Month: February 2025

  • В Азербайджане подорожала мука – последние цены (ФОТО)

    Государственная служба по антимонопольному контролю и надзору за потребительским рынком при Министерстве экономики Азербайджана опубликовала данные о последних оптовых ценах на муку в стране.

    Согласно информации, с 30 января оптовые цены на мешок муки весом 50 кг варьируются от 26.50 до 28.20 маната. Ранее этот показатель составлял от 26 до 28.20 маната.

    Самая дешёвая мука, представленная на рынке страны, производится компанией Dəvəçi-Taxıl (26 манатов 50 гяпиков), а самая дорогая – совместным предприятием (СП) Azeri-Arapoğlu U.S.и T.LTD (28 манатов 20 гяпиков).

    Оптовые цены на муку, производимую ООО Dəvəçi-Taxıl, повысились на 50 гяпиков по сравнению с предыдущими показателями.

    10 февраля 2025 года производители в Азербайджане установили следующие оптовые цены на муку за мешок 50 кг:

    ООО ATS MİLL – 27.20 манатов (дороже на 10 гяпиков);

    ООО Anadoluqida – 27.40 манатов (дороже на 25 гяпиков);

    ООО AVETA – 27.30 маната (дороже на 15 гяпиков);

    ООО KARAT HOLDİNQ – 27.30 – 27.40 маната (дороже на 15 гяпиков);

    ООО Dəvəçi-Dəyirman – 26.8 маната (дороже на 20 гяпиков);

    ООО Gəncə Dəyirman – 27.6 маната (дороже на 25 гяпиков);

    фирма NEON – 27.85 манатов (дороже на 25 гяпиков);

    ООО Nural – 28.10 манатов (дороже на 40 гяпиков);

    ООО Qarabağ un – 26.90 манатов (дороже на 10 гяпиков);

    ООО Hazartürk LTD – 27 манатов;

    ООО Sünbül 2012, ООО Avrora и ООО Taxıl AQRO – 27.30 маната (дороже на 30 гяпиков);

    ООО SKY AGRO и ООО Bakı Taxıl Terminalı – 27.10 маната (дороже на 5 гяпиков);

    Индивидуальная фирма Səma, фирма PAK-NUR, ОАО Nadir Quliyev adına Bakı-Taxıl, Karmen, Orxan UN, Xırman, ООО Dəniz un sənayesi LTD – 27.30 маната (дороже на 25 гяпиков).

  • Azərbaycanda un BAHALAŞDI – SON QİYMƏTLƏR (FOTO)

    Azərbaycanda unun son topdansatış qiyməti məlum olub.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

    Bildirilib ki, yanvarın 30-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.50 – 28.20 manat arasında dəyişir. Daha əvvəl bu rəqəm 26 – 28.20 manat təşkil edirdi.

    Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC (26 manat 50 qəpik), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik).

    “Dəvəçi-Taxıl” MMC tərəfindən istehsal olunan unun topdan satış qiymətləri əvvəlki göstəriciləri ilə müqayisədə 50 qəpik bahalaşıb.

    Bu ilin fevralın 10-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

    “ATS MİLL” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.20 manat (10 qəpik baha);

    “Anadoluqida” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.40 manat (25 qəpik baha);

    “AVETA” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (15 qəpik baha);

    “KARAT HOLDİNQ” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 – 27.4 manat (15 qəpik baha);

    “Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.8 manat (20 qəpik baha);

    “Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.6 manat (25 qəpik baha);

    “NEON” Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.85 manat (25 qəpik baha);

    “Nural” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.10 manat (40 qəpik baha);

    “Qarabağ un” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.90 manat (10 qəpik baha);

    “Hazartürk LTD” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;

    “Sünbül 2012” MMC, “Avrora” MMC və “Taxıl AQRO” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (30 qəpik baha);

    “SKY AGRO” MMC və “Bakı Taxıl Terminalı” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.1 manat (5 qəpik baha);

    “Səma” fərdi firması, “PAK-NUR” FİRMASI, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “Karmen”, “Orxan UN”, “Xırman”, “Dəniz un sənayesi LTD” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (25 qəpik baha).

  • В Загатальском районе найдены останки пропавшего 3 года назад индийского туриста

    Обнаружены останки, предположительно принадлежавшие гражданину Республики Индия Маникантху Кондавеети (1993 г.р.), пропавшему без вести на территории Загатальского района в мае 2022 года.

    По данным oxu.az, в результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками Загатальского районного отдела полиции, вблизи села Джар в лесном массиве Шамиловка были обнаружены останки тела, а также личные вещи: рюкзак, банковские карты, мобильный телефон и другие предметы.

    Останки и обнаруженные вещи переданы в районную прокуратуру для проведения соответствующих экспертиз.

    По данному факту ведется расследование.

    Отметим, что за нахождение Кондавеети семьей было обещано вознаграждение в размере 10 млн рупий (примерно 192 000 манатов – ред.).

  • Tapılması üçün 10 milyon mükafat vəd edilən hindistanlı turistin qalıqları Zaqatalada aşkarlandı

    2022-ci ilin may ayında Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Manikanth Kondaveetin qalıqları tapılıb.

    Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus çanta, bank kartları, mobil telefon və digər əşyalar rayonun Car kəndi yaxınlığında Şamilovka meşə massivində aşkar edilib.

    Meyiti qalıqları və tapılan əşyalar müvafiq ekspertizalar keçirilməsi üçün aidiyyəti üzrə Zaqatala Rayon Prokurorluğuna təqdim olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, qardaşı Kondaveeti tapana 10 milyon rupi (hazırkı məzənnə ilə təxminən 195 min manat) bəxşiş vəd etmişdi.
    //oxu.az

  • İngiltərə Kuboku: 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib (SİYAHI)

    İngiltərə kubokunda 1/8 final mərhələsinin püşkatması keçirilib.

    “Mançester Siti”nin rəqibi “Plimut” olub.

    “Şəhərlilər”in rəqibi Çempionşipdə autsayder mövqeyində qərarlaşır və ötən mərhələdə sürprizə imza ataraq, “Liverpul”u mübarizədən kənarlaşdırıb.

    Kubokun hazırkı sahibi “Mançester Yunayted” “Fulhem”lə qüvvəsini sınayacaq.

    1/8 finalın oyunları martın 1-də keçiriləcək.

    İngiltərə kuboku

    1/8 final

    “Aston Villa” – “Kardiff Siti”

    “Preston” – “Börnli”

    “Donkaster” – “Kristal Pelas” cütünün qalibi – “Milluol”

    “Mançester Yunayted” – “Fulhem”

    “Nyukasl Yunayted” – “Brayton”

    “Bornmut” – “Vulverhempton”

    “Mançester Siti” – “Plimut”

    “Ekseter” – “Nottingem Forest” cütünün qalibi – “İpsviç”

  • Названы команды, имеющие наибольшие шансы выиграть Лигу чемпионов УЕФА

    Статистический Интернет-портал Opta Sports опубликовал рейтинг команд, которые имеют наибольшие шансы по итогам сезона-2024/2025 стать победителями Лиги чемпионов УЕФА.

    Выше всего оценена возможность триумфа клуба Английской Премьер-лиги (АПЛ) “Ливерпуля” (24.6%). Отметим, что именно мерсисайдцы под руководством Арне Слота заняли первое место в таблице по итогам общего этапа (21 балл за восемь сыгранных туров).

    Следующим вероятным обладателем заветной чаши является также английский клуб – лондонский “Арсенал” (16.6%). Замыкает тройку вероятных лидеров “Интер” из итальянской Серии А (14.5%).

    Единственной командой, которой портал Opta вовсе не дал шансов на победу (0%), стал дебютант ЛЧ и еврокубков в целом клуб Лиги 1 Франции “Брест”.

    11-12 февраля 2025 года состоятся первые стыковые матчи раунда плей-офф. Действующим победителем турнира является мадридский “Реал”, шансы которого оценены суперкомпьютером в 4.4%.

  • UEFA Çempionlar Liqasını qazanma ehtimalı ən yüksək komandalar bəlli olub

    “Opta Sport” statistik portalı klubların bu mövsüm Çempionlar Liqasında şanslarını dəyərləndirib.

    Qitənin ən nüfuzlu klub turnirində “Liverpul”un qalib gəlmək ehtimalı ən yüksəkdir – 24.6 faiz.

    İkinci pillədə 16.6 faizlə Londonun “Arsenal”ı qərarlaşıb. İlk üçlüyü “İnter” tamamlayır. Portal İtaliya klubunun şansını 14.5 faiz göstərib.

    Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları bu gün və sabah keçiriləcək. Cavab görüşləri isə fevralın 18-i və 19-da baş tutacaq.

  • 7 körpənin öldüyü yanğınla bağlı MƏHKƏMƏ: “İki vedrə su və yorğanlardan istifadə ediblər”

    Respublika Perinatal Mərkəzində 7 yeni doğulmuş körpənin yanğında ölməsi ilə bağlı məhkəmə araşdırması davam edir.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əsas təqsirləndirilən şəxs – hadisə baş verən zaman mərkəzin direktoru olmuş Mehriban Abasquliyevanın istintaqa verdiyi ifadəsi elan edilib.

    O, məhkəmədə sərbəst danışmaqdan imtina etdiyinə görə hakim Leyla Əsgərova-Məmmədova onun əvvəlki ifadəsini oxuyub.

    Abasquliyeva hadisəyə görə özünü deyil, TƏBİB-i və işçiləri ittiham edib. İddia edib ki, bəzi əməkdaşlar həm bacarıqsız olub, həm də səhlənkarlıq ediblər. Eks-direktorun istintaqda dediyi sözlərə əsasən, Fövqəladə Hallar Nazirliyi vaxtilə Perinatal Mərkəzə yanğın təhlükəsizliyinin artırılması ilə bağlı təlimat göndərsə də, TƏBİB maliyyə çatışmazlığı səbəbindən tədbirlər görməyib:

    “Mən direktor təyin ediləndən sonra öz vəsaitim hesabına bəzi işlər gördüm. Yeni doğulmuşlar otağında cəmi 3 işçi masası var idi, mən artırdım, əlavə çarpayılar gətizdirdim. Ancaq indi mənə təşəkkür etmək əvəzinə, artıq xəstə qəbulunda ittiham edirlər”.

    Təqsirləndirilən şəxs xəstə sayının çarpayı sayından çox olması ilə bağlı ittihamları qəbul etməyib və bunun digər xəstəxanalarda da adi hal olduğunu deyib.

    Hadisə gecəsi növbədə olan tibb işçilərinin fəaliyyətini də tənqid edən Abasquliyeva bildirib ki, onlar yanğını söndürmək üçün yalnız iki vedrə su və tezalışan yorğanlardan istifadə ediblər:

    “Yanğınsöndürən balonlar var idi, amma istifadə etməyi bacarmayıblar. Halbuki ilkin yanğınsöndürmə qaydalarını bilməliydilər. Bəziləri isə ümumiyyətlə, kənardan seyr edib. Baş prokuror Kamran Əliyev də hadisə yerində jurnalistlərə açıqlamasında deyib ki, yanğın başlayan zaman növbətçi həkim yalnız 7 dəqiqə sonra hadisə yerinə gəlib”.

    Abasquliyeva özündən əvvəl mərkəzə rəhbərlik etmiş Məryəm Rzayevanı da günahlandıraraq onun da məsuliyyətə cəlb olunmasını tələb edib:

    “Guya mən direktor gələndən sonra təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac olduğunu mənə bildirib. Yalandır. Deyə bilər ki, işdən çıxanda fövqəladə hallar nazirinə də bu barədə məlumat verib. Buna inanmaq olmaz. Onun barəsində də cinayət işi başlanmalıdır.”

    Növbəti məhkəmə iclasında Mehriban Abasquliyevanın digər ifadələri elan ediləcək.

  • Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA

    Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub. Şəbəkənin rəhbərinin isə prezident administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin olduğu deyilir. Onunla bərabər keçmiş nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və Eldar Mahmudovun da həmin şəbəkəyə aid olduğu bildirilib.

    Manset.az ictimaiyyətdə böyük maraq doğuran məsələ ilə bağlı prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bunları bildirib:

    “Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Bunun heç bir əsası yoxdur.” – deyə R.Mehdiyev bildirib.

  • İlham Əliyev Əli Xameneiyə təbrik məktubu göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər əsrlərdən bəri dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən güc alır. Biz bu təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin inkişafına və əməkdaşlığımızın genişlənməsinə xüsusi önəm veririk.

    Hazırda ikitərəfli gündəlikdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər yer almaqdadır. Hesab edirəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə nail ola bilərik.

    İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun inkişaf edərək bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.