Month: February 2025

  • Azərbaycan Şahmat Federasiyasının prezidenti: “Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək”

    Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək.
    Report xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkə çempionatının bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.

    Qurum rəhbəri bu gün başa çatan yarışla bağlı təəssüratlarını bölüşüb:

    “Tarixi, Azərbaycanın ən güclü şahmatçılarının iştirakı, həm də ilk dəfə bu sistemlə keçirilən yarış başa çatdı. Bu gün qaliblər müəyyənləşdi. Finallar çox gərgin mübarizə şəraitində keçdi. Şəhriyar Məmmədyarov gözləniləndən daha fərqli olaraq ikinci yeri tutdu. Baxmayaraq ki final mərhələsinin ilk mərhələsində üstünlük nümayiş etdirmişdi. Bu idmandır, səhv edən məğlub olur”.

    M.Məmmədov ölkə çempionatını rekord sayda tamaşaçı izlədiyini vurğulayıb:

    “Şahmatçıların hər birinin bu yarışda iştirakından məmnunuq. Deyilənə görə çempionatı rekord sayda tamaşaçı canlı izləyib. Rəqəmlər də açıqlandı. Həm sosial şəbəkələrdə, həm də televeziya vasitəsilə geniş şəkildə işıqlandırıldı. Bu da bizi sevindirməyə bilməz. Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək. Bütün şahmatçıları təbrik edirəm”.

    Qeyd edək ki, kişilərin mübarizəsində Rauf Məmmədov finalda Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub. Üçüncü yeri Misrətdin İskəndərov tutub.

    Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.

  • Rauf Məmmədov: “Çempionluğu atama həsr etmək istəyirəm”

    Çempionluğu atama həsr etmək istəyirəm.

    Bunu report-a açıqlamasında şahmat üzrə Azərbaycan çempionatının qalibi Rauf Məmmədov deyib.

    Ölkə çempionu inanılmaz nəticə qazandığını vurğulayıb:

    “Şokdayam, çünki tarixi Azərbaycan çempionatında qələbə qazanmaq çətin idi. Mənim üçün inanılmaz nəticədir. Çempionluğu ötən il rəhmətə gedən atama həsr etmək istəyirəm. Çünki onun dünyadan köçməsinin bir ili tamam oldu. Həmişə Azərbaycan çempionatında iştirak etməyimi istəyirdi”.

    Qrossmeyster xüsusən yarımfinalda Teymur Rəcəbov və finalda Şəhriyar Məmmədyarovla duellərə də toxunub:
    “Bu cür şahmatçıları məğlub etmək əlbəttə, çox çətindir. Bir az da bəxt lazımdır. Şükür Allaha ki bəxtim də gətirdi. Həm Teymur, həm də Şəhriyarla oyun çətin keçdi”

    Şahmatçı qarşıdakı planlar haqda sualı da cavablandırıb:

    “Hələlik dincəlmək istəyirəm. Çünki çox çətin yarış oldu. Daha sonra bu barədə düşünəcəyəm.

    Qeyd edək ki, R.Məmmədov Azərbaycan çempionatının finalında Şəhriyar Məmmədyarova qalib gələrək ölkənin ən güclüsü adına yiyələnib.

  • Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva babası akademik, Əməkdar elm xadimi Arif Paşayevi doğum günü münasibətilə təbrik edib.

    Median.Az xəbər verir ki, paylaşımda qeyd olunur:

    “Çox sevdiyim Arif babamı təbrik edirəm! Allah hamıya cansağlığı versin!”

  • Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb

    Bakı – Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Report-un yerli bürosu xəbər verir ki, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.
    2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb.

    Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər

    Rusiya və ABŞ-ın yüksək vəzifəli rəsmiləri iki ölkə liderləri arasında mümkün görüşə hazırlıq üçün gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacaqlar.

    Median.Az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

    Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ukrayna münaqişəsinin sonunun müzakirə olunacağı görüşün ayın sonuna qədər baş tuta biləcəyi iddia edilir.

  • Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib

    Egey dənizində 4,9 maqnitudalı zəlzələ olub.

    Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

    Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.

    Hadisənin nəticələri barədə məlumat yoxdur

  • Şəhriyar Məmmədyarov: “Mən bu çempionatda özümü qalib sayıram”

    Mən bu çempionatda özümü qalib sayıram.

    Median.Az xəbər verir ki bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ölkə çempionatının bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.

    Yarışın finalında məğlub olan qrossmeyster öz oyununu yüksək qiymətləndirib:

    “Mən bu çempionatda özümü qalib sayıram. Ardıcıl 6 oyun qələbə qazandım. 15 ilə yaxındır həyatımda belə uğurlu ardıcıllıq oımamışdı. Bu çox çətindir. Öz nəticəmi gözəl qiymətləndirirəm. Bəzən birinci yerə çıxırsan, amma nəticədən razı qalmırsan”.

    Qrossmeyster federasiyaya təşəkkür edib:

    “Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edirəm ki belə yarış təşkil etdilər. Bunu həyata keçirmək çox çətindir. Qalır bundan sonra Avropa və dünya çempionatlarında Azərbaycanı yaxşı təmsil etmək.

  • Ağstafada 4 nəfər dəm qazından zəhərlənib

    Ağstafada 4 nəfər dəm qazından zəhərlənib.

    Report-un Qərb bürosunun məlumatına görə, rayonun Dağkəsəmən kəndində 1959-cu il təvəllüdlü Təranə Məmmədova və onlara Qazax rayonundan qonaq gələn nəvələri A.Lahıcova (2013), N.Lahıcova (1991) və A.Lahıcova (2014) dəm qazından zəhərləniblər.

    Zərərçəkənlər Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ – Oğlu əsgərlikdən gələn ata QATİL OLDU

    Özündən 14 yaş kiçik həyat yoldaşını balta ilə qətlə yetirən 54 yaşlı kişinin məhkəmə prosesi yekunlaşıb.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddəsi ilə təqsirləndirilən Teymur Ocaqverdiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

    Məhkəmə prosesində məlum olub ki, ötən ilin iyun ayında 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev Daşkəsən rayonunun Əmirvar kəndində özündən 14 yaş kiçik arvadı Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirib.

    Mərhumun qardaşı Namiq Məsimov məhkəmədə verdiyi ifadəsində bildirib ki, onların arasında son zamanlar mübahisələr çox olub. Sonuncu davaları isə mayın 14-də (2024-cü il) yaranıb. Belə ki, həmin gün Teymur həyat yoldaşını qonşu kişi ilə yaxın münasibətdə olan zaman tutub.

    Hətta qətli törədən Teymur Ocaqverdiyev bu tarixi yaddaqalan etmək üçün evin divarına yazıb.

    Qonşuların sözlərinə görə, T.Ocaqverdiyevin heyvanları qonşunun həyətinə keçib, qonşu isə narazılıq edərək heyvanların onun həyətyanı sahəsini dağıtdığını bildirib. Elə ərlə-arvad arasındakı mübahisə isə bundan sonra gərginləşib.

    Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur bildirib ki, bir gün evə gələn zaman qonşusu Elvini evində arvadı ilə tutub, bundan sonra Elvin onun ayaqlarına düşərək yalvarıb, onlar digər otağa keçib söhbət edən zaman Elvin birdən cibindən çıxartdığı bıçağı onun boğazına dirəyib, sonra isə evdən uzaqlaşıb. Bundan bir müddət sonra Teymur arvadından qisas almaq məqsədilə həyətdən gətirdiyi balta ilə arvadını amansızcasına qətlə yetirib və özü DİN-nin “102” qaynar xəttinə zəng edərək törətdiyi cinayətini etiraf edib.

    Qeyd edək ki, ailənin iki oğul övladı olub, hadisə zamanı onlar evdə olmayıblar. Onlardan biri əsgərlikdən yeni gəlibmiş.

    Faktla bağlı ilkin olaraq Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və Teymur Ocaqverdiyev təqsirləndirilən şəxs qismində saxlanılıb.

  • Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

    Xatırladaq ki, XİN başçısı Ceyhun Bayramov 61-ci Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada işgüzar səfərdədir.