Month: February 2025

  • XİN Ermənistanın hərbi cinayətlərdə təqsirləndirilən şəxslərlə bağlı bəyanatını rədd edib

    “Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbuslarla və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə pis rəftar, o cümlədən onların davam edən məhkəmə prosesi ilə bağlı əsassız iddiaların qeyd olunduğu 28 fevral 2025-ci il tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik”.

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:

    “Ermənistanın 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və saxlanılan digər erməni əsilli şəxslər ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər. Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər.

    Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin mütəmadi səfərləri, ailə üzvləri ilə telefon və video əlaqələri həyata keçirilib və sonuncu dəfə belə görüş fevral ayında təşkil olunub.

    Yaxşı məlumdur ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. Ermənistan XİN-ə onu da xatırlatmaq istərdik ki, Azərbaycan, həmçinin 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra 10 mindən çox qeyri-qanuni erməni silahlı qüvvələrinə silahı yerə qoymağa və Azərbaycan ərazilərini tərk etməyə icazə verməklə böyük jest edib.

    Azərbaycandan fərqli olaraq, Ermənistan nə azərbaycanlı hərbi əsirlərə və həbs edilmiş mülki şəxslərə qarşı ləyaqəti alçaldan rəftar halları ilə bağlı heç bir araşdırma başlatmayıb, nə də itkin düşmüş 4000 azərbaycanlının yeri barədə məlumatların verilməsində əməkdaşlıq edib. Şahidlərə və çoxsaylı faktlara əsasən, beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozularaq, bütün azərbaycanlı hərbi əsirlərə işgəncə verilib, onlar pis rəftara məruz qalıb, ləyaqəti alçaldan şəraitdə saxlanılıblar.

    Görünən odur ki, Ermənistan tərəfindən belə bir bəyanatın verilməsi, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər narahat olduqlarını nümayiş etdirir. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir.

    Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.

    Bu kritik dönəmdə, Azərbaycan tərəfi hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil olmaqla regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan Ermənistan tərəfinin çəkinəcəyini gözləyir”.

  • Azərbaycanın yeddi şəhərində liftlərlə bağlı tədbir görüləcək: 10 milyon manatadək vəsait ayrıldı

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının yeddi şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.12.4.4.12-ci (Təhlükəsizlik, sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi) abzasında nəzərdə tutulmuş vəsaitdən 9.940,0 (doqquz milyon doqquz yüz qırx) min manatı bu Sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər və rayon icra hakimiyyətlərinə ayrılır.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı ilə buradan tanış olmaq mümkündür.

  • Задержана Фатима Мёвламлы

    Фатима Мёвламлы задержана в связи с уголовным делом, связанным с Meydan TV.

    Как сообщает Report, она будет доставлена в суд на основании представления следственного органа.

    В пресс-службе Министерства внутренних дел информацию агентству Report подтвердили.

  • Fatimə Mövlamlı SAXLANILDI

    Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.

    F.Mövlamlı istintaq orqanın təqdimatı əsasında məhkəməyə çıxarılacaq.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.

  • İrandan Rusiyaya gedən maşında 97 kq narkotik tapıldı

    Yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitəsindən kahı formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. O, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

    Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

    Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı iki paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən 308 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 97 kiloqram 280 qram olan narkotik vasitə – marixuana aşkar edilib.

    Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi başlanıb və nəqliyyat vasitəsinin sürücüsü barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Пашинян планирует изменить текст преамбулы конституции Армении

    Премьер-министр Армении Никол Пашинян планирует вынести на референдум по изменению конституции страны предложение о замене в преамбуле Основного закона ссылку на декларацию о независимости. Вместо этого будет использован проект “Реальная Армения” его авторства.

    Об этом пишет газета “Грапарак” со ссылкой на источники в правящей партии “Гражданский договор”.

    По данным издания, идея Пашиняна не получила поддержки внутри партии, однако он твердо намерен реализовать этот план, даже если никто из его политической команды не поддержит инициативу.

    Отметим, что в сентябре 2024 года Пашинян заявил о возможности изменения конституции Армении для заключения мирного договора с Азербайджаном.

  • Paşinyan Ermənistan konstitusiyasının preambulasını dəyişdirməyi planlaşdırır

    Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasına dəyişikliklə bağlı referenduma əsas qanunun preambulasında müstəqillik bəyannaməsi ilə bağlı bəndin dəyişdirilməsi təklifini təqdim etməyi planlaşdırır.

    Bu barədə “Hraparak” qəzeti hakim “Vətəndaş Sazişi” partiyasındakı mənbələrə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, konstitusiyanın yeni redaktəsində Paşinyanın müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq.

    Məlumata görə, Paşinyanın ideyası partiya daxilində dəstəklənməyib. Lakin onun siyasi komandasından heç kim təşəbbüsü müdafiə etməsə belə, o, bu planı həyata keçirmək niyyətindədir.

    Xatırladaq ki, 2024-cü ilin sentyabrında Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Ermənistan konstitusiyasının dəyişdirilməsinin mümkünlüyünü bəyan edib.

  • Прогноз погоды в Азербайджане на первый день весны

    1 марта в Баку и на Абшеронском полуострове местами прогнозируется снегопад, ночью и утром в отдельных частях полуострова осадки примут интенсивный характер, к вечеру они сократятся, порывистый северо-западный ветер к вечеру стихнет.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха ночью в столице и на Абшероне составит 3-5 градусов мороза, днем – 0-3.

    Атмосферное давление повысится с 769 до 773 мм ртутного столба. Относительная влажность воздуха – 70-80%.

    В некоторых районах Азербайджана местами ожидается мокрый снег, снег, на отдельных территориях – интенсивный, вечером постепенно уменьшатся, местами – туман, порывистый западный ветер.

    Температура воздуха ночью составит 0-5 градусов мороза, днем – 1-5 градусов тепла, в горах ночью – 10-15, в высокогорье – 16-21, днем – 2-7 градусов ниже нуля.

    На некоторых дорогах ожидается гололедица.

  • Martın ilk günü Bakıya qar yağacaq, 5 dərəcə şaxta olacaq

    Azərbaycan ərazisində martın 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

    Gecə və səhər yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

    Havanın temperaturu gecə 3-5°, gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi yerlərdə tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 16-21°, gündüz 2-7° şaxta olacaq.

    Ölkə ərazisində bəzi yollar buz bağlayacaq.

  • В школах в Ханкенди, Шуше, Ходжалы и селе Сус впервые пройдет выпускной экзамен

    В средних школах в Ханкенди, Шуше, Ходжалы и селе Сус Лачынского района впервые состоится выпускной экзамен.

    Об этом Report заявили в Государственном экзаменационном центре (ГЭЦ) Азербайджана.

    Экзамен для учащихся 11-х классов пройдет 2 марта в школах, расположенных в освобожденных Агдеринском, Шушинском, Лачынском, Ходжалинском районах и Ханкенди. Кроме того, тестирование будет организовано в школах села Забух Лачынского района, села Агалы Зангиланского района и села Талыш Агдеринского района, где они проходят уже во второй раз.

    Всего в экзаменах примут участие 45 учащихся.

    На 9 марта запланирован выпускной экзамен в школах Агалы (Зангиланский район), Физули и Джебраила.