Month: February 2025

  • Prezident Hasan Şeyx Mahmud: “Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik”

    “Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

    Somalinin çətin dövrdən çox parlaq gələcəyə keçid edən, zəngin resurslara və böyük potensiala malik ölkə olduğunu vurğulayan prezident bildirib ki, şərait inkişaf etməyə imkan verməyib.

    “Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir”, – deyə o əlavə edib.

  • Президент Сомали: Этот визит – начало стратегического альянса между нашими двумя братскими странами

    Этот визит – не просто дипломатическое взаимодействие. На самом деле, это начало значимого и стратегического альянса и партнерства между нашими двумя братскими странами.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал президент Сомали Хасан Шейх Мохамуд в заявлении для прессы с азербайджанским коллегой Ильхамом Алиевым.

    Подчеркнув, что Сомали и Азербайджан разделяют общую цель по развитию, безопасности и процветанию, Хасан Шейх Мохамуд сказал: “Я также хотел бы воздать должное азербайджанскому народу за защиту своего суверенитета и территориальной целостности”.

  • Somali prezidenti: “Bu səfər qardaş ölkələrimiz arasında strateji müttəfiqliyin başlanğıcı deməkdir”

    “Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən, iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

    Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışlarının üst-üstə düşdüyünü vurğulayan Hasan Şeyx Mahmud, həmçinin bildirib:

    “Mən, həmçinin Azərbaycan xalqını öz suverenliyini və ərazi bütövlüyünü qoruduğuna görə təqdir etmək istərdim”.

  • Президент: Азербайджан обладает мощным потенциалом оборонной промышленности

    Азербайджан обладает мощным потенциалом оборонной промышленности, производя многие виды соответствующего оборудования.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в заявлении для прессы с его сомалийским коллегой Хасаном Шейхом Мохамудом.

    “Считаю, что сотрудничество в области обороны, обучение, а также возможное совместное производство оборонительного оборудования и его поставки из Азербайджана в Сомали должны быть одними из важных направлений нашего сотрудничества”, – подчеркнул глава государства.

  • Prezident: “Azərbaycan güclü müdafiə sənayesi potensialını yaradıb”

    “Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında bildirib.

    “Düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Ильхам Алиев: Все подписанные в Баку соглашения будут реализованы

    Это исторический визит. Это первый визит в истории двусторонних отношений. Уверен, что он откроет новую страницу в тесных дружественных отношениях между нашими странами.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в заявлении для прессы с его сомалийским коллегой Хасаном Шейхом Мохамудом.

    “Подписанные сегодня документы отчетливо демонстрируют наше взаимное стремление развивать двусторонние связи в различных областях. Уверен, что все подписанные сегодня в Баку соглашения будут реализованы и поднимут наши отношения на более высокий уровень”, – отметил глава государства.

  • Prezident İlham Əliyev: “Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək”

    “Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında səsləndirib.

    Dövlətimizin başçısı, həmçinin bildirib:

    “Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq”.

  • Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? – 34 milyonluq qalmaqal

    “TexnikaBank” ASC-nin Müşahidə Şurasının sədri və sahibi olmuş Etibar Əliyev “Zamin Bank” ASC-dən götürdüyü krediti hələ də ödəməyib.

    Qaynarinfo-nun araşdırması zamanı məlum olub ki, 2012-ci ildə həbs edilən Etibar Əliyev krediti azadlığa çıxandan sonra götürüb. Bu məsələdə ona keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yardım etdiyi bildirilir.

    İddialara görə, Eldar Mahmudovun tapşırığı ilə Mərkəzi Bankın o zamankı sədri Elman Rüstəmov mülkləri qarşılığında Etibar Əliyevə 34 milyon manat kredit ayrılması qərarı verir. Lakin qanunvericiliyə görə Mərkəzi Bank kredit vəsaitini birbaşa ayıra bilmədiyi üçün proses “ZaminBank” ASC vasitəsilə həyata keçirilir.

    Sonradan Etibar Əliyev ödənişləri yubadır və 2016-cı ildə “ZaminBank” ASC də bağlandığı üçün vəsaiti qaytarmaqdan ümumiyyətlə imtina edir. Nəticədə Etibar Əliyevin dövlətə ödəməli olduğu vəsait “ZaminBank” ASC-nin sahibi olmuş Nadir İsmayılovun üzərində qalır. Nadir İsmayılov hazırda həbsdədir və onun məhkumluq həyatı yaşamasının bir səbəbi də Etibar Əliyevin kredit borcudur.

    Artıq 12 ildən çox vaxt keçməsinə baxmayaraq, Etibar Əliyev hələ də borcu ödəmir. Baxmayaraq ki, bununla bağlı məhkəmə qərarları da var. Mümkündür ki, Etibar Əliyevin krediti ödəmək üçün pulu yoxdur. Amma axı mülkləri var. Söhbət kredit müqabilində girov qoyulan mülklərdən gedir. Həmin mülklər satışa çıxarmaqla borcu ödəmək mümkündür.

    Maraqlıdır ki, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən edilməli olan bu proses illərdir uzadılır. Səbəbi məlum deyil.

    Qaynarinfo yazıdakı iddialarla bağlı Etibar Əliyevin də mövqeyini öyrənməyə çalışıb. Lakin məlum olub ki, o ölkə xaricindədir.

  • Uşaq cərrahı çöpçülərlə bağlı valideynlərə müraciət edib

    Uşaqlarda yad cismin udulması halı yaşanarsa, valideynlər öncə çöpçüyə yox, mütəxəssislərə müraciət etsinlər.

    Bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev “Uşaqlarda yad cismin udulması” mövzusunda danışarkən bildirib.

    O bildirib ki, tibbi savadı olmayan şəxslərin sözügedən halla əlaqədar uşaqlara müdaxiləsi düzgün deyil:

    “Bu işlə mütəxəssislər məşğul olmalıdır. Əgər uşaq yad cisim udubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki çöpçülər həyati təhlükə yarada biləcək hallara yol verir. Biz çöpçülərdən gələn ağır halları görürük”.

  • “Русский дом” в Баку освобождает помещение

    “Русский дом” в Баку освобождает помещение.

    Как сообщает Report, вывеска на двери центра, а также надписи на русском и азербайджанском языках были сняты.

    Информационные плакаты и фотографии в вестибюле также убраны.

    Снаружи из окон можно видеть, что со стен в фойе и зале, где раньше проходили мероприятия организации, убрали картины, плакаты и афиши, сувениры на стеллажах, свернута передвижная выставка. Некоторые предметы все еще остаются на месте.

    Отметим, что ранее Азербайджан сообщил об отсутствии регистрации в качестве юридического лица Российского информационно-культурного центра (“Русского дома”), представительства “Россотрудничества” в Азербайджане, и о серьезном нарушении организацией законодательства Азербайджана. После этого официальный Баку 3 февраля направил российской стороне ноту о прекращении деятельности “Русского дома”.

    В сообщении МИД указывается, что деятельность подобных организаций на территории Азербайджана регулируется в соответствии с национальным законодательством, принципом взаимности между странами и требованиями соблюдения договоренностей, достигнутых на двусторонней основе. Исходя из решения азербайджанской стороны о прекращении деятельности “Русского дома” в стране, ожидается, что российская сторона предпримет соответствующие меры в этом направлении.