Month: February 2025

  • Почему в Азербайджане уменьшился вес хлеба? (ВИДЕО)

    Помимо заводского хлеба весом 510 г, который продается в магазинах по 55 гяпиков, для ассортимента будет предлагаться и изделие весом 620 г по новой цене – 65 гяпиков.

    Как сообщает Median.Az со ссылкой на Baku TV, об этом говорится в распространяемой в последние дни информации о стоимости заводского хлеба. Примечательно, что вес продаваемого за 55 гяпиков изделия уменьшился.

    Ранее, в январе 2022 года, в заявлении Госслужбы по антимонопольному контролю и надзору за потребительским рынком Азербайджана говорилось, что при повышении цены на хлеб с 50 до 65 гяпиков его вес будет составлять 650 г.

    В совместном заявлении крупных производителей Азербайджана в августе того же года в контексте повышения стоимости также указывалось, что вес хлеба составит 650 г. За это время оптовая цена одного мешка муки снизилась с 40 манатов 70 гяпиков до 25 манатов, то есть почти на 40%. Это позволило постепенно снизить стоимость хлеба весом 650 г с 70 до 55 гяпиков, на 21.5%. Однако из последнего заявления становится очевидным, что производители фактически компенсировали снижение цены на хлеб уменьшением его веса.

    В результате вес хлеба снизился на 21.5%, с 650 до 510 г. Таким образом, удешевление муки не оказало реального влияния на его стоимость.

    Подробнее – в сюжете:

  • Çörəyin çəkisi niyə azalıb? – Yayılan xəbərlərlə bağlı MÜHÜM AÇIQLAMA (VİDEO)

    Marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni qiymətə – 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük ediləcək.

    Median.Az Baku TV-yə istinadən məlumat verir ki, bu barədə son günlərdə zavod çörəyinin qiyməti ilə bağlı yayılan məlumatda bildirilib. Diqqətçəkən məqam isə 55 qəpiyə satılan çörəyin çəkisinin 510 qram olmasıdır, yəni azaldılmasıdır.

    Söhbət ondan gedir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2022-ci ilin yanvar ayında çörəyin qiymətinin 50 qəpikdən 65 qəpiyə yüksəlməsi ilə bağlı açıqlamasında çörəyin çəkisinin 650 qram olacağı bildirilmişdi.

    Eyni zamanda, həmin ilin avqustunda Azərbaycanın iri un və çörək istehsalçılarının qiymətin 65 qəpikdən 70 qəpiyə qaldırılması ilə bağlı birgə məlumatında da çörəyin çəkisinin 650 qram olacağı vurğulanmışdı. Ötən müddətdə bir kisə unun topdansatış qiymətinin 40 manat 70 qəpikdən 25 manatadək, yəni 40 faizə yaxın ucuzlaşması əsas gətirilərək çörəyin qiyməti də aşağı salınıb.

    Belə ki, 650 qramlıq çörəyin qiyməti mərhələlərlə 70 qəpikdən 55 qəpiyə, yəni 21,5 faiz endirilib. Lakin son açıqlamadan belə məlum olur ki, istehsalçılar çörəyin qiymətindəki endirimi, əslində, onun çəkisi ilə kompensasiya ediblər.

    Bununla da çəki 21,5 faiz, yəni 650-dən 510 qrama qədər azaldılıb. Unun ucuzlaşmasının isə qiymətə real təsiri olmayıb.

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, çörəyin çəkisini sahibkarlar özləri sərbəst müəyyən edirlər:

    “Sahibkarlar müxtəlif qiymətə müxtəlif çeşiddə çörəklər təklif edirlər. İstehsalçılar onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan məhsulu sərbəst seçərək ala bilərlər. Qanunvericilikdə və müvafiq dövlət standartında çörəyin konkret çəki meyarı ilə bağlı tələb müəyyən edilməmişdir. Çörəyin çəkisi sahibkarlar tərəfindən sərbəst müəyyən edilir. Lakin qablaşdırılmasında onun çəkisi göstərilməlidir”.

    Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, sahibkar un bahalaşanda çörəyin qiymətini artırdığı halda xammal ucuzlaşanda qiyməti çəkini azaltmaq hesabına endirir. Əksər marketlərdə müşahidələr zamanı isə zavod çörəyi olaraq əsasən qiyməti 55 yox, 65 qəpiyə olan məhsullara rast gəlmək olur.

    Ətraflı süjetdə:

  • Более 40 000 госслужащих согласились уволиться по предложению Дональда Трампа

    Более 40 000 государственных служащих США согласись уволиться в обмен на выплату зарплаты за восемь месяцев.

    Об этом сообщает The Wall Street Journal (WSJ) со ссылкой на источники в Управлении кадровой службы (OPM).

    Белый дом предложил эту сделку в конце января. Администрация Дональда Трампа надеялась, что решение уволиться на таких условиях примут 5-10% госслужащих, что позволит экономить около 100 млрд долларов ежегодно. Однако информация о том, как была получена такая оценка, не предоставлялась, отмечает издание. Подать заявление можно до 6 февраля.

    По словам опрошенных газетой сотрудников федеральных ведомств, они скептически относятся к тому, что уволившимся по собственному желанию будут платить зарплату до сентября. Они также не уверены, смогут ли устроиться на новую работу, получить доступ к пенсии за госслужбу, или снова вернуться на государственную службу в будущем.

    Во время предвыборной кампании Трамп пообещал реформировать бюрократический аппарат США. Помимо сокращения штата госслужащих, республиканец подписал указ об отмене удаленной работы для сотрудников госсектора.

    Накануне Центральное разведывательное управление (ЦРУ) США распространило среди сотрудников предложение об увольнении с условием получения зарплаты за восемь месяцев и льгот. Помощник нового директора ЦРУ Джона Рэтклиффа сообщил, что управление также замораживает прием на работу новых сотрудников, уже получивших предложение устроиться на службу.

  • 40 mindən çox məmur Trampın təklifi ilə RAZILAŞDI: İşdən çıxırlar

    ABŞ-nin 40 mindən çox dövlət qulluqçusu səkkiz ayın maaşının ödənilməsi qarşılığında könüllü işdən çıxmağa razılaşıb.

    Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

    Ağ Ev bu sövdələşməni yanvarın sonunda təklif etmişdi. Donald Tramp Administrasiyası ümid edirdi ki, dövlət qulluqçularının 5-10 faizi bu şərtlər əsasında işdən çıxmaq qərarını qəbul edəcək, bu da hər il təqribən 100 milyard dollar qənaət etməyə imkan verəcək.

    Könüllü işdən çıxmaq üçün fevralın 6-dək müraciət etmək olar.

    Xatırladaq ki, D.Tramp seçkiqabağı kampaniya zamanı ABŞ-nin bürokratik aparatını yenidən təşkil etmək vədi vermişdi.

  • Əfsanəvi “F-1” pilotunun dəbilqəsi hərraca çıxarıldı

    “Formula-1″in əfsanəvi pilotu Mixael Şumaxerin dəbilqəsi hərracda satılıb.

    Qoruyucu əşya 36 min avroya öz sahibini tapıb.

    Şumaxer həmin dəbilqədən 1992-ci il mövsümündə “Benetton” komandasının heyətində çıxış edərkən Belçika Qran-prisində istifadə edib.

    Qeyd edək ki, Mixael Şumaxer Spa-Frankoşarm trasında keçirilən yarışın qalibi olub.

  • Azərbaycana gətirilən arıqlama çaylarında təhlükəli maddə aşkarlandı – XƏBƏRDARLIQ

    Son dövrlər elektron ticarət yolu ilə kütləvi formada “arıqlama çayı və qəhvələri” adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində bir sıra hallarda güclü təsirə malik maddə hesab edilən sibutramin maddəsinin olduğu aşkar edilib.

    Bu barədə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

    Bildirilib ki, sibutramin maddəsi 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir və bu tərkibdə malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə, yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin 240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur:

    “Ölkə ərazisinə qadağan edilən bu kimi maddələrin gətirilməsinin qarşısının alınması üçün sifariş edilməsinə, daşınmasına yol verilməməsinin vacibliyi diqqətə çatdırılır.

    Güclü təsir edən maddələrin ölkəyə qanunsuz yollarla gətirilməsində sifariş verən şəxslərlə bərabər daşıyıcı şirkətlər və digər şəxslər də qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.

    Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının Protokoluna əsasən, piylənmə əleyhinə vasitə kimi istifadə olunan sibutramin tərkibli məhsulların insan orqanizmi üçün təhlükəli olduğu və sağlamlığa göstərdiyi ciddi təsirləri nəzərə alınaraq dövlət qeydiyyatdan çıxarılması barədə qərar qəbul olunub və tərkibində sibutramin olan məhsulların dövlət qeydiyyatına alınması qadağan edilib. Sözügedən qərarlarda haqqında danışılan maddənin Avropa Səhiyyə Təşkilatı tərəfindən qeydiyyatdan çıxarılması və beynəlxalq səviyyədə onların istifadəsinin qadağan olunması təsbit olunub. Ona görə də, vətəndaşlara onlayn sifariş zamanı diqqətli olmaq tövsiyə edilir.

    Sibutramin təsiredici maddəsinin, ümumilikdə 10 092 əlavə təsiri haqqında məlumatlar mövcuddur. Adıçəkilən maddənin əlavə təsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq, başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya, narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, miqren, miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərinin kəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma, koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və s. göstərmək olar. Bu səbəblərdən sibutraminin istifadəsi bir çox ölkələrdə dayandırılıb. Belə ki, Azərbaycandan başqa, sibutramin tərkibli məhsulların dövlət qeydiyyatına alınması Avropa İttifaqı ölkələrində, həmçinin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Misir və digər dövlətlərdə qadağan olunub.

    Sonda, əhaliyə piylənməyə qarşı sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunan üsullara üstünlük vermələri və sağlamlığa ziyan gətirən belə məhsulların istifadəsindən uzaq durmaları tövsiyə olunur”.

  • Bu məktəbdə yoxlamalar BAŞLADI

    Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şagird davamiyyətinin az olması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.

    Median.Az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, məsələ ilə əlaqədar olaraq sözügedən məktəbdə kompleks yoxlamalara başlanılıb.

    Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək./modern.az

  • Laçında aşan yük avtomobilinin görüntüsü – VİDEO

    Xəbər verdiyimiz kimi, Laçın rayonunun Pircahan kəndi ərazisində ağır yol qəzası baş verib.

    “Howo” markalı yük avtomobilinin aşması nəticəsində sürücü Aslan Nağızadə ölüb. (unikal)

    Qəzaya uğrayan nəqliyyat vasitəsinin görüntüsünü təqdim edirik:

  • Hansı avtomobillər keyfiyyətsizdir?

    Ölkəmizə gətirilən və ucuz satılan nəqliyyat vasitələrinin əksəriyyəti Avropa standartlarına cavab vermir.

    Median.Az xəbər verir ki, bunu Baku TV-nin “Baku Aktual” verilişində nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

    “Həmin avtomobillər nə təhlükəsizlik, nə də ekoloji standartlara cavab verir. Qəza zamanı ağır fəsadlar yaşanır və ölüm halları da çox olur. Avropa İttifaqı ölkələrinin “crash” testləri var. Testdən keçə bilirsə, nəqliyyat vasitələri Avropa ölkələrində istismar oluna bilir. Avropa İttifaqı ölkələrində Çinin istehsal etdiyi dörd markanın yalnız 4 modeli testdən keçib. Bir marka var ki, onun 2 modeli Azərbaycanda yavaş-yavaş populyarlaşmağa başlayıb”, – deyə o, sözlərinə əlavə edib.

  • Повстанцы М23 наступают на востоке ДР Конго

    Группировка “Движение 23 марта” (М23), несмотря на объявленный ею же режим прекращения огня в Демократической Республике Конго, тем не менее, не прекратила наступать.

    Об этом передает AP со ссылкой на сообщения местных жителей.

    Согласно их данным, отряды М23 вошли в город Ньябибве, который находится в 96 км к северу от Букаву – столицы провинции Южное Киву.

    AP напоминает, что в М23 заявляли о нежелании захватывать Букаву и другие территории, но обещали дойти до столицы ДРК Киншасы в случае неконструктивной позиции конголезского правительства.

    Отметим, что 4 февраля стало известно, что М23, которая при поддержке руандийской армии захватила Гому – административный центр провинции Северное Киву, ввела режим прекращения огня в связи с гуманитарным кризисом. По некоторым данным, в Гоме погибли 2 тысячи человек. Однако власти ДРК назвали такие сообщения ложными; ООН также сообщала о тяжелых боях в регионе.

    По оценкам ООН, М23 поддерживают 4 тысячи руандийских военных. Также на востоке ДРК присутствуют и помогают правительственным силам несколько тысяч военных Бурунди, у которых напряженные отношения с Руандой.