Month: February 2025

  • Bakıda “Rus evi”nin binası boşaldılıb

    Bakıda “Rus evi”nin yerləşdiyi bina boşaldılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, mərkəzin qapısı üzərindəki lövhə və həm rus, həm də Azərbaycan dilindəki yazılar sökülüb.

    Həmçinin foyedəki məlumat xarakterli afişa və fotolar da yığışdırılıb.

    Binanın xaricindən görünür ki, təşkilatın əvvəllər tədbirlər keçirdiyi foye və zalın divarlarından şəkillər, plakatlar və afişalar, rəflərdəki suvenirlər götürülüb, səyyar sərgi yığışdırılıb. Bəzi əşyalar hələ də yerində qalır.

    Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.

    Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.

  • В Баку судят бывшего дипломата за хулиганство

    В Бакинском суде по тяжким преступлениям под председательством судьи Вугара Гулиева прошло заседание по делу Эмина Ибрагимова, обвиняемого в нанесении тяжких телесных повреждений ножом жителю Сураханского района Кямалу Шукюрову.

    На процессе адвокаты сторон представили суду определенные ходатайства. Затем прокурор, поддерживающий государственное обвинение, зачитал обвинительный акт в отношении подсудимого.

    Потерпевший К.Шукюров, давая показания в суде по уголовному делу, подчеркнул, что спор между ним и Э.Ибрагимовым возник случайно. Проходя по тротуару на территории Низаминского района, он случайно задел плечом незнакомого человека. Хотя он извинился перед противоположной стороной, тот не придал этому значения и нанес Камалу удар. Когда К.Шукюров дал отпор, Эмин нанес ему удар ножом, который был при нем.

    Обвиняемый Эмин Ибрагимов не признал себя виновным, заявив, что показания потерпевшего являются ложью: “Я не хочу играть роль в этом спектакле”.

    Затем он, давая показания, сказал, что не будет защищать себя, а просто выскажет свое отношение к обвинению.

    Следующее заседание состоится 12 марта.

    Отметим, что инцидент произошел 22 июля 2024 года. Эмин Ибрагимов, подозреваемый в нанесении ножевого ранения Кямалу Шукюрову, был привлечен к ответственности, против него было выдвинуто обвинение по статьям 126.2.4 (умышленное причинение тяжкого вреда здоровью из хулиганских побуждений) и 221.1 (хулиганство) Уголовного кодекса Азербайджана.

    Также отметим, что Эмин Ибрагимов в 2007-2020 годах работал в дипломатическом корпусе. В 2012-2016 годах занимал должность в посольстве Азербайджана в США, а в 2016-2019 годах – в дипломатическом представительстве Азербайджана в Уругвае.
    //oxu.az

  • Paytaxt sakinini bıçaqlayan sabiq diplomat hakim qarşısında

    Bakıda Suraxanı rayon sakini Kamal Şükürova bıçaqla ağır xəsarət yetirməkdə təqsirləndirilən Emin İbrahimovun məhkəmə baxış iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda tərəflərin müdafiəçiləri tərəfindən müəyyən vəsatətlər məhkəməyə təqdim olunub. Daha sonra dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilənə ittiham aktını elan edib.

    Cinayət işi üzrə zərərçəkən Kamal Şükürov məhkəməyə sərbəst ifadə verərkən vurğulayıb ki, E.İbrahimovla arasındakı mübahisə təsadüf nəticəsində yaranıb. Nizami rayonu ərazisində səki ilə gedərkən tanımadığı şəxsin çiyninə toxunub. Buna görə qarşı tərəfdən üzr istəsə də o, buna əhəmiyyət verməyərək Kamala zərbə endirib. K.Şükürov qarşılıq verdikdə Emin üzərindəki bıçaqla ona zərbə endirib.

    Təqsirləndirilən Emin İbrahimov özünü təqsirli bilməyərək, zərərçəkənin ifadəsinin yalan olduğunu deyib:

    “Mən bu uydurma tamaşada rol oynamaq istəmirəm”.

    Daha sonra o, sərbəst ifadə verərək, özünü müdafiə etməyəcəyini, sadəcə, ittihama münasibət bildirəcəyini söyləyib.

    Növbəti iclas martın 12-də keçiriləcək.

    Qeyd edək ki, hadisə 2024-cü il iyulun 22-də baş verib. Emin İbrahimov Kamal Şükürova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinərək, məsuliyyətə cəlb olunub, barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

    Onu da qeyd edək ki, Emin İbrahimov 2007-20-ci illərdə diplomatik korpuslarda çalışıb. O, 2012-16-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-19-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.
    //oxu.az

  • Çörəkdən siqaret kötüyü çıxan sexdə yoxlama aparıldı – Fotolar

    İçərisindən siqaret kötüyü çıxdığı iddia olunan çörəyin emal olunduğu müəssisədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama aparılıb.

    Bu barədə Agentlikdən məlumat verilib.

    Bildirilib ki, mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

    Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.

    Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, çörəkdən siqaret kötüyünün çıxması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. İstehsalçı şirkət isə yayılan görüntünün həqiqətə uyğun olmadığını, bəzi şəxslərin məqsədli şəkildə həmin məlumatı yaydığını açıqlamışdı.

  • Polisə dəstək olanlar xüsusi forma geyinəcək – Mülki inspektor hesab olunacaqlar

    İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların xüsusi geyim forması olacaq.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.

    Müvafiq qərara edilən dəyişikliklə polisə ictimai dəstək olanlar mülki inspektor hesab ediləcək və bu, onlar üçün hazırlanan xüsusi geyim formasının üzərində həkk olunacaq.

    Qərar respublika daxili işlər orqanlarında artıq elan olunub.

  • В Ширване задержан мужчина за кражу 53 тысяч манатов из пяти домов

    В Ширване задержан мужчина, подозреваемый в краже из пяти домов.

    Как сообщили в Министерстве внутренних дел, в результате оперативных мероприятий сотрудниками полиции задержан ранее судимый Мирзага Гасымов, который украл из домов ювелирные изделия и бытовую технику на сумму 53 тыс. манатов.

    По факту возбуждено уголовное дело, решением суда в отношении М.Гасымова избрана мера пресечения в виде ареста.

  • Şirvanda beş evdən 53 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Şirvanda beş evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən beş evdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mirzağa Qasımov saxlanılıb. Onun evlərdən 53000 manat dəyərində qızıl-zinət və məişət avadanlıqları oğurladığı müəyyən edilib.
    Faktla bağlı cinayət işi başlanılıb, M.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Bakıda Narkoloji Dispanserdə FACİƏ: xəstə yıxılıb öldü

    Bakıda narkoloji dispanserdə müalicə alan xəstə ölüb.

    Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserdə baş verib.

    Orada müalicə alan Bakı şəhər sakini 52 yaşlı Səxavət Hüseyn oğlu Həsənov yıxılıb. Xəstəxanaya yerləşdirilən zərərçəkən orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В выходные дни в Азербайджане пройдет вступительный экзамен в магистратуру

    16 февраля состоится вступительный экзамен в магистратуру высших учебных заведений (1-я попытка).

    Как передает Median.Az со ссылкой на Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана, тестирование будет организовано в 85 зданиях в Баку, Сумгайыте, Абшероне, Нахчыване, Гяндже, Мингечевире и Лянкяране.

    Место проведения экзамена для каждого бакалавра определяется в соответствии с фактическим местом проживания, указанным в его “Личном кабинете”.

    Тестирование начинается во всех зданиях одновременно – в 11:00. Пропускной режим заканчивается за 15 минут до начала экзамена – в 10:45. Участники, прибывшие позже, в экзаменационное здание не допускаются.

    Как известно, на экзамене также проверяются навыки аудирования бакалавров по иностранному языку. Экзамен начинается с воспроизведения текста для прослушивания. В связи с подготовкой к воспроизведению текста и обеспечением тишины в здании, все должны находиться в зале за 15 минут до начала экзамена.

    Продолжительность экзамена составляет 3 часа 30 минут. Через 3 часа после начала экзамена время, отведенное для ответов на тестовые задания, истекает, и листы с ответами собираются наблюдателем зала. После этого участникам раздаются листы для письменной работы (эссе). На написание эссе отводится 30 минут.

    Участники экзамена могут ознакомиться с “Памяткой с рекомендациями” по соответствующей ссылке.

    Запрещается приносить в экзаменационное здание мобильные телефоны и другие средства связи, электронные устройства, калькуляторы, электронные носители информации, книги, тетради, журналы, конспекты, информационные буклеты, словари, таблицы, сумки и другие вспомогательные средства. Просим участников не приносить в экзаменационное здание дополнительные вещи. Все это мешает эффективной организации работы пропускного режима и своевременному ее завершению.

    Отметим, что прием заявлений проводился онлайн с 13 по 27 января. Для участия в экзамене заявки подали 21 926 бакалавров. Из них 20 057 человек будут сдавать экзамен по азербайджанскому разделу, 1 869 человек – по русскому разделу. 14 017 бакалавров являются выпускниками текущего года, 7 909 – выпускниками прошлых лет, 49 человек – иностранными гражданами.

    Для информации отметим, что прием заявлений проводился через интернет с 13 по 27 января. Заявления на участие в экзамене подали 21 926 бакалавров. Из них 20 057 учащихся азербайджанского сектора, 1 869 человек – русского. 14 017 бакалавров являются выпускниками текущего года, 7 909 – предыдущих лет, 49 человек являются иностранными гражданами.

    Вступительный экзамен будет организован в 62 зданиях в Баку, 6 – в Сумгайыте, 4 – в Абшероне, 6 – в Гяндже, 2 – в Нахчыване, 3 – в Мингячевире, 2 – в Лянкяране. Ожидается, что экзамен будут сдавать 15 960 бакалавров в Баку, 540 – в Нахчыване, 1 458 – в Гяндже, 1 627 – в Сумгайыте, 1 078 – в Абшероне, 838 – в Мингячевире, 425 – в Лянкяране. К управлению экзаменом будут привлечены 85 общих руководителей, 241 руководитель экзамена, 1 989 наблюдателей, 294 сотрудника пропускного режима (охрана).

    С 6 февраля бакалавры, зарегистрировавшиеся для участия в экзамене, могут войти на сайт ГЭЦ и распечатать пропуск на экзамен, используя имя пользователя и пароль “Личного кабинета”. Здесь указываются город, здание и другие сведения, где участник будет сдавать экзамен.

    Бакалавры, приходя на экзамен, обязательно должны иметь при себе следующие документы:

    – Оригинал документа, удостоверяющего личность;

    – “Пропуск на экзамен”.

    Лица, у которых обнаружено несоответствие между указанными документами или отсутствует один из этих документов, к экзамену допущены не будут.

  • Magistraturaya qəbul imtahanı keçiriləcək – Tarix AÇIQLANDI

    Fevralın 16-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçiriləcək.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunacaq.

    Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

    İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

    Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

    İmtahanın müddəti üç saat 30 dəqiqədir. İmtahanın başlandığı andan üç saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

    İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın. Cavab kartını zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.

    İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.

    İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

    Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 13‑dən 27-dək aparılıb. İmtahanda iştirak etmək üçün 21 926 bakalavr ərizə təqdim edib. Onlardan 20 057 nəfər Azərbaycan bölməsi, 1 869 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 14 017-si cari ilin, 7 909-u isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.

    Qəbul imtahanı Bakıda 62, Sumqayıtda altı, Abşeronda dörd, Gəncədə altı, Naxçıvanda iki, Mingəçevirdə üç, Lənkəranda iki binada təşkil olunacaq. Bakıda 15 960, Naxçıvanda 540, Gəncədə 1 458, Sumqayıtda 1 627, Abşeronda 1 078, Mingəçevirdə 838, Lənkəranda 425 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 85 ümumi rəhbər, 241 imtahan rəhbəri, 1 989 nəzarətçi, 294 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

    İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar fevralın 6-dan etibarən DİM-in internet saytına daxil olub, “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi“ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

    Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

    – Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

    – “İmtahana buraxılış vərəqəsi”ni;

    Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.

    Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 15-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının səlahiyyətinə veriləcək.