Month: February 2025

  • MSK bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiqləyib

    Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiq edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bununla bağlı MSK-nın bugünkü iclasında müzakirə aparılıb.

    İclasda seçkilərin yekunlarına dair ümumi məlumat verilib. Qeyd olunub ki, bələdiyyə seçkilərində yekun seçici fəallığı 31.42 faiz olub. Bələdiyyə seçkiləri nəticəsində 681 bələdiyyə tam tərkibdə formalaşıb, 8 min 39 bələdiyyə üzvü seçilib.

    78 saylı Lənkəran kənd seçki dairəsi (Şürük bələdiyyəsi), 117 saylı Oğuz-Qəbələ-Şəki (Padar bələdiyyəsi) və 81 saylı İmişli (Bəcirəvan bələdiyyəsi) üzrə seçkilərin nəticələri etibarsız hesab edilib. 90 saylı Ağsu seçki dairəsi üzrə Gəgəli bələdiyyəsinin tərkibi isə tam formalaşmayıb.

    Daha sonra bələdiyyə seçkilərinin yekun protokolu qəbul olunub və komissiya üzvləri tərəfindən imzalanıb.

  • İlham Əliyev Suriya prezidentinə məktub göndərdi

    Azərbaycan Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraaya məktub göndərib.

    Median.Az President.az-a istinadla xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edir, xalqınızın rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

    Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.

    Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

    Sizə ən xoş arzularımı çatdırır, dost Suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • AQTA Çin və Rusiyadan gətirilən kürülərin saxta qablaşdırıldığını aşkarlayıb

    Çin və Rusiyadan gətirilən kürülərin “Azerbaijan Caviar” adı ilə satışa çıxarıldığı aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Agentlik əməkdaşları nəzarət tədbirləri zamanı Yaşıl bazarda fəaliyyət göstərən fiziki şəxslər − Səmədzadə Emina Sabir qızı, Novruzov İlkin Feyruz oğlu və Süleymanov Elçin Qənimət oğluna məxsus 3 balıq satışı məntəqəsində istehlakçı hüquqlarının kobud şəkildə pozulduğunu müəyyən edib.

    Belə ki, ümumi çəkisi 73 kq olan müxtəlif çəkili böyük qablaşdırmalarda Çin və Rusiyadan idxal edilmiş kürülərin kustar üsulla 100-150 qramlıq qablarda qablaşdırılmaqla qanunazidd olaraq “Azerbaijan Caviar” adı ilə etiketlənib satışının həyata keçirildiyi məlum olub. Yoxlama zamanı 655 ədəd “Azerbaijan Caviar” yazılı qutular və etiketlər də aşkarlanıb.

    Məhsullarda qida təhlükəsizliyi baxımından hər hansı uyğunsuzluq aşkarlanmasa da, mənşəyi barədə yanlış təsəvvür yaratmaqla istehlakçının aldadılması ilə bağlı sahibkarlar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülüb, saxtalaşdırma yolu ilə satışa çıxarılan məhsullar dövriyyədən çıxarılıb.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • Azərbaycanda universitet rektoru İSTEFA VERDİ

    Xəzər Universitetinin rektoru istefa verib.

    Median.Az xəbər verir ki, bu barədə universitetdən AzEdu.az-a bildirilib.

    Məlumata görə, Xəzər Universitetinin rektoru İradə Xəlilova istefa verərək, işdən çıxıb.

    Qeyd olunub ki, yaxın günlərdə yeni rektorla bağlı məlumat ictimaiyyətə təqdim olunacaq.

  • Azərbaycanla Ermənistan növbəti görüşün tarixi və yerini müəyyən etmək barədə razılığa gəlib

    Azərbaycanla Ermənistan növbəti görüşün tarixi və yerini müəyyən etmək barədə razılığa gəlib.

    Bu barədə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.

    Qeyd olunub ki, bu gün Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib.

    Görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.

    Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

  • Xaçmazda şadlıq sarayının fəaliyyəti dayandırıldı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Ariz” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

    – obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

    – istifadə edilən qaz cihazlarının quraşdırılması və istismarı “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə cavab vermir;

    – obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb;

    – elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

    – təxliyə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb;

    – obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Ariz” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  • Yağış və qar yağır – FAKTİKİ HAVA

    Saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, İmişli, Hacıqabul, Sabirabad, Beyləqan, Salyan, Neftçala, Şuşa, Füzulidə yağış, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Daşkəsən, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Göygöl, Lerik, Şirvan, Yardımlıda qar yağır.

    Pirallahı, Naxçıvan, Culfa, Yevlax, Sabirabad, Neftçala, Lerikdə duman müşahidə olunub.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

  • Məmur arvadını və ustanı öldürən kişiyə ömürlük həbs!

    2023-cü ilin fevralında Tərtərdə həyat yoldaşı 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və həyətdə usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi güllələyərək qətlə yetirən Asəf Məmmədova hökm oxunub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü A.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.7-ci (Xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla 2 və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib.

    İstintaq vaxtı A.Məmmədov hadisəni qısqanclıq zəminində törətdiyini, evdə səsyazan qurğu quraşdırdığını və əldə etdiyi məlumatlara əsasən, bu cinayəti törətdiyini iddia edib. Lakin ekspertiza və digər araşdırmalar zamanı G.Məmmədovanın ailəsinə xəyanət etməsini sübut edən hər hansı fakt aşkar edilməyib.

    Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub.

    Namiq Allahverdiyev cütlüyün evinin qonşuluğunda – G.Məmmədovanın qardaşının həyətində atası ilə birgə usta işləyirmiş.

  • 37 yaşlı kişini baltaladı, qaçarkən avtomobil vurdu

    Bakının Yasamal rayonunda Azər İbrahimovu qətlə yetirməkdə təqsirləndirilən və əvvəllər məhkum olunmuş Təbriz Həsənovun cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

    Dövlət ittihamçısı Təbriz Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsini təklif edib.

    Məhkəmə cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edib. Proses fevralın 21-nədək təxirə salınıb.

    Qeyd edək ki, 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.

    Təbriz Həsənov cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Müəyyən edilib ki, Azər İbrahimov oktyabrın 13-də yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı qolundan və kürəyindən balta xəsarətləri alıb.

    Ağır yaralı halda tapılan Azər İbrahimov dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    İstintaq orqanı tərəfindən Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

  • Захарова: Попытки вбить клинья между Россией и Азербайджаном из-за трагедии AZAL провалятся

    Попытки использовать трагедию самолета азербайджанской авиакомпании AZAL, чтобы ухудшить отношения России и Азербайджана, обречены на провал.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявила на брифинге официальный представитель МИД РФ Мария Захарова.

    “Мы прекрасно понимаем, что трагедия, случившаяся с авиакатастрофой, которая унесла жизни и граждан Азербайджана, и граждан нашей страны, переживается очень остро и там, и у нас, – сказала дипломат. – Мы понимаем, что очень многие хотят в этом половить какую-то свою удачу. А она не будет удачей, потому что попытки вбить клинья между народами, странами, у которых такая совместная история и зона ответственности, в том числе региональная, такие перспективы развития, обречены на провал”.