Month: February 2025

  • “Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü

    Almaniyada keçirilən hərracda “Mercedes”in əfsanəvi Formula-1 bolidi indiyə qədər satılan ən bahalı Qran Pri avtomobili rekordunu iki dəfə artıraraq tarixə düşüb.

    Avtosfer.az xəbər verir ki, Ştutqartda keçirilən hərracda bu tarixi avtomobil 52,92 milyon avroya satılıb. Bununla da o, indiyə qədər satılmış ən bahalı Qran Pri avtomobili olub.

    Cəmi dörd nüxsəsi istehsal edilən bu model avtoidman tarixinin ən məşhur yarış avtomobillərindən biri hesab olunur. Onun beşqat Formula-1 çempionu Xuan Manuel Fanxio və britaniyalı əfsanəvi pilot Ser Stirlinq Moss tərəfindən idarə edilməsi avtomobilin dəyərini daha da artırır.
    Təxminən 300 km/saat sürətə çata bilən bu bolid “Gümüş Oxlar” ləqəbi ilə tanınıb. O, ilk qələbəsini 1955-ci ildə Buenos-Ayres Qran Prisində açıq təkərli, siqar formalı dizaynı ilə qazanıb.

    Ən bahalı Qran Pri avtomobili üzrə əvvəlki rekord Fanxionun idarə etdiyi 1954-cü il istehsalı “Mercedes W196” modelinə məxsus idi. Həmin avtomobil 2013-cü ildə İngiltərədə keçirilən hərracda 29,6 milyon dollara satılıb.

    Satışdan sonra IMS kuratoru Ceyson Vansikl bildirib ki: “Bu, möhtəşəm və son dərəcə tarixi bir avtomobildir. Lakin o, bizim kolleksiyamızdan bir qədər kənardadır. Demək olar ki, 60 ildən çoxdur bu avtomobil bizdə idi və muzeyimiz üçün böyük dəyər daşıyırdı”.

    Bununla belə, bu satış indiyə qədər satılmış ən bahalı idman avtomobili rekorduna çatışmır. İdman avtomobili kateqoriyasında rekord 2022-ci ilin mayında 140 milyon dollara satılan “Mercedes 300SLR Uhlenhaut Coupe” modelinə məxsusdur.

  • Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq

    Mart ayında 8 qeyri-iş günü var.

    2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimində 8 Mart – Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 30, 31 mart – Ramazan bayramıdır.

    Belə ki, 8 Mart–Qadınlar Günü şənbə gününə təsadüf etdiyindən həftənin bazar ertəsi, yəni martın 10-da da (ardıcıl 3 gün) iş olmayacaq.
    Martın 20, 21, 22, 23 və 24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günüdür. Martın 22-si şənbə və 23-ü bazar gününə təsadüf etdiyindən ayın 25-də və 26-da da (ardıcıl 7 gün) iş olmayacaq. Bundan başqa, 30, 31 mart isə Ramazan bayramına təsadüf edir. 30 mart tarixi isə həftənin bazar gününə təsadüf etdiyindən 1 aprel tarixində də qeyri-iş günü olacağı gözlənilir.

    Məlumat üçün bildirək ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı da gözlənilir.

  • Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO

    Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər saxlanılıb.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, fevralın 7-si gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.

    Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “JEEP” markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərin gedişi çərçivəsində hadisə baş verən ərazidə təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib. Nəticədə, quldurluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Emil Abbaszadə, 24 yaşlı Rauf Salmanzadə, 24 yaşlı Tural Eyvazov və 23 yaşlı Mirsaleh Həsənov müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • Nazir: Müəllimlərin sayı azalacaq, maaşlar artacaq

    “Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq”.

    Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.

    “Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq”, – deyə nazir əlavə edib.

  • Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək

    Azərbaycanın gənclərdən ibarət taekvondo millisi Türkiyənin Antalya şəhərində keçiriləcək “Turkish Open” beynəlxalq turnirində iştirak edəcək.

    Azərbaycan Taekvondo Federasiyasından (ATF) “Report”a verilən məlumata görə, yarışda ölkəmizi baş məşqçi Rəşad Məmmədov, məşqçilər Fəridə Əzizova və Ayxan Tağızadənin rəhbərliyi altında 27 idmançı təmsil edəcək.

    Gənclərin yarışı fevralın 13-14-də baş tutacaq.

    Qeyd edək ki, yığma ilə birgə turnirə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev də yollanacaq.

  • Japarov Maskın “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu bağlamaq çağırışını dəstəkləyib

    Qırğızıstan Prezidenti Sadır Japarov amerikalı milyarder İlon Maskın ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” və “Azadlıq” Radiosu”nun media layihələrini bağlamaq çağırışını dəstəkləyib.

    Dövlət başçısı bunu yerli “Kabar” agentliyinə müsahibəsində deyib.

    “Donald Tramp və İlon Mask – onların hər ikisi milyarderdir. Onlar yaxşı başa düşürlər ki, pullar göydən düşmür. Onlar amerikalıların pullarının mənasız xərclənməsini dayandırmaq istəyirlər”, – qırğız lideri bildirib.

    Siyasətçinin sözlərinə görə, bu gün istənilən məlumat beş dəqiqə ərzində dünyaya yayılır və insanlara “Azadlıq Radiosu”nun xəbərləri lazım deyil.

  • Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR

    Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin həyətində məktəbdə çalışan qadının keçmiş əri təhsil müəssisəsinin həyətində onun şah damarını kəsib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15 radələrində baş verib.

    270 nömrəli tam orta məktəbdən bildirilib ki, təhsil ocağının qadıntexniki işçisinə keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib: “Xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib”.

    O, boyunun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

  • Суд отклонил необоснованный протест Рубена Варданяна

    Рассмотрение уголовного дела в отношении гражданина Армении Рубена Варданяна, обвиняемого по ряду статей Уголовного кодекса Азербайджанской Республики, включая пытки, наемничество, нарушение законов и обычаев войны, терроризм, финансирование терроризма и другие преступления, продолжилось 10 февраля.

    Как сообщает Report, его защитник, адвокат Авраам Берман, сославшись на отклонение ходатайств, поданных Варданяном, заявил, что состав суда заинтересован в уголовном преследовании, и заявил отвод судейской коллегии.

  • Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb

    Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib.

    Onun müdafiəçisi, vəkil Avraam Berman Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən edilib və bu etiraz əsaslandırılmalıdır.

    Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır.

    Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.

    Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

    R.Vardanyanın vəkili məhkəməyə müraciət edərək müdafiə etdiyi təqsirləndirilən şəxslə konfidensial görüş üçün yenidən şərait yaradılmasını xahiş edib. Hakim konfidensial görüş üçün şərait yaradıb.

  • Bakıda dəhşətli qətl – Qadını namaz qılarkən vəhşicəsinə öldürdülər

    Fevralın 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində ailə münasibətləri çərçivəsində dəhşətli qətl hadisəsi baş verib.

    Baku.ws-in əldə etdiyi məlumata görə, Binə qəsəbəsi 138-ci döngə, küçə 62 ünvanında yaşayan 48 yaşlı Lamiyə Məməddova qətlə yetirilib. Bildirilir ki, qadın namaz qıldığı yerdə öldürüb.
    Hadisəni qadının həyat yoldaşı 46 yaşlı Ramil Məmmədovun törətdiyi deyilir.
    Bildirilir ki, o, qadının dəmir əşya ilə başından bir neçə dəfə vurub. Daha sonra barmaqlarını sındırıb. Bundan sonra qadını boğub. Meyidin belində də barmaq izlərinin olduğu müəyyənləşib.
    Hadisədən sonra Ramil Məmmədov qaçıb. Hazırda qətldə şübhəli bilinən Ramil Məmmədovun axtarışları davam edir.
    Hüquq mühafizə orqanlarından Baku.ws-ə hadisəni təsdiqləyiblər və qaçan şəxsin hələlik tapılmadığı bildirilib.
    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.