Month: February 2025

  • В Баку 52-летний мужчина бросился с 9-го этажа

    На улице Фаига Юсифова в Наримановском районе Баку произошло самоубийство.

    Как сообщает lent.az, 52-летний Мустафа Мамедзаде выбросился из окна квартиры на девятом этаже дома, в котором проживал. От полученных травм мужчина скончался на месте.

    По данному факту ведется расследование.

  • Bakıda 52 yaşlı kişi özünü binadan atdı

    Bakıda kişi özünü binadan atıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, F.Yusifov küçəsində baş verib.

    52 yaşlı Mustafa Yasəf oğlu Məmmədzadə yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzilinin pəncərəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda tanınmış futbol həkimi vəfat etdi

    Azərbaycan futbolunda çalışan tanınmış həkim Sədrəddin Məmmədov dünyasını dəyişib.

    Bu barədə “Qarabağ” futbol klubunun sosial media hesabında paylaşım edilib.

    Qeyd edək ki, Sədrəddin Məmmədov “Qarabağ”, “Neftçi”, “Kəpəz”, “Turan”, “Səbail” klublarında və Azərbaycanın aşağı yaş yığmalarında fəaliyyət göstərib.

  • Azərbaycanda güclü qar yollarda təhlükəli vəziyyət yaratdı

    Lerik rayonu ərazisinə yağan güclü qar yolda təhlükəli vəziyyət yaradıb.

    Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

    Bildirilib ki, yolların buz bağlaması avtomobillərin hərəkətinə ciddi təhlükə yaradıb. Yol patrul xidmətinin əməkdaşları vəziyyətə müdaxilə edərək yolda qalan avtomobilin hərəkətini təmin edib.

    Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti hökm sürəcək, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq.

    Sözügedən kadrları təqdim edirik:

  • Dmitri Peskov Bakıda “Rus evi”nin bağlanması ilə bağlı açıqlama verib

    Kreml Bakıda “Rus evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir və bu qərara görə təəssüf hissi keçirir.

    Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

    “Biz bu qərara görə təəssüflənirik. Hesab edirik ki, bu, bir anlaşılmazlıqdır və ikitərəfli təmaslar nəticəsində həll edilə bilər”, – deyə Peskov vurğulayıb.

    Məsələ ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.

  • Azərbaycanda qarlı, yağışlı hava nə vaxtadək davam edəcək? – RƏSMİ

    Yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti hökm sürəcək, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

    Nazirlik rəsmisi qeyri-sabit hava şəraiti ilə əlaqəli sinoptiklərin verdiyi xəbərdarlıqlara əməl edilməsi tövsiyəsi ilə bir daha vətəndaşlara müraciət edib:

    “Hava haqqında Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən açıqladığı məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirilməli və gündəlik fəaliyyətdə mütləq şəkildə nəzərə alınmalıdır. Vətəndaşlara qeyri-sabit və küləkli hava şəraitində ehtiyatlı olmağı, hündür ağacların altında dayanmamağı, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamamağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması səbəbindən sürücülərə hərəkət edərkən diqqətli və ehtiyatlı davranmalarını tövsiyə edirik. Hər birimizin ehtiyatsızlığı müəyyən hadisələrə səbəb ola bilər. Xoşagəlməz halların baş verməməsi üçün ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir”.

  • “İnstpower” piramidasının Azərbaycandakı rəhbərinə HÖKM OXUNDU

    Azərbaycanda məşhurlaşmış fırıldaqçılıq üsullarından biri olan “İnstpower” piramidasının ölkədəki nümayəndəsi 1998-ci il təvəllüdlü Orxan Babayev cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, O.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

    Bildirilib ki, maliyyə piramidası “Poverbank biznesi”nə pul yatırmaq və bundan gündəlik qazanc əldə etmək vədi üzərində qurulub və buraya minlərlə insan qoşulub.

    Cinayət işi üzrə isə 20-yə yaxın şəxs zərərçəkmiş qismində tanınıb. Onlara 256 min manatdan artıq zərər dəydiyi qeyd edilib.

    Həmçinin məlum olub ki, Orxan Babayev onunla xaricdən əlaqə saxlayan “Cessika” və “Maria” adlı şəxslərlə əlbir olub. O, həyat yoldaşının adına 11 mobil nömrə alaraq həmin şəxslərə ötürüb. Xaricdəki şəxslər həmin mobil nömrələrlə “m10” mobil tətbiqində hesablar yaratmaqla pul qəbul etməyə başlayıblar. Beləliklə, milyonlarla manat bu yolla dövriyyədə olub. Daha sonra isə sistemin adminləri proqramı söndürərək bütün vəsaiti ələ keçiriblər.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Babayevə 8 il həbs cəzası verilib.

  • Prezident Samir Şərifova daha bir vəzifə verdi

    Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmana əsasən, şuranın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov olub.

    Buna qədər bu vəzifəni Baş nazirin sabiq müavini Əli Əhmədov icra edirdi.

  • Кто он – новый министр труда и социальной защиты населения Азербайджана? – ДОСЬЕ

    Распоряжениями Президента Ильхама Алиева Анар Алиев освобожден от должности заместителя министра труда и социальной защиты населения Азербайджанской Республики и назначен главой вышеупомянутого ведомства.

    Анар Алиев родился в 1980 году в Баку.

    В 2000 году окончил бакалавриат факультета международного права Бакинского государственного университета.

    В 2002 году получил степень магистра, а в 2006-м – степень доктора философии права.

    С 2000 по 2006 год А.Алиев работал секретарем судебного заседания в местном экономическом суде №1, в 2006-2008-х – главным консультантом юридического отдела Министерства экономики, а с 2008 по 2018 год – возглавлял этот отдел.

    Распоряжением Президента Азербайджанской Республики от 19 июня 2012 года Анар Алиев был награжден медалью “За отличие в государственной службе” за вклад в развитие экономики Азербайджана.

    С 2016 по 2018 год являлся членом Апелляционного совета при Президенте Азербайджанской Республики. Затем работал руководителем Аппарата Министерства труда и социальной защиты населения, а с 2018 года был замминистра.

    Женат, имеет двоих детей.

  • Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri KİMDİR? – DOSYE

    Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

    Dövlət başçısının digər Sərəncamı ilə Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

    Nazirin dosyesini təqdim edirik:

    Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.

    2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib.

    2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.

    2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

    Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.

    Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb, 2018-ci ildən etibarən isə nazirin müavini təyin edilib.

    Ailəlidir, iki övladı var.