Month: February 2025

  • Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirildi

    Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında deyilir.

    Məlumata görə, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Ceyhun Dadaxan oğlu Mərdəliyevin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    Ceyhun Mərdəliyevin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

    Fevralın 7-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib.

  • ABŞ-də maliyyə maxinasiyalarına cəlb edilən media vasitələrinin SİYAHISI AÇIQLANIR

    ABŞ-də bu vaxta qədər müxtəlif administrasiyaların başqa ölkələrin daxili işlərinə qarışması, bunun üçün media da daxil olmaqla ən müxtəlif vasitələrdən istifadə etməsi artıq okeanın o tayında açıq şəkildə etiraf olunur. Bu etiraflardan məlum olur ki, dünya ictimaiyyətinin rəyinə təsir edən bir sıra media vasitələri ABŞ hökumətindən maliyyələşib və bu əsasda da konkret sifarişləri icra edib. Özü də həmin sifarişlərin icrasını yerinə yetirən media vasitələri jurnalistikanın bütün prinsip və dəyərlərini heç tərəddüd etmədən arxa plana atıblar. Amma görünən odur ki, ABŞ-də formalaşan yeni hakimiyyət artıq tamam fərqli bir siyasət yürütməyə başlayıb. Elə bu kontekstdə də qərəzli sifarişlərin icraçılarına vəsait ayrılması dayandırılır.

    Sifariş məqsədilə verilən pullardan məhrum olanların bir çoxunun adı elə ABŞ administrasiyası tərəfindən açıqlanıb. Onların siyahısında ilk olaraq, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) gəlir. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask əvvəlki kimi USAID-in hər il milyardlarla vəsaiti boş yerə sərf etdiyini bəyan edərək, bu qurumun birdəfəlik ləğvinin zərurət olduğunu bəyan edir. ABŞ Prezidenti Donald Tramp da bu yanaşmaya tam dəstək ifadə edir.

    Çoxsaylı faktlar da göstərir ki, Amerikanın xarici yardımı və inkişaf proqramlarının idarə edilməsinə cavabdeh olan agentlik missiyasından tamam fərqli işlərlə məşğul olub. Məhz bu kontekstdə İlon Mask USAID-in fəaliyyətinə xüsusi diqqət yetirərək, təşkilatın qərəzliliyə görə ləğv edilməli olduğu və onun bərpasının mümkünsüz olduğunu bildirir. O, təşkilatın vəsaitlərinin əsasən xarici ölkələrin seçkilərinə müdaxilə üçün istifadə olunduğunu da vurğulayır. Buna paralel olaraq, yeni Amerika hökuməti USAID-də görünməmiş həcmdə korrupsiya sxemini də üzə çıxarıb.

    “Soyuq müharibə” dövründə ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan “Azadlıq Radiosu” və “Amerikanın Səsi” kimi Amerikanın dövlət media orqanları da uzun illərdir ki, təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilir. Özü də bu media qurumlarına hər il yüz milyonlarla vəsait sərf olunur və bu pulların da göyə sovrulduğunu yenə ABŞ hökuməti özü bəyan edir. Lakin siyahı təkcə bununla bitmir.

    İlon Mask bildirir ki, Co Baydenin prezidentliyi dönəmində ABŞ hökuməti “Reuters” agentliyinə də hər il milyonlarla dollar ayırıb. “Reuters” isə öz növbəsində verilən sifarişləri icra edib, dünya ictimaiyyətində müxtəlif məsələlər üzrə ABŞ hökumətinin istədiyi formada yanlış rəy yaradılması ilə məşğul olub: “ABŞ hökuməti “kütləvi sosial aldatma” üçün “Reuters” agentliyinə milyonlarla dollar ödəyib. Satınalma sifarişi sözün əsl mənasında budur!”

    “X” sosial şəbəkəsində yayılan məlumata əsasən, təkcə Pentaqon hər il “Reuters”ə 9 milyon dollar ayırıb. Alınan pulların əvəzində “Reuters” dünya ictimaiyyətinə saxta məlumatlar ötürüb, konkret ölkələri, qurumları, şəxsləri hədəfə alıb, onlar barəsində qarayaxma, böhtan kampaniyası aparıb. Bununla bağlı xeyli sayda faktlar mövcuddur. Amma ABŞ hökumətinin pulları yalan və iftira naminə təkcə “Reuters” vasitəsilə israf edilməyib.

    Mask daha əvvəl bildirib ki, Donald Trampın administrasiyası “Politico”, “The New York Times” və “Associated Press” kimi media vasitələrinin maliyyələşdirilməsini ləğv edib. O qeyd edib ki, “Politico” Dövlət Departamentindən hər il 620 min dollar digər nəşrlər isə Səhiyyə və Sosial Xidmətlər Nazirliyindən on milyonlarla dollar alıb. Mask həmçinin qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi hər il naməlum şəxslərə 100 milyard dollar müavinət ödəyir . O, bu vəziyyəti “dəlilik” adlandırıb. Eyni zamanda, yeni hökumətin Maliyyə Nazirliyi bu ödənişlərin təxminən yarısının aşkar saxtakarlıq olduğunu etiraf edib.

    Bütün bu üzə çıxan faktlar heç şübhəsiz ki, tam siyahı deyil və bunun davamının olacağı da tamamilə gözlənilən haldır. İlon Maskın daha bir maraqlı etirafı budur ki, Birləşmiş Ştatlar bu və ya digər şəkildə başqa ölkələrin işlərinə qarışmağı dayandırmalı və diqqətini öz problemlərinə yönəltməlidir:

    “Elə vaxtlar olub ki, ABŞ beynəlxalq məsələlərdə iddialı olub, başqa ölkələrin daxili işlərinə müdaxilə edib. Mən hesab edirəm ki, biz ümumiyyətlə, başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən kənar durmalıyıq”.

    Mask onu da xüsusi vurğulayıb ki, Birləşmiş Ştatların dünyada rejim dəyişikliyini təşviq etmək əvəzinə öz problemləri ilə məşğul olmağın vaxtıdır. Görünən odur ki, elə Tramp administrasiyası artıq məhz bununla məşğul olmaq qərarına gəlib.

  • Bakıda yaşayış binasında yanğın baş verib

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 1000 kvadratmetr olan, taxta konstruksiyadan ibarət ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, həmçinin qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində binanın ikinci mərtəbəsində yerləşən sahəsi 56 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxi 12 kvadratmetr və dam örtüyünün yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

    Mənzilin və dam örtüyünün qalan hissəsi, qonşu mənzillər yanğından mühafizə olunub.

  • Bakıda şagirdi təkləyib döydülər – Hadisənin GÖRÜNTÜLƏRİ (VİDEO)

    Bakıda məktəblinin bullinqə məruz qalması ilə bağlı görüntülər yayılıb.

    Videoda paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbdə bir qrup şagirdin əlbir olaraq digər şagirdə fiziki zorakılıq etdiyi görünür.

    Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) sorğu ünvanlanıb.

    Görüntüləri təqdim edirik:
    //oxu.az

  • Руфат Махмуд назначен председателем историко-архитектурного заповедника “Ичеришехер”

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о назначении Руфата Нахид оглу Махмуда председателем правления Управления Государственного историко-архитектурного заповедника “Ичеришехер”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev Rüfət Mahmuda yüksək vəzifə verdi

    Prezident İlham Əliyev Rüfət Nahid oğlu Mahmudun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Дорожная полиция призывает водителей к осторожности

    Главное управление дорожной полиции (ГУДП) Министерства внутренних дел Азербайджана выступило с обращением в связи с ухудшением погодных условий, передает Median.Az.

    “По данным синоптиков, 14 февраля в Баку и на Абшеронском полуострове, а также в ряде регионов страны ожидаются осадки, в горных районах возможна гололедица.

    Призываем водителей в дождливую погоду снизить скорость до минимума, соблюдать дистанцию больше нормы, избегать резких маневров и торможений, убедиться в технической исправности транспортных средств.

    В горных районах, где высока вероятность обледенения дорог, рекомендуется по возможности отложить поездки на автомобилях, не оснащенных по сезону, особенно с шинами, не предназначенными для зимы, а также на старых машинах с точки зрения технической безопасности. Неопытным водителям советуют воздержаться от вождения на обледенелых дорогах”, – говорится в сообщении.

  • Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı müraciət edib.

    Median.Az həmin müraciəti təqdim edir:

    “Sinoptiklərin məlumatına əsasən, fevralın 14-də Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə yağış yağacağı, dağlıq rayonlarda yolların buz bağlaması gözlənilir.

    Sürücüləri yağışlı havalarda sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qəfil manevr və kəskin tormazlama etməkdən çəkinməyə, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa çağırırıq.

    Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan, eləcə də texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin mümkün qədər təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur”.

  • Ильхам Алиев наградил военнослужащих Госслужбы по мобилизации и призыву на военную службу

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев подписал распоряжение о награждении военнослужащих Государственной службы по мобилизации и призыву на военную службу АР.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 23 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    За отличие при исполнении служебных обязанностей и поставленных задач наградить следующих военнослужащих Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики:

    медалью “За Отчизну”

    Бабаева Азера Аладдин оглу – полковника

    Гасымова Эльнура Ахмед оглу – полковника

    медалью “За военные заслуги”

    Гайгиева Шамиля Магама оглу – майора”.

  • Prezident dövlət xidmətinin bəzi əməkdaşlarını təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

    “Vətən uğrunda” medalı ilə

    Babayev Azər Ələddin oğlu – polkovnik

    Qasımov Elnur Əhməd oğlu – polkovnik

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Qayqiyev Şamil Mahama oğlu – mayor.