Month: February 2025

  • General Nizam Osmanov sorğu-sual edilib: Yeni DETALLAR

    Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov, onunla birgə eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəməsi gedir. Onlar əvvəlcə dövlət vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs ediliblər.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər elə ilkin istintaqda mənimsəmə epizodu ilə dövlətə dəymiş ziyanı tam şəkildə ödəyiblər. Bu, həmin ittihamın aradan qaldırılmasına səbəb olsa da, məsələni tamamilə həll etməyə imkan vermir.

    Məmmədov və Laçınov həbsdən azad edilsələr də, vəzifə səlahiyyətlərini aşma cinayətinə görə məhkəmədə mühakimə edilirlər. Bu maddənin sanksiya həddi minimum üç, maksimum yeddi il həbs cəzasıdır. Amma işin hallarından asılı olaraq həbslə bağlı olmayan cəza da təyin edilə bilər.

    Lakin işdə qalmaqallı məqam başqadır.

    Məlumata görə, müdafiə nazirinin müavini – Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da bu cinayət işi üzrə dindirilib. General müstəntiqin çağırışı ilə prokurorluğa gəlib, bir neçə epizod üzrə sorğu-sual edilib. Bizə məlum olan budur ki, Osmanov işlə bağlı ətraflı danışmayıb. O, ifadəsində Elman Məmmədov və Rəhim Laçınovun təqsirləndirildikləri vəzifə cinayətlərindən xəbərsiz olduğunu deyib.

    İstintaq orqanı generalın dedikləri ilə kifayətlənib. Onun əlavə ifadəsinə ehtiyac görülməyib. Beləliklə, keçmiş nazir müavininin adı məhkəmədə ifadə verməli olacaq şahidlər siyahısına daxil edilməyib. Səbəb isə Nizam Osmanovla təqsirləndirilən şəxslərin bir-birilərinə qarşı ifadə verməməsidir. Təqsirləndirilən şəxslərin hər ikisi deyib ki, onların əməlindən general Osmanovun xəbəri olmayıb. Buna baxmayaraq, məhkəmə gedişində ehtiyac yaranarsa, N.Osmanov əlavə şahid kimi hakim qarşısında dindirilə bilər.

    Yaxın günlərdə E.Məmmədov və R.Laçınovun işi üzrə Bakı Hərbi Məhkəməsində baxış iclasları başlayacaq.

    Qeyd edək ki, Nizam Osmanov 2023-cü ilin yayına kimi müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. Mənzil İstismar İdarəsi də həmin baş idarənin tabeliyində idi. General Osmanov vəzifəsindən azad edildikdən sonra postu da ləğv edilib.

  • Завершился визит президента Сомали в Азербайджан

    14 февраля завершился официальный визит президента Федеративной Республики Сомали Хасана Шейха Мохамуда в Азербайджанскую Республику (АР).

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги двух стран, в честь высокого гостя был выстроен почетный караул.

    Президента Сомали в аэропорту провожали первый заместитель премьер-министра АР Ягуб Эюбов, заместитель министра иностранных дел Эльнур Мамедов и другие официальные лица.

  • Somali Prezidentinin Azərbaycana səfəri başa çatıb

    Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 14-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Somali prezidentini hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

  • В Баку продолжится суд над обвиняемыми в военных преступлениях лицами армянского происхождения

    Сегодня продолжится открытое подготовительное судебное заседание по уголовному делу о преступлениях против мира и человечности, военных преступлениях, включая ведение агрессивной войны, геноцид, принудительное переселение населения, преследования, пытки, грабеж и другие незаконные действия, совершенные государством Армения и её вооруженными силами, а также так называемой “нагорно-карабахской республикой”, созданной Арменией на оккупированных территориях Азербайджана, и её незаконными вооружёнными формированиями.

    На прошедшем судебном заседании прокуроры, представляющие государственное обвинение, продолжили оглашение итоговой части обвинительного заключения по уголовному делу.

    Затем продолжение судебного разбирательства было назначено на 14 февраля.

    Напомним, что в отношении 15 человек – Арутюняна Араика Владимири, Гукасяна Аркадия Аршавири, Саакяна Бако Сааки, Ишханяна Давита Рубени, Манукяна Давида Азатини, Бабаяна Давита Клими, Мнацаканяна Левона Генриковича, Бегларяна Василия Ивани, Газаряна Эрика Роберти, Аллахвердяна Давита Нельсони, Степаняна Гургена Гомери, Балаяна Левона Ромики, Бабаяна Мадата Аракеловича, Мартиросяна Гарика Григори, Пашаяна Меликсета Владимири – выдвинуты обвинения в преступлениях, предусмотренных статьями 100 (планирование, подготовка, развязывание или ведение агрессивной войны), 102 (нападение на лиц или учреждения, которые пользуются международной защитой), 103 (геноцид), 105 (уничтожение населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (применение пыток), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 120 (умышленное убийство), 192 (незаконное предпринимательство), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (организация преступного сообщества (преступной организации), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (деяния, создающие угрозу авиационной безопасности), 277 (посягательство на жизнь государственного или общественного деятеля), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп) и другими статьями Уголовного кодекса Азербайджана.

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi bu gün davam edəcək

    Bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdiriləcək.

    Ötən məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.

    Daha sonra məhkəmənin davamı fevralın 14-nə təyin edilib.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • İnternetdə tanış olduğu şəxs evindəki duzqabıya kimi satdırdı…

    Bu günlərdə külli miqdar təşkil edən və bir o qədər də qəribə dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, bu “dələduzluq əsəri”nin qəhrəmanları uzun illərdir Bakıda kirayə qalan qadın və onun internetdə tanış olduğu kişi ilə ailəsidir.

    Cinayət işində qadın aldadan, digərləri isə aldanılanlardır.

    40 yaşlı Jalə Səmədova (ad və soyadlar şərti) zərdablı Namiqlə bir neçə il əvvəl “Odnoklassniki”də tanış olub. Həmin vaxt Jalə başqası ilə evli olmasına baxmayaraq, Namiqin davranışları onu cəlb edib. Əvvəl özünü başqa adla təqdim edən xanım bir müddət sonra ərindən ayrılaraq onunla münasibət qurub.

    Hər şey bundan sonra başlayıb. İstintaq materiallarında yazılıb ki, Jalə münasibətdə olduğu müddətdə Namiqin anası və bacısının da etibarını qazanıb. Bir müddət sonra qadın Namiqin Zərdab rayonundakı evini satdığını bilərək fəaliyyətə keçib. O, ailəni rayonda satdıqları evin pulu ilə kredit şərti də daxil olmaqla, Bakıda iki ünvanda mənzil almağa kömək edəcəyinə inandırıb. Həmin mənzillərin də şəhərin mərkəzində – “Elmlər Akademiyası” metrostansiyasının yanında olacağı deyilib.

    Bu vədlə təqsirləndirilən şəxs Namiqin anasından Abşerondakı evində 87 min 800, bacısından isə 43 min 800 manat pul alıb. Ziyan bununla da bitmir. Pulun üstünü düzəltmək üçün ana və qızı evlərindəki bütün əşyaları – şalvar, ayaqqabı, hətta külqabı və duzqabıya kimi satıblar. Topladıqları nə az-nə çox 143 min manatın hamısını evləri alması üçün Jaləyə veriblər.

    Jalə isə ailənin belə desək, qara qəpiyinə kimi ələ keçirdikdən sonra aradan çıxıb. Həmin pulları da şəxsi mənafeyinə xərcləyib.

    Zərərçəkmiş şəxslərin polisə şikayətindən sonra təqsirləndirilən şəxs istintaqa cəlb edilib. Amma ilk gündən həbs edilməyib, məhkəmənin sonuna qədər polis nəzarəti şərti ilə azadlıqda qalıb.

    Cinayət işini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrlik etdiyi hakimlər araşdırıb.

    Amma xanım özünü təqsirli bilməyib. Dediyinə görə, Namiqlə münasibət qurduqdan sonra anası və bacısı ilə də tanış olub. Həmin vaxt parfümeriya satışı ilə məşğul olduğu üçün onlardan faizə pul götürürmüş. Hər ay da zərərçəkmişlərdən aldığı pulu faizi ilə qaytarıb. Amma onlara ev almaqla bağlı heç vaxt vəd verməyib. Sadəcə maddi vəziyyəti pisləşdiyi üçün faizi ödəyə bilməyib. Sonradan pulu qaytarması üçün ona hədə-qorxu gəliblər. Son olaraq ailəyə 19 min 750 manat borcu qalıb. Onu da qaytarmaq istəsə də, faizi ilə birgə istədikləri üçün imtina ediblər.

    Zərərçəkmiş ana və qızı isə təqsirləndirilən şəxsin onlara pul qaytarmadığını deyərək şikayətçi olub.

    Hakimlər dəlil və sübutları araşdırdıqdan, tərəfləri dinlədikdən sonra təqsirləndirilən şəxsə verilmiş ittihamı əsaslı hesab ediblər. Hökmə əsasən, Jalə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.

  • Якобы закрывшаяся после проверок бакинская клиника продолжает принимать пациентов?

    Частная медицинская клиника, принадлежащая ООО Laser Beauty Estetik Klinikası, о закрытии которой сообщалось в прошлом месяце, продолжает принимать пациентов, а врачи проводят обследования и лечебные процедуры.

    Юрист клиники Тогрул Аллахъяров подтвердил Teleqraf, что медучреждение работает в обычном режиме, поскольку официального отзыва лицензии не было. Он также отметил, что в настоящее время по ряду статей Кодекса об административных проступках ведется расследование и окончательное решение остается за судом.

    Представители клиники заявили, что оба ее филиала продолжают работу, а слухи о закрытии связаны с налоговыми вопросами.

    В свою очередь, Центр аналитической экспертизы Минздрава подтвердил, что расследование в отношении Laser Beauty продолжается. По их словам, ведомство проводит плановые и внеплановые проверки частных медицинских учреждений, однако вопрос отзыва лицензии находится в компетенции Министерства экономики.

    Напомним, что в январе этого года в ходе проверок в клинике были выявлены многочисленные нарушения, включая несоответствие медицинской документации установленным требованиям, проведение ряда медицинских услуг без лицензии, а также наличие более 30 сотрудников без сертификации. Сообщалось, что по факту нарушений был составлен протокол и приняты меры по приостановлению деятельности указанного медучреждения.

  • Bakıda fəaliyyətinin dayandırıldığı deyilən estetik klinika açıqdır: Pasiyentləri qəbul edir

    Ötən ay fəaliyyətinin dayandırıldığı deyilən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsi işini davam etdirir. Klinika pasiyentləri qəbul edir, həkimlər müayinə və müalicə prosedurları həyata keçirirlər.

    “Laser Beauty Estetik Klinikası”nın hüquqşünası Toğrul Allahyarov Teleqraf-a açıqlamasında tibb müəssisəsinin əvvəlki qaydada fəaliyyət göstərdiyini təsdiqləyib.

    “Lisenziyanın ləğvi ilə bağlı müvafiq qurumlara müraciət olunmayıb, buna görə də, klinika fəaliyyətini əvvəlki qaydada davam etdirir. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə hazırda araşdırmalar aparılır və məhkəmənin yekun qərarı gözlənilir”, – hüquqşünas söyləyib.

    Klinikadan da bildirilib ki, müəssisənin hər iki filialı pasiyentlərini qəbul edir:

    “Klinikamız bağlanmayıb, hazırda hər iki filialda həkimlərimiz prosedurları həyata keçirirlər. Klinikanın bağlanması yönündə yayılan xəbərlər vergi məsələləri ilə bağlıdır”.

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, “Laser Beauty Estetik Klinikası” ilə bağlı araşdırma və hüquqi prosedurlar davam edir.

    “Mərkəz nəzarətedici orqandır və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əsasən, özəl tibb müəssisələrinin planlı və plandankənar yoxlamasını həyata keçirir. Hər hansı müəssisənin lisenziyasının dayandırılması və ləğvi məsələsi “Lisenziyalar və icazələr haqqında” qanununa əsasən lisenziya verən orqanın, yəni İqtisadiyyat Nazirliyinin səlahiyyətindədir”.

    Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yanvarın 22-dən 23-dək klinikada yoxlamalar aparılıb, müəssisənin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyət göstərilməsi aşkar olunub.

    Müəssisədə yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Həmçinin müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.

    Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək mövcud qanunvericiliyə əsasən, klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görüldüyü bildirilib.

  • İlk hiper sürətli ulduz sistemi kəşf edilib? – Yeni iddia

    Alimlər bilinən ən sürətli ulduz olmasa da, müşahidə edilən yeni bir ulduzun planet yoldaşı ilə birlikdə indiyə qədər rast gəlinmiş ən sürətli ulduz sistemini təşkil edə biləcəyini düşünürlər.

    Qaynarinfo bu barədə “The Astronomical Journal”a istinadən xəbər verir.

    Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən və digər ulduzlardan daha sürətli dövr edən ulduzlar mövcuddur. Bu cür ulduzlar “hiper sürətli ulduzlar” adlandırılır və bəziləri qalaktikanın sürətindən – saniyədə təxminən 600 kilometrdən daha sürətli hərəkət edir. Yeni kəşf edilən ulduz isə bu rekordu qırmasa da, öz planetinə sahib olması ilə fərqlənir və bilinən ən sürətli ulduz sistemi ola bilər.

    Astrofizikada Mikroobyektiv Effekti Müşahidələri (MOA) arxiv məlumatlarında aşkarlanan bu sistem, Günəşin beşdə biri böyüklüyündə bir ulduz və Yer kütləsinin 29 qatına bərabər olan nəhəng bir planetdən ibarət kimi görünür. ABŞ-ın Merilend Universiteti və NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzindən aparıcı tədqiqatçı Dr. Şon Terri bildirib:

    “Bu, Günəş sistemimizdə olsaydı, Venera və Yer orbitləri arasında yerləşəcək aşağı kütləli bir ulduzun ətrafında dövr edən, ehtimal edilən bir “super-Neptun” planeti olardı. Əgər bu təsdiqlənərsə, hiper sürətli bir ulduzun ətrafında dövr edən ilk planet olacaq”.

    Bu obyekt cütlüyü ilk dəfə 2011-ci ildə daha uzaqdakı bir ulduzun qarşısından keçərkən, onun işığını bir linza kimi böyütməsi nəticəsində kəşf edilib. Bu, planetləri aşkar etmək üçün effektiv bir metod olan mikroobyektiv effekti vasitəsilə mümkün olub. Lakin bu metodun bəzi məhdudiyyətləri də var – alimlər cütlüyün tam dəqiq məsafəsini bilmədikləri üçün onların dəqiq kütləsini hesablaya bilməyiblər və yalnız nisbətləri müəyyən ediblər.

    Aparılan hesablamalara görə, cisimlərdən biri digərindən təxminən 2 300 dəfə daha ağırdır. Tədqiqatçılar, ulduz tərifinə uyğun bir obyekt axtarıb və 2021-ci ildə Avropa Kosmik Agentliyinin “Gaia” peyki tərəfindən toplanan məlumatlarda mümkün namizəd tapıblar.

    Lakin sistemin dəqiq ölçülərini təyin etmək üçün daha yeni müşahidələr lazımdır. “Gaia” peykinin fəaliyyəti bir neçə həftə əvvəl dayandırıldığı üçün dəqiq analizlər aparmaq üçün əlavə məlumatlar tələb olunur. Yalnız səmanın ikiölçülü görüntüləri əsasında ulduzun hərəkəti ölçülüb, lakin daha yeni müşahidələr daha dəqiq nəticələr əldə etməyə imkan verəcək.

    Merilend Universiteti, Kollec Park və NASA Qoddardda tədqiqatçı və məqalənin həmmüəllifi Aparna Bxattaxarya bildirib:

    “Yüksək dəqiqlikli müşahidələr ulduzun eyni mövqedə qaldığını göstərərsə, bu, siqnalın həmin sistemə aid olmadığını təsdiqləyə bilər”.

    Bu araşdırmaların davam etdirilməsi hiper sürətli ulduzların və onların planet sistemlərinin dinamikasını daha dərindən anlamağa kömək edə bilər.

  • Azər Baxşəliyevin yoldaşı: “İlk dəfədir ki, mən ona gül aparacağam” (VİDEO)

    “Sabah Sevgililər günüdür. İlk dəfədir ki, 14 fevralda mən ona gül aparacağam”.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bu sözləri mərhum aktyor Azər Baxşəliyevin memar həyat yoldaşı Nigar Seyid deyib.
    O, Azərlə tanışlığından, birlikdə yaşadıqları çətinliklərdən söz açıb. Bu il ilk dəfə qızı ilə virusa yoluxduğu üçün Yeni ili ayrı qeyd etdiklərini bildirib.
    N.Seyid bu gün Azəri ilk dəfə yuxuda gördüyünü vurğulayıb:
    “Bu gün ilk gecə idi ki, Azəri yuxuda gördüm. Xatırlamıram necə görmüşəm. Hər il mənə gül verirdi. Əhvalım olmayanda mənə gül alırdı. Mənimlə görüşə gələndə maşının oturacağına gül qoyurdu”.
    Qeyd edək ki, bu gün mərhum aktyor Azər Baxşəliyevin ölümündən 40 gün ötür.
    Azər uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, yanvarda dünyasını dəyişib.
    Azər və Nigarın bu nikahdan Züleyxa adlı bir qız övladı var.
    Ətraflı videoda: