Month: February 2025

  • 13 yaşlı qıza təcavüzdə ittiham olunan reperlər Jay-Z və Diddinin işində gözlənilməz dönüş

    Məşhur rep ifaçıları Diddi (əsl adı – Şon Kombs) və Jay-Z-nin (əsl adı – Şon Kori Karter) adları keçən səs-küylü cinsi zorakılıq işi gözlənilməz yön alıb. Belə ki, 13 yaşında olanda hip-hop ulduzları tərəfindən təcavüzə məruz qaldığını iddia edən qadın öz iddiasını könüllü olaraq geri götürüb.

    Bu barədə “Rolling Stone” Şon Kombsun vəkillərinə istinadla xəbər yayıb.

    Bildirilir ki, tərəflər arasında heç bir razılaşma əldə edilməyib, bu da ittihamların əsassız olduğunu göstərir.

    Xatırladaq ki, qadın 13 yaşında olanda (2000-ci ildə) “MTV Video Music Awards” mükafatlandırma mərasimindən sonra keçirilən tədbirdə özünü pis hiss etdiyini və dincəlmək üçün yataq otağına getdiyini, ancaq orada Diddi və Jay-Z tərəfindən cinsi xarakterli zorakı hərəkətlərə məruz qaldığını iddia etmişdi. O, Kombsa müqavimət göstərə bildiyini və evdən qaçdığını, bundan sonra atasının onu götürüb evə apardığını bildirirdi. Lakin qadının atası həmin gün qızını götürdüyünü xatırlamadığını dedikdən sonra iddia ilə bağlı şübhələr yaranıb. Qadın məşhur reperlərə qarşı şikayətini geri götürməyə qərar verib.

    Jay-Z vəziyyətə münasibət bildirərək qeyd edib ki, iddia əvvəldən əsassız olub və nəticədə heç nəyə gətirib çıxarmayıb.

  • Дорожная полиция предупреждает: В горных районах Азербайджана ожидается гололед

    Учитывая вероятность обледенения дорог в горных и предгорных районах Азербайджана, Государственная дорожная полиция (ГДП) принимает превентивные меры по обеспечению безопасности дорожного движения.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную Главным управлением ГДП.

    С вечера минувшего дня сотрудники полка дорожно-патрульной службы ГУГДП совместно с работниками дорожного хозяйства выполняют необходимые работы в горных районах, где проходят автодороги республиканского значения, проводят профилактические беседы с водителями, информируют их о текущей ситуации на дорогах.

    Главное управление государственной дорожной полиции в очередной раз обращается к водителям с просьбой правильно оценивать погодные условия и соблюдать необходимые меры предосторожности при поездках в горные и предгорные регионы.

  • Dağlıq rayonlara avtomobillə səfər edənlərə XƏBƏRDARLIQ

    Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı nəzərə alınaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə DYP tərəfindən qabaqlayıcı tədbirlər görülür.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verirlər.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edir.

  • ВС РФ взяли под контроль населенный пункт Березовка в Донецкой области

    Подразделения группировки войск “Центр” Вооруженных сил Российской Федерации взяли под контроль населенный пункт Березовка в Донецкой области.

    Об этом сообщили в Минобороны РФ.

  • Rusiya Silahlı Qüvvələri Donetskin yaşayış məntəqəsini nəzarətə götürüb

    Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” qoşun qruplaşmalarının bölmələri Donetsk vilayətinin Beryozovka yaşayış məntəqəsini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya ordusu, həmçinin Şerbinovka, Udaçnoye, Zverevo, Kotlino, Novoandreyevka və Nadejdinka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin bir neçə briqadasının canlı qüvvəsinə və texnikasına, ərazi müdafiə və milli qvardiya qüvvələrinə zərbə endirib.

  • Dörd cüdoçumuz finala yüksəldi

    Bakıda təşkil olunan “Böyük Dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu finala yüksəlib.

    73 kq çəkidə yarışan Rəşid Məmmədəliyev finalda yaponiyalı cüdoçu Tatsuki İşihara ilə üz-üzə gələcək.

    Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə qarşılşacaq.

    Zelim Tçkayev (81 kq) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə mübarizə aparacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.

    Qeyd edək ki, final qarşılaşmaları saat 17:00-da başlayacaq.

  • Beşmərtəbəli binadakı yanğın söndürüldü – Sakinlər təxliyyə edildi (YENİLƏNİB)

    Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

    * * * * *

    Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli bina yanır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Hadisə yerinə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

  • Bakıda və bölgələrdə qərb küləyi əsəcək (XƏBƏRDARLIQ)

    Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, fevralın 16-17-də Bakıda və Abşeron yarımadasında, Qobustan, Neftçala, Lerik, Yardımlı, Astara, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Oğuz, Mingəçevir, Yevlax, Kəlbəcər, Zəngilan, Laçında qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • 18 günlük tətil təhsilə necə təsir edəcək? (ŞƏRH)

    “Mart ayında şagirdlər üçün kifayyət qədər tətil müddəti elan edilib. Bu, tədris prosesinə müəyyən qədər təsir göstərəcək”.

    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.

    Ekspert bu günə kimi şagirdlərə yalnız qış tətili verildiyini xatırladıb:

    “Bu da 27 yanvar-3 fevral aralığında gerçəkləşdi. Bundan sonra isə ikinci yarımillik dövründə fevral və mart ayının yarısından çoxunu dərsdə olacaqlar. Yaxşı olar ki, müəllimlər tətil günlərini nəzərə alaraq ev tapşırıqlarını günlərə görə versinlər. Yəni, daha çox tapşırıq verməmək, amma müəyyən qədər də mövzulardan geri qalmamaq şərti ilə ev tapşırıqlarını verə bilərlər”.

    Ekspert ümumilikdə belə tətillərin olmasını şagirdlər üçün daha uyğun olduğunu hesab edir:

    “Həm 11-ci sinif şagirdləri ali təhsil müəssisələrinə, həm də 9-cu sinif şagirdləri buraxılış imtahanları verəcəklər. Onlar üçün tətil dövrü daha uyğundur. Digər siniflər isə əsas tətil dövrünü dəyərləndirməli olacaqlar”.

    Qeyd edək ki, Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 18 gün tətil elan edilib.

  • Tovuzda sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

    Tovuz rayonu Alakol Kənd Bələdiyyəsinin sabiq sədri Ceyhun Quliyev barəsində cinayət işi açılıb.

    “Qafqazinfo”nun məlumatına görə, Tovuz Rayon prokuroru Maarif Hüseynovun təqdimatı əsasında Tovuz Rayon Məhkəməsinin qərarı ilə Ceyhun Quliyev vəzifəsindən azad edilib və ölkədən çıxışına qadağa qoyulub.

    Belə ki, C. Quliyev 14 bələdiyyə üzvünün, katibin iştirakı olmadan, onlardan xəbərsiz imzalarından, şəxsiyyət vəsiqələrinin surətindən icazəsiz, qanunsuz istifadə edərək, heç bir bələdiyyə iclası keçirmədən Köhnəqala kənd sakinin torpağını başqa bir şəxsə saxta sənədləşmə yolu ilə satıb.