Month: February 2025

  • Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı – SƏBƏB

    Albaniyanın “Eqnatiya” klubunun və Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin karyerasını Belçikada davam etdirmək imkanı olub.

    Median.Az Sport24.az-a istinadən xəbər verir ki, ikinci liqada çıxış edən “Eupen” 23 yaşlı müdafiəçini icarəyə götürmək istəyib.

    Oyunçunun viza məsələsini həll edə bilmədikləri üçün keçid baş tutmayıb.

    Qeyd edək ki, Zamiq Əliyev ötən ildən Albaniya klubunun uğurları üçün çalışır.

  • ЦРУ предложило сотрудникам зарплату за восемь месяцев, если они уволятся

    Все сотрудники Центрального разведывательного управления (ЦРУ) США получили предложение уволиться по собственному желанию в обмен на получение зарплаты за восемь месяцев в качестве компенсации.

    Как передает Median.Az со ссылкой на газету The Wall Street Journal, в январе о такой возможности сообщили сотрудникам большинства несиловых федеральных ведомств США.

    ЦРУ стало первым среди разведывательных служб, на которое распространилась эта инициатива. Управление также приостановило процесс найма новых сотрудников, хотя некоторые из них уже получили приглашения на работу. некоторым кандидатам, вероятно, откажут, если руководство ЦРУ сочтет, что у них недостаточно опыта для реализации его новых задач, включая противодействие Китаю, отмечает The Wall Street Journal.

    Агентство Bloomberg сообщало, что более 20 тыс. сотрудников федерального правительства США, что составляет около 1% госслужащих, согласились покинуть свои должности в обмен на сохранение зарплаты до конца сентября. Количество желающих воспользоваться предложением продолжает расти каждый день, и администрация президента США Дональда Трампа ожидает резкого скачка заявлений к 6 февраля – последнему дню принятия решения. По данным агентства, Трамп и его советник Илон Маск надеются, что эта инициатива позволит сократить до 10% федеральной рабочей силы.

  • ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? – Kütləvi ixtisarlar başladı

    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bütün əməkdaşları səkkiz ayın maaşını almaq qarşılığında öz istəyi ilə işdən çıxmaq təklifi alıblar.

    Median.Az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, MKİ yeni əməkdaşların işə götürülməsi prosesini də dayandırıb.

    Hərçənd onlardan bəziləri artıq işə dəvət alıblar, əgər MKİ rəhbərliyi hesab etsə ki, bəzi namizədlərin Çinə qarşı əks-təsir göstərmək daxil olmaqla, yeni vəzifələrin reallaşdırılması üçün yetərli təcrübələri yoxdur, çox güman onlardan imtina edəcək.

    Qeyd edək ki, ABŞ federal hökumətinin 20 mindən çox əməkdaşı maaşlarının saxlanılması qarşılığında sentyabrın sonuna qədər öz vəzifələrini tərk etməyə razı olublar.

  • SOCAR: В связи с ветреной погодой усилены меры безопасности на производственных участках

    В связи с ветреной и нестабильной погодой усилены меры безопасности на производственных участках ПО “Азнефть” Государственной нефтяной компании Азербайджана (SOCAR), в том числе и на морских промыслах.

    Об этом сообщили в SOCAR.

    Ограничено выполнение опасных работ, в рамках трудовых норм приняты соответствующие меры для защиты здоровья сотрудников.

    Кроме того, во всех сферах проводится разъяснительная работа, произведена эвакуация с ряда морских производственных участков, текущая ситуация находится под контролем.

  • Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib – SOCAR məlumat yaydı

    Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

    Bu barədə SOCAR məlumat yayıb.

    Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

    Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyyələr olunub, mövcud vəziyyət nəzarətdə saxlanılır.

  • Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var

    Yardımlı rayonunda keçirilən əməliyyat zamanı 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxsləri ifşa ediblər.

    Keçirilən əməliyyat tədbirləri ilə 39 yaşlı Elvin Novruzov və əvvəllər məhkum olunmuş 36 yaşlı Əlövsət Mustafayev saxlanılıblar. Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 20 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В МЧС обратились к населению в связи с погодными условиями

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана обратилось к населению в связи с резким изменением погодных условий.

    В обращении говорится:

    “В холодную погоду обычно наблюдается значительное увеличение использования газовых и электрических отопительных приборов. В это время перегрузка электрической сети, особенно в квартирах или частных жилых домах, а также использование неисправных, нестандартных или изготовленных кустарным способом газовых и электрических отопительных приборов может привести к пожару. Учитывая сказанное, МЧС, обращаясь к населению, рекомендует строго соблюдать правила пожарной безопасности”.

    МЧС также рекомендует не находиться вблизи построек с легкой конструкцией, зданий и рекламных щитов в связи с ожидаемым сильным ветром в Баку и на Абшеронском полуострове.

  • FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

    Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

    Müraciətdə yaxın günlər ərzində ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi vurğulanıb.

    Bildirilib ki, FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır:

    “Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir”.

    Müraciətdə vurğulanıb ki, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edilir.

    “Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir”, – deyə müraciətdə bildirilib.

  • В Баку столкнулись два автомобиля: погибли три человека

    В поселке Гала Хазарского района Баку произошло тяжелое дорожно-транспортное происшествие.

    Как сообщает Report, автомобиль Saipa, за рулем которого находился Самир Пашаев, столкнулся с Toyota Prius под управлением Назима Мусаева (2003 г.р.).

    В результате ДТП пассажиры автомобиля Saipa Полад Салманов, Ровшан Гусейнов и пассажир Toyota Prius Низами Солтанов погибли на месте.

    Водитель Toyota Prius скрылся с места происшествия.

    По данному факту возбуждено уголовное дело по двум статьям.

  • Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü

    Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

    Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub.

    Nəticədə “Saipa” markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüblər.

    “Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb.

    Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.