Month: February 2025

  • Bu hotellərin reklamları söküləcək

    Ulduz kateqoriyalarını düzgün qeyd etməyən hotellərin reklamları söküləcək

    Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilə Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) əməkdaşlığı çərçivəsində regionlardakı yerləşmə müəssisələrinin üzərindəki reklam lövhələrinin monitorinqinə başlanılır.

    Dövlət Turizm Agentliyindən verilən məlumata görə, bu haqda razılıq hər iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə əldə edilib.

    İlkin mərhələdə monitorinqlər Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində 160-dan çox yerləşmə müəssisəsi üzrə keçiriləcək.

    Aparılan müzakirələrdə regionlarda yerləşən bir sıra hotellərin müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirmələri, həmçinin “Turizm haqqında” qanunda qeyd edilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin “hotel” adından istifadə etməklə istehlakçı hüquqlarını pozduqları qeyd olunub.

    “Reklam haqqında” qanunda da qeyd olunduğu kimi, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.

    Müzakirələr nəticəsində istehlakçıların aldadılmasının və yanlış məlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə regionlarda ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımının dayandırılması qərarlaşdırılıb.

    Qeyd edək ki, hotel sahibləri açıq məkanda reklam yerləşdirməyə icazə alınması üçün “hotel” kimi fəaliyyət göstərdikləri və ulduz kateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmiş sertifikatlarını ADRA-ya təqdim etməlidirlər.

    © Trend

  • Hərəkətdə olan “KamAZ” dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı

    Bu gün saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “KamAZ” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.

    Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, “KamAZ” və traktorun sürücüsü xəsarət alıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

  • Qızıl alışında beşinci ölkəyik

    Azərbaycan 2024-cü ildə 25 ton qızıl alıb. Bu ötən ilin ilk üç rübünün göstəricisidir. Beləliklə, dünya üzrə qızıl alışına görə, keçən il reytinq siyahısında beşinci yeri tutmuşuq.

    Azərbaycan 2024-cü ildə ən çox qızıl alan beşinci ölkə olub. Bu statistika Ümumdünya Qızıl Şurasının 2024-cü il hesabatında qeyd olunub. Hesabata görə, qlobal mərkəzi bankların qızıl ehtiyatlarının artması tendensiyası müntəzəm davam edir. Xüsusilə iqtisadi qeyri-müəyyənliklər və inflyasiyaya qarşı etibarlı “sığınacaq” axtarışları qızıla olan marağı daha da artırıb. Şuradan bildirilir ki, ölkəmizin qızıl alışlarına Azərbaycan Mərkəzi Bankının deyil, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl alışları daxildir.

    Maraqlıdır, böyük miqdarda qızıl alışı nəyə hesablanıb? Səmərəlidirmi? Qarşıdakı dövrdə də bu tendensiya davam edə bilərmi?

    Az riskli yığım vasitəsi

    Millət vəkili Vüqar Bayramov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, qlobal iqtisadiyyatda risklər artığı üçün qızıl investorlar tərəfindən daha az riskli yığım vasitəsi hesab olunur: “Xüsusilə də, qlobal ticarət müharibəsinin güclənməsi iqtisadiyyatda riskləri artıran səbəblərdəndir. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qızılla yığıma daha çox sərmayənin yönəlməsini müşahidə edirik”.

    Millət vəkilinin sözlərinə görə, qızılla yığımların artırılması təhlükəsizlik baxımından vacibdir: “Azərbaycan da artıq xeyli müddətdir ki, qızıla investisiya edir, idxalını artırır. Ən çox qızıl alan beşinci ölkə olmağımızın səbəbi sırf idxalla bağlı deyil. Bu, həm də Azərbaycanın özünün istehsal etdiyi, yəni, ölkədə hasil edilən qızılın emal edilərək sonradan ölkəyə gətirilməsi ilə bağlıdır. Bunların bir hissəsi Azərbaycandan hasil edilən qızılın emal edilərək ölkəyə qayıtması, digər hissəsi isə təbii ki, yığımlardır. Amma bütün hallarda qızılla yığımların artırılması iqtisadi təhlükəsizlik baxımından vacibdir”.

    Qarşıdakı illərdə bu tendensiyasının davam etməsi məsələsinə gəldikdə isə, millət vəkili vurğulayır ki, bu siyasət növbəti illərdə də davam etdiriləcək.

    Ciddi yatırım aləti

    Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyir ki, qızıl yatırım aləti kimi istifadə olunur: “Əsas alışlar Dövlət Neft Fondu tərəfindən olub. Ötən beş ili müqayisə etsək, qızıl qiymətləri artan xətlə davam edir. Ekspertlərin proqnozlarına görə, bir qram 999 əyarlı qızılın qiyməti 100 dollara qədər qalxacaq. Məhz buna görə də, qızıl kifayət qədər ciddi yatırım alətidir. Bu səbəbdən, Azərbaycan 2024-cü ildə ən çox qızıl alan beşinci ölkə olub”.

    Polşa liderdir

    2024-cü ildə qızıl ehtiyatlarını ən çox artıran 10 ölkənin siyahısına nəzər salsaq, liderlik Polşadadır. Belə ki, Polşa 90 ton olmaqla 2024-cü ilin ən böyük qızıl alıcısı olub. Ölkə ümumi qızıl ehtiyatını 448 tona çatdırıb. İkinci yerdə isə qardaş ölkə Türkiyədir. 75 ton qızıl alaraq ehtiyatını 528 tona çatdırıb. Türkiyəni 73 ton qızıl almaqla Hindistan, 44 ton qızıl alışı ilə isə Çin izləyir. Azərbaycan 25 ton göstərici ilə beşinci yerdədir (2024-ci ilin üç rübünün göstəricisi).

    Altıncı yer Çexiya, yeddinci yer İraq, səkkizinci yer Macarıstan, doqquzuncu yer Qana və Özbəkistan, 10-cu yerin sahibi isə Qətərdir.

    Yeri gəlmişkən, ötən il Azərbaycanda 2 min 663 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 97 kiloqram və ya 3,5% azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan qızılın həcmi 2 min 660 kiloqram olub.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,36% artaraq 2 955,9 ABŞ dollarına bərabər olub.
    //Kaspi.az

  • Uzbekistan Airways будет летать из Ташкента в Баку 4 раза в неделю

    Uzbekistan Airways с апреля 2025 года увеличит количество рейсов из Ташкента в Баку до четырех в неделю.

    Об этом сообщает авиакомпания.

    “Рейсы по маршруту Ташкент-Баку-Ташкент сегодня выполняются по вторникам, четвергам и воскресеньям, а с апреля количество рейсов увеличится до четырех раз в неделю”, – указывает авиакомпания.

  • “Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır

    Bu ilin aprel ayından “Uzbekistan Airways” şirkəti Daşkənddən Bakıya və əks istiqamətdə uçuşların sayını həftədə 4 dəfəyə çatdıracaq.

    Bu barədə aviaşirkət məlumat yayıb.

    “Hazırda Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə uçuşlar çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçirilir. Apreldən həftəlik uçuşların sayı həftədə 4 dəfə olacaq”, – deyə məlumatda qeyd olunub.

  • В МИД Азербайджана поздравили Сербию по случаю Дня государственности

    Министерство иностранных дел Азербайджана поздравило Сербию по случаю 16 Февраля – Дня государственности.

    Соответствующая публикация размещена на странице внешнеполитического ведомства в соцсети Х.

    “Искренне поздравляем с Днем государственности нашего стратегического партнера Республику Сербию и ее народ. Вместе мы празднуем глубокую дружбу и взаимоуважение, которые определяют наше партнерство”, – говорится в сообщении.

  • Azərbaycan XİN Serbiyanı təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi Serbiyanı Milli Günü münasibətilə təbrik edib.

    Bu barədə nazirliyin “X” hesabında yazılıb.

    “Milli Günü münasibətilə strateji tərəfdaşımız Serbiya Respublikasına və onun xalqına ürəkdən təbriklərimizi çatdırırıq. Biz tərəfdaşlığımızı müəyyən edən köklü dostluğu və qarşılıqlı hörməti qeyd edirik”, – paylaşımda bildirilib.

  • Определились призеры чемпионата Азербайджана по шахматам

    Определились призеры чемпионата Азербайджана по шахматам.

    В последний день соревнований состоялись тай-брейки.

    Рауф Мамедов обыграл Шахрияра Мамедьярова, в шестой раз в своей карьере став чемпионом Азербайджана.

    Гюнай Мамедзаде, одержав победу над Гёвхар Бейдуллаевой, завоевала чемпионский титул. В матче за третье место Гюльнар Мамедова опередила Ульвию Фаталиеву.

  • Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib

    Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.

    Yarışın son günündə tay-brek görüşləri baş tutub.

    Kişilərin mübarizəsində Rauf Məmmədov Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub.

    Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.

  • Ceyhun Bayramov ATƏT-in baş katibinə Ermənistanla normallaşma prosesi barədə məlumat verib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

    Görüşdə Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

    Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibliyi qeyd olunub.

    Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb. İlk növbədə keçmiş işğal dövrünün qalıqları olan strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb.

    Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatından bəhs edən nazir C.Bayramov, Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin prosesə maneə olduğu diqqətə çatdırıb.

    Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.