Month: February 2025

  • Арестована известная модель Челси Бахшиева

    Решением суда Челси Бахшиева арестована на 30 суток в Баку.

    Она обвиняется в мелком хулиганстве.

    Ей предъявлено обвинение по статье 510 Кодекса Азербайджана об административных проступках.

  • Tanınmış model Çelsi Baxşıyeva Bakıda həbs edildi

    Model Çelsi Baxşıyeva Bakıda həbs edilib.

    O, müvafiq məhkəmənin qərarı ilə Çelsi Baxşıyeva 30 sutka həbs edilib.

    O, xırda xuliqanlıqda təqsirləndirilib. Onun barəsindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham verilib.
    //report

  • В Тегеране пройдет Третий Каспийский экономический форум

    17-18 февраля в Тегеране состоится Третий Каспийский экономический форум, в котором примут участие премьер-министры и министры Азербайджана, Ирана, России, Туркменистана и Казахстана.

    Как сообщает Median.Az со ссылкой на Telegram-канал Azad İran, об этом заявил глава Главного управления Центральной Азии Организации развития торговли Ирана Акбар Годари.

    По его словам, основная цель мероприятия – ознакомление с достижениями и текущим состоянием экономического, торгового, научно-технического сотрудничества, здравоохранения, энергетики, финансов, туризма, расширение инвестиций в свободные зоны и логистические вопросы, связанных с Каспийским морем.

    Отмечается, что во второй день форума премьер-министры пяти стран подпишут итоговую декларацию о стратегиях дальнейшего развития сотрудничества и периодическом мониторинге реализации договоренностей, достигнутых министрами.

  • Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

    Fevralın 17-18-də Tehranda Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstan baş nazirlərinin və nazirlərinin iştirakı ilə Xəzəryanı ölkələrin iqtisadi forumu keçiriləcək.

    Median.Az “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, bunu İranın Ticarətin İnkişafı Təşkilatının Mərkəzi Asiya Baş İdarəsinin rəisi Əkbər Qodari deyib.

    Onun sözlərinə görə, forumun əsas məqsədi iqtisadi, ticari, elmi-texniki əməkdaşlıq, səhiyyə, enerji, maliyyə, turizm, azad zonalara investisiya yatırımlarının genişləndirilməsi, Xəzər dənizi ilə bağlı logistika məsələlərinin nailiyyətləri və son vəziyyəti ilə tanışlıqdır.

    Qeyd olunub ki, forumun ikinci günündə beş ölkənin baş nazirləri əməkdaşlığın daha da inkişaf etdirilməsi strategiyaları və sazişin həyata keçirilməsi üçün nazirlər tərəfindən əldə olunan razılaşmaların vaxtaşırı izlənilməsi ilə bağlı yekun bəyanatı imzalamaqla anlaşmaya nail olacaqlar.

  • На каких каналах можно будет посмотреть сегодняшние матчи плей-офф Лиги Европы УЕФА? (АНОНС)

    Сегодня состоятся игры плей-офф Лиги Европы УЕФА.

    Канал CBC Sport будет транслировать в прямом эфире матчи “Фенербахче” – “Андерлехт”, который начнется в 21:45, и “АЗ Алкмар” – “Галатасарай” (00:00).

    Общественное телевидение (İTV) покажет встречу “Порту” – “Рома” (00:00).

    Лига Европы

    Плей-офф

    13 февраля

    21:45 “Фенербахче” – “Андерлехт” (CBC Sport)

    14 февраля

    00:00 “АЗ Алкмар” – “Галатасарай” (CBC Sport)

    00:00 “Порту” – “Рома” (İTV).

  • Bu gün keçiriləcək Avropa Liqasının pley-off oyunlarını hansı kanallardan izləmək olar? (ANONS)

    Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunları keçiriləcək.

    “CBC Sport” kanalı saat 21:45-də başlayacaq “Fənərbağça” – “Anderlext”, 00:00-da start götürəcək “AZ Alkmaar” – “Qalatasaray” matçlarını canlı yayımlayacaq.

    İctimai TV isə saat 00:00-dan etibarən “Portu” – “Roma” görüşünü göstərəcək.

    Avropa Liqası

    Pley-off mərhələsi

    13 fevral
    Saat 21:45, “Fənərbağça” – “Anderlext” (“CBC Sport”)

    14 fevral
    00:00, “AZ Alkmaar” – “Qalatasaray” (“CBC Sport”)
    00:00, “Portu” – “Roma” (İctimai TV)

  • Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

    Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud Səngəçal neft terminalında olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, terminalla tanışlıq Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzindən başlanıb.

    Məlumat verilib ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir. Mərkəz 2005-ci ildə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan olan yüksəksəviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılıb. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf edib. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 ildən çox olan tarixini nümayiş etdirməkdir.

    Ali qonağa respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci ildə Bibiheybət ərazisində qazılıb. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşüb. XIX əsrin ikinci yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında neftin 75 faizini hasil edən Azərbaycan ordunu yanacaqla təchiz edərək, Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb.

    Ötən əsrin 70-80-ci illəri isə Xəzər dənizinin dərin sulu sektorlarındakı yataqların işlənməsi və neft-kimya sənayesinin inkişafı ilə səciyyəvidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə nəhəng “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi məqsədilə “Əsrin müqaviləsi” kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalanıb. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək, onu regional enerji mərkəzinə çevirib.

    Somali Prezidenti və onu müşahidə edən şəxslər müxtəlif yataqlardan hasil edilən neft nümunələrinə də baxıblar.

    Sonra Azərbaycanın neft tarixi və “Cənub Qaz Dəhlizi” layihəsindən bəhs edən videoçarx nümayiş etdirilib. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin neft strategiyası çərçivəsində ölkəmizdə irimiqyaslı enerji layihələri həyata keçirilib. Bu layihələrin təməlini qoyan ulu öndər Heydər Əliyev Azərbaycana milyard dollarlarla xarici sərmayələrin cəlb edilməsi üçün çox işlər görüb. İlkin olaraq Xəzərin neft və qaz yataqlarının işlənilməsi və neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər sonradan digər sahələrin, xüsusilə qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına şərait yaradan gəlir gətirib. Bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində və artıq özünün xarici sərmayələr yatırmaq iqtidarında olmasında bunun böyük rolu vardır.

    Vurğulanıb ki, tikintisinə 2001-ci ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib.

    Ali qonağa xatirə hədiyyələri təqdim olunub.

    Sonra Somali Prezidenti avtobusla Səngəçal terminalının ərazisini gəzib. Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib.

    Bildirilib ki, Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. “Azəri-Çıraq-Günəşli” yatağından ötürülən neft və “Şahdəniz”dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri ilə ixrac edilir. Dünyanın ən böyük və səmərəli neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahəsi 550 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon bareldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunub. Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə Azərbaycanın yüksək keyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir.

    Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistan neftini də qəbul edir. “İlkin Neft Layihəsi” və “Səngəçal Terminalının Genişləndirilməsi Proqramı” nəticəsində terminalda hər birinin həcmi 25 500 kubmetr olan və ildə 6 milyon tondan çox xam nefti emal etmək, saxlamaq və ixrac etmək iqtidarında olan 4 çən yerləşir. Terminaldakı idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara çıxara bilir.

    Vurğulanıb ki, Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirir.

    Ali qonağa terminaldakı texnoloji proseslər, o cümlədən “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri çərçivəsində görülən işlər, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin ilk nefti qəbul edən birinci nasos stansiyası barədə də ətraflı məlumat verilib.

  • Минфин обнародовал структуру текущего внутреннего госдолга Азербайджана

    Из внутреннего государственного долга Азербайджана, который на 1 января этого года составил 18 млрд 659.7 млн манатов, 9 млрд 506 млн манатов составляют находящиеся в обращении государственные ценные бумаги, а 9 млрд 153,7 млн манатов – государственные гарантийные обязательства, принятые правительством.

    Об этом Median.Аz сообщает со ссылкой на Министерство финансов.

    Согласно информации, на отчетную дату 17.5% государственных ценных бумаг были годовыми, 72.4% – двух- и трехлетними, а 10.1% – пяти- и более летними.

    На конец декабря средний срок погашения (ССП) находящихся в обращении государственных облигаций составил 1.47 года. Концентрация существующего спроса на внутреннем финансовом рынке преимущественно в краткосрочных (до 3 лет) государственных облигациях и отсутствие интереса к казначейским облигациям с более длительным сроком (5-7 лет) привели к снижению ССП по государственным облигациям.

  • Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

    Azərbaycanın bu il yanvarın 1-nə 18 milyard 659.7 milyon manat təşkil etmiş daxili dövlət borcunun 9 milyard 506 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 153.7 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 17.5%-i 1 illik, 72.4%-i 2 və 3 illik, 10.1%-i isə 5 il və daha artıq müddətli olub.

    Dekabrın sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə orta ödəmə müddəti (OÖM) 1.47 il təşkil edib. Daxili maliyyə bazarında mövcud tələbatın, əsasən, qısamüddətli (3 ilə qədər) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-in aşağı düşməsinə səbəb olub.

  • Итальянские СМИ разнесли в пух и прах турецкого судью

    Турецкий арбитр Халил Умут Мелер, судивший вчерашний матч “Брюгге” – “Аталанта” плей-офф Лиги чемпионов УЕФА, подвергся резкой критике со стороны итальянских СМИ.

    Опытный рефери стал причиной поражения “Аталанты”, назначив пенальти на последних минутах игры.

    Итальянская пресса назвала позором решение Мелера.

    Отметим, что матч завершился победой “Брюгге” со счетом 2:1.