Month: February 2025

  • Aİ “müşahidəçilər”i Qubadlı istiqamətindəki ərazilərimizə baxış keçirib

    Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası”nın üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

    “Report”un əldə etdiyi görüntülər bunu deməyə əsas verir.

    Məlumata görə, onlar fevralın 13-də Qubadlı ilə həmsərhəd zonada müşahidə aparıblar.

    Avropalılar binoklla ətrafa və Azərbaycan ərazilərinə baxış keçiriblər. Azərbaycanlı sərhədçiləri ənənəvi olaraq “müşahidə missiyası”nın hərəkətlərini nəzarətə götürüb və qeydə alıb.

    Qeyd edək ki, Avropa İttifaqının “müşahidə missiyası” mütəmadi olaraq Azərbaycanla sərhədboyu müşahidələr aparır.

  • Paşinyan Münhendə Şoltzla görüşdü

    Ermənistanın Baş naziri Nikol Paşinyan və Almaniya kansleri Olaf Şolts Münhendə görüşüb.

    Bu haqda Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, görüşdə İrəvanla Bakı münasibətlərin normallaşması prosesi də müzakirə olunub.

  • Bu maşınların istehsalı dayandırılır-Alıcılara xəbərdarlıq

    Avtomobil istehsalçıları model sıralarını yenidən nəzərdən keçirir. 2026-cı ilə qədər bir neçə məşhur marka istehsaldan çıxarılacaq. Bunun əsas səbəbi elektromobillərə keçid, bəzi seqmentlərə tələbatın azalması və krossoverlərin üstünlük təşkil etməsidir.

    Proqnozlara görə, 2026-cı ilə qədər avtomobil bazarı daha da elektrikləşəcək və klassik modellərin yerini yeni SUV-lar və elektromobillər tutacaq. Benzin mühərrikli avtomobil həvəskarları ya son buraxılış modellərini əldə etməli, ya da yeni elektrik versiyalarını gözləməlidirlər.

    Qaynarinfo xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) icraçı direktoru Eyyub Əliyev bildirib ki, tələb-təklif məsələsi hər ölkəyə görə dəyişir:

    “Bu, ölkədən-ölkəyə dəyişən bir məsələdir. Məlum olduğu kimi, Azərbaycanda daha çox hündür maşınları, krossoverləri bəyənirlər, onalra tələbat çoxdur. Amma məsələn, ABŞ-də daha çox pikaplara üstünlük verirlər.

    Bir sözlə, avtomobil seçimi ölkənin iqliminə, insan baxışına, psixologiyasına uyğun olaraq edilir. Avropa ölkələrində daha çox kiçik həcmli maşınları görə bilərik. Lakin bəzi növ avtomobillər var ki, onlara maraq hər zaman olsa da, tələbat məhduddur. Bu növ maşınların istehsal sayı digər avtomobillərdən hər zaman az olub. Lüks brendlər olan “Lamborghini” və “Ferrari” il ərzində minimum sayıda istehsal var”.

    Eyyub Əliyev qeyd edib ki, ölkəmizdə hazırda dəbdə olan maşınlar daha çox elektromobil və hibridlərdir:

    “Yəni hər bir avtomobilin öz həvəskarı var. Sadəcə əgər hansısa avtomobil yüksək qiymətdə deyilsə, istehsalçı onu daha çox istehsal edib satmağı düşünürsə və tələb-təklif məsələsində uyğunsuzluq varsa, təbii ki, şirkət onun istehsalını saxlayır.

    Azərbaycana gəldikdə, hazırki tendensiya onu göstərir ki, artıq alıcılar elektrik avtomobillərə, hibridlərə daha çox maraq göstərirlər. Bizdə yaxın illərdə bu tendensiya daha da artacaq”.

  • Toyuq yeyərkən diqqətli olun: Bu hissələri sağlamlıq üçün təhlükəlidir

    Toyuq əti qida rasionumuzun əhəmiyyətli bir hissəsini təşkil edir və müxtəlif yeməklərin hazırlanmasında geniş istifadə olunur. Lakin toyuğun bəzi hissələrinin istehlakı sağlamlıq üçün riskli ola bilər.

    Toyuq dərisi: Toyuq dərisi yüksək miqdarda doymuş yağ və xolesterin ehtiva edir. Bu səbəbdən, onun həddindən artıq istehlakı ürək-damar xəstəlikləri və artıq çəki kimi problemlərə yol aça bilər.

    Toyuq quyruğu: Toyuğun quyruq hissəsi nəcis ifrazatının keçdiyi bölgə olduğundan, burada çoxlu bakteriya və parazitlər mövcud ola bilər. Bu hissənin istehlakı immunitet sisteminə mənfi təsir göstərə bilər.

    Toyuq qaraciyəri: Qaraciyər toyuğun orqanizmində toksinlərin toplandığı orqan olduğundan, onun həddindən artıq istehlakı zərərli kimyəvi maddələrin bədənimizə daxil olmasına səbəb ola bilər.

    Toyuq ayaqları: Toyuq ayaqları bəzi faydalı maddələr ehtiva etsə də, onların həddindən artıq istehlakı toxuma iltihabına səbəb ola bilər.

    Toyuq qanadları və boynu: Bu hissələr peyvəndlərin tətbiq edildiyi bölgələr olduğundan, bəzi mütəxəssislər onların istehlakını məsləhət görmürlər.

    Nəticə: Toyuq əti sağlam qidalanmanın bir hissəsi olsa da, bəzi hissələrinin istehlakı sağlamlıq üçün riskli ola bilər. Bu səbəbdən, toyuq ətini istehlak edərkən onun etibarlı mənbələrdən alınmasına və gigiyenik qaydalara əməl edilməsinə diqqət yetirmək vacibdir.//E-saglam.az

  • Zara и компания: популярные fashion-бренды возвращаются в Россию?

    Популярные бренды одежды Zara, Bershka, Pull&Bear и Stradivarius, входящие в состав испанской группы Inditex, активно прорабатывают возможность возвращения на российский рынок.

    Об этом сообщает Telegram-канал Mash, ссылаясь на несколько надёжных источников.

    По информации инсайдеров, представители компании уже вовсю изучают текущую ситуацию на рынке, поднимают архивы и документы. Всё это делается для того, чтобы в случае изменения политической обстановки, Inditex смогла оперативно вернуться в Россию и занять свои прежние площади в торговых центрах, не тратя месяцы на открытие с нуля.

    Вице-президент Союза торговых центров Павел Люлин подтвердил, что если магазины Inditex вернутся, то они с большой долей вероятности займут свои старые места, где сейчас либо расположились аналоги вроде Maag, либо до сих пор пустуют.

    Напомним, что в марте 2022 года, вскоре после начала войны в Украине, Inditex объявила о закрытии всех своих магазинов в России и прекращении онлайн-торговли. Под этим решением подписались сразу 8 брендов: Zara, Zara Home, Massimo Dutti, Bershka, Oysho, Pull & Bear, Stradivarius и Uterqüe.

    Пришедшие на замену российские и азиатские бренды не смогли в полной мере заполнить образовавшуюся нишу. Согласно данным за первые три месяца работы, новые магазины столкнулись с отсутствием спроса, низкой выручкой и, как следствие, массовыми увольнениями сотрудников.

  • Rusiya bazarını tərk edən bir sıra məşhur brendlər QAYIDIR

    “Zara”, “Bershka”, “Pull & Bear” və “Stradivarius” geyim mağazaları Rusiya bazarına qayıtmağa hazırlaşırlar.

    Bu barədə “Mash” “Telegram” kanalı bir neçə mənbəyə istinadən yazıb.

    Məlumata görə, geri dönüş artıq aktiv şəkildə müzakirə olunur.

    Şirkət nümayəndələri bazarda vəziyyəti araşdırır, arxivi və sənədləri aradan çıxarırlar. Bu, ona görə edilir ki, vəziyyət dəyişəcəyi halda, operativ şəkildə Rusiyaya qayıtmaq mümkün olsun.

    Üstəlik, onlar Rusiya bazarını tərk etməmişdən əvvəl ticarət mərkəzlərində mağazalarının olduğu həmin əraziləri yenidən tutmaq istəyirlər.

    Xatırladaq ki, “Zara”, “Zara Home”, “Massimo Dutti”, “Bershka”, “Oysho”, “Pull & Bear”, “Stradivarius”, “Uterqüe” brendləri İspaniyanın “Inditex” qrupuna daxildir.

    2022-ci ilin mart ayında şirkət Rusiyadakı bütün mağazaların bağlandığını və onlayn ticarətin dayandırıldığını elan etmişdi.

  • FHN-nin adından 7800 manatlıq dələduzluq

    Fövqəladə Hallar Nazirliyinin (FHN) adından dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə aparılan məhkəmə istintaqı zamanı məlum olub ki, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilən müttəhim T.Ə. zərərçəkən R.A-nın 7800 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

    R.A. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəlmək istəyib. T.Ə. yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu deyərək bu məsələdə ona kömək edəcəyini və bunun üçün 10 000 manat pul lazım olduğunu bildirib.

    R.A. razılaşaraq T.Ə.-yə hissə-hissə ümumilikdə 7800 manat pul verib. T.Ə. inandırıcı olsun deyə, pulun bir hissəsini FHN-nin inzibati binasının yaxınlığında alıb. R.A. sonradan aldadıldığını başa düşərək T.Ə. barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

    T.Ə. məhkəmə istintaqı zamanı ittihamla razılaşaraq, özünü təqsirli bilib. Eyni zamanda dəymiş zərərin ödənildiyini qeyd edib.

    Məhkəmənin hökmü ilə T.Ə.-yə qəti olaraq 2 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilir.

  • Два мощных землетрясения произошли на Алтае

    Altay Respublikasında 6.4 maqnitudalı zəlzələ baş verib. Təkanlar Altay diyarı və Tıva Respublikasında hiss edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarələri məlumat verib.

    “Rusiya Elmlər Akademiyası Vahid Geofiziki Xidməti Altay-Sayan filialının (seysmik stansiya) məlumatına görə, Altay Respublikası ərazisində 6.4 bal gücündə seysmik hadisə qeydə alınıb”, – Rusiya FHN-in Altay diyarı üzrə Baş İdarəsinin Mətbuat Xidməti bildirib.

    Dəqiqləşdirilir ki, bütün Altay diyarı ərazisində təkanların intensivliyi 3 balı keçməyib. Mətbuat Xidmətindən bildirilib ki, seysmik hadisə 29 bələdiyyə qurumunun ərazisində, əsasən, diyarın şərq hissəsində: Zarinsk, Biysk, Belokurixa zonalarında və Barnaul şəhərində hiss edilib.

    FHN-in Tuva Respublikası üzrə Baş İdarəsi bildirib ki, təkanlar regionun bəzi rayonlarında hiss edilib.

    “Monqun-Tayqa, Barun-Xemçik, Ovyur və Bay-Tayqa rayonlarında, Ak-Dovurak şəhərində zəif təkanlar hiss edilib. Sosial əhəmiyyətli obyektlərin yoxlanılması üçün əməliyyat qrupları göndərilib”, – qurumun məlumatında deyilir.

    Xilasedicilər zəlzələnin nəticələrini yoxlamaq üçün Altay Respublikasının Koş-Aqaç rayonuna yollanıblar. Xakasiyada da təkanlar hiss edilib, lakin yerli FHN idarəsinin təsdiqlədiyi kimi, onların maqnitudası 2 balı keçməyib. Kemerovo vilayətinin Novokuznetsk şəhər meriyasının məlumatına görə, şəhərdə də yeraltı təkanlar hiss edilib. Regionun kömür sənayesi nazirliyinin məlumatına görə, kömür şaxtaları normal rejimdə işləməyə davam edir.

    Daha əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi təxminən 8 min nəfərin yaşadığı Altay Respublikasının Koş-Aqaç kəndindən 27 km cənub-qərbdə 5.7 maqnitudalı zəlzələnin baş verdiyi barədə məlumat vermişdi. Ocaq 5 km dərinlikdə yerləşib.

    Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

  • Rusiyada 6.4 ballıq zəlzələ oldu

    Altay Respublikasında 6.4 maqnitudalı zəlzələ baş verib. Təkanlar Altay diyarı və Tıva Respublikasında hiss edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarələri məlumat verib.

    “Rusiya Elmlər Akademiyası Vahid Geofiziki Xidməti Altay-Sayan filialının (seysmik stansiya) məlumatına görə, Altay Respublikası ərazisində 6.4 bal gücündə seysmik hadisə qeydə alınıb”, – Rusiya FHN-in Altay diyarı üzrə Baş İdarəsinin Mətbuat Xidməti bildirib.

    Dəqiqləşdirilir ki, bütün Altay diyarı ərazisində təkanların intensivliyi 3 balı keçməyib. Mətbuat Xidmətindən bildirilib ki, seysmik hadisə 29 bələdiyyə qurumunun ərazisində, əsasən, diyarın şərq hissəsində: Zarinsk, Biysk, Belokurixa zonalarında və Barnaul şəhərində hiss edilib.

    FHN-in Tuva Respublikası üzrə Baş İdarəsi bildirib ki, təkanlar regionun bəzi rayonlarında hiss edilib.

    “Monqun-Tayqa, Barun-Xemçik, Ovyur və Bay-Tayqa rayonlarında, Ak-Dovurak şəhərində zəif təkanlar hiss edilib. Sosial əhəmiyyətli obyektlərin yoxlanılması üçün əməliyyat qrupları göndərilib”, – qurumun məlumatında deyilir.

    Xilasedicilər zəlzələnin nəticələrini yoxlamaq üçün Altay Respublikasının Koş-Aqaç rayonuna yollanıblar. Xakasiyada da təkanlar hiss edilib, lakin yerli FHN idarəsinin təsdiqlədiyi kimi, onların maqnitudası 2 balı keçməyib. Kemerovo vilayətinin Novokuznetsk şəhər meriyasının məlumatına görə, şəhərdə də yeraltı təkanlar hiss edilib. Regionun kömür sənayesi nazirliyinin məlumatına görə, kömür şaxtaları normal rejimdə işləməyə davam edir.

    Daha əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi təxminən 8 min nəfərin yaşadığı Altay Respublikasının Koş-Aqaç kəndindən 27 km cənub-qərbdə 5.7 maqnitudalı zəlzələnin baş verdiyi barədə məlumat vermişdi. Ocaq 5 km dərinlikdə yerləşib.

    Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

  • Женщина, обвинявшая в сексуальном насилии P.Diddy и Jay-Z, добровольно отозвала свой иск

    Женщина, которая утверждала, что в 13 лет подверглась сексуальному насилию со стороны P.Diddy (настоящее имя – Шон Комбс) и Jay-Z (настоящее имя – Шон Кори Картер), добровольно отозвала свой иск.

    Об этом пишет Rolling Stone.

    Адвокаты рэпера Шона Комбса сообщили журналу, что между сторонами не было никаких соглашений. Изначально женщина утверждала, что на одной из вечеринок у нее закружилась голова, и она отправилась в спальню, чтобы отдохнуть. После этого в комнату зашли P.Diddy и Jay-Z и “напали на нее”.

    Женщина утверждала, что ударила Комбса и смогла убежать из дома, после чего к ней приехал ее отец и отвез домой. Однако история “пострадавшей” быстро начала вызывать сомнения – отец женщины отмечал, что не помнит, чтобы забирал свою дочь в тот день.

    В итоге спустя несколько лет жительница США отозвала свою жалобу на рэп-исполнителей. Jay-Z отметил, что иск изначально был необоснованным и в результате ни к чему не привел.