Month: February 2025

  • Sinif rəhbəri şagirdin başını dəfələrlə divara vurub? – ARAŞDIRMA BAŞLADI (FOTO)

    Gəncədə sinif rəhbəri 5-ci sinif şagirdini döyüb.

    Median.Az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya azyaşlının babası Ələddin Hüseynov müraciət edib.

    Onun sözlərinə görə, hadisə Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə baş verib. Ə.H.-nin sinif rəhbəri, Cavid adlı müəllim tərəfindən döyüldüyü deyilir: “Bu, ilk hadisə deyil, daha öncə də nəvəm həmin müəllim tərəfindən döyülüb. Tualetdə “niyə direktora demisən?” söyləyərək uşağı bir daha döyüb. Başını bir neçə dəfə divara çırpıb. Uşaq əli üstə yerə yıxılıb və əzilib. Hazırda əlinə sarğı qoyulub. Bütün gecəni başının ağrısından dayana bilməyib. Səhəri gün məktəbə getdik, müəllimdən uşağı niyə vurmasının səbəbini soruşduq. Kollektivin qarşısında bizə “vurmuşam, yaxşı etmişəm” dedi”.

    Sadalanan ittihamlarla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirildi ki, faktla bağlı araşdırma aparılıb: “34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, valideynin müraciəti ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır:

    “Faktla bağlı müvafiq ekspertiza təyin edilib. Ekspertiza rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.



  • Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır

    Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına daxildir.

    Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, qadın sonsuzluğuna reproduktiv yaşda olan qadınların təxminən 10-15%-də rast gəlinir:

    “Sonsuzluq uşaqlıq və ya yumurtalıqların anadangəlmə inkişaf qüsurları, genetik və immun pozğunluqlar, ətraf mühitin mənfi təsirləri, zərərli vərdişlər, somatik və ginekoloji xəstəliklər, infeksiyalar və digər amillərlə bağlı ola bilər. Bu problem ailə planlamasında çətinliklər yaradır və cütlüklərin həyat keyfiyyətinə mənfi təsir göstərə bilir”

    Vurğulanıb ki, qadın sonsuzluğunun səbəblərini dəqiq müəyyən etmək üçün diaqnostika prosesi çoxşaxəli yanaşma tələb edir:

    “Hormonal testlər diaqnostika prosesinin əsas mərhələlərindən biridir. Diaqnozu dəqiqləşdirmək üçün həkim pasiyentə hormonal testlər və əlavə laborator analizlər təyin edə bilər. Ovulyasiya və mayalanma prosesinin normal fəaliyyətini qiymətləndirmək üçün əsas götürülən follikul stimullaşdırıcı hormon (FSH), lüteinləşdirici hormon (LH), prolaktin, estrogen, progesteron, sərbəst testosteron və tiroid stimullaşdırıcı hormon (TSH) kimi hormon səviyyələrini ölçən testlər icbari tibbi sığortanın Xidmətlər Zərfində təminata daxildir. Laborator analizlərə ureaplazma, mikoplazma, süzənək, trixomoniaz, xlamidiya və digər infeksiyaların yoxlanması daxildir. Pasiyentlər icbari tibbi sığorta ilə ixtisaslı həkim göstərişi əsasında bu tibbi yoxlanışlardan keçə bilərlər.

    Reproduktiv orqanların sağlamlıq vəziyyətini qiymətləndirmək üçün əsas metodlardan digəri icbari tibbi sığorta təminatına daxil olan instrumental-diaqnostik müayinələrdir. Bunlardan ən çox müraciət olunanı USM-dir. Sonsuzluğun diaqnostik tədbirlər kompleksinə uşaqlıq boynundakı xroniki infeksiyaların əlamətlərini aşkarlamaq üçün kolposkopiya, uşaqlıq boruları keçiriciliyinin pozulmasını araşdıran histerosalpinqoqrafiya (HSG) müayinələri də daxildir. Bu müayinələr uşaqlıq boynunda yara, iltihab problemlərini, boruların keçməməzliyini, anadangəlmə quruluş pozuntularını aşkar etməyə kömək edir.

    Menstrual dövrü nizamsız olan qadınlarda hipofiz vəzinin problemlərini (neyroendokrin xəstəlikləri) müəyyən etmək üçün müayinələr təyin oluna bilər. Tibbi göstəriş əsasında bu pasiyentlər kəllə və türk yəhərinin rentgen, KT və ya MRT müayinələrindən keçə bilərlər”.

    “Əgər sonsuzluğun səbəbi anatomik anomaliyalar, törəmələr, boru keçməməzliyi və s. ilə əlaqəlidirsə, bu zaman cərrahi müdaxilələr tətbiq olunur. Bu müdaxilələr qüsurların, törəmələrin aradan qaldırılması, həmçinin reproduktiv sistemin funksionallığının bərpasına xidmət edir. Uşaqlıq polipləri, miomalar, boru keçməməzliyi və endometrioz kimi patologiyalar icbari tibbi sığorta hesabına cərrahi üsullarla (açıq, laparoskopik və ya histeroskopik) aradan qaldırılır.

    Bu müayinə və müalicə metodlarından yararlanmaq üçün vətəndaşlar ilkin olaraq ailə həkiminə və ya ginekoloqa müraciət etməlidirlər. İcbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin elmi-tədqiqаt institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur”, – deyə məlumatda qeyd olunub.

  • Baş katib: NATO ölkələri Ukraynaya hərbi dəstəyi davam etdirməlidir

    NATO ölkələri Ukraynaya hərbi dəstəyi davam etdirməlidir.


    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Ukrayna Müdafiə naziri Rüstəm Umerovla birgə mətbuata açıqlamasında danışıb.
    “Ötən il ərzində alyansın üzvləri Ukraynaya hərbi dəstək üçün 50 milyard avrodan çox vəsait ayıra biliblər. Biz Ukraynaya hərbi dəstəyi yenə davam etdirməliyik”, – o qeyd edib.
    Baş katib vurğulayıb ki, gələn həftə ukraynalıların müharibədə gördüyü işlərdən dərs çıxarmaq üçün Polşada Ukrayna və NATO arasında birgə strukturu fəaliyyətə başlayacaq.

  • Aİ-nin ilk ekspert missiyası Ermənistandadır

    Avropa İttifaqının (Aİ) ilk ekspert missiyası viza liberallaşması məsələsini müzakirə etmək üçün Ermənistana gəlib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
    Ekspertlər Ermənistan və Aİ arasında viza rejiminin sadələşdirilməsi üçün mövcud vəziyyəti və tələbləri təhlil etməyə başlayıblar.
    Onlar fevralın 14-nə qədər görüşlər keçirəcək və miqrasiya prosesləri, biometrik sənədlər və rəqəmsallaşma da daxil olmaqla əsas aspektləri qiymətləndirəcəklər. İşin nəticələri viza liberallaşması ilə bağlı dialoq çərçivəsində gələcək addımları müəyyən etməyə kömək edəcək.

  • Эрдоган подарил премьер-министру Пакистана автомобиль Togg

    Президент Турции Реджеп Тайип Эрдоган подарил премьер-министру Пакистана Шахбазу Шарифу автомобиль Togg турецкого производства.

    Об этом сообщает Median.Az со ссылкой на Anadolu.

    Отметим, что Р.Т.Эрдоган находится с официальным визитом в Пакистане.

    Напомним, что серийное производство электромобилей Togg началось 29 октября 2022 года.

  • Ərdoğan Pakistanın Baş nazirinə “Togg” hədiyyə edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan “Togg” avtomobili hədiyyə edib.

    Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

    Qeyd edək ki, R.T.Ərdoğan Pakistanda rəsmi səfərdədir.

    Xatırladaq ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da başlanılıb. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

  • ЕС продолжит применять санкции против РФ

    ЕС будет придерживаться своего курса на полный отказ от ископаемых энергоносителей из РФ и продолжит применять санкции против России, в том числе в области энергетики,

    Об этом заявила официальный представитель Еврокомиссии (ЕК) Паула Пинью на брифинге.

    “У нас действуют санкции против России в области энергетики (…). И они являются частью нашего курса по постепенному избавлению от зависимости от российского ископаемого топлива, о чем говорится в целях REPowerEU (плана по энергетической независимости ЕС), предусматривающих поэтапный полный отказ от этих энергоносителей”, – сказала она.

    Пинью добавила, что сейчас ЕС обсуждает 16-ый пакет санкций, который также затронет энергетику и который “будет способствовать постепенному отказу от нашего импорта ископаемого топлива из России”.

  • Aİ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

    Avropa İttifaqı (Aİ) Rusiyanın qalıq yanacağından imtina kursuna sadiq qalacaq və ölkəyə qarşı sanksiyaların, o cümlədən enerji sahəsində məhdudiyyətlərin tətbiqini davam etdirəcək.

    Bunu Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Paula Pinyu brifinqdə bildirib.

    “Bizim Rusiyaya qarşı enerji sahəsində sanksiyalarımız qüvvədədir və bu, REPowerEU-nun (Aİ-nin enerji müstəqilliyi planı) məqsədlərində göstərildiyi kimi, Rusiyanın qalıq yanacağından asılılıqdan tədricən azad olmaqla bağlı kursumuzun bir hissəsidir. Bu enerji daşıyıcılarından mərhələli şəkildə tam imtinanı nəzərdə tutur”, – o qeyd edib.

    P.Pinyu əlavə edib ki, Aİ Rusiyadan qalıq yanacaq idxalından tədricən imtinaya töhfə verəcək 16-cı sanksiya paketini müzakirə edir.

  • В Наримановском районе Баку частично отключат газ

    В Наримановском районе Баку 14 февраля на двух улицах будет временно приостановлена подача газа.

    Как сообщили в “Азеригаз”, отключение связано с переносом газопровода из-за дорожных работ.

    Газоснабжение будет приостановлено с 10:00 на улицах А.Алиева 63 и А.Алиева 26.

  • Bakının Nərimanov rayonunun bir hissəsində qaz olmayacaq

    Sabah Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, Nərimanov rayonunda yol tikintisi ilə əlqədar olaraq qaz xəttinin yerinin dəyişdirilməsi işləri həyata keçiriləcək.

    Bu səbəbdən fevralın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ə. Əliyev 63 və Ə. Əliyev 26 küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.