Month: February 2025

  • Туск: Польша будет депортировать иностранцев, нарушающих в стране закон

    Власти Польши разработают программу борьбы с преступлениями, которые все чаще совершают в республике иностранцы.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом заявил премьер-министр Польши Дональд Туск на совместной пресс-конференции с главой Еврокомиссии Урсулой фон дер Ляйен.
    “Я принял решение и обратился к министрам внутренних дел и юстиции, чтобы они представили быстрый план немедленной реакции на организованную преступность иностранцев. Каждый, кто будучи в Польше серьезно нарушает право, будет депортирован из страны”, – сказал он.

    По словам Туска, в последнее время появилось слишком много случаев, которые свидетельствуют о том, что “если закрывать глаза на такие вещи, последствия будут печальными”.

    “В ближайшие дни будут решительные действия, которые ограничат преступность, если говорить о мигрантах и иностранцах, находящихся в Польше”, – отметил он.

  • Donald Tusk: Ölkədə qanun pozan əcnəbiləri deportasiya edəcəyik

    Polşa hökuməti ölkədə əcnəbilər tərəfindən getdikcə daha çox törədilən cinayətlərlə mübarizə proqramı hazırlayacaq.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında bildirib.

    “Qərar qəbul etdim və daxili işlər və ədliyyə nazirlərindən əcnəbilər tərəfindən mütəşəkkil cinayətkarlığa dərhal reaksiya üçün çevik plan təqdim etmələrini istədim. Polşada olarkən qanunları ciddi şəkildə pozan hər kəs ölkədən deportasiya ediləcək”, – o deyib.

    Donald Tuskun sözlərinə görə, son vaxtlar bu cür hallar çoxalıb və bu onu göstərir ki, belə şeylərə göz yumulsa, nəticələr ağır olacaq.

    “Yaxın günlərdə Polşada cinayəti məhdudlaşdıran qətiyyətli addımlar atılacaq”, – o qeyd edib.

  • Türkiyədə güclü zəlzələ oldu

    Türkiyənin Egey dənizi sahillərində 4,8 gücündə zəlzələ baş verib.

    Median.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

    Məlumata görə, yeraltı təkan 7 km dərinlikdə qeydə alınıb.

  • Bakıda “Bolt” taksisi YANIR – VİDEO

    Bakıda taksi yanır.

    Bu barədə publika.az-ın əməkdaşı hadisə yerindən bildirib.

    Məlumata görə, “Bolt” şirkətinə məxsus avtomobillərdən biri naməlum səbəbdən alovlanıb.

    Hadisə yerindən görüntüləri təqdim edirik:

  • Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

    Milli Hidrometeorologiya Xidmətinin fevralın 7-si saat 19:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edir.

    Apa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Belə ki, Neftçala, Biləsuvar, Lənkəran, Astarada arabir yağış, Qəbələ, Quba, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır.

    Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-yə çatıb.

    Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Quba, Qusar, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 11, Naxçıvan MR-da 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

    Fevralın 10-dan ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

  • Джалал Арутюнян приговорен к 5.5 года лишения свободы

    Бывший командующий так называемой “армией обороны” сепаратистского режима в Карабахе Джалал Арутюнян приговорен к 5.5 года лишения свободы.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, соответствующий вердикт опубликовал в пятницу суд общей юрисдикции Сюникской области Армении.

    Ранее прокуроры требовали 6 лет тюрьмы для Арутюняна, родители погибших в 44-войне солдат, признанные потерпевшими, настаивали на 8 годах лишения свободы.

    Арутюнян в январе этого года был признан виновным в халатности, допущенной в условиях военного положения.

    Отметим, что против Арутюняна ранее было возбуждено дело по двум эпизодам, связанным с 44-дневной войной 2020 года. Один касается предпринятого в начале октября контрнаступления на юге, ставшего неудачным для армянской стороны. По версии следствия, действия командующего привели к большим потерям в живой силе и бронетехнике, резервные силы стали небоеспособными, а огневые позиции перешли под контроль противоположной стороны.

    Еще один эпизод касается уничтожения личного состава артиллерийского дивизиона близ Физули 12 октября 2020 года. Бойцы подразделения оказались в окружении, в том числе в результате ошибочной информации “командования” и, в частности, Арутюняна.

    Напомним, Арутюнян командовал так называемой “армией обороны” в течение основного периода 44-дневной войны, до 27 октября 2020 года. После получения тяжелого ранения его сменил Микаэл Арзуманян.

  • Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edildi

    Ermənistanda məhkəmə Qarabağdakı keçmiş separatçı rejimin keçmiş komandanı Cəlal Harutyunyanı 5 il 5 ay müddətinə həbsə məhkum edib.

    Median.Az bu barədə “Sputnik” Ermənistana istinadən xəbər verib.

    Qeyd edək ki, Cəlal Harutyunyanın məhkəməsi Sünikdə baş tutub.

    Prokurorlar Cəlal Harutyunyan üçün 6 il həbs istəmişdilər.

    44 günlük müharibədə ölən əsgərlərin valideynləri isə müttəhimin 8 il həbs edilməsinə israr edirdilər.

    Məlumat üçün əlavə edək ki, C.Harutyunyanın ittiham edildiyi epizodlar əsasən 44 günlük müharibə zamanı separatçı ordunun “əks-hücum əməliyyatlarının” uğursuzluqla nəticələnməsi ilə bağlıdır.

  • “Oleq Bakinski”nin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib

    Ukraynalı “kriminal avtoritet” Oleq Krapivin (“Oleq Bakinski”) və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Krapovinin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

    O, müvəkkilinin səhhətində problem olduğunu və məhkəmə istintaqının bitməsinə qədər onun ev dustaqlığına buraxılmasını xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.

    Sonra Konstantin Kuçer ifadə verib. O bildirib ki, 2017-2018-ci illərdə Fransada yaşayıb:

    “Mən mülki aviasiya ehtiyat hissələrinin idxalı və ixracı ilə məşğul olurdum. İspaniyada da şirkətim var idi, lakin təsisçisi başqa adam idi. Həmin ehtiyat hissələrini müxtəlif ölkələrdən, o cümlədən Ukraynadan da idxal edirdik”.

    K.Kuçer deyib ki, onun ləğv edilmiş “Günaybank”dan başqa, digər banklarda da hesabı olub:

    “Günaybank” bağlandıqdan sonra başqa banklardakı hesablarımdan ehtiyat hissələrinin bir qisminin ödənişini etmişdim. Lakin yükün Rusiyaya göndərildiyini əsas gətirərək saxlamışdılar. Hətta Qazaxıstana gedən yükün belə Rusiyaya göndəriləcəyini düşünürdülər”.

    O həmçinin vurğulayıb ki, Valeriy Zaxarenkov ilə görüşəndə onun yanında Oleq Krapivin, Füzuli Musayev və digərləri olub:

    “Onlar 5 nəfər idilər. Mən sənədləri gətirmək üçün oradan çıxdım, 5 dəqiqə sonra geri qayıtdım. Qayıdanda hər şey qaydasında idi, təxminən 40 dəqiqə oturduq”.

    Daha sonra Oleq Krapivin ifadə verib. O bildirib ki, qarşı tərəf onunla söyüşlə danışıb:

    “Dedim ki, söyüşü geri götür, üzr istə, bitsin, getsin. Əsəbi halda söyüşlə danışırdı. Daha sonra üstümə gəlməyə başladı. Zaxarenkov söyüş söyəndə Kuçer otaqda yox idi. Onların bir-birini tanıdığını sonradan öyrəndim. Məni niyə çağırdıqlarını bilmirdim. Kuçerin Zaxarenkovu vurduğunu görməmişəm”.

    Zərərçəkən Valeriy Zaxarenkov təqsirləndirilən Oleq Krapivinə onu ikinci dəfə oraya kimin çağırdığı ilə bağlı sual verib. Təqsirləndirilən şəxs söyləyib ki, onu ikinci dəfə oraya Füzuli Musayev çağırıb.

    Daha sonra zərərçəkən Valeriy Zaxarenkov ifadə verib. Onun sözlərinə görə, birinci dəfə onu Oleq Krapivin, daha sonra isə Konstantin Kuçer vurub.

    Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin olunub.

    Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

    Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və “Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

    “Oleq Bakinski” DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

  • Хикмет Гаджиев принял посла Пакистана в Азербайджане

    Помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев принял посла Пакистана в нашей стране Гасыма Мохиуддина.

    Об этом пакистанский дипломат написал на своей странице в соцсети X (ранее Twiter).

    “Мы сохраняем нашу приверженность достижению еще больших успехов в братских отношениях между Пакистаном и Азербайджаном”, – отметил Г.Мохиуддин.

  • Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.

    Bu barədə Qasım Mohiuddin “X” hesabında yazıb.

    “2025-ci ilə doğru irəliləyərkən Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində daha böyük uğurlara nail olmaq üçün öz öhdəliyimizi qoruyuruq”, – diplomat bildirib.