Month: February 2025

  • İlham Əliyev Məsud Pezeşkiana təbrik məktubu göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında münasibətlər sıx tellərlə bir-birinə bağlı olan xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanır.

    Hazırda ölkələrimiz iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq edirlər. Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.

    İnanıram ki, ölkələrimizin rifahı, bölgənin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edəcək və möhkəmlənəcəkdir.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • СГБ задержала Азера Багирова, обвиняемого в шпионаже в пользу иностранной спецслужбы – ВИДЕО

    В Сабаильском районном суде города Баку состоялось заседание в связи с избранием меры пресечения в отношении гражданина Азербайджанской Республики (АР) Азера Акиф оглу Багирова.

    Как передает Median.Az со ссылкой на пресс-службу Службы государственной безопасности (СГБ) АР, А.Багиров, обвиняемый в государственной измене в форме шпионажа путем оказания помощи представителям иностранной спецслужбы, был задержан на территории Иорданского Хашимитского Королевства в результате мероприятий, проведенных СГБ, и доставлен в нашу страну.

    Из материалов дела следует, что спецслужба иностранного государства привлекла Азера Багирова как гражданина Азербайджана, чтобы скрыть свое участие в подготовленных ею диверсионных актах в третьих странах. А.Багиров, используя свой статус гражданина АР в пользу иностранной спецслужбы и во вред государственной безопасности страны, умышленно наносил ущерб интересам нашего государства за рубежом, занимаясь шпионской деятельностью.

    Суд избрал в отношении Азера Акиф оглу Багирова меру пресечения в виде ареста по статье 274 (государственная измена) Уголовного кодекса АР.

  • DTX dövlətə xəyanət etməkdə təqsirləndirilən Azər Bağırovu saxladı – VİDEO

    Bakı şəhəri Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Azər Akif oğlu Bağırov barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.

    Xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycan Respublikasına gətirilib.

    İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan Respublikasının vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.

    Məhkəmə Azər Akif oğlu Bağırov barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

  • Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi – Siyahıda onlar var

    Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub. 

    Əslində, Rusiyanın Azərbaycanda belə bir şəbəkə qurduğu və onun vasitəsilə ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı bu günün söhbəti deyil. Zaman-zaman bəzi şəxslər Rusiyaya işləməkdə də ittiham olunublar, ən azından buna eyham vurulub.
    Lakin “Qafqazinfo”ya daxil olan məlumat həqiqətən də belə bir şəbəkənin mövcud olduğuna heç bir şübhə yeri qoymur.
    Əvvəla, qeyd edək ki, “Rus Evi” Bakının mərkəzində, Üzeyir Hacıbəyli küçəsində yerləşib. Bu yerin “Rus Evi” üçün təşkil olunması ilə bilavasitə Elçin Həsənov adlı iş adamı məşğul olub. Onun keçmiş gənclər və idman naziri Azad Rəhimovun qaynı olduğu deyilir.
    Məsələnin maraqlı tərəfi də budur ki, “Rus Evi” həmin ünvandan çıxdıqdan sonra da Elçin Həsənov əl-ayağa düşərək “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri ilə birlikdə “Rus Evi”ə yeni ofis axtarışına çıxıb. Bir sözlə, E.Həsənov bu problemin həlli üçün bütün imkanlarını səfərbər edib və ciddi cəhdlə çalışır.
    Azərbaycanda Rusiya şəbəkəsinə gəldikdə, artıq faktlarla da belə bir şəbəkənin mövcud olduğu təsdiqini tapıb. Şəbəkə üzvlərinin vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışdığı, yeyib-içmək məclislərinin təşkil olunduğu, sağlıqlar deyildiyi məlumdur. Şəbəkə Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub.
    Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.
    Bu şəxslərin indi vəzifədə olmaması o demək deyil ki, əlaqələr yoxa çıxıb. Hazırda da Rusiyanın kəşfiyyat nümayəndəsinin yanına gedənlər, ondan tapşırıqlar alaraq cəmiyyətimizə yanlış mesajlar ötürənlər, aranı qatmağa çalışanlar var. Amma bunlar yavaş-yavaş ifşa olunurlar və zamanla yeni faktların üzə çıxacağı istisna olunmamalıdır.

  • Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı

    Latviyanın daxili işlər naziri Rihards Kozlovskis ölkə sakinlərini Rusiya və Belarusa səfərlərdən çəkinməyə çağırıb.

    Avtosfer.az xəbər verir ki, onun sözlərini LSM dövlət televiziya və radio portalı sitat gətirib.

    “Mən başa düşürəm ki, orada insanların qohumları və biznesləri var, lakin bu cür səfərləri minimuma endirmək lazımdır”, – deyə rəsmi qeyd edib.

    Latviya Daxili İşlər Nazirliyinin rəhbəri vəziyyətin pisləşəcəyi təqdirdə sərhədin bir neçə saat ərzində bağlana biləcəyini vurğulayıb.(unikal)

  • Azərbaycanda elektromobillərin sayı məlum oldu

    2025-ci il yanvar ayının 1-i tarixinə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin (elektromobillərin) sayı məlum olub.

    Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, 2024-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd olub.

    Məlumat üçün deyək ki, 2023-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 3115-ə çatıb.

    Xatırladaq ki, ötən il Azərbaycana ümumilikdə 91.8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub.(apa)

  • Azad olunan ərazilərdə 94 mina zərərsizləşdirildi

    Azad olunan ərazilərdə fevralın 3-dən 9-a dək 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 294 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən, 787 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

  • Dünyanın ən yaxşı aviaşirkətinin adı açıqlandı

    Avstraliyanın aviasiya təhlükəsizliyi və məhsul reytinqi agentliyi “Airline Ratings” 2025-ci ilin ən yaxşı aviaşirkətinin adını açıqlayıb.

    Agentliyin məlumatına görə, “Korean Air” ötən ilin qalibi “Qatar Airways”i geridə qoyaraq 2025-ci ilin aviaşirkəti adına layiq görülüb.

    Cənubi Koreya aviadaşıyıcısının sərnişinlərin rahatlığına sadiqliyi onun qələbəsinin əsas səbəblərindən biri kimi göstərilib – həm “Korean Air”, həm də “Japan Airline” dünyanın istənilən aviaşirkəti arasında ən geniş ekonom sinif oturacaqlarını təklif edir.

    Aviaşirkət həmçinin oturacaqların orijinal konfiqurasiyasını qoruduğuna və ekonom sinif sərnişinlərinin ehtiyaclarını prioritetləşdirdiyinə görə yüksək qiymətləndirilib.

  • Şəkidə YANĞIN: Heyvanlar tələf oldu

    Şəkidə yanğın olub.

    Hadisə Oxud kəndində baş verib.

    Yanğın kənd sakini Vaqif Həmidova məxsus 7 otaqdan ibarət yaşayış evində, tövlədə qeydə alınıb. Hadisədə 9 baş xırdabuynuzlu heyvan tələf olub.

    Yanğının başvermə səbəbləri araşdırılır.

  • Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu keçib

    Nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 100,5 milyon nəfər sərnişin daşınıb.

    Median.Az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə İstinadən xəbər verir. Avtomobil nəqliyyatı sahəsində 5,1 milyon ton yük daşınıb.

    2023-cü ilin yanvar-dekabr aylarına nisbətən sərnişin daşınması 9,4 faiz, yük daşınması isə 7,1 faiz artıb.

    İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-dekabr aylarında 8,1 milyon manatlıq xidmət göstərilmiş, xidmətlərin 95,9 faizi əhali tərəfindən istehlak olunub.

    Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 73,5 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 26,5 faiz təşkil edib.