Month: February 2025

  • Самолет санавиации совершил жесткую посадку в Казахстане

    Самолет санитарной авиации Ан-2 совершил жесткую посадку в Казахстане в условиях бурана.

    Как передает Median.Az, об этом сообщили в Департаменте чрезвычайных ситуаций Костанайской области.

    “Сегодня в условиях сильного бурана в 1.5 км от города Аркалык, вблизи аэропорта, самолет санитарной авиации Ан-2, следовавший рейсом Костанай – Аркалык, совершил жесткую посадку”, – говорится в сообщении.

    Отмечается, что в самолете находились два пилота и два врача.

    “Благодаря слаженным и оперативным действиям спасателей все находившиеся на борту были быстро обнаружены и доставлены в Аркалык. Пострадавших нет. Обстоятельства происшествия устанавливаются”, – подчеркнули в ведомстве.

  • “An-2” sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib

    Qazaxıstanın Arkalık şəhəri yaxınlığında qar fırtınası şəraitində “An-2” sanitar təyyarəsi sərt eniş edib.

    Median.Az “Tengrinews”a istinadən xəbər verir ki, bu barədə Kostanay vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

    “Bu gün Kostanay-Arkalık reysi ilə uçan “An-2″ tibbi təyyarəsi güclü qar fırtınası şəraitində Arkalık şəhərindən 1,5 km məsafədə, hava limanı yaxınlığında sərt eniş edib”, – məlumatda qeyd olunub.

    Təyyarədə iki pilot və iki həkim olub.

    “Xilasedicilərin əlaqələndirilmiş və operativ fəaliyyəti sayəsində təyyarədə olan bütün şəxslər tez bir zamanda aşkar edilərək Arkalık şəhərinə çatdırılıb. Xəsarət alan yoxdur. Hadisənin təfərrüatları araşdırılır”, – qurumdan bildirilib.

  • Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq

    Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ilə bağlı Ali Məhkəmənin qərarı məlum olub.

    Median.Az “Qaynarinfo”ya istinadən məlumat verir ki, Ali Məhkəmə işin yenidən apellyasiya instansiyasında araşdırılması ilə bağlı qərar qəbul edib. Abel Məhərrəmovu məhkəməyə verən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun vəkili Anar Qasımlı xəbəri təsdiqləyib.

    Vəkil bildirib ki, birinci və apellyasiya instansiyaları işə ədalətli yanaşmamışdı. Bu baxımdan, Ali Məhkəmənin qərarı təqdirəlayiqdir:

    “Kassasiya şikayətində apellyasiya instansiyasının qərarının ləğv edilərək, Nazim Əmirovun xeyrinə qərar qəbul edilməsi istənilirdi. Lakin Ali Məhkəmə şikayəti qismən təmin edərək, işi təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxardı. Bu halda belə, qərarı müəyyən mənada ədalətli hesab etmək mümkündür. Ümid edirəm ki, apellyasiya instansiyasında təkrar baxış zamanı da ədalətli qərar çıxarılacaq”.

    İşin detallarına gəlincə, iddiaya görə, Abel Məhərrəmov Altıağaca qəsəbəsində Nazim Əmirova məxsus torpaq sahəsini zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirib. Keçmiş rektor həmin ərazidə özünə dəbdəbəli villa tikib. Nazim Əmirov bundan xəbər tutduqda məhkəməyə üz tutub.

    Xızı Rayon Məhkəməsi polkovnik-leytenantın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

  • Məşhur cərrah Dilqəm Məhərrəmov və həyat yoldaşı lisenziyasız qaldılar

    Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib.

    Median.Az Bakupost.az-a istinadən məlumat verir ki, məşhur plastik rekonstruktiv cərrah, Xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan Dilqəm Məhərrəmovun da lisenziyasının vaxtı bitib və ona yeni sertifikasiya şəhadətnaməsi verilməyib.

    Qeyd edək ki, onun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrah kimi fəaliyyət göstərirdi.

    Sertifikasiya şəhadətnaməsi ləğv edilənlər arasında N.Əhmədovanın da adı var. D.Məhərrəmov və həyat yoldaşının işlərinə davam edib-etməyəcəyi sual altındadır.

  • Глава ГФСЗ: Повышение минимальной зарплаты коснется 700 000 человек

    Повышение минимальной заработной платы коснется 700 000 человек.

    Как сообщает Oxu.Az, об этом заявил председатель правления Государственного фонда социальной защиты (ГФСЗ) Гималай Мамишов на сегодняшнем брифинге.

    По его словам, из них 400 000 человек – это работники государственного сектора, а 300 000 – частного.

    Напомним, что, согласно распоряжению Президента Ильхама Алиева от 23 декабря 2024 года, в рамках нового пакета социальных реформ минимальная заработная плата была увеличена на 16% – с 345 до 400 манатов. Кроме того, были повышены заработные платы в ряде сфер, включая частный сектор.

  • DSMF sədri: “Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək”

    “Minimum əməkhaqqının artırılması 700 000 şəxsi əhatə edir”.

    Bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov brifinqdə deyib.

    O bildirib ki, minimum əməkhaqqı artırılan şəxslərdən 400 000 nəfəri dövlət, 300 000 nəfəri isə özəl sektorda çalışır.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.

  • Azərbaycan Kuboku: “Sabah” – “Sumqayıt” oyununda hesab açılmayıb

    Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sabah” doğma meydanda “Sumqayıt”la qarşılaşıb.

    “Bank Respublika Arena”da baş tutan matçda hesab açılmayıb.

    Tərəflər arasında cavab matçı fevralın 27-də baş tutacaq.

    Günün ilk qarşılaşmasında “Neftçi” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.

    Qeyd edək ki, 1/4 final mərhələsinin digər ilk oyunları fevralın 6-da keçiriləcək.

  • Ağcabədidə keçmiş məhkum özünü asdı

    Ağcabədidə intihar hadisəsi olub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

    Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı Şamil Şakir oğlu Şükürov yaşadığı evin həyətində özünü asıb.

    Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Отчет о крушении борта AZAL: пробоины в фюзеляже и манипуляции с “Ковром”

    Министерство транспорта Казахстана опубликовало предварительный отчет о расследовании катастрофы пассажирского самолета Embraer 190, выполнявшего рейс из Баку в Грозный.

    Об этом говорится в новом выпуске аналитического YouTube-канала Caliber.

    “25 декабря 2024 года самолет Embraer 190-100 с регистрационным номером 4K-AZ65, принадлежащий ЗАО Azerbaijan Airlines (AZAL), выполнял регулярный рейс по маршруту Баку – Грозный. После неудачной попытки посадки в Грозном экипаж принял решение вернуться в Баку, однако самолет потерял управление и разбился на территории Казахстана, вблизи аэропорта Актау.

    В результате катастрофы погибли два пилота, старший бортпроводник и 35 пассажиров. Тем не менее, благодаря мужеству и профессионализму экипажа, удалось спасти 29 человек”, – отмечается в материале.

    Подробнее – в видео.

  • AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ (VİDEO)

    Ötən gün Qazaxıstanın Nəqliyyat Nazirliyi Bakıdan Qroznıya uçan “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatın ilkin hesabatını dərc edib.

    “Caliber” YouTube kanalının yeni buraxılışı sözügedən hesabata həsr edilib.

    “2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus 4K-AZ65 dövlət nömrə nişanlı Embraer 190-100 təyyarəsi Bakıdan Qroznıya müntəzəm reys həyata keçirib. Qroznıda uğursuz eniş cəhdindən sonra ekipaj Bakıya qayıtmaq qərarına gəlib, lakin təyyarə Qazaxıstanın Aktau hava limanı yaxınlığında idarəetməni itirib və qəzaya uğrayıb.

    Qəza nəticəsində iki pilot, bir nəfər bələdçi və 35 sərnişin həlak olub. Lakin ekipajın cəsarəti və peşəkarlığı sayəsində 29 nəfəri xilas etmək mümkün olub” – deyə videomaterialda qeyd olunur.

    Təyyarə qəzasına səbəb olan digər detalların ilkin hesabatı haqqında daha ətraflı “Caliber”in növbəti videosüjetində: