Month: February 2025

  • Zaxarova: “AZAL təyyarəsinin faciəsi səbəbindən iki ölkənin arasını vurmaq cəhdləri uğursuz olacaq”

    Rusiya-Azərbaycan münasibətlərini pisləşdirməkdən ötrü Azərbaycanın AZAL aviaşirkətinin təyyarə faciəsindən istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur.

    Median.Az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

    “Biz yaxşı başa düşürük ki, həm Azərbaycan vətəndaşlarının, həm də ölkəmizin vətəndaşlarının həyatına son qoymuş aviaqəza ilə bağlı faciə həm orada, həm də bizdə kəskin surətdə hiss edilir” , – deyə diplomat vurğulayıb.

    M.Zaxarova əlavə edib: “Biz başa düşürük ki, bütün bunlar boş yerə baş vermir, çoxları bundan hansısa uğur əldə etmək istəyirlər. Bu isə uğurlu olmayacaq, çünki birgə tarixləri və regional məsuliyyət zonası olan ölkələrin, xalqların arasını vurmaq üçün bütün cəhdlər, bu cür inkişaf perspektivləri uğursuzluğa məhkumdur”.

  • Həbs edilən “qumar kralı”nın 161 milyon manatlıq cinayət işi

    Ötən həftə qumarxana təşkil etmə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırması ittihamı ilə həbs edilən Yusif Baqiyev (Şəkili Yusif) sərbəst qalmaq istəyir.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “qumar kralı” kimi tanınan Baqiyevin barəsindəki qərardan verilmiş şikayət araşdırılıb.

    Bakı Apellyasiya Məhkəməsi ağır cinayətlərdə təqsirləndirilən şəxsin işində hər hansı dəyişiklik olmadığından şikayəti rədd edib. O, məhkəmə salonundan təcridxanaya qaytarılıb.

    Bu işlə bağlı qalmaqal yaradan yeni məqam isə vurulmuş ziyanın məbləğidir.

    Əldə edilən digər məlumata görə, Yusif Baqiyev qumarxanalar təşkil etməklə 161 milyon manata yaxın pul qazanmaqda ittiham edilir.

    Mütəşəkkil dəstə halında törədilən cinayətdən qazanılan pulların böyük bir qismi həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.

    İş üzrə istintaq hələ yeni başlayıb. Gələcəkdə ziyanın həcminin dəyişəcəyi də istisna edilmir.

    Qeyd edək ki, Y.Baqiyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qərarı çıxarıb.

  • Захарова: Работа трехсторонней рабочей группы по разблокированию коммуникаций заморожена из-за РА

    Работа в трехсторонней рабочей группе по вопросам разблокировки коммуникаций на Южном Кавказе заморожена из-за Армении (РА).

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом в ходе брифинга заявила официальный представитель МИД РФ Мария Захарова.

    “К сожалению, в настоящее время работа в группе, увы, я вынуждена это озвучить, потому что это фактология, из-за позиции армянской стороны заморожена. Подтверждаем готовность возобновить полноценное взаимодействие”, – сказала она.

    Захарова подчеркнула, что группа проделала “колоссальную работу по согласованию как правовых основ, так и технических параметров восстановления транспортных маршрутов между Арменией и Азербайджаном”.

  • Zaxarova: “Üçtərəfli işçi qrupunun fəaliyyəti Ermənistana görə dondurulub”

    Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyəti Ermənistana görə dondurulub.

    Median.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

    “Təəssüf ki, mən bunu dilə gətirmək məcburiyyətindəyəm, çünki bu, faktdır, hazırda qrupun işi Ermənistan tərəfinin mövqeyinə görə dondurulub. Biz tamhüquqlu qarşılıqlı fəaliyyəti bərpa etməyə hazır olduğumuzu təsdiq edirik”, – deyə M.Zaxarova qeyd edib.

    M.Zaxarova vurğulayıb ki, işçi qrupu Azərbaycan və Ermənistan arasında nəqliyyat marşrutlarının bərpası üçün həm hüquqi bazanın, həm də texniki parametrlərin razılaşdırılması istiqamətində böyük işlər görüb.

    “Məhz üçtərəfli işçi qrupunda kommunikasiyaların blokdan çıxarılmasının əsas prinsipi ilə bağlı razılaşmalar əldə olunub. Bu, dövlətlərin öz ərazisindən keçən marşrutlar üzərində suverenliyi və yurisdiksiyasının qorunmasından ibarətdir. Bu şərt həm Bakı, həm də İrəvan tərəfindən təsdiqlənib”.

  • Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olunacaq

    Prezident İlham Əliyev görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur.

    Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.

  • В Баку задержан мужчина, занимавшийся нелегальной торговлей валютой – ОБНОВЛЕНО (ВИДЕО)

    Перед станцией метро “28 Мая” в Баку задержан мужчина, занимавшийся нелегальной торговлей валютой.

    Об этом сообщила сотрудник пресс-службы Министерства внутренних дел (МВД) лейтенант полиции Луму Исрафилли.

    По словам представителя МВД, полицейские выявили и задержали мужчину, который занимался незаконной куплей-продажей иностранной валюты без соответствующей лицензии. В отношении его приняты меры в соответствии с законом.

    По данному факту ведется расследование.

    * * * * *

    Прямо у входа на станцию метро “28 Мая” в центре Баку процветает нелегальная торговля валютой.

    Несмотря на то, что для обмена валюты в Азербайджане требуется специальная лицензия, Baku TV зафиксировали на камеру многочисленные факты незаконных операций.

    Корреспондент канала, представившись обычным клиентом, без труда приобрел у одного из менял 2 200 российских рублей всего за 40 манатов.

    Когда же после сделки репортер вновь подошел к нелегальному торговцу валютой, тот всячески отрицал свою причастность к противоправной деятельности.

    “Я просто хочу продать свои деньги, но покупателей нет. Я живу в России, а банки берут рубли по невыгодному курсу, вот я и решил их здесь продать”, – оправдывался меняла, пытаясь уйти от неудобных вопросов.

    Подробности – в сюжете:

  • Bakıda qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxs saxlanıldı – YENİLƏNİB (VİDEO)

    Bakıda metronun “28 May” stansiyasının qarşısında xarici valyutaların mübadiləsi ilə məşğul olan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

    DİN rəsmisinin dediyinə görə, qeyd edilən ərazidə müvafiq lisenziyası olmadan qanunsuz xarici valyuta alqı-satqısı ilə məşğul olan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Onun barəsində qanunauyğun tədbir görülüb.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Baku TV metronun “28 May” stansiyasının qarşısında xarici valyutaların “qara bazar”ını ifşa edib.

    Ölkədə valyuta satışı üçün lisenziya tələb olunduğu halda görüntülənən mənzərə tam əksini deyir.

    Vəziyyəti əyani şəkildə göstərmək üçün kanalın əməkdaşı şərti müştəri qismində əlində xeyli miqdarda rus rublu olan şəxsə yaxınlaşıb və ona 40 manat ödəyərək 2200 rus rublu alıb.

    Daha sonra isə valyuta mübadiləsi etdiyi adama yenidən yaxınlaşanda həmin şəxs qeyri-qanuni valyuta satışı həyata keçirdiyini inkar edib.

    “Pul satmaq istəyirəm, müştəri yoxdur. Rusiyada yaşayıram, bank rus rublunu ucuz götürür deyə satmaq istəyirdim”, – deyə o suallardan yayınmağa çalışıb.

    Ətraflı süjetdə:

  • İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlanılıblar

    İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı VAZ-2107 avtomobilinin sürücüsü S.Seyidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, yoxlama zamanı onun sürücülük hüququnun olmadığı müəyyən edilib və narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından S.Seyidov müvafiq tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən, həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.

    Həmçinin “Mercedes-Benz” markalı avtomobillə ötmə qaydasını pozduğuna görə bölmə əməkdaşları tərəfindən saxlanılmış digər sürücü Z.Mahmudovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub.

    Hər iki sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

  • В Азербайджане половина штрафов за нарушение закона пойдет на надбавки военнослужащим

    Из 50% средств, собранных от штрафов, наложенных за нарушение требований закона “О воинской обязанности и военной службе”, будет начисляться прибавка к ежемесячному должностному (тарифному) окладу военнослужащих.

    Как сообщает АПА, это нашло отражение в предложенной поправке к закону “О воинской обязанности и военной службе”, которая обсуждалась сегодня на заседании комитета Милли Меджлиса по обороне, безопасности и борьбе с коррупцией.

    Законопроект был вынесен на голосование и принят в первом чтении.

  • Bəzi cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

    “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürüləcək. Həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.