходжавенд – Ханкенди. Развязывание в 1988 году армянскими сепаратистами конфликта в Карабахе стало и началом трагедии в Гарадаглы. Жители села самоотверженно защищали каждую пядь родной земли, десятки сельчан пали в неравном бою с вооруженными до зубов армянскими головорезами.

    24 января 1990 года трое жителей села были жестоко убиты армянами на 6-м км дороги Ходжавенд – Ханкенди. 9 января 1991 года автомобиль УАЗ был расстрелян армянскими бандформированиями, один человек погиб, четверо получили ранения. Впоследствии двое из пострадавших скончались от полученных ран. 8 марта 1991 года армянами были чудовищным способом убиты два человека. 28 июня 1991 года на ферме близ села были убиты шесть человек – трое мужчин и три женщины. 8 сентября 1991 года автобус, направлявшийся в Гарадаглы из Агдама, был расстрелян армянами на 5-6-м км дороги Ходжавенд – Ханкенди: погибли двое мужчин и шесть женщин. 8 января 1992 года был зверски убит еще один азербайджанец.

    19 декабря 1991 года было оккупировано и сожжено село Ходжавенд, 12 февраля 1992 года та же участь постигла шушинское село Малыбейли. Очередной мишенью стало Гарадаглы. Ситуация в селе осложнялась, приближая день трагедии.

    14 февраля 1992 года вооруженные формирования Армении при поддержке дислоцированного в Ханкенди 366-го мотострелкового полка начали наступление на Гарадаглы. 104 жителя села и 14 солдат четыре дня самоотверженно отбивали атаку армянских сил. Были убиты 14 человек, в том числе одна женщина. Защитники села, оставшись без боеприпасов, были взяты в плен армянами.

    17 февраля 1992 года село было оккупировано и сожжено армянскими головорезами. 118 сельчан были взяты в заложники, 33 человека расстреляны. Пленные подверглись нечеловеческим пыткам, армяне совершали чудовищные по своей жестокости убийства мирных азербайджанцев.

    Армянские палачи бросили тела убитых вперемешку с ранеными в силосную яму и засыпали их землей. Остальные остались в неволе. В общей сложности 68 пленных погибли, 50 человек удалось с большим трудом вызволить из рук врага, но 18 из них позже умерли, не выдержав последствий перенесенных в плену физических и моральных истязаний. Против пленных азербайджанцев применялись такие варварские экзекуции, как отрубание головы, закапывание живьем, выдирание зубов, длительное содержание без еды и питья, забивание насмерть и тому подобные зверства.

    В Гарадаглы две семьи потеряли по четыре человека, 43 семьи лишились отцов и мужей, около 146 детей остались сиротами. Всего в селе был убит 91 человек, то есть каждый десятый житель. Были разрушены 200 жилых домов, дом культуры, школа на 320 детей и больница на 25 коек. Около 800 жителей села стали беженцами.

    Трагедию в Гарадаглы называют вторым Ходжалы. С целью доведения до мировой общественности реалий об этой резне по инициативе Исполнительной власти Ходжавендского района была снята документальная кинолента “Геноцид: Гарадаглы” на азербайджанском, русском и английском языках, а также фильмы “Геноцид Гарадаглы: продолжается…” и “Гарадаглы, борьба” на азербайджанском, русском, английском и французском языках, издана книга “Геноцид Гарадаглы в рассказах свидетелей”. Кроме того, с целью увековечения памяти шехидов в поселках Ени Гарадаглы, Ени Ходжавенд и на местности Наргизтепе возведены мемориальные комплексы.

    Отметим, что с 17 февраля 1992 года по 10 ноября 2020 года село находилось под оккупацией Армении. В соответствии с подписанным 10 ноября 2020 года трехсторонним заявлением по итогам второй Карабахской войны населенный пункт находился в зоне ответственности российских миротворцев. После проведения 19-20 сентября антитеррористических мероприятий локального характера в Карабахе Азербайджан восстановил контроль над Гарадаглы.

  • Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 33 il ötür

    Bu gün Qaradağlı faciəsindən 33 il ötür.

    Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. 33 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi olub.

    Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşib. 1988-ci ildə Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlayıb. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxıblar, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.

    1990-cı il noyabrın 24-də üç nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulub, 1 nəfər öldürülüb, 4 nəfər yaralanıb. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişib.

    Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin – 3 kişi və 3 qadın diri-diri yandırılıb. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparılıb.

    1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırılıb. Növbəti hədəf Qaradağlı olub. Kənddə vəziyyət getdikcə çətinləşib, faciənin törədiləcəyi gün yaxınlaşıb.

    1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak olub. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüblər və onların növbəti məşəqqətləri başlanıb.

    Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələnib, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırılıb. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələnib. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürülüb. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetiriblər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid olub. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

    Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırılıb. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi olub. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

    Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir…” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” adlı kitab hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.

    Qeyd edək ki, kənd 17 fevral 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaradağlı kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçib. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.

  • Масуд Пезешкиан продекламировал стихотворение на азербайджанском языке – ВИДЕО

    Президент Ирана Масуд Пезешкиан прочитал стихотворение на азербайджанском языке.

    На мероприятии в Тебризе Пезешкиан продекламировал фрагмент из произведения Мухаммадхусейна Шахрияра “Приветствие Гейдар-бабе”.

    Его декламация была встречена аплодисментами.

    Кадры с выступлением иранского президента распространились в социальных сетях.

  • İran Prezidenti Məsud Pezeşkian azərbaycanca şeir dedi – VİDEO

    İran Prezidenti Məsud Pezeşkian Azərbaycan dilində şeir deyib.

    Dövlət başçısı Təbrizdə keçirilən tədbir zamanı Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirindən bir fraqmenti səsləndirib.

    Kadrlar sosial şəbəkələrdə yayılıb.

    Pezeşkianın qiraəti alqışlarla qaşılanıb.