Month: February 2025

  • Азербайджан лидирует в рейтинге Европы

    Европейская конфедерация волейбола по итогам выступления клубов опубликовала рейтинг стран по пляжному волейболу.

    Азербайджан занял первое место как в женском (75 очков), так и в мужском (90) рейтингах.

    Благодаря успешным выступлениям наших команд в межклубном Кубке Европы в 2023 и 2024 годах рейтинговые очки нашей страны возросли еще больше.

    Так, в 2023 году мужская команда “Муров Аз Терминал”, а в 2024-м – как женская, так и мужская команды “Азеррейл” стали победителями Кубка Европы.

  • Millimiz Avropada liderliyi ələ keçirib

    Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.

    Həm qadınların, həm də kişilərin sıralamasında ölkəmiz birinci yerdə qərarlaşıb (qadınlar – 75 xal, kişilər – 90 xal).

    Ölkəmizin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa kubokunda komandalarımızın uğurlu çıxışı sayəsində daha da artıb.

    Belə ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa kubokunun qalibi olublar.

  • В Южной Корее временно заблокировали DeepSeek

    Власти Южной Кореи решили временно заблокировать использование китайского чат-бота с искусственным интеллектом DeepSeek на территории страны.

    Как передает Median.Az, об этом пишет агентство “Рёнхап”.

    По его информации, соответствующее решение было принято государственной комиссией по защите персональных данных.

    Языковая модель DeepSeek-R1 предоставляет ответы, сопоставимые с другими современными LLM, такими как GPT-4 от OpenAI, но при этом была обучена значительно дешевле (6 млн долларов против 100 млн долларов для GPT-4 в 2023 году) и требует в десять раз меньше вычислительной мощности. Разработка моделей ИИ DeepSeek происходила на фоне санкций США против Китая, введенных в отношении чипов Nvidia, которые должны были ограничить возможности страны по разработке передовых систем ИИ.

    DeepSeek – это китайская компания, разрабатывающая большие языковые модели (LLM) с открытым исходным кодом. Расположенная в Ханчжоу (провинция Чжэцзян), она полностью принадлежит и финансируется китайским хедж-фондом High-Flyer. Компания была основана и возглавляется ее генеральным директором Лян Вэньфэнгом в 2023 году.

  • Cənubi Koreya “DeepSeek” süni intellektindən istifadəyə müvəqqəti QADAĞA QOYDU

    Cənubi Koreya Çinin süni intellekt tətbiqi “DeepSeek”in ölkədə istifadəsini müvəqqəti olaraq bloklamaq qərarına gəlib.

    Bu barədə “Yonhap” agentliyi məlumat verib.

    Müvafiq qərarı Cənubi Koreyanın fərdi məlumatların mühafizəsi üzrə Komissiyası (PIPC) verib.

    Qeyd olunur ki, Cənubi Koreya “DeepSeek”in ölkədə konfidensiallığa və informasiya təhlükəsizliyinə təhdid yarada biləcəyi qənaətindədir.

  • Акиф Човдаров не сдается: новая попытка вернуть конфискованные 30 млн манатов

    Бывший начальник управления ныне упраздненного Министерства национальной безопасности (МНБ) Азербайджана Акиф Човдаров вновь подал кассационную жалобу на решение суда о возврате конфискованного имущества.

    Как сообщает Median.Az со ссылкой на pravda.az, жалоба уже поступила в Верховный суд.

    Акиф Човдаров не согласен с решением суда низшей инстанции и требует вернуть конфискованное имущество своим близким. Дата предварительного заседания суда пока не объявлена.

    Напомним, в декабре 2022 года Бакинский апелляционный суд принял решение об освобождении от конфискации и возврате владельцам имущества Акифа Човдарова на сумму 30 млн манатов. Однако спустя некоторое время Верховный суд отменил это решение на основании протеста прокурора.

    При повторном рассмотрении дела Бакинский апелляционный суд вновь принял решение о конфискации имущества на 30 миллионов манатов в пользу государства. Недовольный решением Акиф Човдаров подал кассационную жалобу в Бакинский апелляционный суд, требуя вернуть имущество своим близким. Но жалоба не была удовлетворена.

    Акиф Човдаров занимал должность начальника Главного управления безопасности в области энергетики и транспорта расформированного в 2015 году МНБ Азербайджана. В том же году он был арестован по обвинению в злоупотреблении должностными полномочиями, взяточничестве и других преступлениях. В 2017 году суд приговорил его к 12 годам лишения свободы с конфискацией имущества.

  • Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarov müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün məhkəmə qərarından yenidən kassasiya şikayəti verib.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, artıq şikayət Ali Məhkəməyə daxil olub.

    A.Çovdarov aşağı instansiya məhkəməsinin çıxardığı qərarla razılaşmır, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir.

    Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

    Qeyd: 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlaklarının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.

    Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib. Qərardan narazı qalan Akif Çovdarov Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti verib. O, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edib. Lakin şikayət təmin edilməyib.

  • Ötən il 58 kişi gender əsaslı zorakılığa məruz qalıb – FOTO

    Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb.

    Bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

    Məlumatda qeyd olunub ki, 2024-cü ilin yanvar-dekabr aylarında 860 gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib.

    Onlardan 205 nəfəri Bakıdan, 125-i isə regionlardan müraciət edib:

    “Bundan başqa, 137 evli, 140 subay, 53 boşanmış şəxsin müraciəti daxil olub. Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80 nəfər 36-55, 28 nəfər isə 56+ yaş aralığında olan şəxslərdir”.

  • Bakıda məşhur hotel bağlandı – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

    Median.Az xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
    Belə ki:

    – obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb;

    – obyektin zirzəmisindən anbar kimi istifadə olunur və burada yanar materiallar saxlanılır;

    – obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;

    – elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;

    – obyektin tüstü bacası təmizlənməyib;

    – obyektin sonuncu mərtəbəsi ehtiyat çıxış qapısı ilə təmin olunmayıb;

    – obyektin həyətində taxta tullantılar yığılıb;

    – mətbəxdə quraşdırılmış qaz xəttində yivli birləşmələrdən istifadə olunub;

    – obyekt odsöndürən balonlarla tam təmin olunmayıb və istifadəyə yararsız balonların tərkibi yenisi ilə dəyişdirilməyib;

    – təxliyə planı düzgün tərtib edilməyib;

    – obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb;

    – obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” hotelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  • İranda ard-arda zəlzələlər olub

    İranın qərbindəki Xuzistan əyalətində, Hüseyniyyə şəhəri yaxınlığında 4,4 və 5,4 bal gücündə iki zəlzələ qeydə alınıb.

    Median.Az İran KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar digər əyalətlərdə də hiss olunub.
    Bildirilib ki, tələfat və ya maddi ziyanla bağlı hələlik təsdiqlənmiş məlumat yoxdur, lakin qiymətləndirmə və yardım qrupları zərər çəkmiş ərazilərə göndərilib.
    Bundan əlavə, qeyd olunub ki, Yeni Dehlidə zəlzələ baş verib. Onun maqnitudası 4,3 olub. Yeraltı təkanlar şəhərdən 7 kilometr aralıda hiss edilib.

  • Gecə Bakıda çoxmərtəbəli binada yanğın olub

    Ötən gecə Bakıda yanğın hadisəsi baş verib.

    Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
    Bildirilib ki, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi 73 ünvanında, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında qeydə alınıb. 
    Hadisəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dərhal müdaxilə edib və yanğın söndürülüb.