Month: February 2025

  • Üç uşağı olanlara ŞAD XƏBƏR

    5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib. Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.

    Millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.

    Qeyd edək ki, hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır.

    Ətraflı süjetdə:

  • Kreml Ukrayna ilə ərazi mübadiləsi fikrini rədd etdi

    Rusiya Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin Ukrayna ordusunun nəzarətində olan Kursk vilayətinin torpaqları ilə dəyişdirilməsi heç vaxt mümkün olmayacaq.

    Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. “Bu, mümkün deyil. Rusiya heç vaxt öz ərazisinin mübadiləsini müzakirə etməyib və etməyəcək. Aydındır ki, Ukrayna birləşmələri bu ərazilərdən qovulacaq, sağ qalanlar isə məhv ediləcək”, – deyə Peskov bildirib.

    Bundan bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Kursk vilayətində nəzarət etdiyi əraziləri Rusiya ordusunun işğal etdiyi Ukrayna torpaqları ilə dəyişmək niyyətində olduğunu açıqlamışdı. “Biz bir ərazini digərinə dəyişəcəyik”, – deyə o bildirib. Zelenski hələlik məhz hansı işğal olunmuş ərazini geri tələb edəcəklərini dəqiqləşdirməyib. “Baxarıq, lakin bütün ərazilərimiz önəmlidir, burada prioritet yoxdur”, – deyə o vurğulayıb.

    Ukrayna Silahlı Qüvvələri (USQ) keçən il avqustun 6-da Kursk vilayətinə daxil olub və ilk iki həftə ərzində 1300 kv. km və təxminən 100 yaşayış məntəqəsini nəzarətə götürüb. Yanvarın sonuna doğru Ukrayna ordusunun nəzarətində 439,5 kv. km ərazi qalmışdı. Bununla yanaşı, USQ ilin əvvəlində üç istiqamətdə hücuma cəhd edib və onlardan birində üç kilometr irəliləyə bilib. Fevral ayında isə Ukrayna ordusu ikinci hücum cəhdini edərək Rusiyanın müdafiə xəttini yarıb və 5 km irəliləyib. USQ-nin məqsədi Rusiya Silahlı Qüvvələrinin son aylar həyata keçirdiyi əks-hücum əməliyyatlarını zəiflətmək olub.

    Rusiya prezidenti Vladimir Putin dəfələrlə ordunun Ukrayna qüvvələrini ölkənin sərhədlərindən tam çıxarmasını tələb edib, lakin yanvar ayından etibarən Kursk vilayətindəki vəziyyətdən açıq şəkildə danışmağı dayandırıb, çünki nəzərəçarpacaq uğurlar əldə olunmayıb. Zelenski isə Rusiyaya müdaxiləni “yalnız ədalətli deyil, həm də ölkəmizin və bütövlükdə Avropanın təhlükəsizliyi üçün effektiv” hesab etdiyini bildirib. Onun sözlərinə görə, Ukraynanın bu addımı Rusiya ordusunun zəifliyini bütün dünyaya, xüsusilə də Qlobal Cənub ölkələrinə nümayiş etdirib. O həmçinin vurğulayıb ki, Kiyev Kursk vilayətindəki vəziyyətdən Kreml ilə mümkün sülh danışıqlarında istifadə etməyi planlaşdırır.

  • В бакинском наркологическом диспансере умер проходивший лечение пациент

    В наркологическом диспансере в Баку скончался проходивший лечение пациент.

    Как сообщает lent.az, инцидент произошел в медучреждении, расположенном в поселке Маштага Сабунчинского района.

    Проходивший там лечение 52-летний житель Баку Сахават Гасанов неудачно упал. Пострадавший был доставлен в больницу, где скончался.

    По данному факту ведется расследование.

  • Bakıda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü

    Bakıda narkoloji dispanserdə müalicə alan xəstə ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserdə baş verib.

    Orada müalicə alan Bakı şəhər sakini 52 yaşlı Səxavət Hüseyn oğlu Həsənov yıxılıb. Xəstəxanaya yerləşdirilən zərərçəkən orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Təkbaşına “iclas” keçirən bələdiyyə sədrinə HÖKM OXUNDU

    Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında “iclas” keçirən bələdiyyə sədrinə hökm oxunub.

    Median.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, 17 yanvar 2020-ci il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri olan İslam İmanlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib və işə məhkəmədə baxılıb.

    Aparılan araşdırma zamanı məlum olub ki, bələdiyyə üzvləri sədrinin seçildiyi ilk iclasdan başqa keçirilmiş digər hər hansı iclasda iştirak etməyiblər. Bələdiyyə üzvlərinin Toğanalı kənd bələdiyyəsinin balansında olan torpaq sahələrinin satılması və ya icarəyə verilməsi ilə əlaqədar, o cümlədən bələdiyyə vəsaitlərinin xərclənməsindən xəbərləri olmayıb.

    İslam İmanlı məhkəmədə bildirib ki, kənd bələdiyyəsinin inzibati binasında lazımi şərait olmadığı üçün iclasların keçirilməsi mümkün olmayıb və bələdiyyənin fəaliyyətinin həyata keçirilməsini göstərmək məqsədilə üzvləri iclasa çağırmadan, onların formal iştirakını qeyd edərək iclasların təşkil olunmasını süni olaraq protokollaşdırıb. Sabiq bələdiyyə sədri iclas protokollarını Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında olan kompüter otağında təkbaşına tərtib edərək imzalayıb.

    Bundan başqa, İslam İmanlı Toğanalı bələdiyyəsinin büdcəsindən vahid niyyətlə 2020-ci büdcə ili ərzində bələdiyyənin 2 892 manat olmuş ümumi büdcəsinin 146.47 manat məbləğində artıq, yəni 1592.47 manat, 2021-ci büdcə ili ərzində bələdiyyənin 4 603 manat olmuş ümumi büdcəsinin 1989.56 manat məbləğində artıq, yəni 4291.06 manat, 2022-ci büdcə ili ərzində bələdiyyənin 5 323 manat olmuş ümumi büdcəsinin 2181.98 manat məbləğində artıq, yəni 4843.48 manat, 2023-cü büdcə ili ərzində bələdiyyənin 5 961 manat olmuş ümumi büdcəsinin 2591.49 manat məbləğində artıq, yəni 5571.99 manat büdcə vəsaitini əməkhaqlarına ayıraraq hüquqi şəxs olan bələdiyyənin qorunan mənafelərinə mühüm zərər vurmaqla öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

    Məhkəmənin qərarı ilə, təqsirləndirilən şəxs bir il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla iki il müddətinə islah işləri cəzası təyin edilib.

  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib.

    Median.Az President.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib.

  • Prezident Dövlət Agentliyinə sədr təyin etdi

    Elnur Şəmistan oğlu Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib.

    Median.Az President.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

  • “Mançester Yunayted” daha 200 əməkdaşını İŞDƏN ÇIXARDI

    İngiltərə Premyer Liqasında çıxış edən “Mançester Yunayted” klubu 200 əməkdaşını vəzifəsindən azad edib.

    Buna səbəb klubun son bir il ərzində 300 milyon funt sterlinq dəyərində zərər etməsidir.

    “Mançester Yunayted”in 25 faiz səhmlərinə sahibi olan Сim Ratklif büdcədəki kəsiri azaltmaq üçün 200 əməkdaşının işdən çıxarılmasını tələb edib.

    Qeyd edək ki, “Mançester Yunayted” klubu ötən ilin payızında daha 250 əməkdaşını işdən azad etmişdi.

  • Sumqayıt Dövlət Universitetinin rektor əvəzi məlum olub

    Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə rektor əvəzi təyin olunub.

    Bu barədə oxu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

    Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin sabiq rektoru Rüfət Eyvaz oğlu Əzizov ADNSU-ya yeni rektor təyin olunub.

  • Президент Хасан Шейх Мохамуд: Мы хотели бы, чтобы Азербайджан поделился своим опытом

    Мы хотели бы, чтобы Азербайджан поделился своим опытом, и готовы учиться на вашем практическом опыте.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал президент Сомали Хасан Шейх Мохамуд в заявлении для прессы с Президентом Азербайджана Ильхамом Алиевым.

    Подчеркнув, что Сомали – страна, находящаяся в переходе от трудной эпохи к очень светлому будущему, обладающая богатыми ресурсами и большим потенциалом, президент отметил, что обстоятельства не дали ей возможность процветать.

    “Я верю, что с такими хорошими партнерами, как Азербайджан, наш потенциал будет очень видимым и предсказуемым. Предсказуемая политика и предсказуемые стратегии развития – это еще одна ключевая область, в которой мы можем учиться у Азербайджана”, – добавил он.