Month: February 2025

  • Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs Azərbaycana ekstradisiya edilib

    Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs Azərbaycana ekstradisiya edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Səid Azər oğlu Əliyev, Artur Şair oğlu Orucov, Emil Əhliman oğlu Əliyev, Zaur Əhməd oğlu Dehqani, Nahid Rasim oğlu Səfərli, Ədil Natiq oğlu Mikayıllı və Elmir İmamverdi oğlu Məmmədovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

    Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

  • Bu ərazilərdə qaz olmayacaq

    Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Xəzər rayonu ərazisində “Hacı Mövlan” ölçü qovşağı üzərində filtrin quraşdırılması, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədilə,13.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Biləcəri qəsəbəsinin, Xəzər rayonu üzrə Qala kəndinin, Şüvəlan və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Kişi 2000 uğursuz görüşdən sonra tanışlıq agentliyi açdı – FOTO

    Yaponiyada 44 yaşlı bir yerli sakin ailə qurmaq üçün uzun illər sərf edən bir qadın axtarışından sonra öz tanışlıq agentliyini qurub və indi digər yalnız insanlara öz yoldaşlarını tapmaqda kömək edir.

    Onun hekayəsini “South China Morning Post” dərc edib.

    Şizuoka prefekturasından olan Yoşinin sözlərinə görə, sevgisini tapmaq üçün dörd il və təxminən 2000 görüş tələb olunub. Bu müddət ərzində o, böyük təcrübə qazanıb və indi bunu başqaları ilə bölüşür.

    Kişinin sözlərinə görə, tez-tez qadınların onu təvazökar gəliri səbəbi ilə rədd edilməsi ilə üzləşib. O zaman Yoşi ildə 3,5 milyon yen qazanırmış. Halbuki Yaponiyada orta hesabla illik gəlir 5,5 milyon yen olub. Həmçinin, bir çox qadını onun valideynləri ilə yaşaması narahat edib. Eyni zamanda, Yoşi qeyd edib ki, o, həmişə bunun işinə yaxınlığı ilə əlaqədar olduğunu izah edib. Bundan əvvəl kişi 15 il tək yaşayıb.


    Yoşi etiraf edib ki, rəddlər və rifah səviyyəsi ilə bağlı istehza onu çox incidib. Məsələn, görüşə razı olan qızlardan biri zarafatla deyib ki, onun maşının markasını heç vaxt eşitməyib. Digəri isə tanışlıq saytında Yoşinin şəkillərindən birindəki qadının onun anası olduğunu öyrənəndə görüşdən imtina edib.

    “Nəhayət, mənimlə görüşməyə razı olanlarla davam edərək, ünsiyyət, qərarlar qəbul etmə və görüşlər planlaşdırma bacarıqlarımı inkişaf etdirdim. Hər dəfə daha yaxşı və daha yaxşı nəticə əldə edirdim”, deyə Yoşi bildirib.

    Tezliklə belə görüşlərdən birində Yoşi gələcək həyat yoldaşı ilə tanış olub. Onun çalışqanlığı və empatiyası qadını heyran edib. Cütlük Yoşinin qıza evlənmə təklifi etməzdən əvvəl bir il görüşüb. Bundan sonra onlar evlənib və uşaq sahibi olublar, Yoşi isə yalnızinsanlara, daha tez öz yoldaşlarını tapmaq istəyənlərə məsləhətlər verməyə qərar verib.
    //qaynar.az

  • Ermənistan nümayəndə heyəti ABŞ-nin hərbi bazasında olub

    Ermənistan Müdafiə Nazirliyinin Hərbi-tibbi təminat idarəsinin rəisi Geqam Paşikyanın başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Almaniyanın Hönfels şəhərində yerləşən ABŞ hərbi bazasında olub.

    Median.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, Hönfels şəhərində keçirilən “Combined Resolve 2025” hərbi təlimlərində Ermənistan Müdafiə Nazirliyinin Hərbi-tibbi təminat idarəsinin səyyar hospitalından savayı, nazirliyin hərbi polisinin xüsusi batalyonunun şəxsi heyətindən ibarət də bölmə iştirak edir.

    Nümayəndə heyəti təlimlərin gedişatını izləyib.

  • Azərbaycanın tanınmış cərrahı Mir Cəlal Kazıminin adı CİNAYƏT İŞİNDƏ HALLANIR

    Xeyli vaxtdır gündəmdən düşməyən üç xanımın talassemiyalı uşaqların müalicəsi üçün ayrılmış pulları ələ keçirməsi ilə bağlı məhkəmə araşdırması davam edir.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə hazırkı mərhələdə zərərçəkmiş şəxslər dindirilir.

    Bu iş üzrə mühakimə edilən xanımlar – şirkət rəhbəri Nuridə Seyidova, onun işçiləri Aynur Bayramova və Aysel Məmmədovanın üçü də həbsdədir. Birgə dələduzluqda təqsirləndirilən müttəhimlər hazırda bir-birinə qarşı da ziddiyətli mövqedədirlər.

    İşin əsas həssas məqamlarından biri təqsirləndirilən şəxslərin cinayətinin bəzi xəstələrin ölümünə gətirib çıxarmasıdır.

    Vəfat edənlərdən biri də bu gün ifadə verən Sevinc Səmədovanın əridir. Zərərçəkmişin həyat yoldaşı Ramin qaraciyər serrozundan əziyyət çəkib, əməliyyat gecikdiyi üçün dünyasını dəyişib.

    Bu işdə adı çəkilənlərdən biri də Mərkəzi Gömrük Hospitalının tanınmış cərrahı Mir Cəlal Kazımidir.

    S.Səmədova da deyir ki, onu təqsirləndirilən şəxslərin yanına Mir Cəlal Kazımi göndərib. Həkim zərərçəkmişi inandırıb ki, həmin xanımlar xeyriyyəçidir, onlara kömək edə biləcəklər: “Mən hospitala gələnə kimi heç bunların (təqsirləndirilən şəxslərin – red.) adını eşitməmişdim. Mir Cəlal doktorun yanına həyat yoldaşımın müalicəsi üçün gəlmişdim. Nə isə söhbət əsnasında dedi ki, bəs, həyat yoldaşın əməliyyat edilməlidir. Amma əməliyyat kifayət qədər pul tələb edir. Dedi ki, sənə bir nömrə verəcəyəm, onunla danış. Həmin adam da hazırda burada oturan Aysel idi. Həkim onların dəstəyi ilə əvvəl də əməliyyat edilənlərin olduğunu dedi.

    Bundan sonra Aysellə danışmaq üçün şirkətlərinə getdim. Deyim ki, şirkət də qorxulu yer idi. Nə isə narahat oldum, amma Aysel məni inandırmağı bacardı. Videolar göstərdi, orada əməliyyat edilən şəxslər təşəkkür edirdilər. Razılaşma da belə oldu ki, 22 min 500 manat verəcəyəm, qalanını da sponsorları vasitəsilə həll edəcəklər. Sonra yenə Mir Cəlal doktorun yanına qayıtdım. Dedim ki, içim rahat deyil. Bunu deyəndə doktor coşdu, dedi, narahat olmağa ehtiyac yoxdur”.

    Hakim Azad Məcidovu maraqlandıran əsas məsələ dövlət hospitalının həkiminin xəstələri təqsirləndirilən qadınların yanına göndərməsidir. Hakim bu haqda Aysel Məmmədovadan soruşub.

    Xanım müttəhimin cavabından bəlli olub ki, şirkətləri ilə hospital arasında müqavilə var imiş. Şirkətə rəhbərlik etmiş Nuridə də bunu təsdiq edib. O, rus dilində nə isə demək istəsə də, əvvəlki cavab hakimi qane edib.

    Aysel Məmmədovanın yaxınları 22 min 500 manatın 15 min 500 manatını həyat yoldaşını itirən xanıma qaytarıblar.

    Mövzu açılmışkən zərərçəkmiş Tural Nəsmiyev qaranlıq qalan məsələlərin aydınlaşması üçün adları keçən həkimlərin məhkəməyə çağırılması məqsədilə vəsatət qaldırıb.

    Hakim qarşısında dindirilməsi tələb edilən həkimlər – Mir Cəlal Kazımi, hadisə baş verən vaxt Talassemiya Mərkəzinin baş həkimi olan Xuraman Cəfərova, mərkəzin ovaxtkı direktoru Valeh Hüseynov və başqalarıdır. Bu şəxlərin ifadəsi iş üçün əhəmiyyətli hesab edilir.

    Məhkəmə vəsatəti qəbul edib. Növbəti iclaslarda həkimlərin dindirilməsi məsələsi müzakirə ediləcək.

    İclasın ortasında Aynur Bayramovanın səhhəti pisləşib, təcili yardım gəlib. Həkim məsləhəti ilə proses təxirə salınıb.

    Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə bir milyon manata yaxın zərər dəyib.

  • СМИ: Администрация Трампа сократила более 8 000 федеральных служащих

    Администрация президента США Дональда Трампа начала масштабные увольнения федеральных служащих, сократив более 8 тыс. человек.

    Об этом сообщила газета The New York Times.

    По ее данным, Трамп стремительно начал войну с федеральной бюрократией, игнорируя нормы и правовые ограничения. Согласно информации газеты, под сокращение попали не менее 8.7 тыс. сотрудников федеральных агентств, в том числе Агентства США по международному развитию (USAID), 129 работников программ разнообразия и инклюзивности, 33 следователя по делу о событиях 6 января 2021 года, когда сторонники Трампа ворвались в Конгресс США, и расследованиях в отношении Трампа, 22 правительственных инспектора.

    Указывается, что Трамп предоставил широкие полномочия ведомству по повышению эффективности правительства (DOGE) Илона Маска, которое внедрилось в более чем десяток агентств в поисках расходов и сотрудников для сокращения. The New York Times отмечает, что суды приостановили некоторые из мер администрации, однако в ближайшие недели ожидается еще больше увольнений в правительстве.

  • Tramp administrasiyası səkkiz mindən çox şəxsi İŞDƏN ÇIXARDI

    ABŞ Prezidenti Donald Trampın Administrasiyası federal qulluqçular arasında kütləvi işdən azad etmələrə başlayaraq, 8 000-dən çox şəxsi işdən çıxarıb.

    Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

    Qəzetin məlumatına görə, Ağ Ev rəhbəri normalara və hüquqi məhdudiyyətlərə məhəl qoymayraq federal bürokratiya ilə güclü mübarizəyə başlayıb.

    Bildirilir ki, federal agentliklərin ən azı 8.7 min əməkdaşı ixtisara düşüb.

  • Bakıda 11-ci sinif şagirdi vəfat etdi

    Bakıda ev şəraitində xüsusi təhsil alan məktəbli vəfat edib.

    Əli Məmmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    O, 238 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı.

  • Türkiyədə MARAQLI HADİSƏ: 20 il sürücü kimi çalışdığı qurumun sədri seçildi

    Türkiyənin Zonquldaq vilayətinin Gülüç rayonu Bələdiyyəsində 20 il sürücü kimi işləmiş Sadık Kara adlı kişi bələdiyyə sədri seçilib.

    Bu barədə Median.Az “Sondakika.com”a istinadən xəbər verir.

    Məlumata görə, bələdiyyədə çalışan bir qadın işçinin şikayəti əsasında cinsi zorakılıq maddəsi üzrə həbs cəzasına məhkum edilən əvvəlki bələdiyyə sədri Gökhan Mustafa Dəmirtaş vəzifəsindən azad edilib. Bundan sonra bələdiyyə məclisi yeni sədrin seçilməsi üçün seçki keçirib. Bələdiyyə sədrinin müavini vəzifəsini icra edən Tarık Semiz ilə Sadık Karanın yarışdığı seçkidə məclis üzvləri Karanın lehinə səs verib və nəticədə o qalib gəlib.

    Doqquz məclis üzvündən səkkizinin səsini toplayan Sadıq Kara Gülüç Bələdiyyəsinin yeni sədri olub.

  • Əməkdar rəssam Şamil Buksayev vəfat etdi

    Əməkdar rəssam Şamil Buksayev dünyasını dəyişib.

    Bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib.

    Qeyd olunub ki, o, akademik Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksinin memarı olub. Rəssam yaradıcılığında monumental rəngkarlıqla yanaşı, dizayn və memarlıq sənətinə də xüsusi yer verib.

    Şamil Buksayev beynəlxalq biennale, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub.