Month: February 2025

  • Xocalı, Xankəndi, Şuşa və Susda ilk dəfə buraxılış imtahanı keçiriləcək

    Xankəndi şəhəri 4 nömrəli, Xocalı və Şuşa şəhəri 1 nömrəli tam orta məktəblərdə və Laçın rayonu Sus kənd tam orta məktəbində ilk dəfə buraxılış imtahanı keçiriləcək.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

    Bildirilib ki, martın 2-də işğaldan azad olunmuş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

    Bundan əlavə, Laçın rayonu 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu məktəblərdə buraxılış imtahanları artıq ikinci dəfə təşkil edilir.

    İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları yeddi binada təşkil olunacaq. İmtahanın idarə olunmasına yeddi bina nümayəndəsi və yeddi imtahan rəhbəri cəlb olunub.

    Ümumilikdə işğaldan azad olunmuş rayonlardakı imtahanlarda 45 şagirdin iştirakı nəzərdə tutulub. İmtahan binalarına DİM əməkdaşları tərəfindən əvvəlcədən baxış keçirilib və lazımı hazırlıqlar görülüb.

    Martın 9-da isə Zəngilan rayon Ağalı kənd tam orta məktəbində, Füzuli şəhər M.Uluqbəy adında 1 nömrəli tam orta məktəbdə və Cəbrayıl şəhər M.Mehdizadə adına tam orta məktəbdə (bu məktəbdə ilk dəfədir) buraxılış imtahanı keçiriləcək.

  • Naxçıvanda dövlət qurumunda yoxlama aparılır

    Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlamalara başlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsində yoxlamalar həyata keçirilir.

    Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, “Naxçıvan Dövlət Nəqliyyat Xidməti” PHŞ-in fəaliyyət dövrü üzrə iş planına uyğun olaraq, aidiyyəti dövlət orqanı tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbiri təşkil edilib.

  • Bakıda 184 nömrəli marşrut xəttində avtobuslar yenilənəcək

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 184 nömrəli müntəzəm marşrut xətti üzrə müsabiqə keçirib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, müsabiqədə “General Auto Company” MMC qalib gəlib.

    Sabahdan 184 nömrəli marşrut üzrə sərnişinlərin daşınması 13 müasir və komfortlu avtobusla yerinə yetiriləcək. Avtobusları Yeni Suraxanı qəsəbəsinin Dəmiryol stansiyasından başlamaqla yeni sxem üzrə fəaliyyət göstərəcək. Məqsəd vətəndaşların Yeni Suraxanı qəsəbəsindən metronun “Koroğlu” və “Ulduz” stansiyaları istiqamətində gedişlərini asanlaşdırmaqdır.

    Marşrut üzrə gediş haqqı 50 qəpik təşkil edir və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

    “Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmət keyfiyyətinin, əlçatanlığın artırılması, təhlükəsizliyin və marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır”, – deyə AYNA bəyan edib.

  • Милли Меджлис утвердил поправки в закон “О медицинском страховании”

    Милли Меджлис принял в окончательном чтении поправки в закон “О медицинском страховании”.

    Как передает Oxu.Az, решение принято на сегодняшнем пленарном заседании Милли Меджлиса.

    Поправки касаются вопроса софинансирования убытков или ущерба, возникших в результате страхового случая.

  • “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik: GÜZƏŞT müddəti uzadıldı

    Milli Məclis müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciətin sadələşdirilməsi haqqında dəyişikliyi son oxunuşda qəbul edib.

    Parlamentin bugünkü plenar iclasında “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirə edilib.

    Qeyd edilib ki, qanunda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub.

    Dəyişiklik layihəsinə əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

    Nazirlər Kabinetinin təsdiq etdiyi İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin 10-cu hissəsində müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar göstərilib. Ümumilikdə, icbari tibbi sığorta göndəriş sistemi üzərində qurulub və göndəriş sxemi pozulduqda müştərək maliyyələşmə məbləği tətbiq edilir. İlkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan halların Xidmətlər Zərfi ilə müəyyən edilməsi maliyyələşmə münasibətlərinin də dəqiq icrası ilə nəticələnəcək.

    Digər sığortaolunanlar üzrə sığorta haqlarının yığımı 2025-ci il yanvarın 1-dən başlamalıdır.

    Layihəyə əsasən, müştərək maliyyələşmə məbləği haqqında güzəştin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

    Qanun layihəsində, həmçinin qeyd edilib ki, tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidindən asılı olmayaraq, müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq.

    Layihə səsverməyə çıxarılaraq üçüncü – son oxunuşda qəbul edilib.
    //oxu.az

  • Qayınata ona “başın üçün deyil” deyən kürəkənini döydü

    Suraxanı Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Kəramət Əmirovun (ad və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, dörd ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

    İttihama görə, hadisə 2 iyul 2024-cü il tarixdə, 22:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

    Belə ki, Kəramət Əmirovla bacısı oğlu və kürəkəni olan zərərçəkmiş Ziyad Quliyev (ad və soyadı şərtidir) arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Cinayət materialında qeyd edilib ki, zərərçəkmiş həyat yoldaşını körpə övladı ilə birlikdə tək qoyaraq razılıq olmadan işləmək məqsədi ilə Rusiyaya getməyi planlaşdırıb. Təqsirləndirilən şəxs də buna görə kürəkəninə zəng edərək irad bildirib.

    Kəramət Əmirov ifadəsində söyləyib ki, Ziyada “ağıllı ol, qulağını dartaram” deyib. Kürəkən isə cavabında qeyd edib ki, “başın üçün deyil”. Sonra zərərçəkmişin evinə gedən Kəramət mübahisə zamanı ona iki dəfə yumruq zərbələri endirərək, sağlamlığına az ağır xəsarətlər yetirib.

    Hadisədən sonra Kəramət Əmirov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

  • Стала известна личность третьей пострадавшей при взрыве в магазине OBA

    Установлена личность третьей пострадавшей при взрыве, произошедшем в магазине OBA, расположенном на территории совхоза Сюдчулюк в поселке Бина Хазарского района Баку.

    Как сообщает Oxu.Az, ею оказалась Наргюль Мухаммед гызы Бахшиева, проходившая мимо магазина в момент взрыва.

    Напомним, в результате инцидента пострадали три человека, двое из которых – 45-летняя Кямаля Ахмедова и 38-летняя Шалала Аскерова – являются сотрудницами OBA.

    По другой полученной Oxu.Az информации, лечение пострадавших сотрудников ООО OBA market продолжается в клинике Liv Bona Dea Hospital за счет компании. Пострадавшей Наргюль Бахшиевой компания оказала всю необходимую помощь.

    Отметим, что сайт направил запрос в Liv Bona Dea Hospital с целью получить информацию о состоянии здоровья К.Ахмедовой и Ш.Аскеровой.

  • “Oba market”də partlayış zamanı xəsarət alan üçüncü şəxsin kimliyi məlum olub

    Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən “Oba market”də baş vermiş partlayış zamanı xəsarət alan üçüncü şəxsin də kimliyi bəlli olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, partlayış zamanı marketin qarşısından keçərkən xəsarət alan şəxs Nargül Məhəmməd qızı Baxşıyeva olub.

    Xatırladaq ki, partlayış zamanı ümumilikdə üç nəfər xəsarət alıb ki, bunlardan ikisi – 45 yaşlı Kəmalə Əhmədova və 38 yaşlı Şəlalə Əsgərova – marketin əməkdaşlarıdır.

    Əldə etdiyimiz digər məlumata görə, “Oba market” MMC-nin xəsarət alan əməkdaşlarının müalicəsi şirkət hesabına “Liv Bona Dea”da davam etdirilir. Xəsarət alan Nargül Baxşıyevaya isə şirkət tərəfindən bütün yardımlar göstərilib.

    Qeyd edək ki, Kəmalə Əhmədova və Şəlalə Əsgərovanın səhhəti ilə bağlı məlumat almaq üçün “Liv Bona Dea”ya sorğu göndərilib.

  • Goranboyda işğal dövründə yararsız hala düşmüş suvarma kanalı yenidən istifadəyə verilib

    Goranboy rayonunun Tapqaraqoyunlu kəndində uzun illər işğal səbəbindən yararsız vəziyyətə düşən suvarma kanalı bərpa edilərək yenidən istifadəyə verilib.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

    Bildirilib ki, İncəçay çayından qidalanan və ümumi uzunluğu yeddi km olan Tap suvarma kanalını Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi texnikaların köməyi ilə bərpa edib, lil və kol-koslardan təmizləyib. Bunun nəticəsində Tapqaraqoyunluda 1500 hektar əkin sahəsinin suvarılması yaxşılaşıb.

    Bundan əlavə, rayon ərazisində suvarma sistemlərinin daha səmərəli işləməsi üçün 986 ədəd subartezian quyusu, 16 nasos stansiyası və ümumi uzunluğu 2277 km olan suvarma kanalları istismara verilib. İl ərzində 1035 subartezian quyusunun nasosları cari təmir edilib, 46 yeni nasos alınaraq quyulara quraşdırılıb.

    Bu il rayonda bir sıra əsaslı və cari təmir işlərinin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə məhsuldarlığını tamamilə itirmiş 34 subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanıb və işlərə başlanacaq. Eyni zamanda, istismar müddətini başa vurmuş Səfikürd nasos stansiyasının I pilləsində 1020 mm-lik boru xəttinin nəzərdə tutulan doqquz km-lik hissəsinin 400 metri bu il yenisi ilə əvəz olunacaq.

    Bunlarla yanaşı, içməli su təminatının yaxşılaşdırılması məqsədilə 11 kənddə yeni içməli su xətlərinin çəkilməsi, su anbarlarında və boru xətlərində təmir işlərinin aparılması nəzərdə tutulub. Hazırda rayon əhalisinin fasiləsiz içməli su ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Goranboy rayonunda və Murovdağ-Goranboy su kəməri ətrafında yerləşən kəndlərdə abonentlərə 24 saat fasiləsiz içməli su verilir. Əvvəllər Veyisli kəndinin Yeni qəsəbəsinə su günaşırı verilirdisə, hazırda gündəlik təmin edilir. Qazanbulaq qəsəbəsi və Tapqaraqoyunlu kəndində isə əhalinin tələbatına uyğun olaraq su təminatı həyata keçirilir.

  • Дорожная полиция обратилась к водителям, выезжающим на дальние дистанции

    Главное управление Государственной дорожной полиции (ГУГДП) обратилось к водителям, выезжающим на дальние дистанции.

    Как передает Median.Az со ссылкой на ГУГДП, водителям важно уделять внимание безопасности дорожного движения и учитывать ряд важных правил. А именно:

    1. Выбирайте скорость, соответствующую дорожным условиям – соблюдайте ограничение скорости в зависимости от погоды и состояния дороги. Даже скорость, которая обычно безопасна, может быть рискованной в непогоду или на загруженных дорогах;

    2. Будьте внимательны на дороге – сохраняйте концентрацию и всегда ведите машину осторожно. Использование телефона, усталость или другие причины отвлекают и увеличивают риск несчастных случаев;

    3. Пристегните ремни безопасности – важно, чтобы каждый пассажир был пристегнут. Это помогает сохранить жизнь как водителю, так и его пассажирам;

    4. Проверьте техническое состояние вашего автомобиля – прежде чем отправиться в поездку, обратите особое внимание на состояние тормозной системы, освещения и шин;

    5. Следуйте рекомендациям дорожной полиции – при получении информации о каких-либо ограничениях движения или дорожной обстановке на дороге немедленно следуйте указаниям сотрудников ГУГДП, приняв необходимые меры.