Month: February 2025

  • Cənubi Koreyada yanğın baş verib, altı nəfər itkin düşüb

    Cənubi Koreya Respublikasının cənub-qərb sahillərində balıqçı gəmisində baş verən yanğın nəticəsində altı nəfər itkin düşüb.

    Bu barədə Median.Az “Yonhap” agentliyinə istinadən xəbər verir.

    Yerli vaxtla təxminən 08:39-da sahil mühafizəsi Seuldan təxminən 200 km cənub-qərbdə yerləşən Çolla-Pukto əyalətinin Puan qəzasının sahillərində 34 tonluq balıqçı gəmisinin yanması barədə məlumat alıb.

    Gəminin göyərtəsində 11 nəfər olub. Onlardan beşini xilas etmək mümkün olub.

    Sahil mühafizəsi hadisə yerinə 10 patrul kateri göndərib və yaxınlıqdakı gəmilərdən kömək istəyib.

  • Сбитый автомобилем в Евлахе пешеход скончался в больнице

    Пострадавший в ДТП в Евлахском районе пешеход скончался в больнице.

    7 февраля автомобиль марки Mercedes сбил Аламдара Султанова (2005 г.р.).

    Получивший тяжелые травмы мужчина был помещен в реанимационное отделение Мингячевирской центральной городской больницы. Однако, несмотря на оказанную медицинскую помощь, 13 февраля он скончался.

    По факту ведется расследование.

  • Yevlaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

    Yevlaxda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

    Fevralın 7-də Yevlax rayonunda 2005-ci il təvəllüdlü Əlamdar Sultanovu “Mercedes” markalı avtomobil vurub.

    O, ağır xəsarətlərlə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

    Lakin göstərilən tibbi yardımlara baxmayaraq, o, fevralın 13-də orada dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Киев получит 25 нидерландских бронированных машин

    Нидерланды отправят Украине 25 бронированных гусеничных машин YPR для транспортировки раненых.

    Об этом говорится в сообщении на сайте минобороны королевства.

    “Нидерланды передают 25 бронированных гусеничных машин YPR для транспортировки раненых… Министр (обороны) Рубен Брекелманс объявил об этом сегодня во время встречи контактной группы по Украине (UDCG)”, – сообщили в ведомстве.

    Отмечается, что Нидерланды уже поставили Украине последние из обещанных танков Т-72, а также новую партию истребителей F-16.

    В министерстве напомнили, что в Гааге выделили более 10 млрд евро на военную помощь Киеву, из этой суммы уже было задействовано около 6 млрд евро.

  • Niderland Ukraynaya 25 zirehli maşın göndərəcək

    Niderland Ukraynaya yaralıların daşınması üçün 25 YPR zirehli tırtıllı maşın göndərəcək.

    Bu barədə krallığın müdafiə nazirliyinin saytında məlumat verilib.

    “Niderland yaralıların daşınması üçün 25 YPR zirehli tırtıllı maşın göndərir… Nazir Ruben Brekelmans bu gün Ukrayna üzrə əlaqə qrupunun (UDCG) görüşü zamanı bunu elan edib”, – nazirlikdən bildirilib.

    Qeyd olunub ki, Niderland artıq Ukraynaya vəd edilmiş T-72 tanklarının sonuncusunu, həmçinin F-16 qırıcılarının yeni partiyasını təhvil verib.

    Nazirlik xatırladıb ki, Haaqa Kiyevə hərbi yardım üçün 10 milyard avrodan çox vəsait ayırıb və bu məbləğin təxminən 6 milyard avrosu artıq istifadə edilib.

  • 3 dövlət qurumu bir xəstəyə ÇARƏ TAPA BİLMİR: “Xərclənən pullar heç də yaxşı yerlərə xərclənməyib”

    “Mən hemofiliyadan əziyyət çəkirəm. Hətta mənim ailə üzvlərimdən belə bu xəstəlikdən həyatını itirən şəxslər olub. Mənim qanımın kodu var və orada faktor 9 çatmadığı üçün bu xəstəlikdən əziyyət çəkirəm. Doğuşdan sonra bunun diaqnozu olur ki, insan qanında faktor 9 göstəricisi nə qədərdir və ona görə də xəstə müalicə və müayinə olunur”.

    Bunu Yenicag.az-la söhbətində Qan Donorları Assosiasiyasının sədri Fuad Əskərov deyib.

    Hemofiliyadan əziyyət çəkən həmsöhbətimiz hazırda səhv analizin nəticəsində səhhətində yaranan problemləri dilə gətirərək, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sözügedən məsələdə ona qarşı laqeydlik göstərdiyini bildirib.

    Onun sözlərinə görə, TƏBİB 2000-ci ildən etibarən, bütün laboratoriya cavablarını inkar edib özü müayinələr keçirdi ki, hemofiliyalılara yeni diaqnoz qoysunlar:

    “Belə olan halda, məndə 6.6 diaqnozu qoyuldu. Hansı ki köhnə dövrlərdə mənə 1.6-1.7 diaqnozu qoyulmuşdu. Bu isə dəyişmir, çünki genetik koddur. Mən də yeni analizlər nəticəsində dərman preparatları ilə təmin olundum və nəticədə dərmanlarım kəsildi. Çünki məndəki xəstəliyi yüngül hemofiliya hesab etdilər. Nəticədə, məhdudiyyətlərim çoxaldı, orqanlarımın bir çoxu hərəkət fəaliyyətini itirdi. Hansı ki, çox aktiv biri olmuşam, vaxtilə Himalay və Norveç dağlarına çıxmışam. Yəni düzgün dərman preparatları ilə təmin olunduğum halda sağlam insanlardan heç də fərqli olmamışam.

    Amma son illərdə dirsəklərim və çiyinlərimin fəaliyyəti məhdudlaşıb və bu, artıq sağalmayacaq. Ona görə ki, əlilliyin dərəcəsi məndə artıb. 2024-cü ildə öz istəyimlə Moskvaya getdim, çünki bildirirdim ki, dərmanlarımın sayı azdır və mənə vurulan doza qanaxmaları kəsmir. Moskvada mənə diaqnoz qoydular ki, Azərbaycandakı diaqnoz səhv olub. 1.9 diaqnozu mənə qoyuldu ki, bu da xəstəliyimin necə ağır olduğunu göstərir”.

    F. Əskərov söyləyib ki, Azərbaycana yaxınlaşandan sonra yenidən yanvar ayında analiz verib:

    “Analizimin nəticəsi göstərdi ki, məndə 12%-dir. Yəni mən artıq sağalmışam. Lakin hemofiliya kimi genetik xəstəliklər sağalmır, eləcə də 12% çox gülməlidir, çünki mən ağır formalı hemofiliyadan əziyyət çəkirəm, 12% isə uşaqlarda belə tapılmayan dozadır. Yenidən TƏBİB-in xətti ilə Respublika Klinik Xəstəxanasında analiz verdim və cavab çıxdı ki, məndə 0.3%-dir. Bu, o deməkdir ki, artıq ölüm həddindəyəm. Yəni 1 ayın içərisində 2-3 fərqli cavab gəldi. Bir də 6.6% diaqnozu qoyuldu”.

    Həmsöhbətimiz bildirib ki, hazırda ona 3 analiz qoyulub və həkimlər də məəttəl qalıb ki, hansı diaqnozla müalicəni davam etsinlər:

    “Çünki istənilən həkim laboratoriyadan gələn cavaba əsaslanaraq, müalicə aparır. Yoxsa ki, həkim müayinəsi ilə qanın tərkibi təyin oluna bilməz. Mən isə acınacaqlı bir haldayam və dərmanları qəbul edirəm. 3 analizin hansına görə dərmanları qəbul etdiyim də bəlli deyil. Həmçinin digər orqanlarım da məhv olur. Hər 3 quruma – TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bununla bağlı müraciətlər etməyimə baxmayaraq, nəticəsi yoxdur. Hətta o həddə çatdım ki, ölkə rəhbərliyinə yazdım ki, mənə köməklik edin”.

    Assosiasiya rəhbəri onu da dilə gətirib ki, rəsmi qurumlar onun problemini üzərindən atır:

    “Səhiyyə Nazirliyi TƏBİB-ə, TƏBİB İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, onlar da yenidən TƏBİB-ə yönləndirirlər. Nəticədə isə mən istənilən vaxt həyatımı itirə bilərəm. Deməli, laboratoriyada bu problem varsa, onda təkcə Fuad Əskərov üçün bu problem yoxdur. Bu, elə mənim kimi digər vətəndaşlar üçün də böyük problemdir. Bu, elə qlobal mövzudur ki, yalnız mənə verilən 3 cavab səhv ola bilməz. Çünki Azərbaycanda 1.750 nəfərdən çox hemofiliyalı yaşayır. Deməli, onların da həyatları təhlükədədir. Həm də bu qan analizi hər yerdə verilmir. Bunun üçün xüsusi laboratoriya olmalıdır. İrsi qan xəstəlikləri isə 2006-cı ildən dövlət proqramındadır və bu iş üçün milyonlarla pul xərclənilir. Nəticə isə göz qabağındadır ki, pullar heç də yaxşı yerlərə xərclənməyib.

    Son 3 ildə mənə mənşəyi bəlli olmayan dərmanlar vurulub. Hazırda qaraciyər sirrozu olmaq təhlükəsi ilə üz-üzəyəm. Çünki qana dərman düzgün vurulmayanda xəstə inhibitor da ola bilər. Artıq məlum olub ki, illərdir dövlət proqramından xərclənən maliyyələr haraya xərclənib ki, biz bu kimi acınacaqlı hala düşdük?”

  • Samir Həziyev yüksək vəzifəyə TƏYİN EDİLDİ – FOTO

    “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub. ADY-nin Yük daşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub.

    Samir Həziyev 1982-ci ildə anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavriat və magistratura pillələrini bitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraq ABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrə magistratura pilləsində təhsil alıb.

    Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

    2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.

    Qeyd edək ki, Yük daşımaları departamentinin rəisi Emil Əhmədov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.

    Emil Əhmədov ADY-də 2016-cı ildə fəaliyyətə başlayıb, bir çox uğurlu layihələrin həyata keçirilməsinə və qurumun inkişafına böyük töhfə verib.

  • На Солнце зафиксировали мощную вспышку

    Вспышка предпоследнего класса мощности М зарегистрирована на Солнце в четверг, 13 февраля.

    Как передает Median.Az, об этом сообщили ТАСС в Институте прикладной геофизики (ФГБУ “ИПГ”).

    “13 февраля в 14:09 (15:09 по бакинскому времени – ред.) в рентгеновском диапазоне в группе пятен 3987 (S06W21) зарегистрирована вспышка M1.0 продолжительностью 8 минут”, – сообщает ИПГ.

    Солнечные вспышки в зависимости от мощности рентгеновского излучения делятся на пять классов: A, B, C, M и X. Минимальный класс A0.0 соответствует мощности излучения на орбите Земли в 10 нВт на 1 кв. м. При переходе к следующей букве мощность увеличивается в 10 раз. Вспышки, как правило, сопровождаются выбросами солнечной плазмы, облака которой, достигая Земли, могут провоцировать магнитные бури.

  • Günəşdə güclü partlayış qeydə alındı

    Fevralın 13-də Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Fevralın 13-də saat 14:09-da (Bakı vaxtı ilə 15:09 – red.) rentgen diapazonunda 3987 (S06W21) Günəş ləkəsi qrupunda 8 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb”, – deyə institutdan bildirilib.

    Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

  • AMEA-nın baş elmi işçisi vəfat edib

    Ali Attestasiya Komitəsinin filologiya elmləri doktoru Pərvanə İsayeva vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Bildirilib ki, o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərib.