Month: February 2025

  • “Asenat” MMC-nin su müəssisəsi digər istehsalçılara məxsus su bidonlarını doldururaq satışa çıxarıb

    Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində fəaliyyət göstərən “Asenat” MMC-yə məxsus su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi müəyyən olunub.

    Baxış zamanı digər istehsalçılara məxsus su bidonlarının doldurularaq satışa çıxarıldığı məlum olub. Həmçinin etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun olmayan 142 ədəd 19 litrlik su bidonu aşkarlanıb.

    Faktla bağlı müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib edilib. Sulardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

  • Nazirə yeni müşavir təyin olundu

    Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub.

    Quliyev Orxan Madar oğlu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin edilib.

    O, Berlin Texniki Universitetində Sənaye mühəndisliyi – proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistr təhsili alıb.

    SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan Orxan Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb. Bakı Ali Neft Məktəbinin müəllimidir.

  • Naxçıvan hava limanının rəhbərliyinə yeni təyinat olub

    Naxçıvan Beynəlxalq Hava Limanına direktor müavini vəzifəsinə təyinat olub.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

    Qeyd olunub ki, Salman Məmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktorunun müavini təyin olunub. Ona həmçinin, direktor vəzifəsinin əmək funksiyalarının icrası həvalə edilib.

  • Президент Сомали почтил память великого лидера Гейдара Алиева – ФОТО

    Находящийся с официальным визитом в Азербайджанской Республике президент Федеративной Республики Сомали Хасан Шейх Мохамуд 12 февраля прибыл на Аллею почетного захоронения, где почтил память общенационального лидера нашего народа, архитектора и основателя современного независимого Азербайджанского государства Гейдара Алиева, возложил венок к его могиле.

    Как сообщает АЗЕРТАДЖ, также была почтена память выдающегося ученого-офтальмолога, академика Зарифы ханым Алиевой, возложены цветы к ее могиле.

    Кроме того, была почтена память видного государственного деятеля Азиза Алиева и профессора Тамерлана Алиева, возложены цветы на их могилы.


  • Somali prezidenti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini anıb – FOTO

    Ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

    Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.


  • Ağcabədidə polis tərəfindən partlayıcı vasitələr və silahlar götürülüb

    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlər nəticəsində rayon ərazisindən dörd qumbara, iki “Kalaşnikov” avtomatı, xeyli sayda patron tapılaraq götürülüb.

    Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • “Yanında tonqal qalayıbmış…” – Turistin qalıqlarını tapan şəxs

    “Birdən qarşıma “vetnamka” çıxdı. Düşündüm ki, “vetnamka” bura hardan düşüb. Sonra diqqətlə baxdım, insan sümüklərinə rast gəldim. Onda dedim ki, burada nəsə var…”

    Median.Az xəbər verir ki, bunu Lent.az-a 3 il əvvəl itkin düşən hindistanlı turistin qalıqlarını aşkar edən Zaqatala sakini bildirib.

    Rayonun Mazıx kənd sakini Ruslan Əliyev dağda qarşılaşdığı mənzərəni belə danışıb:

    “Biz 4 nəfər idik. Dağa yaylağa gəzməyə getmişdik. Qalxanda gördük ki, ora güclü qar yağıb və hava dəhşət dumanlıdır. Dumana görə yolumuzu azdıq və özümüz də bilmədən dərəyə düşdük. Ora çox təhlükəli bir ərazidir. Ora düşdünsə, çıxmaq çox çətindir. Biz də dərədən çıxmağın yollarını axtarırdıq. Təsadüfən qarşıma “vetnamka” çıxdı. Mənə maraqlı gəldi ki, bu, bura necə düşə bilər. İkinci tayını axtarırdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Gördüm ki, orada insan sümükləri də var”.

    R.Əliyev onun əynindəki paltarların çürüdüyünü qeyd edib:

    “Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o yarı oturmuş, yarı uzanıqlı vəziyyətdə ölüb. Əynindəki paltarlar çürümüşdü. Təmiz vəziyyətdə qalan “vetnamkalar” və kəməri idi.

    Sümüklər fındıq ağacının altında idi. Bir az aralıda balaca tonqalın qalıqlarını gördük. Əlavə olaraq yanında bel çantası, ayaqqabı, telefon, üz maskaları və bank kartları var idi”.

    Kənd sakini deyib ki, həmin dərəyə düşən adamın oradan tək çıxması qeyri-mümkündür:

    “Həmin dərə çox çətin reylefdə yerləşir. Dərənin əhatəsi mamırlı və sürüşkən qayalardır. Bir sözlə, oradan bir nəfərin tək çıxması mümkün deyil. Biz 4 nəfər idik və oradan köməkli şəkildə, çətinliklə çıxa bildik”.

    Ruslan Əliyev sonda bildirib ki, qarşılaşdıqları mənzərə ilə bağlı dərhal polisə məlumat veriblər.

    Hadisə yerinə gedən polis əməkdaşları qalıqları dağdan düşürərək aidiyyəti üzrə təhvil verib.

  • Арестован блогер, оскорбивший мать шехида Худаяра Юсифзаде

    Арестован человек, оскорбивший в социальных сетях Раду Гурбанову – мать шехида Отечественной войны Худаяра Юсифзаде.

    Как сообщает Median.Az со ссылкой на Qaynarinfo, на основании жалобы Р.Гурбановой был задержан И.Вугар (1993 г.р.), в отношении которого был составлен протокол по статье 510 (мелкое хулиганство) Кодекса Азербайджанской Республики об административных проступках и направлен на рассмотрение в суд.

    Суд установил, что блогер Вугар, зарегистрированный под ником Şah_əmlak в социальной сети TikTok, размещал объявления о купле-продаже домов. В его профиле были написаны нелицеприятные комментарии в адрес Рады Гурбановой и других матерей шехидов. Р.Гурбанова, позвонив блогеру, выразила свой протест и предупредила, что пожалуется на него. В ответ тот заявил, что никого не боится и отчитываться за произошедшее не собирается.

    В суде Вугар принес извинения Р.Гурбановой и всем семьям погибших. Он сказал, что в его офисе по недвижимости работают четыре сотрудника, один из которых, зайдя через телефон блогера в его аккаунт в TikTok, написал оскорбительные комментарии о матерях шехидов. Мать Худаяра Юсифзаде обратилась к суду с просьбой наказать Вугара.

    Решением суда владелец Şah_əmlak признан виновным по вышеуказанной статье и арестован в административном порядке на 10 суток.

  • Xudayar Yusifzadənin anasını təhqir edən bloqer HƏBS OLUNDU

    Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanovanı sosial şəbəkələrdə təhqir edən şəxs həbs edilib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Radə Qurbanovanın şikayəti əsasında 1993-cü il təvəllüdlü İ.Vüqar saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, “TikTok” sosial şəbəkəsində “Şah_əmlak” adı ilə qeydiyyatdan keçən əmlak bloqeri Vüqar evlərin alqı-satqısı ilə bağlı elanlar yerləşdirib. Vüqarın profilində Radə Qurbanova və digər şəhid analarının barəsində xoşagəlməz şərhlər yazılıb. Radə Qurbanova əmlak bloqerinə zəng edərək, öz etirazını bildirib və barəsində şikayət edəcəyini deyib. Sonuncu heç kimdən qorxmadığını və baş vermiş hadisə ilə bağlı izahat verməyəcəyini şəhid anasına deyib.

    Radə Qurbanovanın şikayəti əsasında saxlanılan Vüqar məhkəmədə ondan və bütün şəhid ailələrindən üzr istəyib. İşlətdiyi əmlak ofisində 4 nəfər işçisinin olduğunu, həmin əməkdaşlarından kiminsə onun telefonu vasitəsilə “TikTok”da profilindən istifadə edərək, şəhid anaları barədə xoşagəlməz ifadələr yazdığını deyib. Xudayar Yusifzadənin anası isə Vüqarın cəzalandırılmasını məhkəmədən xahiş edib.

    Məhkəmənin qərarı ilə “Şah_əmlak”ın sahibi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs edilib.

  • В Саатлинском районе пропал мужчина

    Пропал житель Саатлинского района.

    Как сообщили в ширванской региональной группе пресс-службы Министерства внутренних дел (МВД), Миргасан Мирабдулла оглу Сеидов (1959 г.р.) ушел из дома и не вернулся.

    Приметы М.Сеидова: рост 162 см, среднего телосложения, волосы седые, глаза карие.

    При уходе из дома был одет в черное пальто, черные брюки и черные туфли.

    Узнавших человека на фотографии и располагающих информацией о нем просят сообщить об этом в службу 102 МВД или в Саатлинский районный отдел полиции.