Month: February 2025

  • Gecəyarısı öldürülən Cəmalə tibb bacısı imiş: Əkiz övladları olan qadının CİNAYƏTİNİN PƏRDƏARXASI (VİDEO)

    Sumqayıtda boşanmaq istəyən qadın öldürülüb.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, 41 yaşlı Cəmalə Quliyevanın həyat yoldaşı Qorxmaz Quliyev tərəfindən boğularaq öldürüldüyü bildirilib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Qətlə yetirilən Cəmalə Quliyeva Sumqayıtda xəstəxanaların birində tibb bacısı işləyirmiş. İş yoldaşlarının sözlərinə görə, mərhumun universitetə qəbul olan iki əkiz oğlu var imiş.

    Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Ətraflı süjetdə:

  • Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb – Səbəb nədir? (VİDEO)

    Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb.

    Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib. Bu evlərin tikintisinə 2 milyard 572 milyon manat vəsait sərf olunub.

    Hesablamalar göstərir ki, 2024-cü ildə ölkədə yaşayış evinin 1 kv. metrinə orta hesabla 1 089 manat xərclənib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə yaşayış evinin 1 kv. metrinə orta hesabla 387 manat, 2022-ci ildə 357 manat sərf olunub.

    Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, yaşayış evlərinin maya dəyərinin artmasına bir neçə amil təsir göstərib. Onlardan biri tikinti şirkətlərinin və ya sahibkarların qarşısına qoyulan tələblərdir. Bura vergi ödənişləri və s. xərclər daxildir. İkinci səbəb isə tikinti materiallarının qiymətindəki artımdır.

    Cəmiyyət sədri qeyd edib ki, evlərin maya dəyərinin artması onun bazar qiymətinə də təsirsiz ötüşmür. Belə ki, yaşayış evinin 1 kv metrinə xərclənən vəsait sonda toplanaraq bazar qiymətinin artmasına səbəb olur. Bu isə daşınmaz əmlak bazarında qiymət artımı ilə nəticələnir.

    Vüqar Oruc onu da əlavə edib ki, bundan sonrakı dövr üçün də mənzil və evlərin qiymətində artım gözlənilir. Ümumilikdə isə, 2025-ci il ərzində daşınmaz əmlak bazarında 15-20 faiz artım proqnozlaşdırılır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

  • Husilər ABŞ və İsrailə xəbərdarlıq etdi

    Yəmənin üsyançısı “Ənsar Allah” hərəkatı (husilər) Qəzza zolağına hücum edəcəyi təqdirdə ABŞ və İsrailin hədəflərini vuracağı ilə hədələyib.

    Median.Az “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə üsyançıların lideri Əbdülməlik Əl-Husi bildirib.

    “Amerikalılar və israillilər Donald Trampın hədələrinə əsaslanaraq, şənbə günü (15 fevral) Qəzza zolağına hücum etmək qərarına gəlsələr, bundan əvvəl və ya sonra dərhal hərbi cavab verəcəyik”, – o qeyd edib.

    Əl-Husi vurğulayıb ki, ABŞ və İsrail fələstinlilərin Qəzza zolağından köçürülməsi planını həyata keçirməyə cəhd edərsə, husilər yenidən raket və pilotsuz təyyarələrdən istifadə edərək onların hədəflərinə hücuma başlayacaq, həmçinin dəniz əməliyyatları keçirəcək.

  • Vardanyan “Nemezis-2”nin təşkilində ittiham olunur – FOTO

    Fevralın 13-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

    Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillər ilə təmin olunub.

    Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

    İclasın əvvəlində Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkil Avraam Berman konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib.

    Məhkəmə vəsatəti təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.

    Fasilədən sonra Ruben Vardanyan ona dövlət tərəfindən təyin olunan müdafiəçi Azər Məhərrəmovdan imtina etdiyini və hüquqlarının müdafiəsinin müqavilə üzrə vəkili Avraam Berman tərəfindən davam etdiriləcəyini bildirib.

    İttiham tərəfi və zərərçəkmiş şəxsin nümayəndəsi vəsatətə etiraz etməyib.

    Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib.

    Sonra iclas dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən ittiham aktının nəticəvi hissəsinin elan olunması ilə davam edib.

    Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində Azərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycan Respublikasının ekologiyasına və təbiətə vurulmuş ziyan, Azərbaycanın işğal altında olan suveren ərazilərinin minalanmasına dair epizodlar, Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar, habelə öldürülmüş və öldürülməsinə cəhd olunmuş mülki şəxs və hərbi qulluqçuların sayı elan edilib.

    Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycanın ekologiyasına və təbiətə vurulmuş ziyanı, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edib.

    Bildirilib ki, 1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.

    1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

    Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulmaqla hərbi əmlakları məhv edilib, yararsız hala salınıb və ələ keçirilib.

    Daha sonra Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Ruben Vardanyana irəli sürülmüş konkret ittihamları elan edib.

    O cümlədən bildirilib ki, ittiham aktına əsasən Ruben Vardanyan 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar Ermənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə məskunlaşıb.

    O, özünə və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid pul vəsaitlərini həmtəsisçisi olduğu “humanitar məqsədli” pərdəsi altında fəaliyyət göstərən “Avrora” fondu, “Biz – dağlarımızıq” təşkilatı və sair yardım aksiyaları adı altında toplayaraq həmin vəsaitlər hesabına Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları maddi cəhətdən təmin, əsgəri ləvazimatla təchiz edib, hərbi silah və texnikanı qanunsuz əldə edərək Azərbaycana qanunsuz gətirməklə əvvəlcədən xüsusi təşkil etdiyi hərbi anbarlarda saxlayıb.

    Bundan başqa, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan “yerli özünümüdafiə dəstələri” adlandırdığı, habelə əsasən peşəkar hərbçilərdən ibarət digər silahlı dəstə və qrupların üzvlərinə aylıq muzd ayıraraq verib. Həmçinin “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə sövdələşərək həmin təşkilatın təlimatçıları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq əməllərinin törədilməsi məqsədilə təlimlərin keçirilməsinin təşkil edilməsi üçün pul vəsaitlərini verib.

    Habelə Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib.

    Eyni zamanda, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.

    İttihamın elan olunmasını davam etdirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev, həmçinin dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova Ermənistan dövləti tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərinin minalanması və bu yolla hərbi təcavüzün davam etdirilməsi faktlarını səsləndirib. Xüsusilə vurğulanıb ki, işğal olunmuş ərazilərdə basdırılan minaların bir hissəsi Ermənistanda istehsal olunub.

    İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elan edilməsinin növbəti prosesdə davam etdiriləcəyi bildirilib.

    Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

    Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.





















  • Ana olmağa hazırlaşırdı, əri ilə birgə öldü – Video

    Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində ailə faciəsi baş verib.

    Fərdi evdə yaşayan Arif Qurbanov və 8 aylıq hamilə xanımı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.

    Onların dəm qazından zəhərlənib öldüyü bildirilir.

    Yaxınlarının sözlərinə görə, Aytən Qurbanova iki həftə sonra ana olacaqmış.

    Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.

    Məlumata görə, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, “Qubadlının azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

    Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

    Daha ətraflı “Xezerxeber.az”ın videomaterialında:

  • Velosiped yolu ilə gedən maşının sürücüsü cəzalandırıldı – VİDEO

    Sosial şəbəkələrdə paytaxtın mərkəzində 10 NY 090 dövlət qeydiyyat nişanlı avtomobilin qaydaları pozmasını əks etdirən görüntülər yayılıb.

    Görüntüdən “Mercedes” markalı avtomobilin sürücüsünün velosiped zolağına daxil olaraq növbəti yol kəsişməsinədək həmin hissə ilə hərəkət etməsi məlum olur.

    Görüntülər velosipedçilərin, xüsusilə də urbanistlərin narazılığına səbəb olub. Onlar bu kimi əməllərə yol vermiş şəxslərə qarşı sərt tədbirlərin görülməsininin vacibliyini bildiriblər.

    Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirdi ki, velosiped yolunda hərəkət edən avtomobilin sürücünün kimliyi müəyyənləşdirilib: “Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib”.

    Qeyd edək ki, 327.1-2-ci maddə 100 manat cərimə və 2 cərimə balını nəzərdə tutur.

  • Oturduğu yerdə 1 milyon dollar qazanması gündəm oldu – VİDEO

    Türkiyəli aktyor Burak Özçivitin Səudiyyə Ərəbistanında qatıldığı tədbirdə aldığı milyonluq təklif bir neçə gündür müzakirələrə səbəb olub.

    Tədbir çərçivəsində səudiyyəli model Ainura Davudovanın yer aldığı reklam çəkilişində kişi simaya ehtiyac yaranıb. Bu zaman partnyor olaraq B.Özçivit seçilib. O, sadəcə modelin yanında əyləşməklə 1 milyon dollar (1 milyon 700 min manat) qazanıb.

    Aktyorun bu addımı sosial şəbəkələrdə maraqla qarşılanıb. Belə ki, onu oturduğu yerdə bu qədər maddi qazanc əldə etməsinə görə dəstəkləyənlər də olub, tənqid edənlər də. Bildirilib ki, Özçivit pulu bu qədər sevməkdənsə və bu cür layihələrdə yer almaqdansa, bütün fikrini tamamilə karyerasının inkişafına yönəltməlidir.

    B. Özçivit isə məsələ barədə heç bir açıqlama verməyib.

    Qeyd edək ki, aktyor daha öncə də Dubayda 80 zəngin qadınla görüşündən külli miqdarda gəlir əldə etməsi ilə gündəm olmuşdu.

  • Европарламент признал Зурабишвили “легитимным президентом” Грузии

    Европейский парламент (ЕП) принял резолюцию с призывом не признавать легитимной действующую в Грузии власть и бойкотировать ее, а также признал Саломе Зурабишвили президентом республики.

    Об этом сообщает пресс-служба ЕП.

    По итогам голосования резолюцию по Грузии поддержали 400 голосами “за”. Против проголосовали 63 евродепутата, 81 – воздержались.

    В тексте документа депутаты отказались признавать органы власти, сформированные правящей партией “Грузинская мечта” по итогам выборов в стране. В том числе Европарламент отказался считать Михаила Кавелашвили легитимным главой государства. Евродепутаты заявили, что продолжают признавать Саломе Зурабишвили действующим президентом Грузии.

  • Avropa Parlamenti Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıdı

    Avropa Parlamenti Gürcüstanda mövcud hakimiyyətin legitim tanınmamasına və boykot edilməsinə çağıran qətnamə qəbul edib, həmçinin Salome Zurabişvilini respublikanın “prezident”i kimi tanıyıb.

    Bu barədə Avropa Parlamentinin mətbuat xidmətindən məlumat verilib.

    Səsvermənin nəticələrinə görə, Gürcüstanla bağlı qətnamənin lehinə 400 səs verilib. 63 deputat əleyhinə olub, 81 deputat isə bitərəf qalıb.

    Sənədin mətnində deputatlar Gürcüstanda keçirilən seçkilərdən sonra hakim “Gürcü Arzusu” partiyasının yaratdığı hakimiyyət orqanlarını tanımaqdan imtina ediblər. Eyni zamanda, Avropa Parlamenti Mixail Kavelaşvilini legitim dövlət başçısı hesab etməkdən imtina edib. Avropa Parlamentinin deputatları bəyan ediblər ki, Salome Zurabişvilini Gürcüstanın hazırkı “prezident”i kimi tanımağa davam edirlər.

    “Avropa Parlamenti hakim “Gürcü Arzusu”nun Avropaya inteqrasiya və NATO-ya üzvlük yolundan döndüyünə görə dərin təəssüf hissi keçirsə də, gürcü xalqının legitim istəklərinə sarsılmaz dəstəyini bir daha təsdiqləyir”, – deyə kommünikedə bildirilib.

  • В гянджинской школе классный руководитель избил ученика 5-го класса? – ФОТО

    В Гяндже классный руководитель подозревается в избиении ученика 5-го класса.

    Об этом Qafqazinfo сообщил дедушка пострадавшего школьника Аладдин Гусейнов.

    По его словам, в полной средней школе №34 имени Самира Велиева его внук А.Г. подвергся физическому насилию со стороны классного руководителя – учителя по имени Джавид.

    “Это не первый случай. Ранее мой внук также подвергался насилию со стороны этого преподавателя. На этот раз он избил его в туалете, требуя объяснений, почему тот рассказал об этом директору. Несколько раз ударил мальчика головой об стену. Ребенок упал и получил травмы рук. Сейчас его рука забинтована. Всю ночь он не мог уснуть из-за головной боли. На следующий день мы обратились к учителю с вопросом, почему он так поступил. Перед всем коллективом он признался, что ударил мальчика, и добавил, что правильно сделал”, – заявил мужчина.

    В Гянджа-Дашкесанском региональном управлении образования отметили, что по данному факту ведется проверка: “Поступило обращение о неподобающем поведении учителя в школе №34. В настоящее время проводится проверка как со стороны Гянджа-Дашкесанского регионального управления образования, так и правоохранительных органов. Общественность будет проинформирована о результатах расследования”.

    В комментарии для Oxu.Az главный инспектор гянджинской региональной группы пресс-службы Министерства внутренних дел Эшгин Гасымов подчеркнул, что соответствующее обращение зарегистрировано и во 2-м отделе полиции Главного управления полиции города Гянджа ведется расследование.

    “Назначена экспертиза. По ее результатам и итогам расследования делу будет дана правовая оценка”, – подчеркнул Э.Гасымов.