Month: February 2025

  • СМИ: Винисиус отказался продлить контракт с “Реалом”

    Звездный бразильский вингер мадридского “Реала” Винисиус Жуниор отказался от предложения клуба продлить контракт.

    Об этом сообщает издание The Athletic.

    По информации источника, руководство “сливочных” инициировало встречу с футболистом и его агентом, на которой было предложено новое соглашение – зарплата размером 15 млн евро в год.

    Как отмечается, Винисиус отклонил это предложение, но переговоры все еще продолжаются.

    Добавим, что текущий контракт вингера с “Реалом” рассчитан до 30 июня 2027 года.

  • Vinisius “Real” ilə müqaviləsini uzatmaqdan imtina etdi

    “Real”ın ulduzu braziliyalı cinah oyunçusu Vinisius Junior klubun müqaviləsini uzatmaq təklifini rədd edib.

    Bu barədə “The Athletic” məlumat verib.

    Qeyd olunur ki, futbolçu ilə görüşün təşəbbüskarı və onun agenti “Real”ın rəhbərliyi olub və bu görüşdə yeni razılaşma təklif edilib. Razılaşmaya əsasən futbolçunun maaşı ildə 15 milyon avro olacaqdı.

    Məlumata görə, Vinisius bu təklifi rədd edib. Ancaq danışıqlar davam edir.

    Xatırladaq ki, vingerin “Real” ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

  • Коллегия адвокатов: В 2024 году адвокатам выплатили около 5.5 млн манатов из госбюджета

    В 2024 году адвокатам выплатили около 5.5 млн манатов за юридическую помощь, оказанную за счет государства.

    Об этом говорится в отчете Коллегии адвокатов за 2024 год.

    Отмечается, что данная сумма была предусмотрена в утвержденном государственном бюджете за 2024 год и выплачена Коллегии адвокатов полностью.

    В частности 96 адвокатским ведомствам и 37 индивидуально практикующим адвокатам (всего 979 адвокатов) было выплачено 5 499 994 манатов (включая банковские услуги) по 40 650 делам.

  • Ötən il vəkillərə 5.5 milyon manat ödəniş edilib – SƏBƏB

    Ötən il dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar vəkillərə 5 milyon 500 min manata yaxın pul ödənilib.

    Bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

    Bildirilib ki, ötən il təsdiq olunmuş dövlət büdcəsi üzrə Vəkillər Kollegiyasına göstərilən hüquqi yardımla əlaqədar 5 milyon 500 min manat vəsait nəzərdə tutulub və 2024-cü ildə həmin vəsaitin Kollegiyaya ayrılması müvafiq qaydada təmin olunub.

    Həmçinin kollegiya tərəfindən 2024-cü il ərzində büdcə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq və maliyyə intizamına riayət edilməklə cinayət prosesini həyata keçirən orqanların qərarları əsasında dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların (məbləğlərin) ödənişləri vaxtında təmin olunub.

    Belə ki, hesabat ilində dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların ödənilməsi üçün nəzərdə tutulan vəsaitlə bağlı xərclərin rüblər və aylar üzrə bölgüsünə uyğun olaraq, vəkil büroları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən sənədlərin Kollegiyaya təqdim edilməsi ardıcıllığı gözlənilməklə cinayət prosesini həyata keçirən orqanlar (təhqiqat, istintaq, prokurorluq orqanları və məhkəmələr), o cümlədən mülki işlər üzrə qəbul olunan qərarlar əsasında dövlət hesabına hüquqi yardıma görə 40 min 650 qərar üzrə 5 milyon 499 min 994 manat 34 qəpik (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 96 vəkil qurumuna və 37 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 979 vəkilə ödənişi təmin edilib.

  • Şamaxıda qumarxana aşkarlandı – Saxlanılanlar var

    Şamaxıda qumarxana aşkarlanıb.

    Şamaxı Rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

    Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E.Allahverdiyev, Z.Nəsibov, T.Pənahov və Ə.Quliyev, eləcə də obyektin sahibi N.Məlikov saxlanılıblar.

    Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

  • Azərbaycanda ət yeyənlər çoxalıb – İDDİA

    Son dövrlərdə ölkədə iri və xırda buynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunur.

    Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspertlər Modern.az-a bildiriblər ki, bunun əsas səbəbi ət istifadəsinin çox olmasıdır:
    “Heyvanlar çəkiyə dolmamış kəsilib ətindən istifadə edilir. İnsanlar quzu əti yeməyə çox üstünlük verir ki, bu da heyvanların baş sayının artmasına imkan vermir. İllərlə əhalinin sayının artması, ətə olan tələbatın çoxalması səbəbindən heyvanların sayı artmır. Bununla bağlı maarifləndirmə tədbirləri aparılsa da, təəssüf ki, müsbət nəticəsinə rast gəlinmir”.
    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış mövcud olub.
    2025-ci il yanvarın 1-i vəziyyətinə donuzıların sayı 3 103 baş olub.
    Rəsmi statistikaya görə, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb. Belə ki, bu azalma həm inək və camışların sayında (ötən il 1 235,1 baş olub), həm də qoyun və keçilərin sayında (ötən il 7 060,6 baş olub) özünü göstərir.
    Azalma eyni zamanda donuzların da sayında baş verib (ötən il 4 828 baş olub). 
    Qeyd edək ki, son vaxtlar Azərbaycanda ət bahalaşmağa daam edir. Hazırda mal ətinin qiyməti 15-16 manata satılır, qoyun ətinin qiyməti isə 20-24 manat arasında dəyişir. 

  • В Баку выпадет снег – Прогноз погоды в Азербайджане на 9 февраля

    9 февраля в Баку и на Абшеронском полуострове ожидаются осадки с перерывами, местами снег и мокрый снег, порывистый северо-западный ветер днем постепенно стихнет.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в столице и на Абшероне ночью составит от 1 градуса мороза до 1 тепла, днем – 1-3 градуса выше нуля.

    Атмосферное давление – 772 мм ртутного столба. Относительная влажность – 65-75%.

    В некоторых районах Азербайджана ожидаются дожди с перерывами, в горных и предгорных районах – снег, на отдельных территориях – туман, будет дуть умеренный восточный ветер.

    Температура воздуха ночью составит от 2 градусов мороза до 3 тепла, днем – 3-7 градусов выше нуля, в горах ночью – 8-13, в высокогорье – 15-20, днем – 3-8 градусов мороза.

    Ночью и утром в некоторых горных районах на дорогах возможна гололедица.

  • Sabah Bakıya qar yağacaq

    Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

    Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

    Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

  • Üç uşağı olanlara ŞAD XƏBƏR

    5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib. Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.

    Millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.

    Qeyd edək ki, hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır.

    Ətraflı süjetdə:

  • “Veteran pulu” bu tarixdə artırılacaq

    “Müavinət və təqaüdlərdə yaxın zamanlarda artım müşahidə olunacaq”.

    Median.Az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov ATV kanalında yayımlanan “Xəbərin Olsun” verilişində deyib.

    Deputatın sözlərinə görə, növbəti ayın ikinci yarısından Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərini dövlət başçısına təqdim edəcək.

    Bununla da, müavinət və təqaüdlərdə artım olacaq.
    Vüqar Bayramovun sözlərinə görə, artımlara müxtəlif növ müavinətlər, o cümlədən “veteran pulu” adlandırılan 80 manat da daxil olacaq.