Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu türk dünyasını birləşdirəcək nəhəng layihə olan Zəngəzur dəhlizi ilə bağlı önəmli açıqlamalar verib.
Bu barədə Uraloğlu “TRT News”a xüsusi müsahibəsində bildirib.
O, layihənin son durumu ilə bağlı məlumat verib.
“Zəngəzur dəhlizinin Azərbaycan tərəfindəki hissəsinin 50%-dən çoxu tamamlanıb. Mövsümi şəraitlə bağlı bu il öz tərəfimizdə işlərə başlayacağıq”, – nazir bildirib.
Uraloğlu vurğulayıb ki, dəhlizin başa çatması ilə Türkiyənin Azərbaycana və Türk Dünyasına birbaşa çıxışı olacaq.
Начальник пресс-службы Министерства внутренних дел Азербайджана полковник-лейтенант полиции Эльшад Гаджиев предупредил о новом виде мошенничества, распространяющемся через социальные сети.
По его словам, мошенники используют программы, преобразующие текст в речь с помощью технологий искусственного интеллекта (ИИ).
Согласно информации, суть метода заключается в том, что ИИ воспроизводит текст голосом, максимально похожим на голос выбранного человека. Это позволяет мошенникам имитировать реальные голоса и организовывать обманные операции.
“В частности, могут быть также случаи, когда используются изображения и голоса известных людей. Важно быть бдительными и осведомленными о подобных угрозах”, – отметил представитель МВД.
Э.Гаджиев подчеркнул, что основной способ борьбы с такими преступлениями – это повышение информированности населения и осторожность.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sosial şəbəkələrdə yayılan yeni dələduzluq üsulu barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, süni intellektin səsli autentifikasiyasından istifadə edərək mətni nitqə çevirən proqramlar vasitəsilə çağırışlar yayılır.
Elşad Hacıyev qeyd edib ki, bu üsulda süni intellekt mətni oxuyur və seçilən səsi təkrarlayır, bununla da real dələduzluq əməliyyatları həyata keçirilir. Bu cür halların təhlükə yaratdığını vurğulayan nazirlik rəsmisi insanların diqqətli və məlumatlı olmalarının vacibliyini bildirib.
“Xüsusilə tanınmış şəxslərin görüntü və səslərindən istifadə olunmaqla bu cür çağırışlar yayıla bilər. Buna görə də, hər kəs ehtiyatlı olmalı və süni intellektlə mətni oxuyan və seçilən səsi təkrarlayan hallara qarşı xəbərdar olmalıdır”, – deyə Elşad Hacıyev əlavə edib.
O qeyd edib, bu cür dələduzluq hallarının qarşısını almağın tək yolu insanların məlumatlı olmaları və ehtiyatlı davranmalarıdır.
Высший антикоррупционный суд Украины избрал меру пресечения в виде двухмесячного ареста с возможностью внесения залога (около 362 000 долларов) Петру Оленичу, заместителю мэра Киева Виталия Кличко.
Об этом сообщила Специализированная антикоррупционная прокуратура Украины на своем Telegram-канале.
Помимо Оленича, под стражу взяли и других подозреваемых по этому делу, включая депутата Киевсовета Елену Марченко.
Информация о задержании 7 чиновников Киевского горсовета по подозрению в земельной коррупции появилась накануне после “масштабной операции” Специализированной антикоррупционной прокуратуры, распространившей информацию о противоправной деятельности, осуществлявшейся чиновниками в 2023-2024 годах.
В конце января киевский мэр Виталий Кличко заявил, что на власти города давят украинские силовики. По его словам, власти Киева пытаются дискредитировать, чтобы парализовать систему жизнеобеспечения населенного пункта. С этой целью на коммунальных предприятиях проводят обыски, считает мэр.
Ukraynanın Kiyev şəhərinin meri Vitali Kliçkonun müavini Petro Oleniç həbs edilib.
Median.Az nv.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu rəsmi “Telegram” kanalında məlumat verib.
Qeyd olunur ki, o, torpaq mənimsəmə ittihamı ilə iki ay müddətinə girov müqabilində həbs edilib.
Prokurorluğun məlumatına görə, onun həbsi barədə qərarı Korrupsiyaya Qarşı Mübarizə üzrə Ali Məhkəmə qəbul edib.
Bildirilir ki, məhkəmə mer müavininə 15 milyon qrivna (təxminən 361,6 min dollar) məbləğində girov qoyulmasına icazə verib.
Kliçko isə bildirib ki, Zelenskinin ofisi ona qarşı mübarizə aparır. Bununla yanaşı, mer Ukrayna paytaxtında hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərin artdığını açıqlayıb.
İtaliya sahillərində, Aeolian adalarında 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Median.Az unionesarda.it-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Episentri Alicudi və Filicudi adalarının arasında olan zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib. Bölgədə ard-arda müxtəlif maqnitudalı 8 yeraltı təkan olub.
Zəlzələ İtaliyanın cənubundakı Siciliya adasında, o cümlədən Messina, Kataniya və Palermo şəhərlərində aydın hiss olunub, əhali arasında təşviş yaradıb. Dağıntı və insan tələfatı olmadığı bildirilir.
Kerç boğazında tankerlərin qəzası və mazut sızıntısı nəticəsində tələf olan delfinlərin sayı 84-ə çatıb.
Bu barədə “İnterfaks”a “Delfa” Delfinləri Xilasetmə Elmi-Ekoloji Mərkəzinin direktoru Tatyana Beley məlumat verib.
Onun sözlərinə görə, yanvarın sonundan sahilə atılan ölü delfinlərin sayı azalıb.
“Hələlik gələcəkdə nə qədər delfinin tələf olacağını proqnozlaşdıra bilmirik. Balinakimilərdə ertələnən fəsadlar ola bilər: orqanizmdə toplanan toksikantların immuniteti əhəmiyyətli dərəcədə azaltması və bunun müxtəlif xəstəliklərə yol açması mümkün bilər”, – deyə T. Beley əlavə edib.
Əvvəllər mazut sızıntısından sonra təxminən 70 ölü delfinin tapıldığı bildirilirdi.
Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında mazut daşıyan “Volqaneft 212” və “Volqaneft 239” tankerləri qəzaya uğrayıb. Qəza sonucunda dənizə təxminən 2,4 min ton mazut axıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 18 ünvanında yerləşən “Xəzri” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə FHN məlumat yayıb.
Yoxlama zamanı məlum olub ki, obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur, obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır, fasad hissənin üzlənməsində istifadə olunmuş materialların yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim olunmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt yanğın su hovuzu və daxili yanğın su kranları ilə təmin olunmayıb, obyekt odsöndürən balonlarla tam təmin edilməyib, təxliyə planı mövcud deyil, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 18 ünvanında yerləşən “Xəzri” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Fevralın 8-də Qəzza zolağında saxlanılan girovların azadlığa buraxılması müqabilində İsrail 183 fələstinli məhbusu azad edəcək.
Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstinli Məhbuslar üzrə İnformasiya İdarəsi məlumat yayıb.
“Şənbə günü İsrail ilə razılaşmanın bir hissəsi olaraq ömürlük həbsə məhkum edilmiş 18, uzunmüddətli həbs cəzasına məhkum edilmiş 54 və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan 111 fələstinli azad ediləcək”, – məlumatda bildirilir.
Həmçinin Fələstinin HƏMAS hərəkatı fevralın 8-də Qəzza zolağında saxlanılan biri Almaniya vətəndaşı olmaqla, üç israilli girovu azad edəcəyini açıqlayıb.