Month: February 2025

  • “M23” üsyançıları Konqonun şərqində irəliləyir

    “23 Mart Hərəkatı” (M23) hərbi qruplaşması Konqo Demokratik Respublikasında elə özlərinin elan etdiyi atəşkəsə baxmayaraq, irəliləyir.

    Bu barədə AP yerli sakinlərə istinadən məlumat yayıb.

    Onların məlumatına görə, “M23” bölmələri Cənubi Kivu əyalətinin paytaxtı Bukavudan 96 km şimalda yerləşən Nyabibve şəhərinə daxil olub.

    AP xatırladıb ki, “M23” Bukavu və digər əraziləri ələ keçirmək istəmədiyini bəyan edib, lakin Konqo hökumətinin qeyri-konstruktiv mövqe tutacağı təqdirdə paytaxt Kinşasaya qədər irəliləyəcəklərinə söz verib.

    Qeyd edək ki, fevralın 4-də Ruanda ordusunun dəstəyi ilə Şimali Kivu əyalətinin inzibati mərkəzi Qomanı ələ keçirən “M23”ün humanitar böhranla əlaqədar atəşkəs tətbiq etdiyi məlum olub. Bəzi məlumatlara görə, Qomada 2 000 nəfər ölüb. BMT də həmçinin bölgədə şiddətli döyüşlərin getdiyini bildirib.

    BMT-nin məlumatlarına görə, “M23”ə Ruandanın 4 min hərbçisi dəstək verir. Həmçinin Konqo Demokratik Respublikasının şərqində Ruanda ilə gərgin münasibətləri olan Burundinin bir neçə min əsgəri Konqonun hökumət qüvvələrinə kömək edir.
    //report

  • Azərbaycanın nar ixracından gəliri niyə azalıb?

    2024-cü ildə Azərbaycan nar ixracının həcmini 2023-cü illə müqayisədə artırsa da, bu sahədən əldə etdiyi gəlir azalıb.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

    Onun sözlərinə görə, ötən il ölkəmiz əvvəlki ilə nisbətən 18.5 % çox – 33.9 min ton nar ixrac edib, əvəzində isə 2.7 % az – 29.8 milyon ABŞ dolları gəlir əldə edib.

    “Azalma əsasən Rusiya rublunun dəyərdən düşməsi, bununla da alıcılıq qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanın nar ixracında ənənəvi bazarı Rusiyadır. İxracatçılarımız bəzən hətta məhsullarını maya dəyərindən aşağı satmalı olublar. Bundan başqa, ötən mövsümdə logistika xərcləri artıb. Son nəticədə nar ixracından gəlirimiz azalıb”, – deyə sədr qeyd edib.

    Onun sözlərinə görə, hazırda nar istehsalçıları ixracını şaxələndirməyə çalışır: “Bunun üçün Avropa İttifaqı və Yaxın Şərq ölkələrinə ixraca başlamışıq və böyük həcmdə məhsul satmaq potensialımız mövcuddur. Eyni zamanda Çin bazarı ilə də maraqlanırıq. Amma bu ölkəyə ixrac üçün Azərbaycanla Çin arasında qida razılaşması olmalıdır. Hazırda Çinə yalnız içki ixrac edə bilirik. Bu məsələ iki ölkənin hökumətləri arasında həll edilsə, Çin bazarı bizim üçün prioritet ola bilər”.

    F.Qaraşov dövlətin nar istehsalını stimullaşdıran addımlarına böyük ümid bəslədiklərini də deyib: “Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni qərarla intensiv nar bağlarının hər hektarına görə 3 000 manat subsidiya ayrılıb. Lakin bu subsidiya yalnız 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-nə qədər salınacaq bağlara və müəyyən şərtləri ödəyən təsərrüfatlara şamil edilir. Üstəlik, bağlarda damcı suvarma sistemi olmalı, minimal ting sayı və digər texniki şərtlər yerinə yetirilməlidir. Birdəfəlik ödəmə ilə yanaşı, illər üzrə təmin edilən subsidiya məbləğinin bir qədər artırılması düşünürəm ki, daha perspektivli olar. Çünki əkildiyi dövrdən etibarən, 3 ildən sonra məhsulun maya dəyərində nəzərəçarpacaq dərəcədə artımlar müşahidə edilir və bu da satış vaxtı fermerin gəlir göstəricisinə təsir edir. Bu əsasla subsidiyanın artırılması fermerlərə müsbət təsir göstərməklə yanaşı mövcud nar bağlarının bir qədər də genişləndirilməsinə səbəb olar”.

    Azərbaycanda nar bağlarının sahəsi 22.8 min hektardan çoxdur. Bunun 21.6 min hektarı və yaxud 94.7 %-i barverən yaşdadır. Nar bağlarının cəmi 83%-i ənənəvi, 17%-i isə intensiv bağlardır. Əsas istehsalçı rayonlar Göyçay (21.6 %), Kürdəmir (17 %), Sabirabad (7.4 %), Şəmkir (6.9 %) və Hacıqabuldur (5.6 %).

  • Rusiyada dayanacaqda 30-dan çox avtomobil yandı

    Rusiyada Moskva vilayətinin Lyubertsı şəhərinin Verxneye Myaçkovo kəndində istifadə edilməyən dayanacaqda 30-dan çox avtomobil yanıb.

    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) “Telegram” kanalında məlumat yayıb.

    Məlumata görə, yanğın dayanacağın 400 kvadratmetrini əhatə edib. FHN mütəxəssisləri yanğını söndürməyə müvəffəq olublar.

    Yanğının söndürülməsinə bölmənin 25 əməkdaşı və 5 texnika cəlb olunub. Təcili yardım xidmətlərinə tələfat barədə məlumat daxil olmayıb.

  • Ağdərədə ermənilərə məxsus silahlar aşkarlandı

    Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.

    Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.

    Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

  • Daha bir ölkə ÜST-dən çıxır

    Argentina hakimiyyəti ABŞ-nin ardınca ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığını elan edib.

    Bu barədə Prezident Xavyer Mileyin rəsmi nümayəndəsi Manuel Adorni məlumat verib.

    “Prezident Miley Xarici İşlər Nazirinə Argentinanın Ümumdünya Səhiyyə Təşkilatında iştirakını dayandırmağı tapşırıb. Biz, argentinalılar, beynəlxalq təşkilatın suverenliyimizə müdaxilə etməsinə icazə verməyəcəyik”, – deyə Adorni bildirib.

    O qeyd edib ki, ÜST Buenos Ayresi maliyyələşdirmir, ona görə də təşkilatdan çıxmaq respublikanın səhiyyə sisteminə təsir etməyəcək.

  • Bakı metrosunda qatarın tavanından salona su axdı – Araşdırma aparıldı

    Bakı metrosunda “yaşıl xət”də 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da “Nərimanov” elektrik deposunun qataryuma sahəsində plana uyğun qaydada su şırnağı ilə təmizləndikdən sonra texniki baxış keçirilərək, xəttə buraxılıb.

    Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

    Həmin qatarın sərnişin salonunun tavan hissəsindən axıntı barədə məlumat daxil olub. Dərhal müvafiq texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddətdən sonra axıntının dayanması müşahidə edilib. İlkin araşdırmaya görə, yuma prosesində vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb. Su qalıqlarının drenaj sistemi ilə xaric olunması isə tam baş tutmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposu şəraitində davam etdirilməsi qərara alınıb. Qatar hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarılıb, əvəzinə xəttə qatar verilib.

  • “Medera Hospital”ın rəhbərinə 25 minlik cərimə edildi – Rəhbəri narazı qaldı

    “Medera Hospital” MMC-nin qanuni təmsilçisi İbrəhim Əliyev siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə cərimə oluna bilər.

    Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb.

    Klinikanın rəhbəri İbrəhim Əliyev Nadim oğlu Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət verib.

    İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000, vəzifəli şəxslər 3000-5000, hüquqi şəxslər 20000-25000 manatadək cərimə edilir.

    İşə 18.02.2025-ci il tarixində də baxılacaq.

  • Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 156 və 158 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

    Median.Az bu barədə AYNA-ya istinadən xəbər verir.

    Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

    Müsabiqə üçün sənədlər 6 mart 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

    Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

    İddiaçıların təkliflərinə komissiya tərəfindən 156 nömrəli şəhərətrafı (Hökməli qəsəbəsi – “Memar Əcəmi” metrostansiyası (“Beton yol” əlaqələndirməklə)) və 158 nömrəli şəhərətrafı (Xocəsən qəsəbəsi – “Memar Əcəmi” metrostansiyası) avtobus marşrutları üzrə 2 Lotda aprelin 4-də baxılacaq.

    Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

    Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

  • В Конгрессе США захотели вынести импичмент Дональду Трампу

    Член Палаты представителей Конгресса США от Демократической партии Эл Грин заявил о намерении вынести предложение об импичменте президенту страны Дональду Трампу.

    Как передает Median.Az, об этом сообщает РИА Новости.

    Согласно информации, на заседании законодательного органа он сказал, что работа для объявления импичмента Трампу уже началась.

    “Я объявляю, что внесу документ об импичменте против президента за подлые предложения и подлые деяния”, – заявил Грин.

    По его мнению, глава государства должен быть подвергнут импичменту за свои действия в отношении сектора Газа.

    5 февраля Трамп объявил о намерениях взять под контроль сектор Газа после переселения оттуда палестинцев в соседние страны. На пресс-конференции с премьер-министром Израиля Биньямином Нетаньяху он пообещал, что Соединенные Штаты будут отвечать за восстановление региона и создание рабочих мест, а также за устранение угрозы от неразорвавшихся боеприпасов и другого оружия.

    Планы главы Белого дома вызвали осуждение со стороны арабских лидеров и ХАМАС, которые назвали предложения Трампа “изгнанием”. Нетаньяху же, поддержав президента США, сказал, что тот “думает нестандартно и предлагает свежие идеи”.

  • ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir

    ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü prezident Donald Trampa qarşı impiçment təklif etmək niyyətində olduğunu açıqlayıb.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Qanunvericilik iclasında o, Trampın impiçmenti üzrə işlərə artıq başlandığını bildirib.

    “Mən elan edirəm ki, mən prezidentə qarşı iyrənc təkliflərinə və çirkin əməllərinə görə impiçment sənədi təqdim edəcəyəm”, – Nümayəndələr Palatasının üzvü qeyd edib.

    Onun fikrincə, dövlət başçısı Qəzza zolağı ilə bağlı hərəkətlərinə görə impiçment edilməlidir.

    Xatırladaq ki, daha əvvəl Tramp fələstinlilər qonşu ölkələrə köçürüldükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb.