Month: February 2025

  • Aeroport yolunda sürət həddi endirildi

    Qarlı hava şəraiti səbəbindən hazırda paytaxtın 10-a yaxın küçə və prospektində nəqliyyat sıxlığı müşahidə olunur. Xüsusilə də nəqliyyatın intensiv olduğu yollarda hərəkət çətinləşib.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
    Bildirilib ki, hazırda mərkəzin əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.

    Bu məqsədlə Zığ şosesi-Hava Limanı yolunda sürət həddi 20/km saat endirilib. Məlumat-sürət tablolarında “buzlu yol” işarəsi qoyulub. Digər yollarda da sürət həddinin endirilməsi istisna edilmir. Sürücülərdən ara məsafəsi saxlamaları, yüksək sürətlə hərəkət etməmələri tövsiyə olunur.

  • “WhatsApp” çökdü

    WhatsApp mesajlaşma proqramında nasazlıq yaranıb.

    Median.Az-ın məlumatına görə, bunu “Downdetector” xidmətinin məlumatları sübut edir.

    Nasazlıqlar təxminən Bakı vaxtı ilə 19:30-da qeydə alınıb. Xidmətin məlumatlarına görə, bu zaman daxil olan şikayətlərin sayı 1 300-ü keçib.

    “Downdetector” istifadəçilərinin yarıdan çoxu (52%) mesaj göndərməkdə çətinliklərdən şikayətlənib, 37% isə serverə qoşulma problemlərindən bəhs edib. 11% isə tətbiqdə nasazlıqlar olduğunu bildirib.

    Problemlər Rusiya, ABŞ, Almaniya, Yaponiya, Kanada, Cənubi Afrika Respublikası və digər ölkələrdə müşahidə olunub. “Meta”nın digər xidmətlərində isə heç bir nasazlıq qeydə alınmayıb.

  • Ağcəbədidə ağır qəza nəticəsində 5 nəfər ölüb, xəsarət alanlar var – FOTO

    Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Apa-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, rayonun Xocavənd kəndi ərazisində “Mercedes”, “KIA” və “VAZ” markalı minik maşınları toqquşub.

    İlkin məlumata görə, qəzada 5 nəfər həyatın itirib, yaralılar var.

    Hadisə nəticəsində xəsarət alanlar Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılır.

  • Ramazanın ilk günü: Dua, imsak və iftar vaxtı…

    Sabah Ramazan ayının ilk günüdür.

    Median.Az xəbər verir ki, imsak vaxtı 06:23, iftar isə 18:13-də olacaq.

    Birinci günün imsak duası:

    “Allahumməc-əl siyami (fihi) siyaməs-saimin. Və qiyami (fihi) qiyaməl-qaimin. Və nəbbihni fihi ən naumətil-ğafilin. Vəhəb li curmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mucrimin!”

    Tərcüməsi:

    “İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan”.

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

    Tərcüməsi:

    “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • Donald Tramp Ağ Evdə Volodimir Zelenski ilə görüşüb

    ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.

    Apa xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

  • Nərimanovda binada yanğın: 3 nəfər təxliyə edildi

    Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 1600 m² olan obyektin sahəsi 8 m² olan otağında taxta tullantıları və əşyalar yanıb.

    Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

    Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Keçmiş hakim azadlığa buraxıldı, 214 min manatlıq ziyanı ÖDƏMƏDİ – YENİDƏN məhkəmə qarşısına çıxacaq

    Dələduzluqda təqsirli bilinərək dörd il altı aylıq həbsə məhkum edilmiş keçmiş məhkəmə hakimi Lətif Nəbiyev vaxtından əvvəl azadlığa buraxılandan sonra yenidən məhkəməyə verilib.

    Keçmiş hakimi məhkəməyə iş üzrə əsas zərərçəkmiş Azad İbrahimov verib.

    A.İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər Rayon Məhkəməsinin qərarından narazıdır:

    “Buna görə də Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişəm. Zərərçəkmiş kimi məhkəməyə dəvət olunmadım və mənə dəymiş zərər ödənmədi. Bakı Apellyasiya Məhkəməsi Lətif Nəbiyevin mənə 214 258 manat ödəməli olduğu barədə qərar çıxarıb. Niyə üç il öncə qəbul edilmiş qərar olan mülki iddiam icra olunmur? Həmçinin Lətif Nəbiyev niyə vaxtından əvvəl azadlığa buraxılıb?

    4 mart tarixində, saat 11:30-da Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə yeni məhkəmə olacaq”.

  • Миллионы денег и несуществующая бутылка: Олег Бакинский оказался замешан в уголовном деле

    Сегодня, 28 февраля, в Бакинском суде по тяжким преступлениям продолжится судебный процесс по уголовному делу Константина Кучера, бывшего советника министра Украины, и Олега Крапивина, более известного в Азербайджане как Олег Бакинский.

    Уголовное дело расследуется под председательством судьи Эльнура Нуриева, сообщает Median.Az со ссылкой на musavat.com.

    Потерпевшим по делу выступает Валерий Захаренков, владелец АО “Авиазапчасть”, связанного с Министерством обороны России и попавшего под санкции США.

    Валерий Захаренков, сотрудник Федеральной службы безопасности (ФСБ) России, прибыл в Баку забрать несколько миллионов евро, размещавшихся на счете в Günay Bank. Однако из-за того, что банк ликвидирован, у Захаренкова возникли проблемы с выводом этих денег. Для решения этих проблем в Хатаинском районе в Babək Plaza была организована встреча Олега Бакинского, Константина Кучера и Валерия Захаренкова.

    Согласно обвинительному акту, во время встречи стороны не смогли прийти к общему знаменателю, и между ними произошел спор. Олег Бакинский ударил Захаренкова стеклянной бутылкой, нанеся ему травмы. После этого офицера ФСБ отвезли в Yeni Klinika. Олег Бакинский категорически отрицает все обвинения.

    С Валерием Захаренковым ясно то, что руководимое им акционерное общество “Авиазапчасть” с 2020 года попало под санкции Госдепартамента США. Введение санкций было мотивировано тем, что компания нарушила американское законодательство о нераспространении оружия массового уничтожения (ОМУ) в отношении Ирана, Северной Кореи и Сирии. Подсудимый подал иск к Константину Кучеру от имени АО на миллион манатов, а от имени общества с ограниченной ответственностью “Промышленные поставки Казахстана” – на 5 млн 184 тыс. манатов.

    Валерий Захаренков, помимо Кучера, подал гражданский иск и против Олега Бакинского. Потерпевший требует с каждого из них по 50 тысяч манатов.

    Суд принял гражданские иски к производству. Судья объявил, что решение по ним будет принято в конце судебного разбирательства. Константина Кучера обвиняют в хулиганстве и мошенничестве, а Олега Бакинского – в нанесении менее тяжких увечий и хулиганстве. Константин Кучер в свое время был советником Министерства обороны Украины по вопросам авиации. Он пользуется услугами переводчика в суде. А Олег Бакинский, свободно владеющий азербайджанским языком, отказался от переводчика. Константин Кучер также не признает никаких обвинений и виновным себя не считает.

    На прошлом процессе Константин Кучер дал показания. По его словам, 24 июля 2024 года ему позвонил друг и сказал, что его партнеры хотят с ним встретиться.

    “Олег позвонил и сказал, что пришли гости. Когда я спустился вниз, то очень удивился, так как постоянно вижусь с этими людьми. То есть мне показалось странным, что с ними надо было встретиться через кого-то (посредника). Затем мы вместе поднялись в офис, о гостях очень хорошо позаботились. При разговоре Валерий Захаренков выдвинул требования относительно средств в банке. Я также сказал, что эти средства находятся в ликвидированном Günay Bank”, – отметил Кучер.

    По его словам, во время встречи все пили чай и нормально разговаривали: “А 31 июля приехали сотрудники полиции, сказали, что по приказу генерала я должен пойти с ними. Я также позвонил своему адвокату и, ничего не подозревая, поехал в Главное управление полиции города Баку. Там следователь Махмуд Гулиев сообщил, что у Валерия Захаренкова есть жалоба, и против меня возбуждено уголовное дело по статье “Хулиганство”, – рассказал мужчина.

    Константин Кучер отметил, что у них был контракт с компаниями и он не намеревался кого-то обманывать. По его словам, до начала войны (России с Украиной) была достигнута договоренность об отправке товаров в Россию, Казахстан и Индию: “Все поставки были выполнены. Но потом начались проблемы”.

    В своих показаниях Олег Бакинский иронично отметил: “Я вот все слушаю и слушаю, что здесь говорят: “Миллион ушел сюда, столько-то потратили туда”. Я вот думаю, как сказал бы Мешади Ибад, а куда делся мой аббас? Если бы я ударил пострадавшего бутылкой, то где она, эта бутылка? Я никогда ни на кого не поднимал руку. Я не виновен. Я не знал, с каким намерениями они приходили. Говорят, на его рубашке были следы крови. А на моей одежде ничего этого не было. Можно просмотреть записи камеры. Я никому не угрожал, ни с кем лично не враждую. Я не знаю, за что 6 месяцев меня держат в тюрьме. Я помогал этим людям. Я мужик. Если бы это сделал я, то я и понесу наказание. Мне 65 лет, у меня есть студенты-спортсмены. Я не тот человек, который убегает, у меня есть совесть, честь. Я был главой диаспоры пять лет. Такого никогда со мной не происходило”.

    Перед началом русско-украинской войны Олег Бакинский был одним из самых заметных членов азербайджанской диаспоры в Украине. Он возглавлял Киевский конгресс азербайджанцев.

    Олег Бакинский родился 29 сентября 1960 года в поселке Шахрияр Шамахинского района. В 1966 году вместе с семьей переехал в Баку. Первое образование получил в средней школе №68 поселка Сабунчи, затем продолжил образование в школе-интернате со спортивным уклоном в поселке Бакиханов. В 2007 году на соревнованиях среди ветеранов в Стамбуле, Турция, завоевал звание чемпиона мира по вольной борьбе. Хотя с 1989 года он жил в Киеве, его имя продолжали связывать с Баку. За время почти 30-летнего пребывания в Украине создал в Киеве борцовский клуб “Бакинец”. Из-за тесных связей с Азербайджаном открыл в Шамахы школу борьбы. В его честь в Шамахы был проведен турнир по борьбе. В последние годы ему был запрещен въезд в Украину, и он живет в Баку. Олег Бакинский по национальности русский, но всегда считал себя азербайджанцем. В своих интервью он признавался, что даже свадьбу сыграл в соответствии с азербайджанскими традициями.

  • 7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ

    Bu gün, fevralın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçer və Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır.

    İş üzrə zərərçəkən statusunda isə ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.

    Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya lisenziyası ləğv edilmiş “Günay Bank”dakı hesabda olan bir neçə milyon avro pulla bağlı gəlib. Lakin bank bağlandığından həmin pulları bankdan çıxarmaq problemi ilə üzləşib. Bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub. Onların görüşü Xətai rayonunda yerləşən “Babək Plaza”da baş tutub.

    İttihama görə, görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulkası ilə Zaxarenkoya xəsarət yetirib. Bundan sonra FTX (Federal Təhlükəsizlik Xidməti) zabiti Valeriy Zaxarenkoya tibbi yardım göstərmək üçün onu Yeni Klinikaya aparıblar. Oleq Bakinski ittihamı qətiyyətlə rədd edir.

    Valeriy Zaxarenko ilə bəlli olan budur ki, onun rəhbərlik etdiyi “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb. Müttəhim Konstantin Kuçerə qarşı “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti adından bir milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manatlıq iddia qaldırıb.

    Valeriy Zaxarenko Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir.

    Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb. Konstantin Kuçer xuliqanlıq və dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur. Konstantin Kuçer vaxtilə Ukrayna Müdafiə Nazirliyinin aviasiya məsələləri üzrə müşaviri olub. O, məhkəmədə tərcüməçinin xidmətindən istifadə edir. Oleq Bakinski isə Azərbaycan dilində sərbəst danışdığından tərcüməçi xidmətindən imtina edib. Konstantin Kuçer də ittihamı qəbul etmir, özünü təqsirli bilmir. Ötən prosesdə Konstantin Kuçer sərbəst ifadə verib.

    Kuçerin sözlərinə görə, 2024-cü il iyulun 24-də dostu ona zəng edərək bildirib ki, iş gördüyü biznesmenlər onunla görüşmək istəyir:

    “Oleq zəng edib dedi ki, qonaqlar gəlib. Aşağı düşəndə çox təəccübləndim ki, bu şəxslərlə daim görüşürəm. Yəni kiminsə vasitəsilə görüşmək mənə qəribə gəldi. Sonra qonaqlarla birgə ofisə qalxdıq və onlara yüksək səviyyədə qulluq göstərildi. Söhbət zaman Valeriy Zaxarenkov bankdakı vəsaitlə bağlı tələblər irəli sürdü. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan “Günay Bank”dadır”.

    Konstantin Kuçer bildirib ki, görüş zamanı çay içib, normal söhbət ediblər:

    “Mənə çox qəribə gəldi ki, niyə bu görüş vasitəçi ilə təşkil edilib?”. Onun sözlərinə görə, iyulun 31-də polis əməkdaşları gəliblər, deyiblər ki, onları general göndərib: “Dedilər ki, bizimlə getməlisiniz. Mən də vəkilimə zəng edərək heç bir problem yaratmadan Bakı Şəhər Baş Polis İdarəsinə getdim. Orada müstəntiq Mahmud Quliyev bildirdi ki, Valeriy Zaxarenkovun şikayət ərizəsi var və mənə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb”.

    Konstantin Kuçer qeyd edib ki, onların şirkətlərlə müqaviləsi olub, heç kimə qarşı dələduzluq etmək niyyəti olmayıb. Onun sözlərinə görə, müharibə başlamamışdan əvvəl Rusiyaya, Qazaxıstana və Hindistana mal göndərmək barədə razılıq əldə olunub:

    “Müharibə başlayana qədər tədarüklər yerinə yetirilib. Amma sonra problemlər yaranmağa başladı”.

    Oleq Bakinski sərbəst ifadəsində baş verənlərə ironik münasibət bildirib:

    “Mən burada deyilənlərə qulaq asıram. Deyirlər ki, bir milyon bura getdi, bu qədər ora getdi. Öz-özümə fikirləşirəm ki, Məşədi İbad demişkən, bəs mənim bir abbasım hara getdi? Əgər mən butulka ilə zərərçəkmişi vurmuşamsa, həmin butulka hanı? Mən heç kimə əl qaldırmamışam. Günahım yoxdur. Mən onların nə fikirlə ora gəlməsini bilməmişəm. Deyirlər ki, köynəyində qan izi olub. Amma mənim paltarımda qan izi olmayıb. Kamera görüntülərinə baxmaq olar. Hədə-qorxu gəlməmişəm, şəxsi ədavətim olmayıb. Altı aydır ki, həbsdə olmağımın səbəbini bilmirəm. Mənim bu insanlara köməkliyim dəyib. Mən kişi adamam. Etmişəmsə, cəzamı çəkərəm. 65 yaşım var, idmançı tələbələrim var. Mən qaçan oğlan deyiləm, namusum da var, vicdanım da. Mən beş il diasporanın rəhbəri olmuşam. Belə bir hadisə olmayıb”.

    Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən olub. O, Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edib.

    Oleq Bakinski 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı.

  • Баку осудил заявления Еревана о находящихся под стражей армянских сепаратистах

    Баку решительно осуждает заявления МИД Армении касательно членов бывшего сепаратистского режима и других лиц, которых Азербайджан привлек к суду в качестве обвиняемых в военных и других тяжких преступлениях.

    Об этом говорится в комментарии пресс-секретаря МИД АР Айхана Гаджизаде.

    “Решительно осуждаем и отвергаем необоснованные заявления МИД Армении от 28 февраля 2025 года о якобы жестоком обращении с находящимися под стражей армянами и другими лицами, обвиняемыми в военных преступлениях, а также о продолжающемся судебном процессе над ними”, – отмечается в заявлении.

    Гаджизаде подчеркнул, что Армения вот уже почти 30 лет заботится о лидерах бывшего сепаратистского режима в Карабахе, однако они и другие лица, о которых шла речь в заявлении, обвиняются в тяжких преступлениях, в частности этнических чистках, военной агрессии, пытках и пр. Часть из них и вовсе уже осуждены за эти преступления.

    “В соответствии с Женевскими конвенциями, а также международным и национальным законодательством, Азербайджан имеет право и даже обязан расследовать подобные преступления и привлекать виновных к суду. Эти аресты полностью правомерны и не нарушают права задержанных. Даже если бы задержанные являлись военнопленными, в соответствии с третьей Женевской конвенцией военнопленные могут содержаться под стражей до завершения разбирательства по делам, в причастности к которым их подозревают. При необходимости, даже до конца срока отбывания наказания”, – отметил представитель ведомства.

    Он также напомнил, что по завершении Отечественной войны в 2020 году Азербайджан в качестве гуманитарного жеста и в соответствии со своими международными обязательствами освободил более 200 армян. Однако вернувшись в Армению некоторые из них были арестованы и допрошены армянскими властями.

    “Мы также хотели бы напомнить МИД Армении о другом жесте Азербайджана – позволить более 10 000 членам незаконных армянских вооруженных формирований сложить оружие и покинуть территорию страны после антитеррористических мероприятий 2023 года. Однако в отличие от Азербайджана, Армения не инициировала никаких расследований по фактам унижающего достоинство обращения с азербайджанскими военнопленными и задержанными гражданскими лицами, а также отказывается сотрудничать в вопросе определения судеб около 4 000 пропавших без вести азербайджанцев”, – говорится в заявлении.

    По словам Гаджизаде, очевидцы и многочисленные факты свидетельствуют о том, что все азербайджанские военнопленные подвергались пыткам, жестокому обращению и содержались в унижающих достоинство условиях в нарушение международного гуманитарного права, включая Женевские конвенции 1949 года.

    Заявление армянского ведомства, добавил Гаджизаде, яркое свидетельство обеспокоенности властей Армении судебным процессом над лицами, которых они некогда открыто поддерживали всеми возможными средствами и методами.

    “Поддержка оказывалась с целью продолжить агрессивную политику против Азербайджана. Государственная ответственность Армении как страны-оккупанта и ряд незаконных действий. И это – неоспоримый факт. Привлечение к ответственности этих лиц является вопросом справедливости, который не может быть подорван политическими манипуляциями”, – подчеркнул Гаджизаде.